Məhkəmə qərarları › İş №2-1(102)-2462/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2462/2025

12.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2462/2025 12.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-1589/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2010-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur. Atası Qanuni nümayəndə və anası X3 həm Rusiya, həm də Azərbaycan Respublikası vətəndaşıdırlar.

2. İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş, 65№9770710 nömrəli Rusiya Federasiyasına məxsus pasporta sahibdir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını xahiş etmişdir.

4. Cavabdehin xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarı ilə iddiaçının digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olması əsası ilə Azərbayc an Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığını alması üçün onun vətəndaşlığa mənsubiyyətinin tanınması vəzifəsinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti üzərinə öhdəlik kimi qoyulması barədə Qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, İddiaçı xx.xx.2010-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur. İddiaçı Rusiya Federasiyası tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsi də vardır. Lakin o hazırda Rusiya Federasiyasının vətəndaşlıqla bağlı daxili pasportunu almamışdır. Həm iddiaçının atası (qanuni nümayəndəsi) xx.xx.1973-cü il təvəllüdlü Qanuni nümayəndə, həm də iddiaçının anası xx.xx.1976-cı il təvəllüdlü X3 Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Bu faktı təsdiq edən Azərbaycan Respublikası şəxsiyyət vəsiqələri də vardır. İddiaçı (onun qanuni nümayəndəsi) Azərbaycan Respublikası vətəndaşlığını alması üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən İddiaçı vətəndaşlığa mənsubiyyəti yoxlanılmış və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli ******* ömrəli qərarı ilə vətəndaşlığa mənsubiyyəti tanınmamışdır. Qərarda imtina səbəbi olaraq İddiaçı digər ölkə vətəndaşlığını təsdiq edən sənədə malik olması qeyd edilmişdir. Azər baycan Respublikasının Dövlət Miqrasiya Xidməti öz imtinasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasınınn vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının” “3.11 və 4.4”-cü bəndlərinə əsaslanmışdır. Sözügedən, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının” 4.4-cü bəndində “Azərbaycan Respublikasının Vətəndaşlığı Haqqında” Qanunun 18-ci maddəsinin 1-ci, 2-ci və 3-cü bəndlərinə istinad edilmişdir. “Azərbaycan Respublikasının Vətəndaşlığı Haqqında” Qanunun 18-ci maddəsinin yuxarıda qeyd edilən bəndləri Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Re spublikasının 30 may 2014-cü il tarixli Qanunu ilə tənzimlənir (və tətbiqinə başlanılır). Dövlət Miqrasiya Xidməti xx.xx.2024- cü il tarixli ******* nömrəli qərarı qəbul edərkən “Azərbaycan Respublikasının Vətəndaşlığı Haqqında” Qanunun 18-ci maddəsinin tətbiqinin əsası olan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 30 may 2014-cü il tarixli Qanunun 2-ci maddəsinin tələblərini nəzərə almamış və pozuntuya yol vermişdir. İddiaçı Rusiya Federasiyasında doğulub oradan doğum haqqında şəhadətnamə almışdır. Bu da vətəndaşlıq seçimi yox, zərurətdən irəli gəlmişdir. Çünki, doğulan şəxsin varlığını müəyyən edən əsas sənəd onun doğum haqqında şəhadətnaməsidir. Buna baxmayaraq yuxarıda da qeyd etdi yi kimi o heç Rusiya Federasiyasında vətəndaşlığı təsdiq edən daxili pasportu almaq üçün müraciət belə etməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən mənsubiyyətin tanınmamasının səbəbi onun Rusiya Federasiyasında doğulması və doğulduqdan sonra 2010-cu ildə oradan müvafiq doğum haqqında şəadətnamənin alınmasıdırsa, bu halda həmin imtina əsassız və yuxarıda qeyd etdiyimiz qanunvericilik mövqeyindən qanunsuzdur. Belə ki, bu imtina həm Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsi ilə konstitusion hüququnu pozuntusu kimi qanunsuzdur həm də “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının30 may 2014-cü il tarixli Qanunun 2-cimaddəsinin tələbi nə ziddir.

7. Cavabdeh iddia dair etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 3 dekabr 2024-cü il tarixli, 2-1(112)- 10027/2024 nömrəli qərarı ilə (hakim G. Sevdimalıyeva) iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Rusiya Federasiyasında doğulmuşdur, Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir və Rusiya Federasiyası vətəndaşı kimi pasportun sahibidir. Göründüyü kimi İddiaçı vətəndaşsızlıq vəziyyətində deyildir. İddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınmasından imtina edilməsi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən iddiaçını naturalizasiya qaydasında Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün müraciət etmək imkanından məhrum etmir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-1589/2025 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və N.Nəbizadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 3 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Həmin nəticəyə gələrkən apellyasiya məhkəməsi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinə, A zərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na istinad etmişdir.

14. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində qeyd edilmişdir ki, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarının əsası olan (3.11 və 4.4-cü) maddələr İddiaçı tətbiq edilə bilməz. Ona görə ki, bu hal “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 30 may 2014-cü il tarixli № 973-İVQD saylı qanunun ikinci maddəsinə ziddir. Həmin 30 may 2014cü il tarixli dəyişiklik edilmə barədə qanunun 2-ci maddəsinə qeyd edilir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir. Əgər DMX-nin ******* nömrəli qərarı ilə vətəndaşlığa mənsubiyyətin tanınmasının səbəbi İddiaçı könüllü olaraq başqa dövlətin vətəndaşlığını əldə etməsidirsə və o, vətəndaşlığı 22 mart 2010-cu il tarixdə doğulduqdan sonra doğum haqqında şəhadətnamə əldə etməklə almışdırsa ona “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanun unun 18-ci maddəsi tətbiq edilə bilməz. Çünki “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 30 may 2014-cü il tarixli № 973-İVQD saylı qanunun 2-ci maddəsində də qeyd edildiyi kimi bu dəyişikliklər, yəni 18-ci maddənin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir. Odur ki, DXM-nin müvafiq qərarı əsassızdır və 22 mart 2010-cu il tarixdə doğulub vətəndaşlıq əldə etmiş şəxsə tətbiq edilə bilməz. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsi 30 may 2014-cü il tarixdə yeni redaksiyada verilmişdir. Azərbaycan Respublikasının Dövlət Miqr asiya Xidmətinin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 84 nömrəli qərarı 18 mart 2015-ci il tarixdə qüvvəyə minmişdir. Belə olan halda bu qanun vətəndaşın vəziyyətini pisləşdirən formada geriyə tətbiq edilə bilməz. “Azərbyacan Respublikasının vətəndaşlığı haqqında” qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Bu mövq edən yanaşsaq X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilməsi qanunsuz və əsassızdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətlərinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun (1998-ci il 30 sentyabr tarixdə qəbul edilmiş, 1998-ci il 7 oktyabr tarixdə qüvvəyə minmişdir): Maddə

1. Vətəndaşlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasın ın vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır Maddə

5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan R espublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir Maddə

18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;... 18. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli, 84 №-li qərarı ilə təsdiq edilmişdir): 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun un 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir.... 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydi yyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa;...

4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.

4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ik isi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 4.2. Bu Qaydanın 4.1.6–4.1.10-cu yarımbəndlərində nəzərdə tutulan hallarda 14 yaşından 18 yaşınadək uşaqların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onların razılıqları tələb olunur. 4.3. Bu Qaydanın 2.2. 1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.

19. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdi kləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində ba xır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfi ndən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının Azərbaycan Respublikasının vətənda şlığına mənsubiyyətinin tanınması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

26. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı xx.xx.2010-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğ ulmuş, ona Rusiya Federasiyası tərəfindən İV-MİO 849252 nömrəli Doğum haqqında Şəhadətnamə və xx.xx.2019-cu il tarixli 65№9770710 nömrəli məxsus pasport verilmişdir. İddiaçının atası Qanuni nümayəndə və anası X1 vətəndaşıdırlar.

27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına yönəlmişdir.

28. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətənda şının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir). Belə ki, həmin maddənin 1-ci hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. İddiaçı Rusiya Federasiyası ərazisində doğulmuş, Rusiya Federasiyası vətəndaşının pasportuna sahibdir və həmin pasportla müxtəlif tarixlərdə ölkə ərazisinə giriş-çıxış etmişdir.

30. İddiaçı kassasiya şikayətində valideynlərinin hər ikisinin Rusiya Federasiyası vətəndaşı olması ilə yanaşı həm də Azərbaycan Respublikası vətəndaşı olduğuna görə onu da Azərbaycan Respublikası vətəndaşı hesab olunduğunu, həmçinin Rusiya Federasiyası vətəndaşlığını doğulduğu vaxt 2010-ci ildə əldə etdiyindən “Vətəndaşlıq haqqında” Qanunun xx.xx.2014-cü il tarixdən qüvvəyə minən dəyişikliyinin ona şamil edilməli olmamasını qeyd etmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının valideynlərinin hər ikisinin Azərbaycan Respublikası vətəndaşı olması əsası ilə əldə etdiyi vətəndaşlığı 2019-cu ildə (Rusiya Federasiyasının pasportunun verildiyi tarixdə) digər ölkə vətəndaşlığını qəbul etdiyinə görə itirilmiş hesab edildiyindən ona vətəndaşlıq mənsubiyyətinin tanınmasından imtina edilməsi əsaslı v ə qanuni olmuşdur.

32. Lakin bu hal “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən iddiaçını naturalizasiya qaydasında Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün müraciət etmək imkanından məhrum etmir.

33. Göründüyü kimi, İPM-in 14.3-cü maddəsinin tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi iddiaçı tələbinin təmin edilməsini zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarına uyğundur. Şikayətin təmin olun ması üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-1589/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar