Məhkəmə qərarları › İş №2-1(102)-2433/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2433/2024

01.11.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2433/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi; enerji sərfiyatına görə verginin hesablanması; şərti rentabellik normasının birbaşa tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər i Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-759/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********152649 nömrəli qərarı ilə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlama sı təyin edilmiş və bu barədə məlumat (o cümlədən yoxlamanın xx.xx.2021 – xx.xx.2022-ci il tarixləri müddətində aparılması) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyatdan keçirilmişdir.

2. Yoxlama ilə əhatə olunan dövrdə iddiaçı faktiki olaraq çuqun, polad və ferroərinti istehsalı ilə məşğul olmuşdur.

3. Yoxlama zamanı cavabdehin müvafiq qərarına əsasən, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyində göstərilmişdir ki, müəssisədə aparılmış baxış-müşahidə zamanı qeyri-istehsal sahələrinin elektrik sərfiyyatı müəyyən edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli baxış aktı tərtib edilmişdir. Qeyd etmək lazımdır ki, elektrik enerjisi sərfiyyatına görə müəssisədə istehsal həcmini müəyyənl əşdirmək məqsədi ilə bir neçə dəfə müəssisədə müşahidələr aparılmış, lakin istehsal prosesində meydana gələn nasazlıqlar nəticəsində prosesi başa çatdırmaq mümkün olmamışdır. Qeyd edilənlər nəzərə alınaraq, müəssisə tərəfindən təqdim edilmiş rüblər üzrə bir ton metal külçənin istehsalına sərf edilən elektrik enerjisi miqdarı və qeyriistehsal sahələrinin elektrik sərfiyyatı barədə məlumatlar nəzərə alınmaqla müəssisənin yoxlamanın əhatə etdiyi dövr üzrə istehsal həcmi müəyyən edilmişdir. Beləliklə aparılmış hesablamalar nəticəsində məlum olmuşdur ki, müəssisədə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə istehsal olunmuş məhsulların istehsal həcmi aşağıdakı kimidir: Dövr/İstehsal həcmi: 2018-ci il - 417,44 ton; 2019-cu il - 2184,43 ton; 2020-ci il - 2347,52 ton; 2021 -ci il - 1769,07 ton, yekun 6718,46.

4. Yoxlama xx.xx.2023-cü il tarixli, **********152937 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş və həmin akta əsasən, yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış, xx.xx.2022-ci il tarixdə başa çatdırılmışdır.

5. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********170219 nömrəli qərarı ilə, səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2023-cü il tarixli, **********152937 nömrəli akt nəzərə alınaraq iddiaçıya ümumilikdə 212170,13 manat əlavə vergi məbləği hesablanmış və vergi qanunvericiliyinin pozulmasına görə 107261,32 manat maliyyə sanksiyası tətbiq edilmi şdir, o cümlədən: Mənfəət vergisi: 2018-ci il üzrə əlavə hesablama 1306,24 manat, maliyyə sanksiyası 653,12 manat; 2019-cu il üzrə əlavə hesablama 32017,30 manat, maliyyə sanksiyası 16008,65 manat; 2020-ci il üzrə əlavə hesablama 35916,98 manat, maliyyə sanksiyası 17958,49 manat; Əlavə dəyər vergisi: 2018-ci il üzrə əlavə hesablama 5538,18 manat, maliyyə sanksiyası 2769,09 manat; 2019-cu il üzrə əlavə hesablama 44003,57 manat, maliyyə sanksiyası 22967,93 manat; 2020-ci il üzrə əlavə hesablama 37568,26 manat, maliyyə sanksiyası 18784,13 manat; 2021-ci il üzrə əlavə hesablama 55399,79 manat, maliyyə sanksiyası 27699,90 manat; Ödəmə mənbəyində tutulan vergi: 2021-ci il üzrə əlavə hesablama 420 manat, maliyyə sanksiyası 420 manat. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya m əhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********170219 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********170219 nömrəli qərarı qanunsuz və əsassızdır. Belə ki, yoxlamanın keçirilməsi zamanı vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. İlk növbədə, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərinə əsasən yoxlamanın keçirilməsi müddətinə düzgün əməl olunmamışdır. Belə ki, yoxlama aktından məlum olur ki, yoxlama xx.xx.2021ci il tarixdə başlamış və xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Yoxlamanın keçirilməsi müddətinin hansı müstəsna hallarla əlaqədar uzadılması məlum deyildir. Yoxlama zamanı “Ekspertizanın təyin edilməsi haqqında”, “Mütəxəssisin dəvət edilməsi haqqında” qərarlar qəbul edilmiş və nəticələrə dair protokollar tərtib edilmişdir. Lakin səyyar vergi yoxlaması gedişində qəbul edilmiş qərarlar, tərtib edilmiş protokollar və mütəxəssis rəyi barədə iddiaçıya hər hansı məlumat verilməmiş, i ddiaçının qəbul edilmiş qərarlar və tərtib edilmiş protokolla tanış olma və onlara münasibət bildirmək hüququ pozulmuşdur. Yoxlama aktından məlum olur ki, vergi orqanının hesablamalarının əsasını xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi təşkil etmişdir. Mütəxəssis rəyinə əsasən qeyri-istehsal sahələrinə sərf edilən elektrik enerjisinin ümumi sərfiyyatın 4,36% hissəsini təşkil etdiyi nəzərə alınmaqla, yoxlamanın əhatə etdiyi dövrdə elektrik enerjisi sərfiyyatına görə aylar üzrə metal külçə (pəstah) istehsalının həcmləri müəyyən edilmişdir. Mütəxəssis rəyi həqiqətə uyğun deyil və qərəzli xarakter daşıyır. Həmçinin əlavə dəyər vergisi məbləğinin azaldılmasına münasibətdə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutm a məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Səyyar vergi yoxlaması aktında əks halın sübuta yetirilməsi və ya hansı səbəbdən müqavilə üzrə satış qiymətlərinin nəzərə alınmaması göstərilməmişdir. Əslində vergi orqanı tərəfindən alqısatqı müqavilələrində təsbit edilmiş satış qiymətləri əsas götürülərək vergilər hesablanmalı idi. Vergi Məcəlləsinin 67.15-ci, 159.1-ci maddələrinin tələblərini pozmaqla vergi orqanı yoxlamaya səthi yanaşmış, vergi ödəyicisinə hesablanmalı real vergilərin müəyyən edilməsi əvəzinə, ehtimallar və həqiqətə uyğun olmayan mütəxəssis rəyi ilə əsassız vergilər hesablamışdır. Bundan əlavə, vergi qanunvericiliyinin tələblərinə əsasən səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanı vergi ödəyicisindən müvafiq dövrün yoxlanması üçün zəruri sənədləri tələb etməli, vergi ödəyicisi tərəfindən qeyd olunan sənədlər təqdim edilmədikdə, həmin sənədləri vergi orqanının müvafiq qərarı əsasında, bu da mümkün olmadıqda isə Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında tələb etməli idi. Lakin vergi orqanı mühasibat sənədlərinin vergi ödəyicisindən götürülməsində maraqlı olmamış, təqdim edilmiş mühasibat sənədlərini (alqı-satqı müqavilələri) qəbul etməmiş, ekspert rəyi ilə müəyyən olunmuş satış qiymətini satışı ehtimal edilən sahəyə tətbiq etməklə həqiqətə uyğun olmayan vergilər hesablamışdır. Cavabdehin etirazları:

8. Cavabdehin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, səyya r vergi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli tələbnamə əlbəəl iddiaçıya təqdim edilmiş və səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan tələbnamədə qeyd olunan sənədlərin 15 iş günü müddətində vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə və ya vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Yoxlama ilə əhatə olunan dövr üzrə vergilərin hesablanması ilə bağlı olan mühasibat sənədləri vergi ödəyicisi tərəfindən yoxlamaya qismən təqdim olunmuşdur. Bu səbəbdən “Sənədlərin qismən təqdim edilməsi barədə” xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və müəssisənin direktoru tərəfindən imzalanaraq, müəssisənin möhürü ilə təsdiq edilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərdə vergi qanunvericil iyinin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna görə səyyar vergi yoxlaması zamanı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul edilərək iddiaçıdan xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə əlavə sənədlər tələb edilmişdir. İddiaçı tərəfindən bank çıxarışlarının, təsis sənədlərinin, əməkhaqqı cədvəllərinin, alqı-satqı müqavilələrinin, xammal və hazır məhsul hərəkəti və digər zəruri sənədlər yoxlamaya təqdim edilmiş və bu barədə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol tərtib olunmuşdur. Yoxlama zamanı vergi ödəyicisinin binasına (ərazisinə), istehsal sahəsinə, sənədlərinə və müəssisədə istehsal edilmiş məmulatlara baxış keçiril mişdir. Baxış zamanı iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən obyektdə qara metal külçələrin istehsalı fəaliyyətinin həyata keçirildiyi müəyyən olunmuş, baxışın nəticəsinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli protokol müəssisənin direktoru tərəfindən imzalanmış və bir nüsxəsini qəbul etmişdir. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğundan səyyar vergi yoxlaması zamanı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə iddiaçı tərəfindən istehsal edilmiş metal külçələrin real bazar qiymətlərini müəyyən etmək məqsədi ilə “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş və Azərbaycan Respublikasının Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyindən ekspert cəlb edilmiş, lakin iddiaçı tərəfin dən müvafiq sənədlər təqdim edilmədiyinə görə ekspert rəyinin verilməsindən imtina edilmişdir. Bu barədə məlumatlar səyyar vergi yoxlaması aktının 1.9.4-cü bəndində ətraflı qeyd olunmuşdur. Bundan əlavə, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə iddiaçı tərəfindən istehsal edilmiş metal külçələrin istehsal həcminin müəyyənləşdirmək məqsədi ilə “Mütəxəssisin dəvət edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərar qəbul edilərək mütəxəssis rəyinin verilməsi üçün "xxxx" MMC-nin mütəxəssisi cəlb edilmiş, lakin iddiaçı tərəfindən müvafiq sənədlər təqdim edilmədiyinə görə mütəxəssis rəyinin verilməsindən imtina edilmişdir. Bundan əlavə, “Mütəxəssisin dəvət edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərar qəbul edilərək mütəxəssis rəyinin verilməsi üçün “Azərbaycan Respublikas ının Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi cəlb edilmiş, lakin iddiaçı tərəfindən müvafiq sənədlər təqdim edilmədiyinə görə mütəxəssis rəyinin verilməsindən imtina edilmişdir. Əlavə olaraq, səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna, bununla əlaqədar mütəxəssis rəyinin alınmasının zəruri olması ilə əlaqədar “Mütəxəssisin dəvət edilməsi barədə” xx.xx.2022-ci il tarixli nömrəli qərar qəbul edilərək mütəxəssis rəyinin verilməsi üçün "xxxx" MMC-nin əməkdaşı X1 mütəxəssis qismində dəvət edilmişdir. Mütəxəssis tərəfindən vergi orqanına təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin göstəriciləri nəzər alınaraq, müvafiq hesablamalar aparılmışdır.

9. Y oxlamanın əhatə etdiyi dövr üzrə iddiaçıya aşağıdakı vergi növləri üzrə vergi məbləğləri hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. 69240,52 manat mənfəət vergisi və 34620,26 manat maliyyə sanksiyası; 144442,09 manat ƏDV və 71254,90 manat maliyyə sanksiyası; 1932,29 manat ƏDV-nin artıq hesablanması; 420 manat ÖMV və 420 manat maliyyə sanksiyası; 420 manat ÖMV artıq hesablama; 0,02 manat MÖMV və 0,01 manat maliyyə sanksiyası; 0,21 manat MÖMV artıq hesablama. Vergi Məcəlləsinin 104.1ci, 67.1-ci, 67.2-ci, 67.14-cü, 83.9-cu, 130.2-ci maddələrinin tələblərinə uyğun, həmçinin “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 2.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilməli olan vergilərin əlaqəli məlumatlara əsasə n müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin maddəsinə əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyənləşdirilməsi üçün xx.xx.2022-ci il tarixli məktubla aidiyyəti üzrə müraciət olunmuş və analoji müəssisə olaraq "xxxx" MMC-nin (VÖEN: **********) həmin fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Lakin həmin müəssisənin fəaliyyət göstərdiyi ərazi, təqdim etdiyi və əldə etdiyi mal, iş və xidmətlərin dəyəri, işçi sayı və digər iqtisadi göstəriciləri eyni olmadığı üçün qeyd edilən analoji müəssisənin vergi orqanında olan məlumatlarından istifadə edilməmişdir.

10. Yoxlama ilə əhatə olunan dövrdə müəssisə metal külçələrin istehsalı və satışı ilə məşğul olmuşdur. Müəssisədə elektrik enerjisinin sərfiyyatının illər üzrə istehsal həcmində xüsusi çəkisi dövrləri üzrə müxt əlif göstəricilərə malik olduğu üçün müəssisədə dövrlər üzrə real istehsal həcmini müəyyənləşdirmək məqsədi ilə mütəxəssis dəvət edilmişdir. Mütəxəssis tərəfindən müxtəlif vaxtlarda istehsal həcmini müəyyənləşdirmək məqsədi ilə müşahidələr aparılsa da, istehsal prosesi zamanı yaranan nasazlıqlar nəticəsində son göstəriciləri əldə etmək mümkün olmamışdır. Analoji hərəkətlər bir neçə dəfə təkrarlanmış və nəticə əldə edilməmişdir. Qeyd edilən səbəblərdən mütəxəssis tərəfindən qeyri-istehsal sahələrinə istehlak edilən elektrik enerjisinin sərfiyyatı müəyyən edilmiş və müəssisə tərəfindən metal külçələrin istehsalı üzrə təsdiq edilərək, yoxlamaya təqdim edilmiş kalkulyasiya göstəriciləri nəzərə alınmaqla müəssisədə elektrik enerjisi sərfiyyatına görə aylar üzrə istehsal həcmi müəyyən edilmişdir. Təqdim edilmiş xx.xx.2023-cü tarixli mütəxəssis rəyinə əsasən qeyri-istehsal sahələrinə sərf edilən elektrik enerjisinin ümumi sərfiyyatın 4,36% hissəsini təşkil etdiyi nəzərə alınmaqla, yoxlamanın əhatə etdiyi dövrdə elektrik enerjisi sərfiyyatına görə aylar üzrə metal külçə (pəstah) istehsalının həcmləri müəyyən edilmişdir. Belə ki, 2018-ci ilin noyabr-dekabr ayları üzrə 417,44 ton, 2019-cu il üzrə 2184,43 ton, 2020-ci il üzrə 2347,52 ton və 2021-ci ilin yanvaroktyabr ayları üzrə isə 1769,07 ton və nəticədə, ümumilikdə 6718,46 ton metal külçə istehsal edildiyi müəyyən edilmişdir. Müəssisənin mühasibat sənədlərində istehsal həcminin 5660,44 ton göstərildiyi nəzərə alınaraq, real istehsal həcminin 1058,02 ton (6718,46-5660,44) azaldılması müəyyən edilmişdir.

11. Yoxlama ilə Vergi Məcəllə sinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı üçün, həmin mənfəət Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarına (xx.xx.2003-cü il tarixli 42 nömrəli qərarla edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin əldə etdiyi gəlir (ƏDV nəzərə alınmadan) əsasında hesablanmış və yoxlamanın əhatə etdiyi illər üzrə hesablama aşağıdakı kimi aparılmışdır: 2018-ci il üzrə: iddiaçı tərəfindən 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 237399 manat, o cümlədən malların təqdim edilməsindən gəlir 237399 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 199235,76 manat, o cümlədən: əməkhaqqı 4578,26 manat, sosial sığorta haqlar ı 1030,11 manat, xammal və materiallar üzrə xərclər 134844,45 manat, icarə haqqı üzrə xərclər 4064,51 manat, enerji xərcləri 51718,43 manat, sığorta üzrə xərclər 15836,80 manat, nəticədə vergiyə cəlb edilən mənfəətin 38163,24 manat (237 399,00-199 235,76) olduğu və 7632,65 manat mənfəət vergisi hesablandığı göstərilmişdir. 2018-ci ilin noyabr-dekabr aylarında 492,05 (xx.xx.2018-ci il tarixə hazır məhsul qalığı 203+mütəxəssis rəyinə əsasən 417,44 - dövrün sonuna hazır məhsul qalığı 128,39) ton pəstah istehsal olunmuşdur. Həmin ildə müəssisənin qaimə-faktura məlumatlarına əsasən 2018-ci il üzrə orta satış qiyməti 545 manat olduğu nəzərə alınaraq, 2018-ci il üzrə ƏDV-siz ümumi satış dövriyyəsinin 268166,66 (492,05x545) manat təşkil etdiyi müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş sənədlər əsasında yoxlama zamanı müəyyən edilmiş gəlirə uyğun gəlirin əldə edilməsi üçün çəkilən xərcləri müəyyənləşdirmək mümkün olmadığından Vergi Məcəlləsinin 83.9-cu maddəsinə müvafiq olaraq Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarına (xx.xx.2003-cü il tarixli 42 nömrəli qərarla edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin 2018-ci ilin yekunu üzrə mənfəəti aşağıdakı kimi hesablanmışdır: M= 268166,66 x 20/(100 + 20) = 44694,44. Yoxlama ilə hesablanmış 44694,44 manat vergiyə cəlb edilən mənfəətdən 20% vergi dərəcəsi ilə 8938,89 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2018-ci ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 7632,65 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla mənfəət vergisinin 1306,24 manat azaldılması müəyyən edilmişdir. 2019-cü il üzrə: iddiaçı tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 640670,55 manat, o cümlədən malların təqdim edilməsindən gəlir 640670,55 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 901495,40 manat, o cümlədən: əmək haqqı 68317,03 manat, sosial sığorta haqları 14046,34 manat, xammal və materiallar üzrə xərclər 519235,75 manat, icarə haqqı üzrə xərclər 36000 manat, enerji xərcləri 255148 manat, bank xidməti üzrə xərclər 4845,96 manat, sığorta üzrə xərclər 1601,72 manat, su və kanalizasiya xərcləri 2300 manat, nəticədə vergiyə cəlb edilən mənfəətin 39175,15 manat (640670,55 - 901495,40) olduğu və 7835,03 manat mənfəət vergisi hesablandığı göstərilmişdir. 2019-cu ildə 2201,02 (əvvələ hazır məhsul qalığı 128,39 + mütəxəssis rəyinə əsasən 2184,43 - dövrün sonuna hazır məhsul qalığı 111,81) ton pəstah istehsal olunmuşdur. Həmin ildə müəssisənin qaimə-faktura məlumatlarına əsasən orta satış qiyməti 543,19 manat olduğu nəzərə alınaraq 2019-cu il üzrə ƏDV-siz ümumi satış dövriyyəsinin 1195569,77 (2201,02 x 543,19) manat təşkil etdiyi müəyyən edilmişdir. 2019-cu il üzrə mənfəət Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına (xx.xx.2003-cü il tarixli 42 nömrəli qərarla edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablanmışdır: M=1195569,77 x 20 / (100+20) = 199261,33. Yoxlama ilə hesablanmış 199428,30 manat vergiyə c əlb edilən mənfəətdən 20% vergi dərəcəsi ilə 39852,33 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2019-cu ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 7835,03 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla, mənfəət vergisinin 32017,30 manat azaldılması müəyyən edilmişdir. 2020-ci il üzrə: iddiaçı tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 1121488,78 manat, o cümlədən malların təqdim edilməsindən gəlir 1101578,28 manat, digər gəlirlər 19910,50 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 1082692,06 manat, o cümlədən: əməkhaqqı 103645,68 manat, sosial sığorta haqları 20288,75 manat, xammal və materiallar üzrə xərclər 620948,42 manat, icarə haqqı üzrə xərclər 36000 manat, enerji xərcləri 280211,99 manat, qaz xərc ləri 10369,66 manat, bank xidməti üzrə xərclər 7363,84 manat, sığorta üzrə xərclər 1163,72 manat, su və kanalizasiya xərcləri 1700 manat, nəticədə vergiyə cəlb edilən mənfəətin 38796,72 manat (1121488,78-1082692,06) olduğu və 7759,34 manat mənfəət vergisi hesablandığı göstərilmişdir. 2020-ci ildə 2262,13 (əvvələ hazır məhsul qalığı 111,81 + mütəxəssis rəyinə əsasən 2347,52-dövrün sonuna hazır məhsul qalığı 197,20) ton pəstah istehsal olunmuşdur. Həmin ildə müəssisənin qaimə-faktura məlumatlarına əsasən orta satış qiyməti 562,20 manat olduğunu və digər satışın 38522,18 manat olduğunu nəzərə alınaraq, 2020-ci il üzrə ƏDV-siz ümumi satış dövriyyəsinin 1310289,75 (2262,13x562,20+38522,18) manat təşkil etdiyi müəyyən edilmişdir. 2020-ci il üzrə mənfəət Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarına (xx.xx.2003-cü il tarixli 42 nömrəli qərarla edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablanmışdır: M = 1310289,75 x 20 / (100+20) = 218381,63 manat. Yoxlama ilə hesablanmış 218381,63 manat vergiyə cəlb edilən mənfəətdən 20% vergi dərəcəsi ilə 43676,33 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2020-ci ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 7759,34 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla mənfəət vergisinin 35916,99 manat azaldılması müəyyən edilmişdir.

12. Əlavə dəyər vergi üzrə: iddiaçı ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni vergi orqanına təqdim etmiş və ƏDV məqsədləri üçün qeyd iyyata alınaraq ona xx.xx.2018-ci il tarixli, **********6 nömrəli “ƏDV ödəyicisinin qeydiyyat bildirişi” verilmişdir. Qeydiyyat xx.xx.2018-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlama zamanı müəssisə tərəfindən vergi tutulan əməliyyatların dəyərinin Vergi Məcəlləsinin 161-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilməsinin qanunamüvafiqliyi təmin edilməmişdir. Belə ki, müəssisə tərəfindən təqdim edilmiş sənədlər əsasında, o cümlədən məhsul istehsalında iştirak edən komponentlərin normaları, eyni zamanda məhsul istehsalının bir vahidinin istehsalına sərf edilən enerji miqdarı barədə məlumatlar əsasında müəssisənin istehsal həcmi müəyyən edilmişdir. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli, **********848600 nömrəli mütəxəssis rəyinə əsasən qeyri-istehsal sahələrinə sərf edilən elektrik enerjisini n ümumi sərfiyyatın 4,36% hissəsini təşkil etdiyi nəzərə alınmaqla, yoxlamanın əhatə etdiyi dövrdə elektrik enerjisi sərfiyyatına görə aylar üzrə metal külçə (pəstah) istehsalının həcmləri müəyyən edilmişdir. Belə ki, 2018-ci ilin noyabr-dekabr ayları üzrə 417,44 ton, 2019-cu il üzrə 2 184,43 ton, 2020-ci il üzrə 2347,52 ton və 2021-ci ilin yanvar-oktyabr ayları üzrə isə 1769,07 ton, nəticədə, ümumilikdə 6718,46 ton metal külçə istehsal edildiyi müəyyən edilmişdir. Müəssisənin mühasibat sənədlərində istehsal həcminin 5660,44 ton göstərildiyi nəzərə alınaraq, real istehsal həcminin 1058,02 ton (6718,46-5660,44) azaldılması müəyyən edilmişdir. 2018-ci ilin noyabr-dekabr aylarında 492,05 (xx.xx.2018-ci il tarixə hazır məhsul qalığının 203 + mütəxəssis rəyinə əsasən 417,44 - dövrün sonuna hazı r məhsul qalığının 128,39) ton pəstah istehsal olunmuşdur. Həmin ildə müəssisənin qaiməfaktura məlumatlarına əsasən orta satış qiymətinin 545 manat olduğu nəzərə alınaraq ƏDV-siz ümumi satış dövriyyəsinin 268166,66 (492,05x545) manat təşkil etdiyi müəyyən edilmişdir. 2019-cu ildə 2201,02 (əvvələ hazır məhsul qalığının 128,39 + mütəxəssis rəyinə əsasən 2184,43 - dövrün sonuna hazır məhsul qalığının 111,81) ton pəstah istehsal olunmuşdur. Həmin ildə müəssisənin qaimə-faktura məlumatlarına əsasən orta satış qiyməti 543,19 manat olduğu nəzərə alınaraq ƏDV-siz ümumi satış dövriyyəsinin 1195569,77 (2201,02x543,19) manat təşkil etdiyi müəyyən edilmişdir. 2020-ci ildə 2262,13 (əvvələ hazır məhsul qalığının 111,81 + mütəxəssis rəyinə əsasən 2347,52 - dövrün sonuna hazır məhsul qalığının 197,20) ton pəstah istehsal olunmuşdur. Həmin ildə müəssisənin qaimə-faktura məlumatlarına əsasən orta satış qiymətinin 562,20 manat olduğu və digər satışın 38522,18 manat olduğu nəzərə alınaraq ƏDV-siz ümumi satış dövriyyəsinin 1310289,75 (2262,13x562,20+38 522,18) manat təşkil etdiyi müəyyən edilmişdir. 2021-ci ilin yanvar-oktyabr aylarında 1917,49 (əvvələ hazır məhsul qalığının 197,20 + mütəxəssis rəyinə əsasən 1769,07 - dövrün sonuna hazır məhsul qalığının 48,78) ton pəstah istehsal olunmuşdur. Həmin ildə müəssisənin qaimə-faktura məlumatlarına əsasən orta satış qiymətinin 599,95 manat olduğu və digər satışın 122760,55 manat olduğu nəzərə alınaraq ƏDV-siz ümumi satış dövriyyəsinin 1273156,56 manat (1917,49x599,95+122760,55) ton təşkil etdiyi müəyyən edilmişdir. Aparılmış hesablamalar nəticəsində vergi tutulan əməliyyatların düzgün göstərilməməsi nəticəsində ƏDV-nin 144442,09 manat azaldılması və 1932,29 manat artıq hesablanması müəyyən edilmişdir. Artıq hesablamaya səbəb müəssisə tərəfindən əvəzləşdirilən ƏDV məbləğlərinin düzgün göstərilməməsi olmuşdur. Yoxlama zamanı müəssisədə aparılmış kameral yoxlama zamanı 2020-ci ilin fevral, iyul və sentyabr aylarında ƏDV bəyannamələri üzrə aparılmış kameral hesablamalar araşdırılmış və yoxlama ilə öz təsdiqini tapmışdır.

13. Ödəmə mənbəyində tutulan vergi üzrə: yoxlama ilə iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin düzgünlüyü yoxlanılmışdır. Yoxlama zamanı ödəmə mənbəyində tutulan verginin rüblər üzrə 840 manat azaldılması 420 manat artıq hesablanması müəyyən edilmişdir. Buna səbəb ica rəyə götürülmüş istehsal sahəsinə görə fiziki şəxsə icarə haqqının düzgün ödənilməməsi olmuşdur. Belə ki, müəssisə tərəfindən 2021-ci ilin 1-ci rübündə icarə haqqından 420 manat verginin azaldılması və 2021-ci ilin 2-ci və 3-cü rübləri üzrə 420 manat azaldılması və artıq hesablanması olmuşdur. Nəticədə Vergi Məcəlləsinin 124-cü maddəsinin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması ilə “Sosial sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə əsasən 0,02 manat məcburi dövlət sosial sığorta haqqı məbləğinin azaldıldığı və 0,21 manat artıq hesablanma müəyyən edilmişdir. Azalmanın və artıq hesablamanın səbəbi vergi tutma obyektinin düzgün müəyyən edilməməsi olmuşdur.

14. Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, **********152937nömrəli akt əsasında “Verg i ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********170219 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar əsasında hesablanmış 212170,13 manat əlavə vergi məbləğinin və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş 107261,32 manat maliyyə sanksiyası məbləğinin, cəmi 319431,45 manatın dövlət büdcəsinə ödənilməsi üçün iddiaçıya “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə göndərilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edi lmiş qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Göründüyü kimi, iddiaçı hesablanmış vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmağa cəhd göstərir. Yuxarıda göstərilənlər və İnzibati Prosessual Məcəllənin 47.2-ci maddəsinin tələbləri rəhbər tutularaq iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə icraatında ekspertiza

15. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tar ixli ekspert rəyində qeyd edilmişdir ki, mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyərinin aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: xammal və materiallar; qaytarılmış tullantılar; texniki məqsədlər üçün yanacaq enerji və su; istehsal fəhlələrinin əsas əməkhaqqı; istehsal fəhlələrinin əlavə əməkhaqqı; sosial sığortaya ayırmalar; avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya; ümumi sex xərcləri; ümumi zavod xərcləri; zay məhsul və itkilər; sair istehsalat xərcləri; əmtəəlik məhsulun tam maya dəyəri. İstehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarət dir. Lakin buna baxmayaraq xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində müəssisənin fəaliyyəti üzrə faktiki istehsal edilmiş məhsullarının faktiki maya dəyərinin yalnız sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. Yəni mühasibat uçotunda istehsal həcminin mütəxəssis rəyində göstərilən qaydada müəyyən olunması nəzərdə tutulmamışdır.

16. Hesablamaların mühasibat uçotu və vergi qanunvericiliyinin tələblərinə uyğun olmaması səbəbindən xx.xx.2023-ci il tarixli, **********152937 nömrəli akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********170219 nömrəli qərarla iddiaçıya müvafiq hesab at dövrləri üzrə hesablanmış ƏDV və mənfəət vergisinin düzgünlüyü müəyyən olunmur. Yəni vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Hazırkı tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə yalnız 420 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunur. Təqdim edilmiş sənədlərə (e-qaimə fakturalar, e-vergi hesab fakturalar, ödəniş tapşırıqları, bank çıxarışları, elektron alış aktları, YGB, bəyannamələr, mədaxil orderləri, hesabatlar, ƏDV depozit hesabından çıxarışlar, əməkhaqqı xərci və s.) əsasən yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrin düzgünlüyü müəyyən edilir. Yəni təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələ r üzrə az hesablanma müəyyən edilmədi. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında gəlirin əldə edilməsi ilə bağlı müəssisənin xərc sənədləri (e-qaimə fakturalar, e-vergi hesab fakturalar, ödəniş tapşırıqları, bank çıxarışları, elektron alış aktları və s.) mövcuddur. Həmçinin, həmin sənədlərdə göstərilən məbləğin gəlirlərdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi hesablama metoduna və vergi qanunvericiliyinin tələblərinə uyğundur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

17. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9107/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin p ozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********170219 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı iş üzrə isə, cavabdeh növbədənkənar səyyar ve rgi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.

19. Həmçinin, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2021-ci il tarixli, KY211699267 nömrəli çıxarışdan görünür ki, iddiaçı barəsində yoxlamanın xx.xx.2021 - xx.xx.2022-ci il tarixləri müddətində aparılması qeydiyyatdan keçirilsə də, yoxlama əsassız olaraq 1 il 2 ay uzadılmaqla cavabdehin mübahisələndirilən qərarının qəbul edildiyi xx.xx.2023-cü il tarixdə yekunlaşmışdır.

20. İddiaçıy a vergi borcunun hesablanmasının əsasını mütəxəssis rəyi təşkil etmişdir. Mütəxəssis rəyi ilə müəssisənin istehsal etdiyi məhsullarının istehsal həcmi müəyyən olunmuşdur. Rəydə istehsal həcminin müəssisə tərəfindən təqdim edilmiş bir ton metal külçənin istehsalına sərf edilən elektrik enerjisi miqdarı və qeyri-elektrik sahələrinin elektrik sərfiyyatı barədə məlumatlar nəzərə alınmaqla müəyyən edildiyi göstərilmişdir. Həmçinin aktda qeyd edilir ki, mütəxəssis qarşısında yoxlamanın əhatə etdiyi dövr ərzində istehsal həcminin müəyyən edilməsi ilə yanaşı istehsal həcminə çəkilmiş xərclərin müəyyən edilməsi sualı qoyulsa da, mütəxəssis tərəfindən yalnız istehsal həcmi müəyyən edilmişdir. İş üzrə verilmiş ekspert rəyindən də göründüyü kimi, müəssisənin fəaliyyəti üzrə faktiki istehsal edilmiş mə hsulların faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən sərf edilmiş elektrik enerjisi sərfiyyatı əsasında məhsulların istehsal həcminin hesablanması məhsulun maya dəyərinin kalkulyasiyasının tərtib olunma prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Eyni zamanda, cavabdehin mübahisələndirilən xx.xx.2023-ci il tarixli, **********170219 nömrəli qərarında və iş materiallarında olan digər sənədlərdə mütəxəssis tərəfindən müəssisənin qeyri-istehsal sahələrinə də elektrik enerjisi üzrə sərfiyyatının 20 dəqiqəlik müşahidə ilə müəyyən olunaraq hesablandığı göstərilmişdir. Bununla bağlı da ekspert rəyində qeyd edilmişdir ki, qeyri-ist ehsal sahəsində elektrik enerjisi üzrə sərfiyyat müəyyən edilərkən mövsümə uyğun istifadə və ümumiyyətlə qeyri-istehsal sahəsində elektrik enerjisindən necə istifadə (yəni hansı əşyadan, qurğudan və s.) edilməsi nəzərə alınmamışdır.

21. Bundan başqa, səyyar vergi yoxlaması aktının ƏDV hissəsində müəssisənin qaimə-faktura məlumatlarına əsasən orta satış qiyməti nəzərə alınaraq ƏDV-siz ümumi satış dövriyyəsi müəyyən edilmiş və yoxlama nəticəsində vergi tutulan əməliyyatların düzgün göstərilməməsi hesab edilərək ƏDV-nin azaldılması müəyyən edilmişdir. Halbuki, Vergi Məcəlləsində (yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olan) orta satış qiymətinin müəyyən edilməsi ilə bağlı müddəa öz əksini tapmamışdır. Yoxlama aktının ƏDV hissəsində mal qalığının olması və həmçinin əvəzləşmələrin nəzərə alın ması qeyd edilmişdir. Lakin səyyar vergi yoxlaması aktının mənfəət hissəsində vergi ödəyicisinin xərclərinin olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək hesablama aparılmışdır. Yəni hazırkı yoxlama aktında göstərilən hallara görə xərc sənədləri olmasaydı, mal qalığı müəyyən edilə və əvəzləşdirmələr nəzərə alına bilməzdi

22. Bununla yanaşı qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübut kimi 6 qovluq əlavə sənəd təqdim olunmuşdur. Həmin sənədlərə (e-qaimə fakturalar, e-vergi hesab fakturalar, ödəniş tapşırıqları, bank çıxarışları, elektron alış aktları, YGB, bəyannamələr, mədaxil orderləri, hesabatlar, ƏDV depozit hesabından çıxarışlar, əmək haqqı xərci və s.) əsasən ekspert yoxlamanın əhatə etdiyi dövr ərzində iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrin düzgünlüyünü müəyyən etmişdir. Beləliklə də ekspertin gəldiyi nəticəyə görə hesablamaların mühasibat uçotu və vergi qanunvericiliyinin tələblərinə uyğun olmaması səbəbindən xx.xx.2023-ci il tarixli **********152937 nömrəli akt əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar ilə iddiaçıya müvafiq hesabat dövrləri üzrə hesablanmış ƏDV və mənfəət vergisinin düzgünlüyü müəyyən olunmamışdır. Yəni vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə yalnız 420 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması mü əyyən olunmuşdur. Təqdim edilmiş sənədlərə (eqaimə fakturalar, e-vergi hesab fakturalar, ödəniş tapşırıqları, bank çıxarışları, elektron alış aktları, YGB, bəyannamələr, mədaxil orderləri, hesabatlar, ƏDV depozit hesabından çıxarışlar, əmək haqqı xərci və s.) əsasən yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrin düzgünlüyü müəyyən edilmişdir. Yəni təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələr üzrə az hesablanma müəyyən edilməmişdir. Təqdim edilmiş iş materiallarında gəlirin əldə edilməsi ilə bağlı müəssisənin xərc sənədləri (e-qaimə fakturalar, e-vergi hesab fakturalar, ödəniş tapşırıqları, bank çıxarışları, elektron alış aktları və s.) mövcuddur. Həmin sənədlərdə göstərilən məbləğin gəlirlərdən çıxılan xərc k imi nəzərə alınması iddiaçının tətbiq etdiyi hesablama metoduna və vergi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir.

23. Göründüyü kimi, məhkəmə araşdırması zamanı xx.xx.2023-ci il tarixli, **********152937 nömrəli akt əsasında qəbul edilmiş cavabdehin mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya müvafiq hesabat dövrləri üzrə ƏDV və mənfəət vergisinin hesablanmasının mühasibat uçotu və vergi qanunvericiliyinin tələblərinə uyğun olmaması müəyyən edilir. Odur ki, məhkəmə cavabdehin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, bu dəlillər əsassız olmaqla vergi qanunverici liyin müddəaları ilə ziddiyyət təşkil edir

24. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-759/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

27. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdehin kassasiya şikayətinin dəlill ərinin əsasını onun iddiaya qarşı etirazında göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

29. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

30. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə

3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.... 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərin ə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.... 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.... Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;... Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;... Maddə

24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə;... Maddə

36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinq... 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.... Maddə

38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərar ına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir.... 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə;... Maddə

39. Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərt ib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir.... Maddə

45. Vergi yoxlamasının keçirilməsinə kömək göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz.... Maddə

49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.... Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır.... Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan is tifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödə yicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin ve rgi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi.... 67.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, ver gilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.... 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır..... Maddə

83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.9 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edi lmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir.... 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 32. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədə n araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... Maddə

3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.... M addə

13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

33. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxl amaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir.... 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsin də aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.... 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir:... 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə);

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şika yətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə ic lasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada ə saslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, ca vabdehin “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********152649 nömrəli qərarı ilə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlama xx.xx.2023-cü il tarixli, **********152937 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin səyyar vergi yoxlaması aktı nəzərə alınaraq cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə si haqqında” xx.xx.2023-cü il tarixli, **********170219 nömrəli qərarı ilə, iddiaçı qanunvericiliyin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilmişdir.

39. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin onun barəsində qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********170219 nömrəli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir.

40. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə yoxlama, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlansa da, yoxlamanın təyin edilməsi barədə qərarda vergi orqanının əldə etdiyi mənbəyi bəlli məlumatın nədən ibarət olması göstərilməmişdir. Bununla bağlı formalaşmış vahid məhkəmə təcrübəsinə dair kassasiya instansiyası məhkəməsinin qərarları (2-1(102)-669/2022, 2-1(102)-670/2024, 2-1(102)-1117/2023, 21(102)-1201/2024, 2-1(102)-751/2024) mövcuddur və yalnız qeyd olunan əsas inzibati aktın formal-hüquqi baxımdan qüsurlu olduğuna görə ləğv olunması üçün yetərli hesab olunmuşdur.

41. Bununla yanaşı, xx.xx.2023-cü il tarixli, **********152937 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, səyyar vergi yoxlaması zamanı cavabdeh tərəfindən səyyar vergi yoxlaması aktının tərtib edilməsi müddətinin 30 gün uzadılmasına dair xx.xx.2022-ci il tarixli, **********166502 nömrəli qərar qəbul olunsa da, həmin qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamışdır (1-ci cild, i.v. 106-107, 140). 4

2. Analoji işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də səyyar vergi yoxlaması aktının tərtib edilməsi müddətinin uzadılmasına dair qərarın reyestrdə qeydə alınmalı olmasına dair birbaşa müddəa nəzərdə tutulmasa da, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və istinad olunan Əsasnamənin normalarının ümumi təfsiri və təhlili, eləcə də həmin qanunvericiliyin məqsədləri baxımından səyyar vergi yoxlaması aktının tərtib edilməsi müddətinin uzadılmasına dair qərarın qəbul edilməsi faktiki olaraq şəxsin iqtisadi maraqları sferasına müdaxilə imkanlarına görə ilkin səyyar vergi yoxlamasından f ərqlənmir. Bu baxımdan, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələbləri yoxlayıcı orqan tərəfindən pozulduğundan, həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və bu yoxlamanın gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair qanun pozuntusu faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə, vergi ödəyicisi barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, artıq formalhüquqi baxımdan qanunsuzdur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-810/2023, 2-1(102)-827/2023, 2-1(102)-1090/2023, 2-1(102)1174/20 23, 2-1(102)-1741/2023, 2-1(102)-2063/2023 nömrəli işlər üzrə qərarları, həmçinin 2-1(102)-1197/2024 nömrəli iş üzrə qərardadı).

43. İş üzrə materiallardan səyyar vergi yoxlaması zamanı cavabdeh tərəfindən iddiaçının istehsal həcminin müəyyənləşdirilməsi məqsədi ilə "xxxx" MMC-nin mütəxəssisinin yoxlama prosesinə cəlb edildiyi və mübahisələndirilən qərar qəbul edilərkən həmin mütəxəssisin xx.xx.2023-cü il tarixli rəyinə əsasən iddiaçıya münasibətdə vergi məsuliyyəti tətbiq olunduğu görünür.

44. Həmin mütəxəssis rəyinə əsasən, iddiaçının istehsal həcmi sərf edilmiş elektrik enerjisi əsasında müəyyən edilmiş və mütəxəssis rəyi nəzərə alınmaqla səyyar vergi yoxlaması nəticəsində iddiaçıya vergilər hesablanmışdır.

45. Analoji işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən, mütəxəssis rəyi vergilərin hesablanmasının yeganə əsası kimi çıxış edə bilməz. Eyni zamanda, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır. Yəni hər hansı maddi və prosessual hüquq normasına əsaslanmadığından vergi ödəyicisinin gəlirlərinin belə metodla hesablanması qanuni sayıla bilməz. Digər tərəfdən, vergi ödəyicisində sərf olunan elektrik enerjisi yalnız istehsalata aid edilə bilməz, burada başqa o cümlədən məişət məsələləri də yer almaqdadır. Təbii ki, belə olan halda, gəlirlərin istifadə olunan elektrik sərfiyyatına görə hesablanması qanunsuz olmaqla yanaşı, nəticə etibarı ilə həm də dəqiq olmayan rəqəmlərə gətirib çıxarır (Bununla bağlı bax: A zərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-532/2022, 2-1(102)-2052/2023, 2-1(102)-2259/2023 nömrəli işlər üzrə qərarları).

46. Bundan əlavə, yoxlama zamanı mənfəət vergisi üzrə cavabdeh tərəfindən birbaşa şərti rentabellik norması tətbiq edilərək iddiaçıya müvafiq illər üzrə əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin yoxlama dövründə qüvvədə olan tələblərinə zidd olaraq əlaqəli məlumatlar, analoji vergi ödəyicisinin məlumatları əsasında deyil, birbaşa şərti rentabellik norması tətbiq etməklə iddiaçıya vergi hesablamışdır. Verginin bu qaydada hesablanması kassasiya instansiyasının formalaşmış vahid məhkəmə təcrübəsinə də ziddir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-7 69/2024 nömrəli, 2-1(102)-943/2024 nömrəli inzibati işlər üzrə qərarları).

47. Göründüyü kimi, səyyar vergi yoxlaması maddi və prosessual normaların kobud pozuntuları ilə müşayiət olunduğundan, həmin yoxlamanın nəticələrinə dair inzibati akt qanunsuz sayılmalı və ləğv olunmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023 tarixli, 2-1(102)-2258/2023 nömrəli 3 ulduzlu qərarı).

48. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətlərin təmin olunması üçün əsaslar yoxdur.

49. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-7 59/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar