Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2445/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, statistik dəyər (idxal dəyəri) əsasında hesablanmış gəlir vergisi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2024-cü il tarixli, 2-1(105)-531/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə kameral vergi yoxlaması keçirilmiş və statistik rəqəmlər (idxal dəyəri) əsas götürülərək ona 2021-ci il üçün əlavə 424381,88 manat mənfəət vergisinin hesablanması barədə xx.xx.2022-cı il tarixli, **********302300 nömrəli qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-cı il tarixli, **********302300 nömrəl i qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********302300 nömrəli qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində il ərzində ümumi gəlir 1057973,32 manat, ümumi gəlirdən çıxılan xərclər 1049174,57 manat (o cümlədən malın dəyəri 1027158,57 manat), vergiyə cəlb edilən mənfəət 8798,75 manat, mənfəət vergisi isə 1759,75 manat bəyan edilmişdir. Lakin vergi orqanı vergi bəyannaməsində öz əksini tapmış 1057973,32 manat gəlir ilə razılaşmamış, həmin gəliri 2346353,82 manat artıraraq 34 04327,14 manat olaraq qəbul etmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində ümumi dövriyyə 6768421,72 manat göstərildiyi halda, 2021-ci ilin mənfəət vergisi bəyannaməsində ümumi gəlir 1057973,32 manat bəyan edilmişdir ki, bu da, vergi orqanı tərəfindən kənarlaşma kimi qiymətləndirilmişdir. Cavabdeh vergi orqanı 2021-ci il mənfəət vergisi bəyannaməsində göstərilən ümumi gəliri iddiaçının bütün fəaliyyəti dövründə 2019-2021-ci illərin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin göstəricilərinin cəmi ilə müqayisə etmişdir ki, bu da, qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmişdir. Vergi orqanı müqayisəni əvvəlki illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələri ilə aparmalı olduğu halda, düzgün olmayaraq ƏDV bəyannaməl əri üzrə aparmışdır. Bundan başqa, cavabdehin istinad etdiyi ƏDV bəyannamələri üzrə 6768421,72 manat dövriyyə iddiaçının özü tərəfindən bəyan edilmiş dövriyyə deyil, əvvəlki tarixdə kameral vergi yoxlaması nəticəsində hesablanmış dövriyyədir ki, həmin hesablamalar iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir. Vergi Məcəlləsinin 67.1.1-ci maddəsindən aydın olduğu kimi, vergi orqanı kameral vergi yoxlaması zamanı əlaqəli məlumat qismində əvvəlki kameral vergi yoxlamalarının məlumatlarından deyil, vergi ödəyicisinin özü tərəfindən əvvəlki dövrlər üzrə təqdim edilmiş bəyannamə məlumatlarından istifadə edə bilərdi. Vergi orqanı tərəfindən həyata keçirilmiş hesablamanın əsasında iddiaçı tərəfindən idxal edilmiş malların invoys dəyəri ilə statistik (gömrük) dəyəri arasındakı fər q dayanır. Cavabdeh vergi orqanı hesab edir ki, iddiaçı 14367594,61 manat dəyərində mal idxal etmiş, onun 7599172,88 manat hissəsinin satışını təqdim etdiyi bəyannamələrdə əks etdirmiş, lakin geridə qalan 6768421,88 manat hissəsini bəyan etməmişdir. Məhz cavabdeh də bu fərqi (kənarlaşmanı) əsas götürərək iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Cavabdeh vergi orqanı hesablama apararkən malların faktiki alış (invoys) dəyərini (10903767,58 manat) deyil, düzgün olmayaraq gömrük (statistik) dəyərini (14367504,61 manat) əsas götürmüşdür ki, bu da, qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmişdir. Belə ki, gömrük (statistik) dəyəri idxal zamanı gömrük rüsumunun və ƏDV-nin hesablanması məqsədilə gömrük orqanları tərəfindən müəyyən edilən göstəricidir və vergi orqanı vergilərin hesa blanması zamanı həmin göstəriciyə istinad edə bilməz. Bundan başqa, Vergi Məcəlləsinin 139 və 143-cü maddələrinə əsasən, vergi ödəyicisi malların uçotunu məhz faktiki alış (invoys) dəyərinə əsasən həyata keçirməlidir. Həmçinin, cavabdeh vergi orqanı 2021-ci il üzrə mənfəət vergisini hesablayarkən həmin təqvim ilində baş tutmuş əməliyyatları deyil, məhz əvvəlki 3 il ərzində - 2019-2021-ci illər ərzində baş tutmuş əməliyyatları nəzərə almışdır. Vergi orqanı 2019-2020-ci illər üzrə kameral vergi yoxlamasının həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürdüyündən, 2019-2021-ci illər üzrə əməliyyatları ümumiləşdirərək 2021-ci il üzrə hesablama həyata keçirməyə cəhd etmişdir. Halbuki 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin göstəriciləri üzrə hər hans ı kənarlaşma aşkar edilməmişdir.
4. Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 424381,88 manat kameral qaydada vergi məbləği hesablanmışdır. Belə ki, aparılmış araşdırma zamanı kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 1057973,32 manat məbləğində gəlir göstərməsinə baxmayaraq, təqvim ilinin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 5710448,40 manat artıq, yəni 6768421,72 manat dövriyyə məbləğləri göstərilmişdir. Bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində 1427864,18 manat məbləğində mallar idxal edilməsinə və e-qaimə əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq bəyannamənin 1 nömrəli Əlavəsində “Dövr ərzində daxil olmuşdur” xanasında göstərilmiş 1027158,5 7 manat məbləğ vergi orqanının məlumat bazasında olan göstəricilərin cəmindən 400705,61 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir. Yaranmış kənarlaşma üzrə 424381,88 manat mənfəət vergisi hesablanması nəzərdə tutulmuşdur. Lakin vergi ödəyicisi tərəfindən bu barədə məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün tərəflərindən kameral vergi yoxlaması aparılaraq 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 2121909,4*20%=424381,88 manat kameral qaydada vergi məbləği hesablanmış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********302300 nömrəli kameral hesablama barədə qərar göndərilmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İsmayıl Quliyev) 23 fevral 2024-cü il tarixli, e-2-1(118)-98/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Vergilərin, sosial sığorta və işsizlik sığ ortası haqlarının hesablanması barədə” xx.xx.2022-cı il tarixli, **********302300 nömrəli qərarı ləğv edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati orqan tərəfindən iddiaçıya münasibətdə əlverişsiz inzibati aktın qəbul edilməsinə və mübahisənin yaranmasına səbəb idxal olunmuş malların invoys dəyəri deyil, gömrük dəyərinin əsas götürülməsi olmuşdur. Formalaşmış məhkəmə təcrübəsi ilə müəyyən edilmişdir ki, vergi öhdəlikləri hesablanan zaman malların invoys dəyəri əsas götürülməlidir. Bu hal isə, iddianın təmin edilməsi üçün əsas təşkil edir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-cı il tarixli **********302300 nömrəli qərar qanunsuz inzibati akt olmaqla ləğv edilməlidir.
7. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Gülnar Cabbarova /sədrlik edən və məruzəçi/, Hökümə Babayeva və Azər İsmayılov) 17 may 2024-cü il tarixli, 2-1(105)-531/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüququ mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, işin faktiki hallarına əsasən cavabdeh inzibati orqan iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1436759 4,61 manat (ƏDV-siz) məbləğində mallar idxal edildiyi halda, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 7599172,88 manat (ƏDV-siz) dövriyyə göstərildiyi, idxal edilmiş mallar üzrə 14253761,72 manat (ƏDV-siz) dəyərində YGB-nin əvəzləşdirildiyinin müəyyən edildiyi, bu səbəbdən də kənarlaşma yarandığı, 2020-ci il üzrə mal qalığı olmadığı nəzərə alınaraq, 6768421,72 manatın (14367594,617599172,88) təqdim edilmə kimi qiymətləndirildiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçıya ƏDV üzrə əlavə vergi məbləğinin hesablanması ilə bağlı istinad etdiyi yeganə dəlil məhz mal qalığı ilə bağlıdır. İddiaçı isə, mal qalığının olmadığını bildirir və dəlilini əsaslandırmaq məqsədilə təqdim etdiyi yük gömrük bəyannamələrinə, malların satışı ilə bağlı elektron qaimə-fakt uralara, vergi bəyannamələrinə, habelə dəqiqləşdirilmiş vergi bəyannamələrinə istinad edir. Məhkəmə kollegiyası qeyd edir ki, vergi və inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən indiki halda mal qalığının yaranmasının, habelə ona əsasən əlavə vergi məbləğinin hesablanmasının əsaslarını sübut etmək öhdəliyi məhz cavabdeh inzibati orqanın üzərinə düşür. Qanunvericiliyə əsasən, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında, o cümlədən vergidən yayınmaqda təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlara, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyyələrə əsasən verg i ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Qeyd olunanlara əsasən, hazırkı işdə bir halda ki, iddiaçı müvafiq dövrə hər hansı əskik gələn mal qalığının olmadığını iddia edir, bu halda cavabdeh vergi orqanı həmin tarixə iddiaçının 6768421,72 manat mal qalığının olduğunu sübut etməlidir.
10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ölkə ərazisinə idxal etdiyi malları faktiki satınalma (invoys) dəyərinə uyğun uçota alaraq satmış və satışdan daxil olan ödənişlərə 18% dərəcə ilə ƏDV hesablayaraq dövlət büdcəsinə ödəmiş, lakin cavabdeh vergi orqanı iddiaçının mal qalığını hesablayarkən idxal zamanı tərtib edilmiş yük gömrük bəyannamələrində öz əksini tapmış malların invoys dəyərini deyil, məhz gömrük dəyərini əsas götürmüşdür. Halbuki, qanunvericiliyin tələblərinə əsasən mallar vergitutma məqsədləri üçün faktiki satınalma (invoys) dəyərinə əsasən uçota alınır və gömrük dəyəri isə, yalnız malların idxal zamanı gömrük rüsumunun hesablanması məqsədilə tətbiq edilir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergi bəyannaməsinin 1 nömrəli əlavəsində hesabat dövrünün sonuna mal qalığı 0 manat qeyd edilmiş, daha sonra cavabdeh vergi orqanı tərəfindən məhz kameral vergi yoxlaması nəticəsində idxal olunmuş malların statistik dəyəri əsas götürülməklə, 2021-ci il üzrə vergi ödəyicisinin 6768421,72 manat mal qalığının olması müəyyən edilmişdir. Bu hal isə işin halları baxımından qanunvericiliyin müvafiq normalarının tələbinə zidd olmuşdur.
11. Vergi Məcəlləsinin tələblərinə əsasən vergitutma elementlərindən biri də vergi dövrüdür. Yəni kameral qaydada mənfəət vergi məbləği hesablanan zaman təqvim ilində baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 129-cu maddəsinə əsasən mənfəət vergisi üzrə hesabat dövrü təqvim ili sayılır. Odur ki, vergi orqanı 2021-ci il üçün kameral qaydada mənfəət vergisi hesablandığı zaman hesabat ili dövründə, yəni 2021-ci il üzrə baş vermiş əməliyyatları əsas götürməlidir. Mənfəət vergi bəyannaməsində təqvim ili ərzində baş vermiş əməliyyatlar, yəni əldə edilmiş gəlirlər və çəkilmiş xərclər öz əksini tapır. Lakin vergi orqanı 2021-ci il üzrə kameral vergi yoxlaması həyata keçirən zaman sadəcə həmin il ərzində baş vermiş əməliyyatları deyil, 2019-2020-ci illərdə baş vermiş əməliyyatları əsas götürmüşdür. Bu hal isə, özlüyündə qeyd edilən qanunveric ilik normalarının tələbinə zidd olmuşdur.
12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişlər i ödəməyə məcbur edilə bilməz.
16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyin ə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddə sində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bə yannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Maddə
95. Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Maddə 96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentləri n bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Maddə 97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Maddə 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Maddə 130.3. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Maddə 130.4. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. Maddə
131. Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Maddə 132.1. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Maddə 132.2. Vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Maddə 139.1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunm aq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. Maddə 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Maddə 139.3. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi mənəvi cəhətdən köhnəlmiş və ya dəbdən düşmüş qüsurlu malın, yaxud digər səbəblər üzündən istehsalına çəkilmiş xərclərdən (satınalma qiymətindən) yüksək qiymətə satıla bilməyən malın (məhsulun) dəyərini onların satıla biləcəyi qiyməti əsas götürməklə qiymətləndirə bilər. Maddə 13 9.4. Vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir. Maddə
143. Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır. 17. “İnzibati icraa t haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsin dən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati ic raat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallard a 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qər ardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə m aterialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsini n “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən kameral vergi qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə b ununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cav abdeh Vergi Məcəlləsinin 139.2-ci və 143-cü maddələrinə uyğun olaraq idxal olunmuş malların faktiki (invoys) dəyərini deyil, gömrük orqanları tərəfindən müəyyən olunan statistik dəyəri əsas götürmüş və iddiaçıya gəlir vergisi hesablamışdır.
28. Vergi Məcəlləsinin 139.2-ci və 143-cü maddələrinin tələblərinə əsasən, əmtəəmaterial ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmçinin, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər daxil edilir. Y əni vergitutma məqsədləri üçün mallar invoys dəyəri ilə uçotda əks etdirilməlidir. Lakin cavabdeh istinad edilən normaların tələblərinə zidd olaraq malların invoys dəyəri ilə alışını nəzərə almamışdır.
29. Halbuki, oxşar mübahisələr üzrə cavabdehin qərarlarından verilmiş inzibati şikayətlərə dair yuxarı vergi orqanının formalaşdırdığı inzibati praktikaya əsasən də, cavabdehin tabe olduğu yuxarı orqan tərəfindən bu cür hesablamalara dair qərarları ləğv edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən həmin inzibati praktika nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinin tələblərinə əməl olunmamış və həmin tələblərə zidd olaraq qərar qəbul edilmişdir.
30. Bundan əlavə, cavabdeh tərəfindən oxşar mübahisələrə dair işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi də nəzərə alınmamışdır. Həmin hüquqi mövqeyə görə, cavabdeh tərəfindən statistik dəyər əsasında vergilərin hesablanması barədə qəbul edilmiş qərarlar qanunsuz sayılmalı və ləğv olunmalıdır (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-177/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-199/2024 nömrəli, xx.xx.2024cü il tarixli 2-1(102)-180/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1255/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1264/2024 nömrəli qərarları).
31. Həmçinin, cavabdeh kameral qaydada 2021-ci il üzrə hesablama apardığı halda, 2019-cu və 2020-ci illər üzrə əməliyyatları da 2021-ci il üzrə hesablama zamanı nəzərə almışdır. Vergi Məcəlləsinin 129-cu maddəsinin mahiyyəti baxımından bu qaydada kameral h esablama yolverilməzdir. Belə ki, mənfəət vergisi məqsədləri üçün vergi ili təqvim ili sayılır.
32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.
33. Beləlik lə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2024-cü il tarixli, 2-1(105)-531/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.