Məhkəmə qərarları › İş №2-1(102)-2439/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2439/2024

01.11.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2439/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət büdcəsinə yaranmış borcun ödənilməsi üçün vergi orqanı tərəfindən siyahıya alınmış ümumi birgə mülkiyyətdə olan əmlakın satılmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-204/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun dövlət büdcəsinə ödənilməmiş 1120.00 manat və Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 718,23 manat məbləğində borcu yaranmış, yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir.

2. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2019-cu il və xx.xx.2022-ci il tarixli Qərarlar əsasında xx.xx.2022-ci il tarixli **********8 və **********4 saylı protokollar və həmin protokol a əlavə ilə ünvan 1 ünvanında yerləşən 1.59 ha və 1.4634 ha torpaq sahələri siyahıya alınmışdır.

3. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 1120.00 manat, xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 718,23 manat məbləğində borc unun ödənilməsinin təmin edilməsi məqsədi ilə 4000 manat məbləğində siyahıya alınmış (ünvan 1 ünvanında yerləşən 1.59 ha və 1.4634 ha torpaq sahələri) əmlakının Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. O na görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2019-cu il və xx.xx.2022-ci il tarixli Qərarlar çıxarmışdır.

6. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2019-cu il tarixə yaranan borcuna görə 4000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********8 və **********4 saylı Protokollar tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın bir vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələbləri nə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixinə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcu qalmışdır.

7. Qeyd olunanları nəzərə alaraq, İPM-in 2.1-ci və 2.2.7-ci maddələrinə əsasən, cavabdehin xx.xx.2019-cu il tarixinə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 4000 manat məbləğində (ünvan 1 ünvanında yerləşən 1.59 ha və 1.4634 ha torpaq sahələri) siyahıya alınmış əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazları:

8. C avabdeh iddia tələbinə qarşı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2140/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahələri Cavabdeh başqa X1, X3, X4, X2, X5 ümumi birgə mülkiyyətində olduğundan həmin torpaq sahələrinin cavabdehin borcuna görə siyahıya alınması və satılması üçüncü şəxslərin hüquq və maraqlarına toxunur.

11. Bundan başqa, ödənilməmiş xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 1120.00 manat və Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 718,23 manat məbləğində borc məbləği ilə satılması tələb olunan siyahıya alınmış əmlakın (torpaq sahələrinin) 4000 manat məbləğində qiymət ləndirilən dəyəri arasında ciddi uyğunsuzluq vardır ki, bu da “İnzibati icraat haqqında” Qanunun 11-ci və 17-ci maddələrində təsbit olunmuş “qanunçuluq” və “mütənasiblik” prinsipləri, eləcə də Vergi Məcəlləsinin 89.5-ci maddəsinin tələbi ilə ziddiyyət təşkil edir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və cavabdehin ümumi birgə mülkiyyətdə payı müəyyən edilərək daşınmaz əmlakın Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-204/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2140/20 23 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, siyahıya alınmış əmlak ümumi birgə mülkiyyətdə olmaqla paylar müəyyən edilməmişdir.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri: Maddi hüquq normalarının pozulmasına dair dəlillər:

16. Məhkəmə kollegiyası iddia tələbini təmin etməməklə vergi ödəyicisi olan cavabdehin vergi borcunu ödəməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin İcrasından yayınmasına şərait yaratmışdır. Daşınmaz əmlak xx.xx.2022-ci il tarixdə vergi orqanı tərəfindən siyahıya alınmış və siyahıya alınma zamanı həmin əmlak cavabdehin mülkiyyətində olmuşdur. Siyahıya alınma prosesi vergi orqanının müvafiq qərarı əsasında Vergi Məcəlləsinin tələblərinə uyğun həyata keçirilərək, “Əmlakın siyahıya alınması haqqında" protokol və digər sənədlər tərtib edilmiş və siyahıya alınmış əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə və dəyişdirilməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq tərtib edilmişdir. Həmçinin bütün sənədlər (siyahıya alınma prosesi ilə bağlı) məhkəməyə təqdim edilmişdir. Sənədlərin göndərilmə ardıcıllığına gəldikdə isə siyahıya alınma prosesinə qədər vergi ödəyicisinə vergi borcunun ödənilməsinə dair borc bildirişi, xəbərdarlıq mə ktubu göndərilmiş, vergi ödəyicisi cavabdehə məxsus mobil telefon nömrəsi ilə borcla bağlı dəfələrlə əlaqə saxlanılmışdır. Yəni, vergi ödəyicisi vergi borcunun məbləğindən və ödəməyəcəyi təqdirdə vergi ödəyicisi barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və çərçivədə görüləcək qanuni tədbirlərdən tam məlumatlı olmuşdur.

17. Vergi orqanı tərəfindən əmlakın siyahıya alınması prosesi Vergi Məcəlləsinin 89cu maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilmiş və siyahıya alınma prosesi ilə bağlı bütün sənədlər aidiyyəti məhkəməyə təqdim olunmuşdur. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac əgər payın naturada ayrılması mümkün deyildirsə və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edir lərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun acıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Belə olan halda ümum birgə mülkiyyətin cavabdehə məxsus payın müəyyənləşdirilməsi və açıq hərracda satışı məhkəmənin səlahiyyətlərinə aiddir. Buna görə də Bakı İnzibati Məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməkdə haqlı olmamışdır. Məhkəmə tərəfindən qanunun tələbinə uyğun olaraq borclunun ümumi birgə mülkiyyətdə olan payının müəyyən edi lməsi istiqamətində hər hansı tədbir görülməmiş, nəticədə Mülki Məcəllənin qeyd edilən normasının tələbləri pozulmuşdur.

18. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə iddia tələbini təmin etməməklə vergi ödəyicisi olan cavabdehin vergi borcunu ödəməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır.

19. Vergi Məcəlləsinin 89.2-ci maddəsinin tələbi pozulmuşdur. Qeyd olunan maddəyə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüdudlarının elə məhdudlasdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Məhkəmə iddia tələbimizi təmin etməməklə maddənin tətbiqini səmərəsiz etmişdir. Prosessual hüquq normalarının pozulmasına dair dəlillər:

20. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(105)-204/2024 nömrəli qərarı qanuni və əsaslı deyil. Belə ki, qəbul edilən qərar iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, məhkəmə iddiaçı tərəfin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilləri hərtərəfli, tam və obyektiv tədqiq etməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı olduğu halda bunları nəzərdən qaçırmışdır.

21. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Be lə ki, Sumqayıt İnzibati Məhkəməsi vergi orqanı tərəfindən məhkəməyə təqdim olunmuş materialları (sübutları) tam və hərtərəfli araşdırmamış və nəticədə qeyd olunan iddia tələbi üzrə iddia tələbimiz rədd edilmişdir. Buna görə də Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(105)-204/2024 nömrəli qərarı qanuni və əsaslı deyil. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli he sab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya məhkəm əsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, cavabdehə məxsus olduğu iddia edilən torpaq sahələri cavabdehdən başqa X1, X3, X4, X2, X5 birgə mülkiyyətində olduğundan həmin torpaq sahələrinin cavabdehin borcuna görə siyahıya alınması və satılması üçüncü şəxslərin hüquq və maraqlarına toxunur.

30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, siyahıya alınmış torpaq sahələri birgə mülkiyyətdə olduğundan, həmçinin birgə mülkiyyə tçilər arasında paylar müəyyən edilmədiyindən həmin əmlak iddia olunan qaydada özgəninkiləşdirilə bilməz.

31. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(106)-204/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar