Məhkəmə qərarları › İş №2-1(102)-2452/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2452/2023

20.09.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2452/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya şikayətinin geri götürülməsi, kassasiya icraatına xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeli yində Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “pensiyanın təyin edilməsi üçün tərtib edilmiş məlumat vərəqəsinin göndərilməsi və pensiya təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2022/2023 nömrəli,13 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəyə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat 1.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş D epartamentinə və Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı pensiyanın təyin olunması üçün tərtib edilmiş “Məlumat vərəqəsi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamentinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilməsi və İddiaçı verilməli olan pensiya məbləğinin hesablanaraq müəyyənləşdirilməsi və pensiya plastik kartının verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinin üzərinə q oyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarı ilə iddiaçının İddiaçı pensiyanın təyin olunması üçün tərtib edilmiş “Məlumat vərəqəsi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilməsi barədə iddiası təmin edilməmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.Əkbərov sədrlik edən və məruzəçi, M.Tağızadə və V.Sadıqov) xx.xx.2023-cü il tarixli, 2-1(103)2022/2023 nömrəli qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

5. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər.... 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

8. Mübahisəyə dair işə kassasiya qaydasında baxılanadək, yəni 29 avqust 2023-cü il tarixdə iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. İPM-in 97.1-ci maddəsinin tələbindən göründüyü kimi, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər.

10. İPM-in 97.2-ci maddəsinin tələbinə görə, sifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir.

11. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə sifahi məhkəmə baxışı keçirilməmişdir və kassa siya şikayətinin geri götürülməsi barədə iddiaçının ərizəsi məzmun baxımından istinad olunan normaların tələblərinə uyğundur.

12. Eyni zamanda kassasiya şikayətinin geri götürülməsinin hüquqi nəticələri ilə bağlı iddiaçıya izah edilir ki, İPM-in 97.3-cü maddəsinə əsasən, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.

13. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin geri götürülməsinə dair iddiaçının müraciəti təmin edilməli, iş üzrə kassasiya icraatına xitam verilməlidir.

14. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilir. Şikayət üzrə kassasiya icraatına xitam verilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar