Məhkəmə qərarları › İş №2-1(102)-2466/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2466/2025

04.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2466/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yerli icra hakimiyyəti başçısının sərəncamı əsasında ayrılmış torpaq sahəsi üzərində icarə hüquqlarının qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyy at Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2025-ci il tarixli, 2-1(103)-1095/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron Rayon İcra Hakimiyyəti başçısının “Abşeron rayonuna təhkim olunmuş, X1 saxlanılmış torpaqlardan İddiaçı Zirə tərəvəzçilik-südçülük sovxozu ərazisindən torpaq sahəsi ayrılması barədə tərtib olunmuş icarə müqaviləsi və digər torpaqayırma sənədlərinin təsdiq edilməsi haqqında” xx.xx.2013-cü il tarixli 645 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”na uyğun olaraq Abşeron rayonunun Dövlət Ehtiyat torpaq Fondunda saxlanılmış torpaqlardan Zirə tərəvəzçilik-südçülük sovxozunun ərazisindən kənd təsərrüfatı məqsədilə 0,6880 hektar 99 (doxsan doqquz) il müddətində icarə qaydasında İddiaçı torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsinin və digər torpaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır.

2. İddiaçı ilə Abşeron Rayon İcra Hakimiyyəti arasında bağlanmış 645 saylı, x x.xx.2013-cü il tarixli torpaq icarə müqaviləsinə əsasən 0,6880 hektar ölçüsü olan torpaq sahəsi, hər il 34 (otuz dörd) manat icarə haqqı ödəmək şərti ilə, 99 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Eyni zamanda, adıçəkilən torpaq sahəsinin Abşeron Rayon İcra Hakimiyyəti başçısı və DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən yerquruluşu planı tərtib edilərək müvafiq qaydada təsdiq edilmişdir.

3. İddiaçı, Abşeron rayon İcra Hakimiyyəti, DTXK-nin Abşeron rayon şöbəsinin səlahiyyətli şəxslərinin iştirakı ilə tərtib edilərək təsdiq olunmuş aktda aşağıdakılar qeyd olunmuşdur: “Torpağa baxış keçirərkən müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi Abşeron rayonuna təhkim olunmuş, X1 saxlanılmış torpaq sahəsi Zirə tərəvəzçiliksüdçülük sovxozu ərazisində yerləşir, uqodiyasına görə əkin kimi uçota alınmışdır. İstənilən torpaq sahəsinin 1:10000 miqyaslarında yerquruluşu planı hazırlanmış və sərhədləri göstərilmişdir. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı 99 (doxsan diqquz) il müddətinə kənd təsərrüfatı məqsədilə torpaq sahəsinin ayrılmasına komissiya aşağıdakı şərtlərlə etiraz etməmişdir: Torpaqdan istifadə edilməmişdən əvvəl “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının 11 dekabr 1998-ci il tarixli Qanununa müvafiq olaraq ilkin torpaqayırma sənədləri tərtib etdirilsin. Fiziki şəxsə tapşırılsın ki, torpaq üzərində hüququn qeydə alınmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon ərazi idarəsi vasitəsi itə təmin etsin.”

4. İddiaçı qeyd edilən torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınm ası ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, elektron kadastr məlumatlarına əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 645 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamı ilə ayrılması nəzərdə tutulmuş 6880 kv.m torpaq sahəsinin 4457 kv.m hissəsi Zirə tərəvəzçilik-südçülük sovxozunun ərazi hüdudları daxilində olmuş, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Odur ki, 2013-cü il tarixdə sözügedən ərazi hüdudları daxilində torpaq sahəsinin ayrılması Abşeron Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ca vabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 645 nömrəli sərəncamı ilə Zirə tərəvəzçilik-südçülük sovxozu ərazisində X1 saxlanılmış torpaqdan 0,6880 ha torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 645 nömrəli sərəncamı ilə Zirə tərəvəzçilik-südçülük sovxozu ərazisində X1 saxlanılmış torpaqdan 0,6880 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədilə 99 il müddətin ə iddiaçıya ayrılması və icarə müqaviləsinin bağlanması qərara alınmış, elə həmin tarixdə də Abşeron Rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında 645 nömrəli icarə müqaviləsi bağlanmış və 0,6880 ha torpaq sahəsi ona icarəyə verilmişdir. İddiaçı qeyd etmişdir ki, həmin torpaq sahəsi illərdir aşkar istifadəsindədir və icarə müqaviləsində müəyyən edilmiş icarə haqqı da tərəfindən vaxtı-vaxtında ödənilir, sahənin sxemi və xəritədən çıxarışı mövcuddur. İcarəyə verilən sahənin çıxarışının olmaması onun hüquqlarını məhdudlaşdırdığı üçün cavabdehə müraciət edərək ona icarəyə verilən Zirə tərəvəzçilik-südçülük sovxozu ərazisində X1 saxlanılmış torpaqdan 0,6880 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair müvafiq çıxarışı n verilməsi xahiş edilmişdir. Lakin cavabdeh onun hüquqlarının qeydiyyatından imtina etmişdir. İddiaçı qeyd etmişdir ki, icarəyə götürdüyü torpaq sahəsini abadlaşdıraraq və rekultivasiya edərək illərdir həmin sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.

7. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 645 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamı ilə ayrılması nəzərdə tutulmuş 6880 kv.m torpaq sahəsinin 4457 kv.m hissəsi Zirə tərəvəzçilik-südçülük sovxozunun ərazi hüdudları daxilində olmuş, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Odur ki, 2013-cü il tarixdə sözügedən ərazi hüdudla rı daxilində torpaq sahəsinin ayrılması Abşeron Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olmuşdur. Bundan başqa, xx.xx.2024-cü il tarixində İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin ölçüsü 6880 kv.m qeyd olunsa da, faktiki 6920 kv.m təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(112)-6650/2024 nömrəli qərarı ilə (hakim T.Məlikov) iddia qismən təmin edilmiş, İddiaçı Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 645 nömrəli sərəncamı ilə Zirə tərəvəzçilik-südçülük sovxozu ərazisində ayrılmış 6880 kv.m torpaq sahəsindən Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış əraziyə düşməyən 2423 kv.metr hissəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi Abşeron Rayon İcra Hakimiyyəti başçısının 18 oktyabr 2013-cü il tarixli 645 nömrəli sərəncamı və eyni tarixli müqavilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində nəzərdə göstərilmiş aktlara uyğun gəlir. Belə ki, iddiaçı sərəncamın və müqavilənin, habelə torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənədləri cavabdehə təqdim etmişdir. Həmin sənədlərin mötəbərliyini və həqiqiliyini şübhə altına alan hər hansı hal müəyyən olunmamışdır. Həmin sərəncamın və müqavilənin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməmişdir. Bununla belə, bu sənədlər iddiaçıya 0,6880 hektar sahəsinin tam şəkildə üzərində hüquqlarının qeydiyyata alınması üçün əsas vermir. Belə ki, qeyd olunan sənədlər əsasında iddiaçıya ayılmış torpaq sahəsinin 4457 kv.m hissəsinin Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış ərazidə olması işin mübahisəli halı deyil. İddia olunan 0,6880 ha torpaq sahəsinin 4457 kv.metr hissəsi 2008-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış əraziyə düşdüyündən Abşeron rayon İcra Hakimiyyətinin 2013-cü il tarixdə sözügedən ərazi hüdudları daxilində torpaq sahəsinin ayrılması səlahiyyəti olmadığından həmin hissədə təmin edilə bilməz. İddia tələbi qismən, yəni sözügedən torpaq sahəsinin 2423 kv.m hissəsi üzərində iddiaçının icarə hüququnun qeydiyyata alınması hissəsində əsaslıdır və təmin edilməlidir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2025-ci il tarixli, 2-1(103)-1095/2025 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov – məruzəçi, X.Cəmilova və O.İsmayılov) cavabdehin apellyasi ya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(112)-6650/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ü çün yetərli əsas sayılmalıdır. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin sənəd üzrə torpaq sahəsinin ölçüsünün 6880 kv.m qeyd olunmasına baxmayaraq, faktiki 6920 kv.m təşkil etməsi barədə dəlilinə cavab olaraq qeyd edilmişdir ki, həmin hal hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas hesab oluna bilməz. Belə ki, iddiaçının ilk olaraq tələbi hüquqmüəyyənedici sənəddə göstərilən sahəyə dair (6880 kv.m) icarə hüququnun dövlət qeydiyyatına alınması barədə olmuş, birinci instansiya məhkəməsinin iddianın qismən (2423 kv.metr hissəsində) təmin olunması barədə gəldiyi nəticə ilə razılaşaraq, iddiaçı həmin qərardan apellyasiya şikayəti verməmişdir.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbu l olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.

15. Kassator əlavə olaraq göstərmişdir ki, iddia olunan torpaq sahəsi Abşeron rayon inzibati ərazi hüdudları daxilində yerləşdiyindən hazırkı iş üzrə 1 saylı Bakı Ərazi İdarəsi cavabdeh qismində iştirak edə bilməz. Belə ki, “1 saylı Bakı Ərazi İdarəsinin Əsasnaməsi”nə əsasən İdarə DƏDKR phş-nin Bakı şəhəri üzrə fəaliyyət göstərən ixtisaslaşdırılmış hüquqi şəxsdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublika sının Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya b axışının hədləri

19. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtinanın, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Apellya siya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Məhkəmə kollegiyası eyni zamanda kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi 6880 kv.m torpaq sahəsi ilə bağlı olsa da, birinci instansiya məhkəməsi iddianı Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində qalan 2423 kv.m hissədə təmin etmiş, torpaq sahəsinin (Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış ərazidə yerləşən) 4457 kv.m hissəsi ilə bağlı iddianı təmin etməmişdir. İddiaç ı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmin qərardan apellyasiya şikayəti verməmişdir.

27. Cavabdeh isə iddianın təmin edilən hissəsindən, yəni 2423 kv.m torpaq sahəsi üzərində icarə hüquqlarının qeydə alınması ilə bağlı hissədən apellyasiya şikayəti vermiş, şikayəti təmin edilmədiyindən hazırkı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh özü belə kassasiya şikayətində 2423 kv.m torpaq sahəsinin Abşeron rayonunun inzibati ərazi hüdudları daxilində yerləşməsini bildirmişdir. Cavabdehin bununla bağlı dəlili isə həmin torpaq sahəsinə münasibətdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh qismində iştirak edə bilməməsi ilə bağlıdır.

29. Kassatoru n göstərilən dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, qeyd edilən ərazi üzərində Abşeron Rayon İcra Hakimiyyəti səlahiyyətli olsa da, həmin ərazi faktiki baxımından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin fəaliyyət göstərdiyi ərazinin hüdudları daxilində yerləşir, ona görə də hazırkı iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmalıdır.

30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 645 saylı sərəncamına əsasən Zirə tərəvəzçilik-südçülük sovxozu ərazisində iddiaçıya ayrılmış 2423 kv.m torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair a pellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2025-ci il tarixli, 21(103)-1095/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar