Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2456/2025 19.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: ehtiyatda olan hərbi qulluqçunun mənzil növbəsinə götürülməsi əsasları, müraciət zamanı mülkiyyətində həyətyanı torpaq sahəsinin olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati iş ü zrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2025-ci il tarixli, 2-1(103)-1253/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və müvafiq mənzil kirayəsi xərclərinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
2. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti 21 iyun 2024-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən təqdim edilən 3-21-3-30/2-B0207-8/2024 **********37 saylı xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunmuşdur ki, Şamaxı rayonu, İkinci Çabanı kəndində ümumi sahəsi 43.1 kv.metr olan fərdi yaşayış evinin yerləşdiyi 0.15 ha torpaq sahəsi (ümumi birgə payda) xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda İddiaçı mülkiyyətindədir. Eyni zamanda, təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1999xx.xx.2000, xx.xx.2003-xx.xx.2024 tarixlərində həqiqi hərbi xidmət keçmiş və xidməti müddəti başa çatdığına görə ehtiyyata buraxılmışdır. İddiaçının adına mülkiyyət hüququ əsasında fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi olduğundan, həmçinin, ehtiyata buraxılma səbəbi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Resp ublikası Qanununun 12-ci maddəsində və “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən olunması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 saylı Qərarında mənzil növbəsinə götürülmə və mənzil kirayə haqqının ödənilməsi üçün nəzərdə tutulmuş ehtiyata buraxılma əsaslarından olmadığından müraciətdə qeyd olunan məsələnin müsbət həlli mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində onun ailə üzvləri – arvadı X3, övladı X2 ilə birlikdə uçota alınması və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün müvafiq qaydada hər ay kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Binəqədi RİH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək AR Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir, xx.xx.2003-cü il tarixdən xx.xx.2024-cü il tarixədək AR Silahlı Qüvvələrinin Dövlət Sərhəd Xidmətində gizir qismində həqiqi xidmət keçmişdir. xx.xx.2023-cü il tarixdən Xidmətin Binəqədi rayon idarəsində qeydiyyatdadır. Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin xx.xx.2023-cü il tarixli 197ş/h saylı əmrinə əsasən, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyyata bur axılmışdır. Sərhəd Nəzarət rəisinin 0276 saylı xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2024-cü il tarixdən şəxsi heyət siyahısından çıxarılmışdır. Bu əsasla Binəqədi RİH-ə hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməyi ilə bağlı xx.xx.2024-cü il tarixdə müraciət etsə də, müraciətə müsbət cavab verilməmişdir. Cavabdehin imtinasının əsasları qanunsuzdur və məhkəmə tərəfindən onun qanunla qorunan hüquqlarının pozulması halı kimi qiymətləndirilməlidir.
5. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11588/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qərarı ilə (hakim X4) iddia təmin edilmiş, iddiaçı xx.xx.1980-cı il təvəllüdlü İddiaçı ailə tərkibi 3 nəfər olmaqla (özü, arvadı xx.xx.1985-ci il təv əllüdlü X3 və oğlu xx.xx.2023-cü il təvəllüdlü X2) hərbi qulluqçu kimi həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsi siyahısına daxil edilməsi və mənzil kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı gizir qismində yaşa görə ehtiyata buraxıldığından, yaşa görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara münasibətdə isə ehtiyata buraxılma müddəti ilə bağlı şərt nəzərdə tutulmadığından, cavabdeh tərəfindən iddiaçının müraciətini təmin etməkdən imtina edilməsi əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
8. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi nin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2025-ci il tarixli, 21(103)-1253/2025 nömrəli qərarı ilə (hakimlər X7 (məruzəçi), X8 və X5) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11588/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlil ləri
12. Şikayətdə “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12.2-ci maddəsinə, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli, 174 nömrəli Qərarının 1-ci bəndinə, eləcə də “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır.
13. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12.2-ci maddəsində yerli icra hakimiyyəti başçılarının mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələrin fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə təmin etməli olduqları müddətdən ar tıq həqiqi hərbi xidmət hərbi qulluqçularının kateqoriyaları (yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və miçmanlar) aydın şəkildə göstərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin xx.xx.2024-cü il tarixli 45 nömrəli arayışından görünür ki, 1980-ci il təvəllüdlü ehtiyatda olan baş gizir İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin xx.xx.2023-cü il tarixli 197ş/h saylı əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 41.0.1-cі maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq DSX-da həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Yuxarıda göstərilənlərdən də müəyyən edilir ki, İddiaç ı xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Buna görə də, "Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən onun mənzillə təmin edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə alınması qanuna ziddir.
14. Həmçinin qeyd edilmişdir ki, iddiaçı mülkiyyətində olan əmlakları məqsədli şəkildə atasına bağışlamaqla Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsində göstərilən yaşayış şəraitinin qəsdən pisləşdirilməsi halına yol vermişdir. Bu şəraitdə də Mənzil Məcəlləsinin 53.1.3-сü maddəsinə əsasən iddiaçının mənzil növbəsinə götürülməsinə yol verilmir. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qər arının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 16. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ
1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üz rə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.
2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçird ikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxsl ərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. 17. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə.
18. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə
52. Vətəndaşl ar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə
53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. m üvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. 19. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası N azirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli, 174 nömrəli Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərara alır:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.
2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.
20. Azərbaycan Respublikasının İnzibat i Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmas ının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçi vəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və müvafiq mənzil kirayəsi xərclərinin ödənilməsinə nail olmaqdan ibarətdir.
24. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayarkən bildirmişdir ki, iddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi qeyd edilən tələbi sürməkdə haqlı olmuşdur və onun tələbi əsaslıdır.
25. Apellyasiya instansiya məhkəməsinin mövqeyini qanunvericiliyə zidd hesab edən cavabdeh həmin qərarı mübahisələndirərək vermiş olduğu kassasiya şikayətində iddiaçının tələbinin qanunvericiliyə zid d olduğunu bildirmişdir.
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları və qanunvericiliyin müvafiq normalarına istinad etməklə şərh edilməsini və apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticəyə münasibət bildirilməsini məqsədə müvafiq hesab edir.
27. Cavabdeh iddia tələbinin əsaslı olmaması ilə bağlı nəticəyə gələrkən “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, yerli icra hakimiyyətinin mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələrin fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə təmin etməli olduqları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının kateqoriyaları (yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya burax ılmış zabitlər, gizirlər və miçmanlar) aydın şəkildə göstərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin xx.xx.2024-cü il tarixli 45 nömrəli arayışından görünür ki, 1980-ci il təvəllüdlü ehtiyatda olan baş gizir İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin xx.xx.2023-cü il tarixli 197ş/h saylı əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 41.0.1-cі maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq DSX-da həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Yuxarıda göstərilənlərdən də müəyyən edilir ki, İddiaçı xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Buna görə də, "Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən onu n mənzillə təmin edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə alınması qanuna ziddir.
28. Məhkəmə kollegiyası cavabdehin qanunun şərhi ilə bağlı mövqeyini əsassız hesab edir. Belə ki, bu yanaşma “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərardadına ziddir. Həmin qərardadında Konstitusiya Məhkəməsi qeyd etmişdir: “ “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi ilə nəzərdə tutulan əsaslarla həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu statusuna malik olan hərbi qulluqçulardır. Lakin qeyd edilməlidir ki, hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan b ir xidmətdən - həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqəda r xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddət ə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Qeyd edilməlidir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazi rlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzim lənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz”.
29. Yuxarıda qeyd edilən hallara əsaslanan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı özündən asılı olmayan səbəblərdən ehtiyata buraxıldığından, eləcə də Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq xidmət etdiyindən iddiaçının xidmət müddəti başa çatması əsası ilə cavabdehin onu mənzil növbəsinə almaqdan imtinası qanuni əsas kimi qəbul edilə bilməz.
30. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı aşağıda qeyd edilən halların araşdırılması və qanunvericiliyə uyğun olaraq təhlilinin aparılması üçün ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
31. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun tələbinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayı ş evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər.
32. Maddənin dispozisiya şərtindən də göründüyü kimi hərbi qulluqçunun mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahı sında daxil edilməsi üçün müəyyən prosedur qaydalara riayət edilməlidir. Hərbi qulluqçunun yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısına daxil edilməsi üçün yerli icra hakimiyyəti başçıları qarşısında komandanlıq vəsatəti verməlidir. Lakin hazırkı iş materiallarında belə bir vəsatətin olduğu müəyyən edilmir. Odur ki, növbəti apelyasiya baxışı zamanı iddiaçının xidmət etdiyi hərbi hissənin komandalığı tərəfindən yerli icra hakimiyyəti orqanına iddiaçının adının mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi ilə bağlı vəsatətin olub olmaması araşdırılmalıdır.
33. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiya cı olanların siyahısına daxil edilməsi ilə bağlı cavabdehə müraciət edərkən onun başqaları ilə birgə mülkiyyətində xx.xx.2015-ci il tarixdən 0,15 ha torpaq sahəsi olmuşdur və bu hal 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məlumatda öz təsdiqini tapır. Həmin torpaq sahəsi sonradan iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə atasına bağışlanılmışdır (iş vər 143).
34. Cavabdeh işin bu halına istinad edərək bildirir ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs görüntüsü yaratmaq məqsədi ilə uzun illər mülkiyyətində olan həyətyanı torpaq sahəsini atasına müqavilə əsasında hədiyyə etmiş, bununla da qəsdən özünü mənzilə ehtiyacı olan şəxs kimi göstərməyə çalımışdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ehtiyata buraxılarkən və mənzillə təmin olunması ilə bağlı cavabdehə müraciə t edərkən onun atası və başqaları ilə birgə mülkiyyətində 0,15 ha həyətyanı torpaq sahəsi olmuşdur. Lakin hazırkı iddia ilə məhkəməyə müraciət edənə qədər torpaq sahəsində payını atasına bağışlamışdır. Belə görünür ki, həmin torpaq sahəsində iddiaçının müəyyən ölçüdə payı olmuşdur. Apellyasiya məhkəməsi iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsini bağışlamasının səbəblərini, torpaq sahəsindən imtinanın Mənzil Məcəlləsinin 52-ci maddəsinin təsiri altına düşməsini, payına düşən hissədə torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyünü, həmin torpaq sahəsində iddiaçının fərdi yaşayış evinin tikintisi üçün şəraitin (şərtlərin) olub olmamasını aydınlaşdırmamışdır. Məhz bu araşdırmalar nəticəsində iddianın müqəddəratı ilə bağlı obyektiv nəticəyə gəlinə bilər.
36. Beləliklə, məhkəmə koll egiyası qeyd edir ki, yalnız yuxarıda göstərilən halları araşdırmaqla obyektiv həqiqətə nail olmaq mümkündür.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
38. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsi ndə əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.
39. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2025-ci il tarixli, 21(103)-1253/2025 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.