Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2438/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: növbədənkənar səyyar vergi yoxlama keçirilməsinin əsasları, bazar qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmət inin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergi məsuliyyətinə cəlb olunması barədə 11 sentyabr 2023-cü il tarixli qərarının ləğvinə dair inzibati mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2171/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qərarından cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (vergidən yayınma və ya vergi qanunvericiliyinin pozulması risk(lər)inin məzmunu-Təqdim edilmiş mallar üzrə bəyan edilmiş ticarət əlavəsinin vergi orqanlarında mövcud olan uçot-baza məlumatlarına əsasən daha yüksək müəyyən edilməsi; risk(lər)in təsviri-Vergi ödəyicisi tərəfindən təqdim olunan MV bəyannamələrində 2019-cu ildə ticarət əlavəsi 20 %, 2020-ci ildə 15 % və 2021-ci ildə 17 % olmuşdur. Vergi orqanlarında mövcud olan uçot-baza məlumatlarına əsasən real ticarət əlavəsi daha yüksək müəyyən edilmişdir) Vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə dekabr 2019 - noyabr 2022 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilməsi qərara alınmış və yoxlamanın keçirilməsi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Ticarət sahələrinin auditi şöbəsinin böyük dövlət vergi müfəttişi 1-ci də rəcəli müfəttiş X1 tapşırılmış, yoxlamanın müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir.
2. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə, İddiaçı MMCnin fəaliyyət göstərdiyi ünvanlarda yerləşən vergi ödəyicisinin müvəqqəti icarəyə götürülmüş obyektlərində olan əsas vəsaitlərin, hazır məhsullaın, nağd pul vəsaitlərinin habelə digər sərvətlərin inventarizasiyasının aparılmasının təyin edilməsi qərara alınmışdır. 3. “Əmlakın və digər qiymətlərin inventarizasiyası barədə” xx.xx.2023-cü il tarixli aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri LGBİ-nin xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı MMC-yə məxsus ünvanlarda xx.xx.2023-cü il tarixə olan əmlakın və digər qiymətlərin invent arizasiyası aparılmışdır. Əmlakın və digər qiymətlərin inventarizasiyası nəticəsind qeyd edilən ünvanlardakı təsərrüfat subyektlərində ümumi olaraq, xx.xx.2023cü il tarixə divar kağızı 1.06-6773310,76 manat (altı milyon yeddi yüz yetmiş üç min üç yüz on manat yetmiş altı qəpik) divan kağızı 0,53-351811,2 manat (üç yüz əlli bir min səkkiz yüz on bir manat iyirmi qəpik) dəyərində mal-material inventarizasiya nəticəsində müəyyən edilmişdir.
4. Vergi Məcəlləsinin 104, 108-ci maddələrin tələblərinin pozulduğuna görə 2019-cu il üzrə 2444.75 manat mənfəət vergisinin artıq hesablanması, 2020-ci il üzrə 470116.99 manat mənfəət vergisinin azaldıldığı və 2021-ci il üzrə isə 343881.20 manat mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən mənfəət vergisinin h esabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 813998.19 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 406999.1 manat maliyyə sanksiyasının tətbiq edilmişdir.
5. Vergi Məcəlləsinin 159.1 və 175-ci maddələrinin tələbləri pozulmaqla yoxlama ilə əhatə olunan dövr üzrə ayrı-ayrı aylar üzrə büdcəyə çatası ƏDV-nin 962849.81 manat azaldılması, 1366733.74 manat artıq hesablanması müəyyən edilərək, ümumilikdə büdcədən qaytarılan ƏDV-nin 403883.93 manat olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövr üzrə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 962849.81 manat azaldılmasına görə, azaldılmış ve rgi məbləğinin 50% miqdarında, yəni 481424.91 manat maliyyə sanskiyası tətbiq olunmuşdur.
6. Bundan başqa, Vergi Məcəlləsinin 125.4-cü maddəsinə əsasən ödəmə mənbəyindən vergiyə görə 14.626,79 manat və 7.313,4 manat maliyyə sanksiyası, 57.1-ci maddəsinə əsasən vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə hər hesabat dövrü üzrə 40,00 manat olmaqla 120,00 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının əlavə vergilərin hesablanması hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Sonradan iddiaçı iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının 2444,75 manat mənfəət vergisinin və 1366733,74 manat ƏDV-nin artıq hesablanması hissəsində istisna olmaqla qalan hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, “FAVORİTE GALLERY" MMC barəsində vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli qərara əsasən xx.xx.2019-xx.xx.2022-ci il dövrləri əhatə etməklə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2023cü il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akta əsasən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla iddiaçı barəsində əlavə vergilər hesablanmış, həmçinin yoxlama dövrü üzrə vergi ödəyicisinin əvəzləşdirmədiyi ƏDV məbləğləri bərpa edilmişdir. Yoxlama Vergi Məcə lləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilsə də, həmin maddəyə uyğun olaraq Cəmiyyətin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin hansı mənbəyi bəlli məlumat əsasında əldə edildiyi yoxlamanın təyin edilməsi barədə qərarda əsaslandırılmamışdır. Belə ki, qərarda “Vergi ödəyicisi tərəfindən təqdim olunan MV bəyannamələrində 2019-cu ildə ticarət əlavəsi 20%, 2020-ci ildə 15% və 2021-ci ildə 17% olmuşdur. Vergi orqanlarında mövcud olan uçot-baza məlumatlarına əsasən real ticarət əlavəsi daha yüksək müəyyən edilmişdir” kimi qeyd olunmuşdur. Halbuki həmin uçot-baza məlumatlarının nədən ibarət olması göstərilməmiş, yoxlama materialına bununla bağlı hər hansı sənəd əlavə olunmamış, həmçinin iddiaçının ticarət əlavəsinin aşağı olmasına dair heç bir əs as qeyd olunmamışdır.
10. Növbədənkənar səyyar vergi yoxlamasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə müəyyən olunan mənbəyi bəlli məlumat olmadan həyata keçirilməsi dəfələrlə kassasiya instansiyasının qərarlarında pozuntu kimi qiymətləndirilərək qərarın ləğv olunmasının əsası kimi göstərilmişdir. Əlavə olunan Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 21(102)1969/2022 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-669/2022 saylı, xx.xx.2022-ci il tarixli 21(102)-1480/2022 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-1255/2022 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-23/2022 saylı qərarlarından göründüyü kimi, formalaşmış vahid məhkəmə təcrübəsi yoxlamanın təyin edilməsinin əsaslandırılmadığı hallarda bu formada həyata keçirilən inzibati icraatın qanunsuz olduğunu təsbit etmişdir.
11. Bundan baş qa, xx.xx.2023-cü il tarixdə iddiaçının fəaliyyət obyektlərinə baxış keçirilərək **********167555 nömrəli protokol tərtib olunsa da, bu fakt yoxlamaların vahid məlumat reyestrinə daxil edilməyib. Halbuki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü və 3.4.9-cu bəndlərinə əsasən həmin məlumat reyestrə daxil edilməli idi. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin 1.4-cü bəndinə görə, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yox layıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanunun 3.2-ci maddəsinin tələbləri pozulduğu üçün yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuli yyət tədbirləri tətbiq edilə bilməz. Yoxlama zamanı xx.xx.2023-cü il tarixdə "Sənədlərin qismən təqdim edilməsi barədə” akt tərtib olunmuş, amma hansı sənədlərin mövcud olub təqdim olunmamasına dair imtina aktı tərtib olunmamışdır. Halbuki, Vergi Məcəlləsinin 43.10-cu maddəsinə görə, Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi sənədləri və nümunə kimi əşyaları vermədiyi halda, bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada imtina aktı tərtib edilir və həmin akt vergi orqanının vəzifəli şəxsləri, yoxlamada iştirak edən digər şəxslər (müşahidəçilər, ekspertlər, mütəxəssislər), habelə vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən imzalanır. Qeyd olunan aktın mövcud olmaması iddiaçı tərəfindən yoxlama üçün zəruri olan bütün sənədlərin təqdim olunduğunu təsdiq edir. Aktın 1.9.2-ci bəndinə görə, müəssisədə invertarizasiya həyata keçirilmiş və guya 2094542,26 manat məbləğində malların əskik gəlməsi müəyyən edilmişdir. Vergi orqanı tərəfindən inventarizasiya prosesi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 12 iyun tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş "Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması Qaydaları”nın tələblərinə zidd şəkildə həyata keçirilmişdir.
12. Bundan başqa, aktın 1.9.4-cü bəndində xx.xx.2023-cü il tarixli "Ekspertizanın təyin edilməsi haqqında” qərara əsasən ekspertizanın aparıldığı qeyd olunmuşdur. Təqdim olunmuş malın (işin, xidmətin) bazar qiymətinin müəyyən olunması üçün Vergi Məcəlləsinin 14-cü maddəsi ilə müəyyən olunan ardıcıllığa riayət edilməlidir. Rəyin V (Ekspertizanın keçirilməsi proseduru) hissəsində satılan malların ekspertə təqdim olunmadığı qeyd olunmuşdur. Bununla bağlı bildirirlər ki, Vergi Məcəlləsinin 44.4-cü maddəsinə görə, ekspertin yoxlamanın predmetinə aid olan yoxlama materialları ilə tanış olmaq, ona əlavə materialların verilməsi barədə vəsatət qaldırmaq hüququ vardır. Lakin ekspert tərəfindən nümunə malların götürülməsinə dair heç bir vəsatət təqdim olunmamış, vergi ödəyicisinin nümunələri təqdim etməkdən imtinasını təsdiq edən heç bir akt tərtib olunmamışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək aparılmış ekspertiza müddəti ərzində ekspert yalnız 2(iki) divar kağızı nümunəsi rəyə əlavə etmişdir ki, onlar da ümumiyyətlə iddiaçının idxal etdiyi malların xüsusiyyətlərini əks etdirmir. Belə ki, “ Fresco divar kağızı” və “Divar kağızları tam yuyulan” başlıqlı nümunələrdə ilk növbədə istehsalçı ölkə müəyyən deyil. Bundan başqa, bir neçə fərqləndirici xüsusiyyət qeyd olunmuşdur (tam yuyulan, arxa filizinli, qalın) ki, ekspert tərəfindən iddiaçıdan nümunə divar kağızı götürülmədiyindən həmin malları analoji mal kimi qəbul etmək mümkün deyil. Həmçinin, qiymətə təsir edən bir çox amillər (icarə, əmək haqqı və s.), eyni zamanda elanlardakı qiymətlərin ilkin oferta olması da mütləq nəzərə alınmalı nüanslardır.
13. Rəydə yoxlama dövrü üzrə təqdim olunan qiymətlərə gəldikdə isə, həmin qiymətlərin hansı qaydada müəyyən olunmasına dair heç bir əsaslandırma aparılmamışdır. Belə ki, ekspert tərəfindən illər üzrə 0,53 metr və 1,06 metr ölçülərdə divar kağızının qiymətləri ədədi ardıcıllıqla sün i şəkildə düzülmüşdür. 0,53 metr ölçü üzrə 2019cu, 2020-ci, 2021-ci və 2022-ci illər üzrə qiymət ardıcıllığı - 13,1 manat, 13,2 manat, 13,3 manat və 13,3 manat kimi göstərilmişdir. 1,06 metr ölçüdə divar kağızları üçün qiymət ardıcıllığı - 28,2 manat, 28,3 manat, 28,4 manat və 28,5 manat olaraq əks olunmuşdur. Olduqca qeyri-peşəkar və biznes reallığına uyğun gəlməyən bu qiymətlərə baxdıqda hər şey aydın olur ki, heç bir real bazar qiymətinin müəyyən olunmasından söhbət gedə bilməz. Qiymətlərin excel funksiyaları üzərində yerdəyişmələr etməklə bu formada göstərilməsi əvvəlcədən niyyət olunan satış dövriyyəsinin çıxarılması şübhəsi yaradır. Bundan başqa, bazar qiymətinin illik olaraq müəyyən olunması tamamilə hüquqazidd anlayışdır və rəydən də göründüyü kimi, yazılan xəyali qiymətlər yalnız yoxlama dövrü üzrə illəri əks etdirir. Yoxlama aktının 23-cü səhifəsində hesablama cədvəllərinin (ƏDV müqayisəli təhlil cədvəli) yoxlama materiallarına əlavə olunduğu qeyd olunsa da, həmin cədvəllər vergi ödəyicisinə təqdim edilməmişdir. Həmçinin, rəydə yük-gömrük bəyannamələrinin yoxlayıcı tərəfindən ekspertə təqdim olunduğu qeyd olunmuşdur. Həmin idxal sənədlərindən göründüyü kimi, yoxlama dövründə iddiaçının aldığı divar kağızları Çin istehsalıdır. Ekspert rəyində istinad olunan analoq malların isə heç birində istehsalçı ölkə bilinmir.
14. Həmçinin, yuxarıdakı qiymətlərin divar kağızlarının hansı xüsusiyyətləri nəzərə alınmaqla müəyyən olunduğu göstərilməmişdir. İş materiallarından müəyyən olunur ki, vergi orqanının ƏDV və mənfəət vergisi üzrə hesablamasının əsasını inventarizasiya nəti cəsində müəyyən olunan əskik gəlməyə və vergi ödəyicisinin satışlarına ekspert tərəfindən verilən rəydəki qiymətlərin tətbiqi nəticəsində yaranan fərq təşkil edir. Həmin rəy isə göstərilənlərə əsasən mötəbər olmadığından onun əsasında hesablanan vergilər də qanunsuzdur. Həmçinin, vergi orqanlarının bazar qiymətini müəyyən etməsi üçün birbaşa ekspert rəylərindən istifadə etməsi formalaşmış məhkəmə təcrübəsi ilə də dəfələrlə təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-1815/2023 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)-1174/2023 saylı, xx.xx.2023cüil tarixli 2-1(102)-834/2023 saylı, xx.xx.2023-cü il tarixli 2- 1(102)-544/2023 saylı və əvvəlki illərdə qəbul edilmiş çoxsaylı qərarlarında əks etdirilən mövqeyə görə, bazar qiyməti müəyyən edi lərkən Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərinə riayət edilməlidir. xx.xx.2023-cü il tarixli 2-1(102)-1815/2023 saylı Qərarın 13-cü bəndində qeyd edilmişdir: “Lakin cavabdeh ekspertiza təyin edənədək iddiaçı tərəfindən satılan məhsulların qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, hər hansı araşdırma aparmamışdır.
15. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi halda, bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Beləliklə də, məhkəmə yalnız ekspert rəyinə istinad etməklə vergi orqanının iddiaçıya əlavə vergi öhdəliyinin müəyyən etməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etmir. Qeyd olunanlardan əlavə yoxlanılan illər üzrə vergi orqanının ƏDV və mənfəət vergisi üzrə müəyyən etdiyi dövriyyələrə baxılarsa burada da ziddiyyətli halların olduğunu görərik. İddiaçının vergidən azad olan hər hansı əməliyyatı olmadığından ƏDV üzrə dövriyyə məbləği mənfəət üzrə gəlir məbləği ilə eyni olmalı olduğu halda, yoxlama nəticəsində həmin göstəricilər tamamilə fərqlidir. Bundan başqa, iddiaçıya 2020-2022-ci illər üzrə ümumilikdə 17930,0 manat məbləğində ÖMV hesablanmışdır. Bu hesablamanın tərkibinə təsisçidən alınan borcun qaytarılmasına görə faizlərdən 10 faiz dərəcə ilə vergilər və beynəlxalq daşıma xidmətləri alınan zaman qeyri-rezidentə ödənilən vəsaitdən 6 faiz dərəcə ilə verginin tutulması daxildir. Faiz gəlirlərindən ÖMV hesablanmasına münasibətdə bildirilir ki, Vergi Məcəlləsində qeyd olunan əməliyyatın vergiləndirilməsinə dair hər hansı norma mövcud deyil. Bundan başqa, Mülki Məcəllənin390-cı maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmçinin, həmin Məcəllənin 739.2-ci maddəsinə görə, müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, qanunverici yalnız bu fəaliyyəti peşəkar şəkildə həyata keçirən şəxslərə mü vafiq normaların tələbinə əməl edilməsi şərti müəyyən etmişdir. Təsisçinin öz müəssisəsinə borc pul vəsaitini verməsi isə onun gələcəkdə müəssisənin xalis mənfəətindən dividend almaq məqsədilə atdığı addımdır. Bundan başqa, vergi orqanının istinad etdiyi Vergi Məcəlləsinin 123.1-ci maddəsinə görə, rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olar aq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Göründüyü kimi, norma ilk növbədə faizlərin ödənilməsi ilə şərtləndirilmişdir. Vergi orqanı isə müəssisənin təsisçiyə belə faizləri ödədiyinə dair heç bir sübut təqdim edə bilməz, çünki bu hal baş verməmişdir. Digər nüans bundan ibarətdir ki, vergi orqanı faizlərə görə 10 faiz dərəcə ilə vergi hesablasa da, həmin faiz məbləğini müəssisənin xərcləri kimi tanımır. Bu halda ziddiyyətli məqam yaranır ki, əgər müəssisə təsisçiyə borcu qaytaranda əlavə faiz ödənilməsi qəbul edilirsə, o zaman həmin faiz məbləği müəssisənin xərcləri kimi də qəbul edilməlidir. Vergi orqanı isə yalnız faizlərdən verginin hesa blanmasını qəbul etdiyi üçün bir-birinə zidd yanaşma formalaşır. Odur ki, hesablanmış ÖMV məbləği əsassızdır. Əlavə olaraq, yoxlama dövründə iddiaçının ödənilən müəyyən ƏDV məbləğlərini əvəzləşdirmədiyinə görə cavabdeh həmin əvəzləşdirmələri bərpa etmişdir ki, bu hal inzibati aktın mübahisələndirilməyən hissəsidir.İddiaçı tərəfindən mübahisələndirilən hissə xx.xx.2023-cü il tarixli qərarın yalnız əlavə vergilər hesablanan hissəsindəndir.
16. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı MMC yoxlanılan dövrdə faktiki olaraq divar kağızlarının topdan və pərakəndə qaydada satışı fəaliyyəti ilə məşğul olmuşdur. Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə mənfəət vergisinin ödəyicisi olmuş, yoxlama ilə 2019, 2020 və 2021-ci illər üzrə mənfəət vergisi bə yannamələri əhatə edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən yoxlamaya vergilərin hesablanması üçün zəruri sənədlər tam təqdim edilmədiyindən vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların orta satış bazar qiymətinin müəyyən edilməsi üçün ekspert dəvət edilməsi zərurəti yaranmışdır. Yoxlama ilə Vergi Məcəlləsinin 14.6.3.3-cü və 14.6.6-cı maddələrinin tələblərinə müvafiq olaraq müəssisə tərəfindən tətbiq edilmiş topdan və pərakəndə satış qiymətlərinin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı olan mallara bazar qiymətləri tətbiq edilmiş və nəticədə "xxxx" MMC-nin mənfəət vergisi bəyannamələrinin 200.1-ci sətrində malların təqdim edilməsindən gəlirləri 2020-ci il üzrə 1954917.35 manat, 2021-ci il üzrə 1531346.49 manat, 2022-ci il üzrə isə 3294057.03 ma nat olmaqla yoxlama ilə əhatə olunan dövr üzrə cəmi 6780320.87 manat olmuşdur.
17. Yuxarıda qeyd edildiyi kimi, topdan və pərakəndə satış qiymətlərinin müəyyən edilməsi üçün yoxlama zamanı ekspert dəvət edilmiş və müəssisə tərəfindən tətbiq edilmiş qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox fərqlənən mallara bazar qiymətləri tətbiq edilməklə ekspert rəyinə əsasən əlavə dövriyyə müəyyən edilmişdir. Eyni zamanda cəmiyyət tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərə əsasən 2020-ci il üzrə gəlirini 70427.92 manat, 2021-ci il üzrə isə 23457.69 manat artıq göstərməklə Vergi Məcəlləsinin 104.1-ci maddəsinin tələblərini pozmuşdur. Beləliklə, səyyar vergi yoxlaması ilə təqdim edilmiş sənədlərə və ekspert tərəfindən təqdim edilmiş rəydən vergilərin hesablanmasından istifadə edilmək lə İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə topdan və pərakəndə qaydada təqdim edilmiş hər bir məhsul üzrə real satış qiymətləri tətbiq edilmiş və vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104.1-ci maddəsinin tələbləri pozulmaqla gəlirləri 2020-ci il üzrə 2025345.27 manat, 2021-ci il üzrə 1507888,8 manat olmaqla ümumilikdə 35322 234.07 manat kənarlaşan dövriyyə aşkar edilmişdir. Yoxlama ilə 2019, 2020 və 2021-ci il üzrə mənfəət vergisinin bəyannaməsinin düzgünlüyü yoxlanılmış və aşağıdakı kənarlaşma aşkar edilmişdir. 2019-cu il üzrə: Səyyar vergi yoxlaması zamanı 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 177065.15 manat, o cümlədən malların təqdim edilməsindən gəlir 177065.15 manat, gəlir in əldə edilməsi ilə bağlı cəmi xərclər 159778.06 manat, o cümlədən malın dəyəri 135059.77 manat, yanacaq xərcləri 551.30 manat, rabitə xərcləri 180.45 manat, bank xidmətləri üzrə xərclər 6991,94.manat, borca görə faizlər və onunla bağlı olan xərclər 16001.30 manat, sığorta üzrə xərclər 198.00 manat, digər xərclər 795.3 manat olmaqla nəticədə 2444.75 manat (59xx.xx-3457.42) mənfəət vergisinin artıq hesablanması müəyyən edilmişdir. 2020-ci il üzrə: Səyyar vergi yoxlaması zamanı 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 5399993.96 manat, o cümlədən malların təqdim edilməsindən gəlir 5399993.96 manat, gəlirin əldə edilməsi ilə bağlı cəmi xərclər 2708607.20 manat, o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələr 47622.03 manat, sosial sı ğorta haqları 9199.46 manat, malın dəyəri 2596321.47 manat, yanacaq xərcləri 3790.21 manat, rabitə xərcləri 327.00 manat, bank xidmətləri üzrə xərclər 25423.47 manat, borca görə faizlər və onunla bağlı olan xərclər 8113.30 manat, nəqliyyat xərcləri 12920,0 manat, sığorta üzrə xərclər 421.80 manat, digər xərclər 4468.46 manat olmaqla nəticədə 470116.99 manat (5382xx.xx-68160.36) mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. 2021-ci il üzrə: Səyyar vergi yoxlaması zamanı 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 4366833.97 manat, o cümlədən malların təqdim edilməsindən gəlir 4366833.97 manat, gəlirin əldə edilməsi ilə bağlı cəmi xərclər 2433575.22 manat, o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələr 71292.00 manat, sosial sığor ta haqları 13906.37 manat, malın dəyəri 2192520.5 manat, icarə haqqı 60000.0 manat, yanacaq xərcləri 6970.51 manat, rabitə xərcləri 323.30 manat, bank xidmətləri üzrə xərclər 31783.22 manat, borca görə faizlər və onunla bağlı xərclər 15043.06 manat, nəqliyyat xərcləri 38760.00 manat, sığorta üzrə xərclər 738.14 manat, digər xərclər 2238.12 manat olmaqla nəticədə 34388.12 manat (3866xx.xx-42770.55) mənfəət vergisinin azaldılması müəyyən edilmişdir.
18. Beləliklə, səyyar vergi yoxlaması zamanı müəssisə tərəfindən Vergi Məcəlləsinin 104, 108-ci maddələrin tələblərinin pozulduğuna görə 2019-cu il üzrə 2444.75 manat mənfəət vergisinin artıq hesablanması, 2020-ci il üzrə 470116.99 manat mənfəət vergisinin azaldıldığı və 2021-ci il üzrə isə 343881.20 manat mənfəət vergisinin azaldıldığı müəyyən e dilmişdir.
19. Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 813998.19 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 406999.1 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. ƏDV üzrə: Yoxlanılan dövrdə müəssisə tərəfindən təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrinin düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən olundu. Yoxlama ilə ƏDV üzrə xx.xx.2019-ci il tarixdən 30.11,2022ci il tarixə qədər olan dövr əhatə olundu. Yoxlama zamanı Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022ci il tarixədək olan dövrdə topdan və pərakəndə qaydada təqdim edilmiş mallar üzrə bazar qiymətləri Baş İdarəni n "Ekspertizanın təyin edilməsi haqqında" xx.xx.2023-cü il tarixli qərarına əsasən müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 25 nömrəli rəyə əsasən müəyyənləşdirilmişdir. Yoxlama ilə xx.xx.2022-ci il tarixədək qüvvədə olan Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə əsasən müəssisə tərəfindən təqdim olunan mallara tətbiq edilmiş qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı olan mallar üzrə vergilər bazar qiyməti əsasında, təqdim olunan mallara tətbiq edilmiş qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən daha az olan mallar üzrə faktiki təqdimolunma qiymətləri əsasında müəyyən olunmuşdur. Yoxlama ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə əsasən müəssisə tərəfindən topdan qaydada təqdim olunan mallara tətbiq edilmiş qiymətlərin səviyyəsi bazar qiymətlərindən 10 faizdən çox aşağı mallara və pərakəndə qaydada isə təqdim olunan mallara tətbiq edilmiş qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı mallar üzrə vergilər bazar qiyməti əsasında, təqdim olunan mallara tətbiq edilmiş qiymətlərin səviyyəsi bazar qiymətlərindən topdan qaydada təqdim olunmuş mallar üzrə 10 faizdən, pərakəndə qaydada təqdim olunmuş mallar üzrə isə 30 faizdən daha az olan mallara faktiki təqdimolunma qiymətləri əsasında müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən gömrük orqanları tərəfindən verilmiş ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri verginin əvəzləşdirilməsinə ə sas verir. Yoxlama ilə Vergi Məcəlləsinin 14.6.3.3-cü və 14.6.6-cı maddələrinin tələblərinə müvafiq olaraq müəssisə tərəfindən tətbiq edilmiş qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən (xx.xx.2022-ci iİ tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə əsasən topdasatış ticarət fəaliyyəti üzrə mallar 10 faiz) çox aşağı olan mallara bazar qiymətləri tətbiq edilməklə 2020-ci il üzrə 1954917.35 manat (ƏDV-siz), 2021-ci il üzrə 1531346.49 manat (ƏDV-siz), 2022-ci il üzrə 3294057.03 manat (ƏDV-siz) olmaqla, yoxlama ilə əhatə edilən dövr üzrə cəmi 6780320.87 manat əlavə dövriyyə müəyyən edilmişdir.
20. Səyyar vergi yoxlaması zamanı yoxlanılan dövr ərzində inventarizasiya ilə malın hərəkəti yığılaraq yoxlanılan dövr üzrə satıldığı lakin dövriyyə sa lınmadığı (əskik gələn) mallar üzrə ekspert rəyi ilə satış qiyməti hesablanaraq yoxlanılan dövrün sonuncu hesabat ayına yəni 2022-ci ilin noyabr ayında 2502617.81 manat əlavə pərakəndə satış dövriyyəsi hesablanmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən ƏDV bəyannamələrinin 310-cu sətrində idxalda ƏDV-yə cəlb olunmuş mallara (işlərə, xidmətlərə) görə ödənilmiş məbləğ üzrə vergi ödəyicisi tərəfindən əvəzləşdirilən ƏDV məbləği 2020-ci ildə 464071.63 manat əskik, 2021-ci ildə isə 299802.81 manat əskik hesablanmışdır. Nəticədə Vergi Məcəlləsinin 175.1.2-ci maddəsinin tələblərinə müvafiq olaraq yoxlama ilə əhatə edilən dövr üzrə ƏDV bəyannamələrininin 310-cu sətrində idxalda ƏDV-yə cəlb olunmuş mallara (işlərə, xidmətlərə) görə ödənilmiş məbləğ üzrə əvəzləşdirilməmiş 1 641489,5 manat ƏDV məbləğinin əvəzləşdirilməsi yoxlama ilə təmin edilmişdir.
21. Beləliklə, yoxlama zamanı Vergi Məcəlləsinin 159.1, 175-ci maddələrinin tələbləri nəzərə alınmaqla yoxlanılan dövr ərzində səyyar vergi yoxlaması ilə 2020-ci ilin yanvar ayı üzrə 9038.5 manat məbləğin azaldığı, 2020-ci ilin fevral ayı üzrə 8286.41 manat məbləğin azaldığı, 2020-ci ilin mart ayı üzrə 6009.19 manat məbləğin azaldığı, 2020-ci ilin aprel ayı üzrə 5899.02 manat məbləğin azldığı, 2020-ci ilin may ayı üzrə 6116.03 manat məbləğin azaldığı, 2020-ci ilin iyun ayı üzrə 29501.75 manat məbləğin azaldığı, 2020-ci ilin iyul ayı üzrə 65196.06 manat bməbləğin azaldığı, 2020-ci ilin avqust ayı üzrə 89007.89 manat məbləğin azaldığı, 2020-ci ilin sentyabr ayı üzrə 14017.91 manat məbləğin azaldığı, 2020-ci ilin okt yabr ayı üzrə 44015.35 manat məbləğin azaldığı, 2020-ci ilin noyabr üzrə 272647.6 manat məbləğin artıq hesablandığı, 2020-ci ilin dekabr ayı üzrə 116627.00 manat məbləğin artıq hesablandığı,2021-ci ilin yanvar ayı üzrə 66713.42 manat məbləğin artıq hesablandığı, 2021-ci ilin fevral ayı üzrə 26769.50 manat məbləğin artıq hesablandığı, 2021-ci ilin mart ayı üzrə 6190.13 manat məbləğin azaldığı, 2021-ci ilin aprel ayı üzrə 8459.27 manat məbləğin azaldığı, 2021-ci ilin may ayı üzrə 139600.78 manat məbləğin artıq hesablandığı, 2021-ci ilin iyun ayı üzrə 30697.65 manat məbləğin artıq hesablandığı, 2021-ci ilin iyul ayı üzrə 186564.74 manat məbləğin artıq hesablandığı, 2021-ci ilin avqust ayı üzrə 20854.48 manat məbləğin azaldığı, 2021-ci ilin sentyabr ayı üzrə 161482.95 manat məbləğin artıq hesa blandığı, 2021-ci ilin oktyabr ayı üzrə 116586.71 manat məbləğin artıq hesablandığı, 2021-ci ilin noyabr ayı üzrə 21743.34 manat məbləğin azaldığı, 2021-ci ilin dekabr ayı üzrə 86343.63 manat məbləğin azaldığı, 2022-ci ilin yanvar ayı üzrə 6380.86 manat məbləğin azaldığı, 2022-ci ilin fevral ayı üzrə 24974.52 manat məbləğin azaldığı, 2022-ci ilin mart ayı üzrə 27643.87 manat məbləğin azaldığı, 2022-ci ilin aprel ayı üzrə 33972.02 manat məbləğin artıq hesablandığı, 2022-ci ilin may ayı üzrə 8292.12 manat məbləğin azaldığı, 2021-ci ilin iyun ayı üzrə 4208.21 manat məbləğin azaldığı, 2022-ci ilin iyul ayı üzrə 5859.82 manat məbləğin azaldığı, 2022ci ilin avqust ayı üzrə 11315.98 manat məbləğin azaldığı, 2019-ci ilin sentyabr ayı üzrə 81258.59 manat məbləğin artıq hesablandığı, 2022-ci ilin oktyabr ayı üzrə 133812.78 manat məbləğin artıq hesablandığı, 2021-ci ilin noyabr ayı üzrə 453495.47 manat məbləğin azaldığı müəyyən edilmişdir. Yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 159.1 və 175-ci maddələrinin tələbləri pozulmaqla yoxlama ilə əhatə olunan dövr üzrə ayrı-ayrı aylar üzrə büdcəyə çatası ƏDV-nin 962849.81 manat azaldılması, 1366733.74 manat artıq hesablanması müəyyən edilərək, ümumilkdə büdcədən qaytarılan ƏDV-nin 403883.93 manat olduğu müəyyən edilmişdir.Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövr üzrə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 962849.81 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 481424.91 ma nat maliyyə sanskiyası tətbiq edilmişdir.
22. ÖMV üzrə: Yoxlama ilə müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin düzgünlüyü vəziyyəti araşdırılmışdır. Ödəmə mənbəyində vergilər üzrə 4-cü rüb 2019-cu il tarixdən 3-cü rüb 2022-ci il tarixədək olan dövr yoxlama ilə əhatə olunmuşdur. Mülki Məcəllənin 739-cu maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kre dit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Müəyyən edilmişdir ki, müəssisə tərəfindən Vergi Məcəlləsinin 123.1-ci maddəsinin tələbi pozulmuştur. Belə ki, Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən rezident tərəfindən ödənilən faizlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Yoxlama ilə əhatə olunan dövrdə müəssisənin təsisçisi X12 tərəfindən müəssisəyə 1164130.00 manat borc verilmiş və həmin məbləğ müəssisənin bank hesabına mədaxil edilmiş və müəssisəyə verilmiş borcdan 354800.00 manat vəsait geri qaytarılmışdır. Yoxlama ilə müəssisə tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməsi təklif olunmuşdur.
23. Səyyar vergi yoxlaması zamanı müəssisəyə 1-ci rüb 2022-ci il üzrə 268.68 manat, 2-ci rüb 2022-ci il üzrə 1345.67 manat, 3-cü rüb 2022-ci il üzrə 1688.86 manat rezident tərəfindən ödənilən faizlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutularaq hesablama aparılmışdır. Beləliklə, Vergi Məcəlləsinin 123.1-ci m addəsinin tələbinin pozulmasına görə 3303.21 manat ödəmə mənbəyi üzrə vergilərin hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış və yayındırılmış 3303.21 manat vergi məbləğinin 50% miqdarında 1651.61 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri 6 faiz dərəcəsi ilə ödəmə mənbəyində vergiyə cəlb olunur. Səyyar vergi yoxlaması zamanı müəssisə tərəfindən Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinin tələblərinin pozulduğuna görə 4-cü rüb 2020-ci il üzrə 824.68 manat, 1-ci rüb 2021-ci il üzrə 1106.04 manat, 2-ci rüb 2022-ci il ü zrə 7920.84 manat, 3-cü rüb 2022-ci il üzrə isə 4775.23 manat ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutularaq hesablama aparılmışdır. Beləliklə, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinin tələbinin pozulmasına görə 14626.79 manat ödəmə mənbəyi üzrə vergilərin hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış və yayındırılmış 14626.79 manat vergi məbləğinin 50% miqdarında 7313.4 manat maliyyə sanksiyası tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulması görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən yoxlama ilə əhatə edilən dövr üzrə vergilərin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 425 614,45 manat azaldılmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövr üzrə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 897516,49 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
24. Bakı İnzibati Məhkəməsinin (hakim X2) e-2-1(112)-2646/2024 saylı 01 fevral 2024-cü il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176222 nömrəli qərarının 2022-ci ilin noyabr ayı üzrə hesablanmış ƏDV məbləğinin 241083.9 manat və həmin məbləğə tət biq olunan 120541.95 manat maliyyə sanksiyası hissəsi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 125.4-cü maddəsinə əsasən tətbiq edilən 14626.79 manat ÖMV məbləği və həmin məbləğə tətbiq edilən 7313.4 manat məbləğində maliyyə sanksiyası hissələri istisna olmaqla, qərarın qalan mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır.
25. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2022-ci il tarixli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) açıqlamamış, diskresion səla hiyyətlərindən niyə məhz bu formada istifadə etməsinin səbəblərini əsaslandırmamışdır. Bu mənada növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Odur ki, cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.
26. Bundan əlavə, xüsusilə qeyd edilməlidir ki, təqdim olunmuş malın (işin, xidmətin) bazar qiymətinin müəyyən olunması üçün Vergi Məcəlləsinin 14-cü maddəsi ilə müəyyən olunan qaydalara riayət edilməlidir. Cavabdeh həmin normanın tələbinə əməl etməmişdir. İddiaçının satdığı divar kağızının nümunəsi olmadan onun bazar araşdırması aparılmaqla real dəyərinin müəyyən edilməsi imkan xaricindədir. İddiaçının ərizədə qeyd etdiyi kimi divar kağızlarının müxtəlif kateqoriyaları (qalınlığı, yuyula bilən, flizinli, və s.) vardır. Həmçinin, mənşə ölkəsinə görə bazarda qiymətlər fərqlənir. Lakin cavabdeh qeyd olunan əhəmiyyətli halların nəzərə alınmadığı rəydən istifadə etməklə yekunda əsassız hesablama aparmışdır.
27. İddiaçı və cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, sonradan iddiaçının müraciətinə əsasən onun şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X3 (məruzəçi), X4 və X5) 2-1(103)-2171 nömrəli 17 aprel 2024-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2646/2024 saylı 01 fevral 2024-cü il tarixli qərarı mübahisələndirilən- iddianın təmin olunduğu hissədə dəyişdirilmədən saxlanılmışdır.
29. Apellyasiya məhkəməsi iddianın təmin edilən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymışdır.
30. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkə məsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı MMC yoxlanılan dövrdə faktiki olaraq divar kağızlarının topdan və pərakəndə qaydada satışı fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən yoxlamaya vergilərin hesablanması üçün zəruri sənədlər tam təqdim edilmədiyindən vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların orta satış bazar qiymətinin müəyyən edilməsi üçün ekspert dəvət edilməsi zərurəti yaranmışdır. Yoxlama ilə Vergi Məcəlləsinin 14.6.3.3-cü və 14.6.6-cı maddələrinin tələblərinə müvafiq olaraq müəssisə tərəfindən tətbiq edilmiş topdan və pərakəndə satış qiymətlərinin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı olan mallara bazar qiymətləri tətbiq edilməklə ekspert rəyinə əsasən əlavə dövriyyə müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 813998.19 manat azaldılmasına görə, azaldılmış vergivməbləğinin 50% miqdarında, yəni 406999.1 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Səyyar vergi yoxlaması zamanı yoxlanılan dövr ərzində inventarizasiya ilə malın hərəkəti yığılaraq yoxlanılan dövr üzrə satıldığı lakin dövriyyə salınmadığı (əskik gələn) mallar üzrə ekspert rəyi ilə satış qiyməti hesablanaraq yoxlanılan dövrün sonuncu hesabat ayına, yəni 2022-ci ilin noyabr ayında 2.502.617,81 manat əlavə pərakəndə satış dövriyyəsi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddə sinə əsasən yoxlama ilə əhatə edilən dövr üzrə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 962.849,81 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 481.424.91 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 123.1-ci maddəsinin tələbinin pozulmasına görə 3.303,21 manat ödəmə mənbəyi üzrə vergilərin hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış və yayındırılmış 3.303,21 manat vergi məbləğinin 50% miqdarında 1.651,61 manat maliyyə sanksiyasız tətbiq edilmişdir. Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinin tələbinin pozulmasına görə 14.626,79 manat ödəmə mənbəyi üzrə vergilərin hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmı ş və yayındırılmış 14.626,79 manat vergi məbləğinin 50% miqdarında 7.313,4 manat maliyyə sanksiyasız tətbiq edilmişdir. MV bəyannamələrində qeyd edilən ticarət əlavələri vergi orqanında baza məlumatlarında olan real ticarət əlavələrindən daha aşağı olmuşdur. Qeyd edilən hal kifayət etmişdir ki, növbədənkənar səyyar vergi yoxlaması təyin edilsin və keçirilsin. Uçot baza məlumatları isə geniş olduğundan və fərqli ödəyicilər barədə də olan məlumatları özündə əks etdirdiyindən həmin məlumatların geniş şəkildə qərarda əks etdirilməsi ağlabatan olmamaqla qeyri-mümkündür. Yalnız həmin uçot-baza məlumatların təhlili nəticəsində əldə olunan nəticələr qərarda qeyd edilməklə konkret şəkildə əsaslandırılmışdır. Bütün baza məlumatlarının məhz qərarda öz əksini tapmalı olması barədə qanunvericilikdə hər hansı göstəriş yoxdur. xx.xx.2022-ci il tarixli “Yoxlanılması nəzərdə tutulan vergi ödəyicisi barədə” xidməti məlumatda yoxlamanın keçirilməsi üçün hallar öz əksini tapmış, malların təqdim edilməsi və xidmət göstərilməsi üzrə xərclər bəlli olsa da, gəlirlər barədə məlumatın olmaması yoxlamanın keçirilməsini zəruriliyini şərtləndirmişdir. Bu baxımdan təyin edilmiş yoxlama qanuni və əsaslı olduğundan məhkəmə kollegiyası tərəfindən yoxlamanın iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməsi tamamilə əsassızdır. Bazar qiymətinin müəyyən olunması Vergi Məcəlləsinin 14-cü maddəsinə nəzərdə tutulmuş mərhələlərə riayət edilməklə, həmçinin ekspertiza təyin edilməklə mümkündür. Apellyasiya məhkəməs i bildirmişdir ki, iddiaçının satdığı divar kağızının nümunəsi olmadan onun bazar araşdırması aparılmaqla real dəyərinin müəyyən edilməsi imkan xaricindədir. Belə ki, iddiaçının ərizədə qeyd etdiyi kimi, divar kağızlarının müxtəlif kateqoriyaları (qalınlığı, yuyula bilən, flizinli, və s.) vardır. Həmçinin, mənşə ölkəsinə görə bazarda qiymətlər fərqlənir. Lakin cavabdeh qeyd olunan əhəmiyyətli halların nəzərə alınmadığı rəydən istifadə etməklə yekunda əsassız hesablama aparmışdır. Məhkəmə tərəfindən qeyd olunan əsas məntiqə uyğun deyil. Belə ki, malın nümunəsinin olmaması bazar qiymətinin müəyyən olunması üçün maneə yaratmır. “Səyyar vergi yoxlaması akt”ında “Gömrük məlumatları” qrafasında idxal olunmuş mallar qrafasında “Malın adı/Qrup adı” hissəsində malların adı, ölçüsü və istehsalçı bar ədə məlumatlar qeyd olunmuşdur. Belə ki, istehsalçı kimi “SUZHOU ZHENDWİ ALLCOVERİNGS CO. LTD, SHAOXİNG VİGOUR DECORATİON MATERİAL CO., LTD qeyd edilmişdir. Həmçinin qeyd olunan məlumatlar məhkəməyə təqdim edilmiş sənədlərdə də öz əksini tapmışdır. Bununla yanaşı vergi ödəyicisinin bank məlumatlarında həmin istehsalı zamanı müəssisə tərəfindən Vergi Məcəlləsinin 123.1-ci maddəsinin tələbi pozulmuştur. Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən rezident tərəfindən ödənilən faizlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etməmişdir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
14. Bazar qiyməti 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təkli fin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.1. Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; 14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; 14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; 14.3.5. daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda; 14.3.6. vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda). 14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti bu qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar yuxarıda göstərilən qaydaya uyğun ela n edilsin. 14.5. Bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. 14.6. Bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alını r. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. 14.6.1. Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır: 14.6.1.1. göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi); 14.6.1.2. öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri; 14.6.1.3. mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıbazalması); 14.6.1.4. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer; 14.6.1.5. malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri; 14.6.1.6. malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi; 14.6.1.7. marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi; 14.6.1.8. işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınır. 14.6.2. Malların (işlərin, xidmətlərin) keyfiyyəti ilə əlaqədar qiymətlər bazar qiymətlərindən aşağı səviyyədə müəyyənləşdirilərkən keyfiyyəti n səviyyəsi səlahiyyətli şəxs tərəfindən təsdiq olunmalıdır. 14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərcl ərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. 14.6.4. Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır. 14.6.5. Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, aşağıdakı hallarda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır: 14.6.5.1. alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda; 14.6.5.2. malgöndərəni (iş görəni, xidmət göstərəni) müəyyənləşdirmək mümkün olmadıqda. 14.6.6. Vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır. 14.7. Hər bir tərəfin mal (i ş, xidmət) göndərməsi və əvəzinə digər mal (iş, xidmət) almasına uyğun olan əməliyyatların məcmusu mal (iş, xidmət) mübadiləsi əməliyyatını təşkil edir. Həmin əməliyyatların gedişində verilən (alınan) malların (işlərin, xidmətlərin) bazar qiymətləri bu maddənin müddəalarına uyğun olaraq müəyyən edilir. 14.8. Vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır. 14.9. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. 14.10. Qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür. Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə v ergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməkl ə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə,... Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil ol mağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məl umatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağl ı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi.... 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır.
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydad a əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
36. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. X11 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
38. Məhkəmə kollegiyas ı xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
39. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
40. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlama nəticəsində cavabdeh tərəfindən qəbul edilmiş vergi qanunvericiliyinin və ya icbari tibbi sı ğorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar əsasında iddiaçıya azaldılmış vergilər üzrə vergi borcu hesablanmışdır.
41. İddiaçı vergi orqanının mövqeyini əsassız hesab edərək qəbul edilmiş qərarı mübahisələndirmiş, həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini qismən əsaslı hesab edərək cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi qənaətinə gəlmişlər.
42. Hazırda cavabdeh apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticənin vergi qanunvericiliyinə ziddi olduğunu hesab edərək həmin qərarı mübahisələndirir.
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nə ticə qanuni və əsaslıdır. Öz mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir.
44. İş materiallarından görünür ki, vergi orqanının mübahisələndirilən qərarının qəbul edilməsinin əsası növbədənkənar səyyar vergi yoxlamasına dair qərar olmuşdur. Həmin qərarda vergi yoxlamasının başlanması üçün əsas kimi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilmişdir. Maddənin tələbinə görə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi hallarda keçirilə bilər.
45. Hazırkı iş üzrə isə cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etmək lə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır.
46. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
47. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq müəyyən edilməsi və bu əsasların siyahısın ın genişləndirici təfsirə malik olmaması, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir.
48. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəki ldə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır.
49. Belə ki, yuxarıda istinad olunan normaya (VM-nin 38.3-cü maddəsinə) görə, növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırıl malıdır.
50. Səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskres ion səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.
51. Hazırkı mübahisəyə münasibətdə isə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. Bu mənada, cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.
52. Cavabdehin dəlillərinə görə iddiaçının mənfəət vergi bəyannamələrində qeyd edilən ticarət əlavələri vergi orqanında baza məlumatlarında olan real ticarət əlavələrindən daha aşağı olmuşdur. Qeyd edilən hal kifayət etmişdir ki, növbədənkənar səyyar vergi yoxlaması təyin edilsin və keçirilsin. Uçot baza məlumatları isə geniş olduğundan və fərqli ödəyicilər barədə olan məlumatları özündə əks etdirdiyindən həmin məlumatların geniş şəkildə qərarda əks etditilməsi ağlabatan olmamaqla qeyri-mümkündür. Yalnız həmin uçotbaza məlumatların təhlili nəticəsində əldə olunan nəticələr qərarda qeyd edilməklə konkret şəkildə əsaslandırılmışdır. Bütün baza məlumatlarının məhz qərarda öz əksini tapmalı olması barədə qanunvericilikdə hər hansı göstəriş yoxdur.
53. Qanunun mənasına görə növbədənkənar vergi yoxlaması keçirilməsi üçün vergi orqanında mənbəyi bəlli olan məlumat o lmalı və qərarda həmin məlumata istinad olunmalıdır. Cavabdeh qərarında və şikayətində başqa vergi ödəyicilərinin vergi-uçot baza məlumatlarına istinad etmişdir, lakin qərarda sadəcə olaraq vergi uçot baza məlumatlarına istinadın qeyd olunması yetərli sayıla bilməz.
54. Cavabdeh hansı vergi ödəyicilərin, hansı illər üzrə, hansı vergi tədiyyələri ilə bağlı, həmin ödəyicilərin iddiaçı ilə oxşar xidmətlər göstərməsi, eyni ərazidə fəaliyyət göstərməsi və s. barədə hər hansı məlumata, ümumiyyətlə konkret olaraq heç bir məlumata istinad etməmişdir. Cavabdeh belə məlumatlar barədə həm inzibati icraat (vergi yoxlaması) apardığı, həm də məhkəmə icraatı dövründə bildirməmiş, iddiaçının belə məlumatlardan xəbəri olmamışdır. Belə olan halda iddiaçıya və məhkəməyə bəlli olmayan hər hansı ümumi istinad Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində nəzərdə tutulan hal kimi qəbul edilə bilməz.
55. Bazar qiyməti ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Qanunvericiliyin tələblərinə əsasən bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. Lakin Vergi Məcəlləsinin 14.3-cü maddəsinin hazırkı iş üzrə səyyar vergi yoxlamasının keçirildiyi tarixdə qüvvə olmuş redaksiyasında bu hal yalnız aşağıdakılarla şərtləndirilmişdir: - barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; - təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; - 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, Vergi Məcəlləsinin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zay olmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; - müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; - daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda.
56. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan vergilərin hesablanması zamanı bazar qiymətini nəzərə alması barədə gəldiyi nəticə Vergi Məcəlləsinin 14.3-cü maddəsinin tələblərinə zidd olmuş, malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilməməsi ilə bağlı müddəa bazar qiymətinin nəzərə alınması üçün qanunda nəzərdə tutulmamışdır.
57. Məhkəmə kollegiyası onu da qeyd edir ki, 9 dekabr 2022-ci il tarixli 677-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə yeni məzmunda 14.3.6-cı maddə (vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda)) əlavə edilmişdir. Lakin bu dəyişiklik 1 yanvar 2023-cü il tarixdən qüvvəyə mindiyinə görə hazırkı işə tətbiq edilməsi yolverilməzdir. Hazırkı iş üzrə səyyar vergi yoxlaması aparılarkən qüvvədə olan vergi qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi tərəfindən malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə vergi orqanının Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğini hesablamaq hüququ vardır.
58. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə həmin normanın tətbiqini zəruri edən halları və məlumatları əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı yoxlama tədbiri gedişatında ödənilməli vergi məbləğini hesablayarkən həmin hesablamanın həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Lakin iddiaçı barəsində səyyar vergi yoxlaması keçirilən zaman qüvvədə olan vergi qanunvericiliyinin tələbləri cavabdeh inzibati orqan tərəfindən gözlənilməmiş, vergilərin hesablanması zamanı bazar qiymətinin nəzərə alınmalı olduğu hallar iddiaçı barəsində mövcud olmadığı halda, habelə, cavabdehin Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan əlaqəli məlumatlardan istifadə etmək hüququ olduğu halda, cavabdeh əsassız olaraq bazar qiymətinə istinad etmiş, bu zaman Vergi Məcəlləsinin 14.3-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur.
59. Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə vergi ödəyicisi Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən verginin hesablanması məqsədilə vergi orqanı ilə əməkdaşlıq etməməyə və ya buna hətta maneə törətməyə yönəlmiş hərəkətlər etdikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri və həmin maddədə göstərilən digər əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hər bir halda, Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci ma ddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (İwaszkiewicz Polşaya qarşı, no. 30614/06, 26 iyul 2011-ci il, § 44).
55. Bundan irəli gələrək, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vergi orqanı tərəfindən bazar qiymətinin tətbiqinin qanuni olması üçün bu inzibati hərəkətin vergi qanunvericiliyinin yuxarıda göstərilmiş tələblərinə riayət etməklə qəbul edilməsi, o cümlədən müqavilədə icarə məbləğinin aşağı olduğunu sübut edən sənədlərin göstərilməsi, habelə əmlakın xüsusiyyətlərinə uyğun gələn müqayisə elementləri izah edilməklə tətbiq olunan bazar qiymətinin Vergi Məcəlləsinin 49.2-ci maddəsinin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin müddəaları nəzərə alınmaqla əsaslandırılması tələb edilir. Hazırkı məhkəmə mübahisəsi icarə məbləği ilə bağlı olmasa da, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə istinad edərək göstərir ki, bazar qiymətinin tətbiqinin qanuni olması üçün vergi orqanı bu inzibati hərəkəti vergi qanunvericiliyinin tələblərini gözləməklə icra etməli, tətbiq olunan bazar qiymətini əsaslandırmalıdır.
60. Vergi Məcəlləsinin 13.2.16, 102.1.22-ci və 102.1.22-2-ci maddələrinin tələbinə uyğun hesablanmış ÖMV ilə bağlı qərarın qismən ləğv olunması hissəsində gəlinən nəticə əsaslı olmuşdur.
61. Yuxarıda qeyd edilən bütün hallarla bağlı məhkəmə kollegiyası hesab edir ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi orqanı nə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə uyğun olaraq hazırkı iş üzrə mübahisə olunan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, nə də artıq qəbul edilən qərarın qanunvericiliyin tələblərinə uyğun olmasını sübut edə bilməmişdir. Belə olan halda, həmin qərarın qəbulunun vergi ödəyicisi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
62. Məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
63. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2171/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.