Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-246/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin cavabdeh “X5 Təsərrüfatı” MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (sənədlərin təqdim olunması öhdəliyinin qoyulması, iddianın mümkün sayılmaması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin cavabdeh “X5 Təsərrüfatı” MMC-yə qarşı cavabdehə verilmiş 03.02.2020-ci il tarixli Göstərişin (mal iyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) məcburi icrasının təmin edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.09.2021-ci il tarixli, 2-1(105)-309/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Siyəzən rayonu, Eynibulaq kəndində fəaliyyət göstərən müəssisə tərəfindən istehsal olunan “Şükran quşçuluq” adlı toyuq məhsullarının markalanmasında qeyri-qanuni olaraq “Halal AZS Milli Sertifikatlaşdırma Sisiemi” əmtəə nişanından istifadə edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə "xxxx" MMC-nin 27.09.2019-cu il ta rixli, 1/027 nömrəli müraciəti daxil olmuşdur.
2. Müraciətdə qeyd olunan məsələlərin araşdırılması məqsədilə Dövlət Xidmətinin 03.10.2019-cu il tarixli, ASİMDX-05/02-5/2988 nömrəli və 01.11.2019-cu il tarixli, ASİMDX-‘5 02-5/3295 nömrəli məktubları ilə “X5 Təsərrüfatı” MMC-dən (hüquqi ünvanı, AZ 5300, Siyəzən rayonu, Eynibulaq, Siyəzən şəhəri) zəruri sənəd və məlumatlar tələb edilmişdir. Lakin “X5 Təsərrüfatı” MMC tələb olunan sənəd və məlumatları Dövlət Xidmətinə təqdim etməmişdir.
3. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bununla əlaqədar “X5 Təsərrüfatı” MMC barəsində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci abzasının, habelə tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “Antiinhisar fəaliyyəti haqqında” Az ərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 31.01.2020-ci il tarixli qərar qəbul edilmiş və həmin qərar əsasında “X5 Təsərrüfatı” MMC-yə maliyyə sanksiyası şəklində 5500 manat məbləğində cərimə tətbiq olunmuş və antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə 03.02.2020-ci il tarixli Göstəriş verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonraiddiaçı) Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “X5Təsərrüfatı” MMC-yə (bundan sonra-cavabdeh) verilmiş 03.02.2020-ci il tarixli Göstərişin (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisn a olmaqla) məcburi icrasının təmin olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Xidmətinə Siyəzən rayonu, Eynibulaq kəndində fəaliyyət göstərən müəssisə tərəfindən istehsal olunan “Şükran quşçuluq” adlı toyuq məhsullarının markalanmasında qeyri-qanuni olaraq “Halal AZS Milli Sertifikatlaşdırma Sisiemi” əmtəə nişanından istifadə edilməsi barədə "xxxx" MMC-nin 27.09.2019-cu il tarixli, 1/027 nömrəli müraciəti daxil olmuşdur. Müraciətdə qeyd olunan məsələlərin araşdırılması məqsədilə 03.10.2019-cu il tarixli, ASİMDX05/02-5/2988 nömrəli və 01.11.2019-cu il tarixli, ASİMDX- 05/02-5/3295 nömrəli məktublarla “X5 Təsərrüfatı” MMC-dən (hüquqi ünvanı, AZ 5300, Siyəzən rayonu, Eynibulaq, Siyəzən şəhəri) zəruri sənəd və məlumatlar tələb edilmişdir. Lakin cavabdeh t ələb olunan sənəd və məlumatları Dövlət Xidmətinə təqdim etməmişdir. Bununla əlaqədar cavabdeh barəsində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır. İşə baxılması 27.12.2019-cu il tarixinə təyin edilmişdir. Dövlət Xidmətinin Komissiyasının 27.12.2019-cu il tarixinə təyin edilmiş iclasında "xxxx" MMC-nin nümayəndəsi X1 iştirak etmişdir. Cavabdehin və ya onun səlahiyyətli nümayəndəsi iclasda iştirak etməmiş və tələb olunan sənəd və məlumatları təqdim etməmişdir. Komissiya qeyd olunanları, sənəd və məlumatların təqdim edilməsinin zəruriliyini nəzərə alaraq, işə baxılmasını 15.01.2020-ci il tarixinə təxirə salmışdır. Komissiyanın 15.01.2020-ci il tarixinə təyin edilmiş iclasında cavabde hin nümayəndəsi təkrarən iştirak etməmiş, tələb olunan sənəd və məlumatlar yenə təqdim etməmişdir. İclasda özünü cavabdehin səlahiyyətli nümayəndəsi kimi təqdim edən X2 iştirak etmiş, lakin həmin müəssisənin səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən sənədi təqdim etməmişdir. Komissiya qeyd olunanları, sənəd və məlumatların təqdim edilməsinin zəruriliyini nəzərə alaraq işə baxılmasını 31.01.2020-ci il tarixinə təxirə salmışdır. Komissiyanın 31.01.2020-ci il tarixinə təyin edilmiş iclasında cavabdehin səlahiyyətli nümayəndəsi təkrar iştirak etməmiş, eləcə də tələb olunan sənəd və məlumatlar təqdim edilməmişdir. Ərizəçi "xxxx" MMC-nin təqdim etdiyi materiallardan etiket göstəricisinə əsasən cavabdeh tərəfindən istehsal olunan toyuq məhsullarının etiketində “Halal AZS Milli Sertifikatlaşdı rma Sistemi” əmtəə nişanından istifadə edildiyi müəyyən edilmişdir. Həmin istifadənin qanunauyğunluğu barədə sənəd və məlumatlar Dövlət Xidmətinin rəsmi məktubları ilə cavabdehdən tələb edilmiş, lakin cavabdeh tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Cavabdehlə "xxxx" MMC eyni bazar subyektləri (rəqib) deyildir. Bununla belə, cavabdeh öz mallarının üzərində “Halal AZS Milli Sertifikatlaşdırma Sistemi” əmtəə nişanının təsvirini qeyri-qanuni əks etdirməsi, təsərrüfat fəaliyyətinin xüsusiyyətləri barədə istehlakçıları çaşdırmaqla digər bazar subyektlərinə (qanunvericiliyə əməl etməklə malların üzərində “Halal” AZS Milli Sertifikatlaşdırma Sistemi” əmtəə nişanını vuran) münasibətdə haqsız rəqabətə yol verdiyini göstərir. Dövlət Xidmətinin 03.10.2019-cu il tarixli, ASİMDX05/02-5/2988 nömrə li və 01.11.2019-cu il tarixli, ASİMDX-05/02-5/3295 nömrəli məktubları, habelə Dövlət Xidmətinin 11.12.2019-cu il tarixli, FA-22 nömrəli əmrilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxan Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” 11.12.2019-cu il tarixli və “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının təxirə salınması haqqında" 27.12.2019-cu il, 15.01.2020-ci il tarixli Qərarları ilə tələb olunan sənəd və məlumatlar “X5 Təsərrüfatı” MMC tərəfindən təqdim edilməmişdir. Komissiya işin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, habelə təqdim edilmiş sənəd və məlumatları tam və obyektiv araşdıraraq, "xxxx" MMC-yə məxsus “Halal AZS Milli Sertifikat laşdırma Sistemi” əmtəə nişanından qeyriqanuni istifadə edilməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci abzasının, habelə tələb olunan sənəd və məlumatları təqdim etməməklə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 16-cı maddəsinin 1-ci bəndinin tələblərinin cavabdeh tərəfindən pozulduğunu müəyyən etmişdir. Komissiya yuxarıda qeyd olunanları nəzərə alaraq, antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 31.01.2020-ci il tarixli Qərarı ilə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 11-ci maddələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.1998-ci il tarixli, 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 2.12, 3.3, 3.7 və 3.8-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən tələb olunan sənəd və məlumatları təqdim etməməklə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərini pozduğuna görə hüquqi ünvanı AZ530, Siyəzən rayonu, Eynibulaq, Siyəzən şəhəri olan “X5 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinin üçüncü abzasına əsasən 5500 manat məbləğində maliyyə sanksiyası şəklində cərimə tətbiq edilmiş və antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılmas ı barədə 03.02.2020-ci il tarixli Göstəriş verilmişdir. Həmin göstərişlə "X5 Təsərrüfatı” MMC-dən 15 (on beş) iş günü müddətində aşağıdakı sənəd və məlumatların Dövlət Xidmətinə təqdim olunması tələb edilmişdir: 1) "X5 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis sənədlərinin (nizamnamə, vergi orqanlarında qeydiyyat şəhadətnaməsi və kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarış və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri; 2) “Halal AZS Milli Sertifikatlaşdırma Sistemi” əmtəə nişanından qeyri-qanuni istifadə etməyə başladığı tarixdən həmin istifadəni dayandırıldığı tarixədək bu əmtəə nişanlı toyuq məhsullarının satışından əldə olunmuş gəlirləri və bunu təsdiq edən sənədlərin (qaimə-fakturalar və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri; 3) “Halal AZS Sertifikatlaş dırma Sistemi” əmtəə nişanından qeyri-qanuni istifadə etməyə başladığı tarixdən həmin istifadənin dayandırıldığı tarixədək malların təqdim təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) əldə edilmiş gəlirləri təsdiq edən vergi orqanlarına təqdim edilmiş hesabatların (əlavə dəyər vergisi bəyannamələri və s.) müvafiq qaydada təsdiq olunmuş surətləri. Dövlət Xidmətinin 03.02.2020-ci il tarixli Göstərişi cavabdehə 13.02.2020-ci il tarixdə poçt vasitəsilə rəsmi qaydada çatdırılsa da, Göstərişin icrası hazırkı tarixədək təmin edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.10-cu y arımbəndinə əsasən, antiinhisar qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə verilmiş qərarlar yerinə yetirilmədikdə, onların məcburi icrası məqsədilə məhkəməyə müraciət edilir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2-1(118)-544/2021 nömrəli (hakim Ceyhun Məmmədov ) qərarı ilə iddia təmin edilmişdir.
7. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
8. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.09.2021-ci il tarixli, 2-1(105)-309/2021 nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Rəşadət Ağayev və İlqar Dəmirov ) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, biri nci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddia təmin edilmişdir.
9. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətinin dəlilləri məzmun baxımından apelyasiya şikayətinin dəlillərinə uyğundur. Şikayətdə qeyd olunmuşdur ki, hazırkı qərarı qəbul edərkən məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmamş, “X5 Təsərrüfatı" MMC-nin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır və məhkəmə tərəfindən yalnız iddiaçının verdiyi məlumatlar əsasında qərar qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim olunmuşdur. Etirazda kassasiya şikayətinin təmin olunmaması və apelyasiya instansiyası məhkəməsinin həmin qərarının dəyişdirilmədən saxlanılması xahiş olunur. TƏTBİQ EDİLƏN HÜQUQ 12. “Haqsız rəqabət haqqında” Qanun M a d d ə
11. Bu Qanuna riayət olunması sahəsində antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətləri və bazar subyektlərinin vəzifələri
1. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə: müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; qanunvericilikdə nəzər də tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər; haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər; bu Qanunun pozulması ilə bağlı cinayət əlamətləri olduqda materialları cinayət işi qaldırılması məsələsinin həlli məqsədilə prokurorluğa göndərə bilər.
2. Bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri: qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə; qanunsuz əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada büdcəyə ödə məyə; vurulmuş zərəri ödəməyə; tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar. 13. “Antiinhisar fəaliyyəti haqqında” Qanun M a d d ə
1. Qanunun məqsədləri Qanun inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir. M a d d ə
3. Antiinhisar siyasətini həyata keçirən Azərbaycan Respublikasının dövlət orqanları İnhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında mərkəzi icra hakimiyyət i orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən odunmuş digər səlahiyyətləri yerinə yetirə bilər. M a d d ə
16. Müvafiq icra hakimiyyəti orqanının məlumat əldə etmək hüququ
1. Müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır.
14. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.2. Kollektiv maraqların müdafiə olunması məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində həmin maraqların pozulduğunu əsaslandırdıqları hallarda qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) tərəfindən bu Məcəllənin 35.1-ci mad dəsində nəzərdə tutulmuş müvafiq iddianın qaldırılmasına yol verilir. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidi r.
15. Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli, 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması qaydaları” 2.16. Komissiyanın qərarına əsasən “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 3cü maddəsinə uyğun olaraq antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə göstəriş verilir. Göstəriş (10 nömrəli əlavə) on günün müddətinə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud imza almaqla qanun pozuntusuna yol vermiş şəxsə (onun etibarnaməsi olan şəxsinə) təqdim olunur. Göstəriş Antiinhisar orqanının rəisi və ya onun müavini tərəfindən imzalanır. Göstərişdə qanun pozuntusunun dayandırılması və (və ya) onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlərin edilməsi və müddət göstərilir. 2.17. Gö stərişin icrası, onda müəyyən edilmiş müddət ərzində həyata keçirilməlidir. Göstərişin vaxtında icra edilməməsi mövcud qanunvericilikdə nəzərdə tutulan nəticələrə səbəb ola bilər. Göstərişin vaxtında icra edilməməsi — onun icrasından yayınma və ya qismən icra olunması, yaxud müəyyən olunmuş müddətdə icra olunmaması kimi başa düşülür. 2.18. Komissiyanın sədri tərəfindən göstərişin yerinə yetirilməsinə nəzarət onun üzvlərindən birinə həvalə olunur və bu barədə protokolda qeyd edilir. 2.19. Göstəriş almış şəxsin göstərişin icra müddətinin qurtarmasına 10 gün qalanadək göndərdiyi əsaslandırılmış vəsatət üzrə Antiinhisar orqanı göstərişin icra müddətinin 6 aydan çox olmamaq şərti ilə uzadılması haqqında qərar qəbul edə bilər. 2.20. Antiinhisar orqanının qərar və göstərişlərinin yerlərdə icrasın a aidiyyəti olan ərazidə onun ərazi orqanları onlara həvalə olunmuş hüquqlar dairəsində nəzarət edirlər. 2.21. Antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməklə qəbul olunmuş aktların ləğvi və qismən dəyişdirilməsi haqqında göstəriş yerinə yetirilmədikdə, Antiinhisar orqanı həmin aktların bütövlüklə və ya qismən etibarsız hesab edilməsi, yaxud antiinhisar qanunvericiliyinin pozulması baş verən ana qədərki vəziyyətin bərpa olunmasının məcburi həyata keçirilməsi haqqında ərizə ilə məhkəmə orqanlarına müraciət edə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
17. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə müb ahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır.
19. Məhkəmə Kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini və iddianın mümkün sayılmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
20. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli və iş üzrə obyektiv qanunauyğun qərarın qəbulu üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını yoxlamağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gə lir.
21. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Lakin apelyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamış, eyni zamanda iddianın mümkünlüyü ilə bağlı şərtlər yoxlanılmamışdır.
22. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Bu baxımdan qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkün lük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və iddia həmin şərtlərə riayət edilməklə qaldırılıldığı təqdirdə məhkəmə tərəfindən mümkün sayılır.
23. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
24. Bununla əlaqədar həm də nəzərə alınmalıdır ki, şəxsin iddia ilə məhkəməyə müraciət etməsi üçün onun ümumi hüquqi müdafiə marağı, yəni məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı mövcud olmalıdır. Üm umi hüquqi müdafiə marağı universal xarakter daşıyır və bütün iddia növlərinə münasibətdə ümumi mümkünlük şərti sayılır. Ümumi hüquqi müdafiə marağı konsepsiyasına görə, iddiaçı öz istəyinə daha asan və daha sadə yolla nail olmaq imkanına malik olduğu hallarda, onun məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olmur.
25. Hazırkı mübahisə ilə bağlı işin hallarından görünür ki, iddiaçı cavabdehə münasibətdə qəbul etdiyi 03.02.2020-ci il tarixli Göstərişin məcburi qaydada icrasının təmin edilməsi üçün məhkəməyə müraciət etmişdir. Həmin Göstəriş cavabdehə aid sənədlərin və məlumatların iddiaçıya təqdim olunması ilə bağlıdır.
26. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, yuxarıda istinad olunan normalara görə, iddiaçı bütün Göstərişlərinin deyil, yalnız “Antiinhisar fəaliyyəti haqqında ” Qanunun 3-cü maddəsinə uyğun olaraq antiinhisar qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması ilə bağlı Göstərişlərinin məcburi icrası barədə məhkəməyə müraciət etməyə haqlıdır. Cavabdeh tərəfindən sənəd və məlumatların təqdim olunmaması “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsi anlamında antiinhisar qanunvericiliyinin pozulması kimi təfsir edilə və qiymətləndirilə bilməz.
27. Həmçinin nəzərə alınmalıdır ki, “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 16cı maddəsi ümumiyyətlə məlumat almaq hüququnu təsbit edir. Bu mənada iddiaçının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilatiidarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan məlumatları, o cümlədən antiinhisar qanunvericiliyinin pozu lması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ əslində antiinhisar qanunvericiliyinin pozulması hallarının müəyyən olunması məqsədlərinə xidmət edir və bununla bağlı icraatın tərkib hissəsi sayılmalıdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələb etdiyi sənəd və məlumatlar antiinhisar qanunvericiliyinin pozulması hallarının müəyyən olunması üzrə icraat çərçivəsində cavabdehdən tələb oluna bilər və obyektiv qanunauyğun qərarın qəbulunu təmin etmək üçün tələb edilməlidir. Lakin icraat zamanı cavabdeh tərəfindən həmin sənəd və məlumatların təqdim olunmaması, onların müvafiq qurumlardan və başqa qaydada əldə edilməsi mümkün olmadığı hallarda, onun ziyanına təfsir olunmalıdır. Başqa sözlə, sənəd və məlumatların təqdim olunmaması cavabdehə münasibətdə əlverişsiz qərarın qəbul unu şərtləndirmə riskini daşıyır və məhz belə qərarın qəbulu riski sənədlərin təqdim olunmasının təminatı qismində çıxış edir. Belə hallarda dövlət orqanı olan iddiaçının məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı, yəni ümumi hüquqi müdafiə marağı mövcud olmur.
29. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə edilən hazırkı Göstəriş sənəd və məlumatların cavabdeh tərəfindən təqdim olunmasına yönəldiyindən, iddiaçı həmin Göstərişin məhkəmə qaydasında məcburi icrasına dair iddia qaldırmaqda haqlı sayıla bilməz.
30. Beləliklə, yuxarıda istinad edilən normalara görə və qeyd olunan səbəblərdən kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və Göstərişin məcburi icrasının təmin edilməsi tələbinə dair iddia mümkün sayıl mamalıdır.
31. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.09.2021-ci il tarixli, 2-1(105)-309/2021 nömrəli qərarı ləğv olunur. İddia mümkün sayılmır. Qərar qətidir.