Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2453/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: pensiyadan tutulmaların aparılmasının mübahisələndirilməsi; pensiya məbləğinin bərpası; işin hallarının hərtərəfli araşdırılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artı q ödənilmiş pensiya məbləğinə görə 5041,30 manat miqdarında dövlət büdcəsinə tutulmanın aparılmasının qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2024-cü il tarixli, 2-1(107)-53/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2013-cü il tarixli qərarla sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 629,55 manat, xx.xx.2019-u il tarixdən xx.xx.2022-ci il tarixədək 840,34 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 924,37 manat məbləğində pensiya ödənişi həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixdən iddiaçının pensiyasından 143 manat məbləğində tutulma olduğu üçün ona 634,03 manat məbləğində pensiya ödənilmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 767,03 manat məbləğində və xx.xx.2023-cü il tarixdən isə 879,78 manat məbləğində pensiya ödənilmişdir.
3. İddiaçının pensiyası xx.xx.2023-cü il tarixli qərarla yenidən hesablanaraq 697,30 manat olmuşdur.
4. İddiaçı pensiyanın azaldılmasından narazı qalaraq cavabdehə müraciət etmişdir.
5. Cavabdeh cavab məktubunda bildirmişdir ki, pensiya işinin araşdırılması zamanı xx.xx.2013 - xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 12922,39 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 12922,39 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədi lə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə təqdim edilməsi xahiş olunur. Əks halda, qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ona ödənilmiş pensiya məbləğinə görə cavabdeh tərəfindən 5041,30 manat miqdarında dövlət büdcəsinə tutulmanın aparılmasının qanunsuz hesab olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək pensiyası ona məlumat verilmədən əsassız və qanunsuz olaraq azaldılmışdır. Ona dövlət qulluqçusu kimi pensiya cavabdeh inzibati orqanın qərarı əsasında təyi n edilmiş, daha sonra isə qanunvericiliyə uyğun olaraq artırılmışdır. Əgər pensiya məbləği səhv hesablanmış olsa belə, bu halda onun təqsiri yoxdur və bu, cavabdehin məsuliyyətində olan məsələdir.
8. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazının dəlilləri imtina dəlilləri ilə eynilik təşkil edir.
9. Şəki İnzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) 10 oktyabr 2023-cü il tarixli, 21(116)-1269/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı ödənilən əmək pensiyasından aparılan tutulmanın dayandırılması öhdəliyi qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini onunla əsaslandırmışdır ki, iddiaçının pensiya məbləğindən tutulmanın həyata keçirilməsinə onun razılığı o lmadığından, cavabdeh tərəfindən özbaşına onun pensiyasından tutulmanın aparılması qanunsuzdur. Bu səbəbdən də iddiaçı hər ay aldığı pensiya məbləğindən tutulmanın dayandırılmasını tələb etməkdə haqlıdır. Belə ki, xx.xx.2006-cı tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunvericiliyin tələbi baxımından, pensiyaçının razılığı olduqda artıq ödənilmiş pensiya məbləği onun pensiyasından pensiya təyin edən orqanın qərarı ilə tutula bilər ki, iddiaçının pensiya işində onun belə bir razılığının olmasına dair sübut m övcud deyildir. İddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsi isə sonuncunun razılığının olmamasının sübutudur ki, cavabdehin onun razılığı olmadan pensiyasından tutulmanın həyata keçirilməsi ilə bağlı hərəkətləri qanunsuz olmuşdur.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/ V.İ.Məlikov və T.H.Həsənov) 15 may 2024-cü il tarixli, 2-1(107)53/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sos ial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ödənilmiş pensiya məbləğinə görə 5041,30 manat miqdarında dövlət büdcəsinə tutulmanın aparılması barədə hərəkətinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən xx.xx.2013xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının əmək pensiyasından tutulmaların aparılıb-aparılmaması barədə məlumatın əldə edilməsi üçün cavabdeh inzibati orqana sorğu ünvanlanmış, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təq dim edilmiş xx.xx.2024- cü il tarixli 3-17-1/2-73776/24 nömrəli məktubda göstərilmişdir ki, iddiaçının əmək pensiyasından xx.xx.2013 - xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hər hansı tutulma həyata keçirilməyib. Adıçəkilən şəxsə maddi yardım üzrə 2022ci il üçün 143,00 manat artıq pul vəsaiti ödənilib. Həmin pul vəsaiti 2022-ci ilin noyabr ayında əmək pensiyasından çıxılmaqla büdcəyə bərpa edilib. Bundan başqa, iddiaçı məhkəmə kollegiyasına cavabdeh inzibati orqan tərəfindən onun pensiyasından tutulmanın aparılması ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş iddiaçıya ünvanlanmış xəbərdarlıq məktubundan da görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qan ununun 39.1-ci maddəsinə əsasən iddiaçıya artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi bildirilmişdir. İddiaçı sadəcə, ona artıq ödənilmiş pensiya məbləğinin geri tələb olunması barədə xəbərdarlığı aldıqdan sonra bu hərəkətin qanunsuz hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, aparılan araşdırma nəticəsində iddiaçının əmək pensiyasından xx.xx.2013 - xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hər hansı tutulmanın aparılmaması müəyyən edilmişdir.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLL ƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayətində işin hallarına istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, inzibati orqan xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubunda “...əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi, əks halda, qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi” məzmununda pensiyaçıya xəbərdarlıq etmişdir. Başqa sözlə, cavabdeh inzibati orqan həmin məktubu ilə mövcud faktiki vəziyyəti dəyişdirməyə çalışaraq, maddi nəticə əldə etməyə yönəlmiş faktiki xarakterli hərəkətlərə yol verir. Belə olan halda, inzibati orqan tərəfindən hərəkətin edilib bitməsi tələb olunmur ki, şəxsin hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanı yaransın. İş materiallar ından da görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi onun pensiya məbləğini 2022-ci ilin noyabr ayından azaldaraq 924,37 manatdan 767,03 manata endirmiş və bu barədə qərar qəbul etməmişdir. İddiaçı tərəfin inzibati məhkəməyə müraciətindən sonra xx.xx.2023-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” 3- 17-1/3-713230/2023 nömrəli qərar qəbul edilmişdir. Odur ki, hər hansı qərar qəbul etmədən 10 ay “pensiyanın azaldılması”nı həyata keçirən cavabdeh inzibati orqanın bu dəfə də qərar qəbul etmədən, sadəcə “xəbərdarlıq” məktubu əsasında “pensiyadan tutma” aparması hər an gözləniləndir. Məlum haldır ki, inzibati orqanlar öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətlər hər zaman qanunauyğun olmur, müəyyən hallarda qanuni əsaslar m övcud olmadan müəyyən tədbirlər görürlər ki, həmin hərəkətlərin qanunsuz sayılması ilə bağlı məhkəmə qərarları mövcuddur. Qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd (“contra legem”) olmamasını və qanunla nəzərdə tutulmayan (“praeter legem”) tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında (“secundum legem”) həyata keçirilməsini də müəyyən edir. Bundan əlavə, apellyasiya məhkəməsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin məhkəməyə ünvanladığı məktubla kifayətlənmiş, iddiaçının 2022-ci ilin noyabr ayından pensiya məbləğindən azaldılmış 157,34 (924,37-767,03) manatın hansı qaydada hesablanması və bununla bağlı 2022-ci ilin noyabr ayında qərar qəbul olunubolunmamasını araşdırılmamışdır. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üçün 143,00 manat artıq pul vəsaiti ödənilməsi və həmin pul vəsaitinin 2022-ci ilin noyabr ayında əmək pensiyasından çıxılmaqla büdcəyə bərpa edilməsinin səbəbi aydın deyil. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edə n bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya ins tansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır....... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, qərar ləğv edilməklə, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. İşdən görünür ki, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı əvvəlki məbləğdə pensiya almağa yönəlmişdir.
22. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 629,55 manat, xx.xx.2019-u il tarixdən xx.xx.2022-ci il tarixədək 840,34 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 924,37 manat məbləğində pensiya ödənişi həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixdən iddiaçının pensiyasınd an 143 manat məbləğində tutulma olduğu üçün ona 634,03 manat məbləğində pensiya ödənilmişdir. İddiaçıya xx.xx.2022-ci ıl tarixdən xx.xx.2023-cü il tarixədək 767,03 manat məbləğində və xx.xx.2023-cü il tarixdən isə 879,78 manat məbləğində pensiya ödənilmişdir.
23. Göründüyü kimi, iddiaçının pensiyasında ildən-ilə dəyişikliklər, xüsusilə 2022-ci ildən azalmalar müşahidə olunur.
24. Lakin hazırkı işin materiallarından bu azalmaların səbəblərini aydınlaşdırmaq, yəni hansı hüquqi əsasa söykəndiyini, hər hansı inzibati akt qəbul edilib-edilmədiyini müəyyən etmək mümkün deyil. Belə ki, iş materiallarında yalnız pensiyanın yenidən hesablanmasına dair xx.xx.2023-cü il tarixli inzibati akt var.
25. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi İPM-in 12.1-ci maddə sinin tələbini pozaraq, işin hallarını tam və hərtərəfli araşdırmamış, yalnız cavabdehin dəlillərinə istinadən pensiyadan tutulmaların baş vermədiyi nəticəsinə gəlmişdir.
26. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün nəticəyə gəlmək üçün iddiaçının pensiyasındakı azalmaların səbəbləri və hüquqi əsasları araşdırılmalı, ondan sonra pensiya məbləğinin bərpa edilməsi tələbinin qanuniliyinə hüquqi qiymət verilməlidir.
27. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi 2022-2023-cü illərdə pensiya məbləğindəki dəyişikliklərin hansı əsasla və hansı qaydada (azalmanın inzibati akt əsasında və ya faktiki xarakterli hərəkətlə aparılması) baş verdiyini araşdırmalı, bunun nəticəsindən asılı olaraq iddiaçının çatmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq, zərurət olarsa İPM-in 13-c ü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsində hüquqi yardım etməlidir. Bir daha qeyd edilməlidir ki, iddiaçının hüquqi marağı əvvəlki məbləğdə pensiya almağa yönəldiyindən, cavabdehin pensiyanın azalmasına yönəlmiş hərəkətlərinin (yaxud aktlarının) mübahisələndirilməsi iddia tələbinin əsasını təşkil etməlidir.
28. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2024-cü il tarixli, 21(107)-53/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.