Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2432/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzillə təmin olunmadan imtina) 02.12.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzillə təmin olunma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2025-ci il tarixli, 2-1(103)-523/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qayda sında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2005-ci il tarixli, 310 nömrəli sərəncamı ilə iddiaçı, əvvəlki növbəyə götürülmə tarixi (xx.xx.1988-ci il) saxlanılmaqla 6 nəfər ailə üzvü (özü, əri, 2 oğlu və 2 qızı) ilə yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və onun mənzil növbəsi ümumi siyahıya əlavə edilmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək, 35 ildən çox mənzil növbəsində olduğu nəzərə alınaraq, müvafiq mənzillə təmin olunmasını xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Cavabdeh balansında boş mənzil olmadığından və Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında vətəndaşların mənzillə təmin edilməsi üçün Bakı şəhəri Cavabdehnə mənzil sahəsi ayrılmadığından, onun müraciətinin təmin edilməsi imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mənzillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2005-ci il tarixli, 310 nömrəli sərəncamı ilə xx.xx.1988-ci il tarixdən mənzil növbəsi saxlanılmaqla, yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. İddiaçının növbəyə götürülməsindən 35 ildən çox vaxt keçmişdir. İddiaçı növbəyə götürüldüyü vax t olduğu kimi, ailə üzvləri ilə birlikdə hal-hazırda da Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, 27 saylı evin, yaşayış sahəsi 38 kv.metr olan 2 otaqlı 19-cu mənzilində yaşayır. Onun və ailəsinin mənzil və yaşayış şəraiti çox ağırdır. 35 ildən çox bir vaxtda onun mənzillə təmin olunması üçün heç bir hərəkət edilməmişdir
6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2005-ci il tarixli, 310 nömrəli sərəncamına əsasən iddiaçının mənzil uçot işi yaşayış yeri üzrə qəbul edilmiş və növbəyə götürülmə tarixi xx.xx.1988-ci il saxlanılmaqla 6 nəfər ailə üzvü ilə yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş, onun mənzil növbəsi ümumi siyahıya əlavə edilmişdir. Hazırda rayon icra hakimiyyətində ümumi siyahıda 2003 nəfər mənzil növb əsindədir. İddiaçı ümumi siyahıda 1396-cı sıradadır. Rayon icra hakimiyyətinin balansında mənzil yoxdur. Bu səbəbdən də iddiaçının tələbinin təmin edilməsi imkan xaricindədir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: Səlma Salahova) 19 iyul 2024-cü il tarixli, 2-1(112)-5400/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 35 ildən artıq mənzillə təmin olunmadığını iddia edərək onun mənzillə təmin olunmasını xahiş edir. Lakin işdə olan cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, uzun illərdir vətəndaşlara mənzil verilmədiyindən, sonuncu dəfə hansı tarixdə mənzil verilməsi barədə rayon icra hakimiyyətində məlumat yoxdur. Həmçinin cavabdehin balansında boş mənzil yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən mənzillə təmin edilməsi üçün onun balansında boş mənzil olmalı və həmin mənzillər növbəlilik qaydasında mənzil uçotuna alınmış şəxslərin istifadəsinə verilməlidir. İşdən görünür ki, birincisi, cavabdehin yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınmış şəxslərin istifadəsinə verilməsi üçün boş mənzili yoxdur. İkincisi, belə bir mənzil fondu olsa belə, iddiaçı mənzil uçotuna alınmış 2003 nəfərdən 1396-cıdır və yalnız siyahıda əvvəlki 1395 nəfər mənzillə təmin olunduqdan sonra iddiaçının mənzillə təmin edilmək hüququ yaranacaqdır. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Beləliklə, göstə rilənlərə əsasən məhkəmə cavabdehin imtinası ilə razılaşır və hesab edir ki, iddia təmin olunmamalıdır.
9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Günel Abbasova) 16 aprel 2025-ci il tarixli, 2-1(103)-523/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı verilmiş sorğula rla da 2005-ci ildən sonra cavabdeh tərəfindən mənzil növbəsində olan şəxslərə mənzil verilməsi barədə məlumat əldə etmək mümkün olmamışdır.
12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəy yən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 56.1. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Maddə 56.3. Yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutul muş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. A pellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxs kimi mənzillə təmin edilməsinə nail olmaqdan ibarətdir.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişd ir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.
26. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdı r.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2025-ci il tarixli, 21(103)-523/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.