Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2443/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən ayrılmış torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınm az Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-130/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının təqdim etdiyi Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyin Aparatının 17 mart 1998-ci il tarixli 03 saylı "vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı sahə ayrılması haqqında" qərarına əsasən iddiaçıya Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində, fərdi yaşayış evin tikintisi üçün 400 m2 torpaq sahəsi ayrılmışdır.
2. İddiaçı cavabdehə müraciət edərək qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
3. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli məktubda bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanının 2.7-ci bəndinə uyğun olaraq yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə bağlı həmin Fərmanın 3.1-ci bəndinə əsasən aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının sürətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə təqdim olunduqdan sonra ərizəyə qanunamüvafiq qaydada baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1998-ci ilin mart ayında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ərazisində yaşayış evi tikintisi üçün ona torpaq sahəsi ayrılmışdır. 1998-ci ildə həmin torpaq sahəsində yaşayış evi inşa edib. Həmin vaxtdan bu günədək bu evdə yaşayır. Torpağa çıxarış almaq üçün cavabdehə müraciət edib. Lakin müraciətinə müsbət cavab verilməyib. Bu səbəbdən o, mülkiyyət hüquqlarından istifadə edə bilmir. Eyn zamanda çıxarış olmadığı üçün Sabunçu rayon Polis İdarəsində yaşadığı ünvana qeydiyyata almırlar. Hal-hazırda qeydiyyatsızdır. ASAN xidmət, Banklar, Təb ib və sair idarələr ona xidmət göstərməkdən imtina edirlər.
6. Cavabdeh tərəfindən iddia tələbinə imtina məktubuna uyğun yazılı etiraz verilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, təqdim edilmiş Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin aparatının qərarından çıxarışda yerli icra hakimiyyəti başçısının qərarına istinad olunmamışdır. Bundan əlavə, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Savalan yaşayış massivinə ayrılmış ayrıc aktından 94 metr kənarda yerləşir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinadlar, məsafələr və perimetrik ölçülər göstərilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il t arixli, 2-1(112)-5688/2024 nömrəli qərarı ilə (hakim B.Cəlalov) rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim edilən sənədlərdən göründüyü kimi, iddiaçının iddia tələbinin faktiki əsası kimi istinad etdiyi sənədin mötəbərliliyi şübhə doğurur. Həmin sənədin verilməsinə dair səlahiyyətli orqanlarda hər hansı bir məlumat yoxdur. Bundan başqa iddia tələbinin faktiki əsası kimi istinad etdiyi sənəd üzrə torpaq sahəsində mülkiyyət hüququnun qeydə alınması barədə tələbin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0. və 8.0.8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qa nunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təşkil edir. Həmin normalara görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Siyahının 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında b ölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur. Göründüyü kimi Fərmanda inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən torpaq sahəsinin ayrılması səlahiyyəti, yerli icra hakimiyyəti başçısının qərarının verilməsi ilə şərtləndirilmişdir. Hazırkı işdə isə Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən X1 belə bir səlahiyyətin verilməsinə dair qərarının olması müəyyən edilmir. Məhkəmə iddiaçının istinad etdiyi bərabərlik prinsipi ilə bağlı qeyd etmişdi ki, bərabərlik prinsipinin tətbiqi iddiaçının hüquqmüəyyənedici sənədlərə malik olması halında yoxlama predmeti ola bilər. Torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd olmadığı təqdirdə bərabərlik v ə ya hüququn digər prinsiplərinin tətbiqi də istisna edilir. Göründüyü kimi, iddiaçı faktiki olaraq sahiblik və istifadə etdiyini iddia etdiyi torpaq sahəsinin mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən hər hansı hüquqmüəyyənedici sənədlərə malik deyil. Torpaq sahəsinə faktiki sahiblik isə, mülkiyyət hüququnun qeydə alınması üçün əsas deyildir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-130/2025 nömrəli qərarı ilə (hakimlər: M.Tağızadə - sədrlik edən və məruzəçi, N.Nəbizadə və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 4 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsini iddiaçıya ayıran orqan Sabunçu RİH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi olmuş, lakin həmin nümayəndəliyə Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən belə bir səlahiyyətin verilməsinə dair sərəncam (qərar) müəyyən edilməmişdir. Sabunçu RİH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyin qərarında müvafiq icra hakimiyyətinin sərəncamına (qərarına) istinad edilməməsi də belə bir səlahiyyətin nümayəndəliyə verilməməsinə dəlalət edir.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayətində aşağıdakıları qeyd etmişdir: - Apellyasiya instansiya məhkəməsi məlum nəticəyə gələrkən mübahisə edilən torpaq sahəsi hazırda qüvvədə olan Nazirlər Kabinetin müvafiq qərarına əsasən sovxoz torpaqları fərdi yaşayış evlərin tikintisi məqsədi ilə X1 ayrıldığına, həmçinin müvafiq Fərmanın tələbinə əsasən qəsəbə nümayəndəliklərinə torpaq sahəsi ayrılma səlahiyyəti verildiyinə diqqət yetirməmiş, bununla da cavabdehin dəlilinin əsassız olmasına düzgün hüquqi qiymət verməmişdir. - Kassasiya şikayətinə əlavə edilmiş, hazırda qanuni qüvvəsini almış və icra edilmiş eyni əsaslar və eyni Nazirlər Kabinetin qərarı əsasında ayrılmış torpaq sahə ləri ilə bağlı Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6011/2022 saylı qərarından görünür ki, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 123 saylı və xx.xx.1991 il tarixli 293 saylı qərarlarına əsasən Sabunçu rayon İHB-nın Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1997-ci il tarixli,10 saylı qərarı əsasında Maştağa qəsəbəsi, Savalan yaşayış massivində fərdi yaşayış evin inşa edilməsi üçün qəsəbə sakininə ayrılmış 1232 saylı torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakların dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin şərh edilməsinə” dair qərardadın nəticə his səsinin 2-ci bəndi ilə tam uyğunluq təşkil edir. Həmin qərardadın həmin bəndinə görə “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin, habelə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq inzibati orqan tərəfindən müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul edilməsi yolverilməzdir. - Ən başlıcası isə odur ki, apellyasiya instansiya məhkəməsi məlum nəticəyə gələrkən eyni torpaq sahəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2570/2024 saylı qərarı ilə də müəyyən edilmiş hallara da diqqət yetirməmişdir. Belə ki, həmin qərarla da fərdi evin inşa edilməsi üçün iddiaçıya ayrılmış 400 kv.m torpaq sahəsinin tam qanuni əsaslarla ayrılması əsas götürül məklə Bakı şəhəri Sabunçu rayon İHB-nın Maştağa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı qaldırdığı hazırda mübahisənin predmeti olan torpaq sahəsinə dair “cizginin verilməsi”nə dair iddiası təmin edilmiş, Maştağa qəsəbəsi üzrə nümayəndəliyin Aparatının 03 saylı xx.xx.1998-ci il tarixli qərarı əsasında Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində, fərdi yaşayış evin inşa edilməsi üçün adına ayrılmış 400 kv.m torpaq sahənin ölçüsü, yerləşmə cizgisində istinadlar, məsafələr və perimetrik ölçülər qeyd edilmiş plansxeminin tərtib edib təsdiq edilərək verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu rayon İHB-nın Maştağa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə həvalə edilmişdir. Qeyd edilmiş qərar hazırda qanuni qüvvəsini almış və icra edilmişdi r. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə
68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına a lınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” Bənd
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri h aqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər:... Bənd 2.7.(xx.xx.2025-ci il tarixdən qüvvədə olan redaksiyada) yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar;
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kif ayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gün dən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsi ndə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə əsassız qərar qəbul etmişdir.
22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
23. İşin müəyyən edilmiş hallarından görünür ki, Sabunçu RİH başçısının Maştağa qəsəbəsi üzrə nüma yəndəliyinin 03 saylı, xx.xx.1998-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ərazisində yaşayış evi tikintisi üçün iddiaçıya torpaq sahəsi ayrılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətindəki tələbinin təminindən Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndinə istinadla imtina edilmişdir.
24. Həmin bəndin xx.xx.2022-ci ildən xx.xx.2025-ci il t arixədək qüvvədə olan redaksiyasında qeyd edilmişdir ki, yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
25. Məhkəmələr həmin normaya əsasən mübahisəli torpaq sahəsini iddiaçıya ayıran Sabunçu RİH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinə Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən belə bir səlahiyyətin verilməsinə dair sərəncam (qərar) mövcud olmamasına istinad edərək, həmin qərarı torpaq sahəsi üzərində hüquqların qeyd ə alınması üçün hüquqmüəyyənedici sənəd hesab etməmişdirlər.
26. Lakin apellyasiya məhkəməsinin qərarı qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndinə edilmiş 16 iyul 2025-ci il tarixdə edilmiş dəyişikliyə əsasən yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir.
27. İstinad olunan normanın məzmunundan göründüyü kimi, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarın milli arxiv fondunda mövcudluğu təsdiq edildiyi halda həmin sənəd daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün hüquqi əsas kimi çıxış edir və normada yerli icra hakimiyyəti başçısı tərəfindən nümayəndəyə ayrıca torpaqayırma səlahiyyətinin verilməsi barədə əlavə şərt nəzərdə tutulmamışdır.
28. Lakin burada həmçinin nəzərə alınmalı məqam – həmin hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçirilməsidir. (Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 7-ci bəndi).
29. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan Fərmanın hazırkı redaksiyasının tələbi baxımından hazırkı mübahisəni araşdırmalı və qiymət verməlidir.
30. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsini (fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi) nəzərə alaraq, hesab edir ki, inzibati orqanın imtinasının qanuniliyini yoxlayarkən, həmin imtina verilən zaman qüvvədə olan normativ aktla yanaşı, şəxsin vəziyyətini yaxşılaşdıran sonrakı aktların (hətta geriyə qüvvəsi birbaşa nəzərdə tutulmadıqda belə) tətbiq edilməsi məsələsini nəzərdən keçirməlidir.
31. Məhkəmə kollegiyası bundan əlavə qeyd edir ki, işə təkrar baxan apell yasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinin yerləşdiyi ərazidə qonşu torpaq sahələrinə mülkiyyət hüququna dair reyestrdən çıxarışların verilib-verilmədiyi, belə çıxarışlar verilmişdirsə, onların hansı hüquqmüəyyənedici sənədlər əsasında rəsmiləşdirildiyi, həmin şəxslərin iddiaçı ilə eyni və ya oxşar faktiki və hüquqi vəziyyətdə olub-olmadığı məhkəmələr tərəfindən ətraflı araşdırılmalıdır. Bu barədə apellyasiya məhkəməsi tərəfindən cavabdehə müvafiq sorğu verilsə də, həmin sorğuya cavab alınmadan qərar qəbul edilmişdir.
32. Həmçinin eyni torpaq sahəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(112)-2570/2024 saylı qərarı ilə iddiaçının iddiası əsasında iddiaçıya ay rılmış 400 kv.m torpaq sahəsinin cizgisinin hazırlanıb verilməsi Bakı şəhəri Sabunçu rayon İHB-nın Maştağa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə həvalə edilmiş, qərar qüvvəyə minmiş və icra edilmişdir. Məhkəmələr işə əlavə edilmiş (iş v. 5) torpaq sahəsinin yerləşmə sxeminə və Maştağa qəsəbəsinin Baş planından çıxarışa əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı hər hansı ekspert, mütəxəssis rəyinin alınması üçün tədbir görməmişdirlər.
33. Məhkəmə kollegiyası hesab edir ki, qərarın 28, 31 və 32-ci bəndlərində göstərilən məsələlərlə bağlı sorğular əsasında hüquqmüəyyənedici sənədlər, inzibati icraat materialları və ekspert rəyləri əldə edilməli, həmin sübutlara hüquqi qiymət verilməli, eləcə də eyni faktiki və hüquqi əsaslara söykənən hallarda iddiaçıya münasibətdə fərqli hüquqi yanaşmanın tətbiq edilib-edilmədiyi müəyyənləşdirilməlidir.
34. Bununla bağlı apellyasiya məhkəməsi sübutların hərtərəfli araşdırılması və qiymətləndirilməsi öhdəliyini yerinə yetirməli, inzibati hüququn bərabərlik prinsipi baxımından mümkün fərqli yanaşmanın səbəblərini aydınlaşdırmalı və bu məsələlər üzrə əsaslandırılmış hüquqi nəticəyə gəlməlidir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin hazırkı qərardakı hüquqi mövqeni nəzərə almaqla işin hallarını hərtərəfli araşdırmalı və iş üzrə qanuni qərar qəbul etməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiy ası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-130/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin Qərar qətidir.