Məhkəmə qərarları › İş №2-1(102)-2440/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2440/2024

03.10.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2440/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlüyü; iddia müddətinin ötürülməsi 03.10.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixli, 74 nömrəli əmrin ləğv edilməsi, Memarlıq və Tikinti Şöbəsinin aparıcı məsləhətçi vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının və 300 manat hüquqi xidmət xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 may 2024-cü il tarixli, 2-1(106)-202/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 74 nömrəli əmri ilə qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan başqa ödənişli fəaliyyətlə məşğul olduğuna, əlavə gəlirlərinin mənbəyini, növünü və məbləğini göstərmədiyinə görə Cavabdeh başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində işləyən iddiaçı tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

2. İ ddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 74 nömrəli əmrin ləğv edilməsi, Memarlıq və Tikinti Şöbəsinin aparıcı məsləhətçi vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının və 300 manat hüquqi xidmət xərcinin cavabdehdən tutularaq ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla əmək müqaviləsinə Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 74 nömrəli əmri ilə xitam verilərək, Fizuli rayon İcra Hakimiyyətinin başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin aparıcı məsləhətçisi vəzifəsindən azad edilmişdir. Həmin əmrdə əsas kimi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.9-cu, 20.1.2-ci, 25.2.6-cı maddələri, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci, 6.4-cü maddələri, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun 9.3.1-ci maddələri göstərilmişdir. Lakin həmin əmrin surəti hələ də ona rəsmi qaydada verilməmişdir. Qeyri-rəsmi yollarla həmin əmrin kserosurəti ilə xx.xx.2022-ci il tarixində tanış olmaq imkanını əldə edə bilmişdir. xx.xx.2022-ci il tarixdən neyroloji problemlər səbəbi ilə xəstə yatır və amblator müalicə alır. Hesab edir ki, həmin əmr qanunvericiliyin maddi və prosessual imperativ normalarına zidd olduğu üçün ləğv edilməli, öz işinə bərpa olunmalıdır. Əmrdə göstərilir ki, “qulluq keçdiyi orqan rəhbərinin icazəsi olmadan başqa ödənişli fəaliyyət ilə məşğul olduğuna görə” işdən azad edilmişdir. Cavabdeh başçısına və digər rəhbər şəxslərə yaxşı məlumdur ki, əvvəlki icra başçısının şifahi təklifi, hətta xahişi əsasında Füzuli rayon 1 saylı peşə məktəbinin mühasibatlıq işlərini kənardan icra edib və bunu icra edərkən də Cavabdehndə olan işinin ahəngini pozmamışdır, işdən azad edilməsi qanunsuzdur.

4. Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 74 nömrəli əmri iddiaçıya icra hakimiyyətinin əməkdaşı Bayram Niftəliyev tərəfindən təqdim edilmişdir. İddiaçı eyni vaxtda iki vəzifədə, yəni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi 1 saylı peşə məktəbində mühasib vəzifəsində də işləmişdir ki, bu da “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və “Korr upsiyaya qarşı mübarizə haqqında’’ Azərbaycan Respublikası Qanununun tələblərinə zidd hesab edilir.

5. İddiaçı eyni zamanda məhkəməyə iddia verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir.

6. Şirvan İnzibati Məhkəməsinin (hakim: H.N.Nəcəfov) 15 noyabr 2023-cü il tarixli 21(120)-1829/2023 nömrəli qərardadı ilə prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməmiş və iddia mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsinin əsaslandırması: 7.1. İddiaçı cavabdehə qarşı iddia tələbi ilə iddia müddətinə riayət etmədən, yəni iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı razılaşmadığı Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 74 nömrəli əmrindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şi kayət verə bilərdi. Lakin işin faktiki hallarından da göründüyü kimi, iddiaçı şikayət vermə müddətini ötürmüşdür. Belə ki, iddiaçı mübahisələndirdiyi əmrdən uzun müddətdir məlumatlı olmuşdur. Məhkəmə araşdırması nəticəsində iddiaçının məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli arayışa əsasən, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi xəstə olması səbəbindən ambulator müalicə aldığı müəyyən edilir. Halbuki, ambulator müalicə və ya ambulator yardım stasionar müalicədən fərqli olaraq prosedurla eyni gündə evə getməyə imkan verən hər hansı bir tibbi prosedur və ya cərrahiyyədir. Həmçinin, iddiaçı həmin dövrdə xəstə olsa da, tərəfindən iş yerinə məlumat verməsi barədə sübut təqdim edilməmişdir. İddiaçının ambulator müalicədə olması onun iş yerinə getməsinə, rəsmi qaydada işdə n icazə almasına, müvafiq məlumatların təqdim edilməsinə və qanunla müəyyən edilmiş müddətdə şikayət verməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. 7.2.Bundan əlavə, iddiaçı mübahisələndirilən əmrlə xx.xx.2022-ci il tarixdə tanış olduğunu qeyd etmişdir ki, bununla bağlı aparılan araşdırma nəticəsində məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının qeyd edilən əmrdən uzun müddətdir xəbəri olmuşdur. Belə ki, 04 aprel 2023-cü il tarixli iclasında iddiaçı izahat verdiyi zaman sentyabr ayında iş yoldaşı olan Bayram adlı şəxslə birlikdə icra başçısının qəbulunda olduğunu, oktyabr ayında isə əmək kitabçasının ona təqdim edildiyini bildirmişdir. Qeyd edilən halları X1 İcra Hakimiyyətində xx.xx.2023-cü il tarixdə verdiyi izahatında da təsdiqləmişdir. 7.3. Eyni zamanda, iddiaçının işdən çıxarılm a barədə əmrinin verildiyi 16 sentyabr 2022-ci il tarixdən sonra əmək haqqı almadığı müəyyən olunmuşdur. Belə ki, iddiaçının əmək haqqı almadığı dövrdə artıq qeyd edilən halları araşdırmaq hüququ vardır. Lakin qeyd edilən istiqamətdə, yəni əmək haqqının ödənilməmə səbəbləri barəsində məlumatın əldə edilməsi üçün iddiaçı tərəfindən hər hansı hərəkətin edildiyi müəyyən olunmur. İddiaçının məhkəməyə müraciət edən vaxta kimi əmək haqqı almadığı 4 aya yaxın müddət onun tərəfindən hərəkətləri ilə etirazını bildirmək üçün kifayət qədər uzun müddət olmuşdur. Lakin iddiaçı hazırkı tələblə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, iş materiallarına əsasən iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktla bağlı uzun müddətdir ki, məlumatının olması müəyyən edilmişdir. 7.4. M əhkəmə qeyd etmişdir ki, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Hazırkı mübahisə predmeti olan əmr barədə iddiaçı məlumatlı olmuşdur. Həmin dövrdə də, qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. Müddətin buraxılmasına səbəb olmuş halları iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi xəstə olması və ambulator müalicə alması ilə əlaqələndirsə də, məhkəmə həmin əsasları ərizənin bərpası üçün yetərli əsas hesab etməmişdir. Belə ki, inziba ti prosessual qanunvericiliyin müddətin bərpası əsası ilə bağlı tələbi aşkardır. Tələb təqsirin olmaması ilə bağlıdır ki, iddiaçının ərizəsində qeyd etdiyi səbəblər təqsirlə bağlı vəziyyəti iddiaçının xeyrinə dəyişmir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və P.V.Hacıyev) 13 may 2024-cü il tarixli, 2-1(106)-202/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instans iya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

12. İddiaçı kassasiya şikayətini müddətin bərpa edilməsi barədə ərizənin və apellyasiya şikayətinin dəlilləri ilə əsaslandırmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibat i orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumet mə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayə tdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək ( tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri et məkdən çəkinməyə dair iddia mümkün sayılır.

20. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

22. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müd dətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

23. Hazırkı mübahisəyə münasibətdə məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, iddianın növü mübahisələndirmə haqqında iddiadır. Mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi mübahisələndirmə haqqında iddia qaldırmaq üçün müddət məhdudiyyəti (iddia müddəti) müəyyən etmişdir. Həmin maddənin tələbinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

25. Mübahisə üzrə işin ha llarından göründüyü kimi, iddiaçı cavabdehin xx.xx.2022ci il tarixdə qəbul etdiyi inzibati aktı mübahisələndirir. İddiaçı həmin əmrdən xx.xx.2022-ci il tarixdə məlumatlı olduğunu iddia etsə də, onun həmin tarixdən əvvəl (2022-ci ilin sentyabroktyabr aylarında) məlumatlı olması aşağı instansiya məhkəmələrinin araşdırması zamanı öz təsdiqini tapmışdır və kassasiya instansiya məhkəməsi də həmin araşdırma və gəlinən nəticə ilə tam razılaşır. Belə olan halda, iddiaçının qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddəti ötürərək məhkəməyə müraciət etməsi öz təsdiqini tapmış olur ki, bu hal da iddianı mümkünsüz edir.

26. Məhkəmə kollegiyası iddiaçının səhhəti ilə bağlı həmin müddəti ötürməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, sübut qismində təqdim olunan arayışdan görünür ki, iddiaçı ambu lator müalicədə olmuşdur. Yəni, həmin tibb müəssisəsində qalmasına ehtiyac olmamış, tibbi yardım aldıqdan sonra həmin gün evə buraxılmışdır. Odur ki, iddiaçının təqdim etdiyi arayışlarda qeyd olunan tarixlərdə ambulator müalicə alması müddətin buraxılması üçün üzrlü səbəb ola bilməz.

27. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşır ki, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Hazırkı mübahisə predmeti olan əmr barədə iddiaçı 4 ay ərzində məlumatlı olmuşdur. Qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən səmərəli istifadə etməmiş, iddia verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Bu imkanı mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. Müddətin buraxılmasına səbəb olmuş halları iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi xəstə olması və ambulator müalicə alması ilə əlaqələndirsə də, həmin əsaslar ərizənin bərpası üçün yetərli əsas hesab edilə bilməz. Belə ki, inzibati prosessual qanunvericiliyin müddətin bərpası əsası ilə bağlı tələbi aşkardır. Tələb təqsirin olmaması ilə bağlıdır ki, iddiaçının ərizəsində qeyd etdiyi səbəblər təqsirlə bağlı vəziyyəti onun xeyrinə dəyişmir.

28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı qərarın 16-17-ci bəndlərində istinad olunan qanunvericilik normaları baxımından və qeyd edi lən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır.

29. Beləliklə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 may 2024-cü il tarixli, 21(106)-202/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar