Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2468/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; nəqliyyat, dəniz və çay donanması, gəmi heyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “işlədiyi müddət ümumi iş stajına daxil edilməklə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2217/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Azərbaycan X7” Qapalı Səhmdar Cəmiyyəti X9 Donanması tərəfindən iddiaçıya təqdim olunmuş EN01/02-253 saylı, 14 iyun 2022-ci il tarixli arxiv arayışına əsasən, İddiaçı, həqiqətən xx.xx.1983-cü il tarixdə Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinin “PS-174” gəmisinə 1-ci dərəcəli motorçu peşəsinə (xx.xx.1983-cü il tarixli 204-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1983-cü il tar ixdən Donanmanın s/b “42”, “431”, “Abşeron14”, “Abşeron-12”, “Calğan-2” gəmilərində növbə mexaniki, 2-ci mexanik və böyük mexanik vəzifələrində işləmişdir. xx.xx.2000-ci il tarixdə Texniki istismar şöbəsinə 12-ci dərəcəli təlimatçı-mexanik vəzifəsinə (xx.xx.2000-ci il tarixli 212-k nömrəli əmr) keçirilmişdir. xx.xx.2001-ci il tarixdə “Tayd Woter” firmasında işləməyə göndərilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən (xx.xx.2001-ci il tarixli 158-k nömrəli əmr) işdən azad edilmişdir. Müqavilə müddəti başa çatdiqdan sonra xx.xx.2004-cü il tarixdə “R.Mirzəyev” gəmisinə böyük mexanik vəzifəsinə (xx.xx.2004-cü il tarixli 173-k nömrəli əmr) işə qəbul edilmişdir. O, ÜE639”, “Calğan-2”, “Xəzri” gəmilərində böyük mexanik vəzifəsin də işləmiş, xx.xx.2011-ci il tarixdə Texniki istismar şöbəsinə rəis müavini (xx.xx.2011-ci il tarixli 354-k nömrəli əmr), xx.xx.2012-ci il tarixdə isə həmin şöbəyə 13-cü dərəcəli hamiyəçi-mexanik vəzifəsinə (xx.xx.2012-ci il tarixli 1857-k nömrəli əmr) keçirilmişdir. xx.xx.2016-cı il tarixdən Donanmanın “Orion-3”, “M.Süleymanov”, “Abşeron-21”, “Orion-18”, “Z.Vəliyev” gəmilərində 2-ci mexanik və böyük mexanik vəzifələrində işləmişdir. Hal-hazırda “Sokar-1” gəmisində böyük mexanik vəzifəsində çalışır. Onun gəmidə tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) "Əmək p ensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 № li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"-nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən he yət-kod: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr siyahısına aid edilir. Əmək şəraitinə görə (01.01,2006-cı il tarixədək) güzəştli şərtlərlə əmək stajı: 18 il 08 ay 25 gün təşkil edir. 2. “Azərbaycan X7” Qapalı Səhmdar Cəmiyyəti X3 tərəfindən iddiaçıya təqdim olunmuş AMxx/xx-1131 saylı, 13 iyun 2022-ci il tarixli arxiv arayışında bildirilmişdir ki, İddiaçı həqiqətən Azərbaycan Dövlət X7nin (XDYİ-də) üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1982-cü il tarixdən xx.xx.1983-ci il tarixədək motorçu-elektrik vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səy ahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 00 il 04 ay 28 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 N-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b" yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 N-li qərarı ilə təsdiq edilmiş 2 N-li siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 N-li Qərarına əsasən X7 Azərb aycan Dövlət X7 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 N-li və xx.xx.2014-cü il tarixli 213 N-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X7nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X6 yenidən təşkili yolu ilə "Azərbaycan X7" Qapalı Səhmdar Cəmiyyəti yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir.
3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 25 fevral 2021-ci il tarixli və 04 avqust 2022-ci il tarixli məktublarla bildirilmişdir ki, (xx.xx.2021-ci il tarixdə daxil olmuş ərizəyə cavab) Mərkəzi Filiala təqdim edilən 29 dekabr 1982-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının 12-13-cü səhifələrində olan 13-cü qeyddə işə götürülmə əmrinin qeyd olunmaması ondakı məlu matların həqiqiliyinə əsaslı şübhələr yaradır. Buna görə də xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövrü ümumi iş stajına daxil etmək mümkün olmadığından 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 2 ay 3 gün (xx.xx.1978-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.2001-ci il və xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 57 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1982-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabça sının 12-13-cü səhifələrində olan 13-cü qeydlə təsdiq olunan və xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasında “X2 İnk” Şirkətində işlədiyi müddətin ümumi iş stajına daxil edilməklə və 57 yaşdan hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ayrı-ayrı vaxtlarda müxtəlif gəmilərdə işlədiyi vəzifələr (peşələr) üzən heyətə, işlədiyi gəmilər isə XDND-nin gəmilərinə aiddirlər. Bu gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı xidmət gəmiləri, xidmət gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyillər. Bu vəzifələr (peşələr) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublik ası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"-nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 "b" yarımbəndi, eləcədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı qərarına 2 saylı əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"-nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 "1" yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət-kod: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr siyahısına aid edilir. Əmək şəraitinə görə (xx.xx.2006-cı il tarixədək) güzəştli şərtlərlə əmək stajı 18 il 08 ay 25 gün təşkil edir. Tərəfindən ayrı-ayrı vaxtlarda üç dəfə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı "ASAN xidmət" mərkəzinə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. İlk olaraq xx.xx.2020-ci il tarixdə yazdığı ərizəyə verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən əyani təhsil ümumi iş stajına daxil edildiyindən tərəfindən Mərkəzi Filiala 1978-ci ildən 1982-ci ilədək təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən sənədi təqdim etməmişdir. Bu səbəbdən qeyd olunan təhsilin əyani olub-olmamasın ı sübut etmək üçün müvafiq sənədləri təqdim etmək tələb edilmişdir. Göstərilənləri nəzərə alaraq o, müvafiq sənədləri toplayıb yenidən ikinci dəfə xx.xx.2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə müraciət etmişdir. Lakin yenə də cavabdeh tərəfindən ona müsbət cavab verilməmişdir. Ona göndərilən xx.xx.2021-ci il tarixli cavab məktubunda xx.xx.1982-ci il tarixli /T-İ ******* nömrəli əmək kitabçasında 1213-cü səhifələrində olan 13-cü qeyddə işə götürülmə əmrinin qeyd olunmaması faktını qabardaraq əmək kitabçasındakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yarandığını və buna görə də xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövrü ümumi iş stajına daxil etmək mümkün olmadığı və onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 il dən az təşkil etdiyi qeyd olunmuşdur. Bu səbəbdən də ona 57 yaşdan hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.
6. Cavabdehin iddiaya yazılı etirazında bildirilmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 29 dekabr 1982-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasının 12-13-cü səhifələrində olan 13-cü qeyddə işə götürülmə əmrinin qeyd olunmaması ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır. Nəticədə, B.Z.X5 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 24 il 2 ay 3 gündür. Göründüy ü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi stajı tələb olunan 25 ildən azdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya xx.xx.2022-ci il tarixdən təyin edilmiş əmək pensiyasının 57 yaşın tamam olduğu tarixdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-2029/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasında “X4 İnk." Şirkətində işlədiyi müddət ümumi iş stajına daxil edilməklə 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “X4 İnk." (ingiliscə adı “X8 İnternation al İnc") Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin iddiaçı ilə əmək münasibətlərinə daxil olmamışdan (xx.xx.2001) əvvəl – xx.xx.1997-ci il tarixdə hüquqi şəxs kimi qeydə alındığı müəyyən edilmiş, iddiaçının əmək kitabçasında xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X4 İnk. Şirkətində icarədə olan “Aura” gəmisində motorçu vəzifəsində işləməsinə dair qeydlər mövcuddur və bu qeydlər “X4 İnk." Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin möhürü ilə təsdiqlənmişdir. Odur ki, əmrin nömrəsinin əmək kitabçasında qeyd edilməməsi və “X4 İnk." Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin arxiv sənədlərinin saxlanılmaması iddiaçı ilə həmin müəssisə arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2217/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2029/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiy a şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2019-cu il tarixdə qüvvədə olan redaksiyada): Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qü vvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:..... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;.... 17. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki v ə ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: 23000000 - XXVİİİ. Nəqliyyat 23003000 -
3. Dəniz və çay donanması. 23003010 - 1) Üzən heyət. 23003010 - Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti /daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla/)
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılma lıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübah isələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. İş materiallarında olan sənədlərə (hərbi bilet, əmək kitabçası, güzəştli arayış) əsasən, iddiaçının ümumi iş stajının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq olduğu və bu stajın 12 il 6 aydan artıq hissəsinin güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışdığı təsdiq olunduğundan iddiaçının yuxarıda istinad edilən normaların məzmunundan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
26. Cavabdehin mübahisələndirdiyi xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı iş dövrünə gəldikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilənlərə əsasən dövlət reyestrində hüquqi ünvanı Az 1005, ünvan 1ar konyunkturasının tədqiqi və ictimai rəyin öyrənilməsi olan Panama Respublikasının “X4 İnk." (ingiliscə adı “X8 İnternational İnc") Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx.xx.1997-ci il tarixdə 230 nömrə ilə dövlət qeydiyyatından keçməsi və xx.xx.2015-ci il tarixdə ləğv edilərək dövlət reyestrindən çıxarılması barədə məlumat mövcuddur.
27. Bundan başqa, Azərbaycan X7 QSC Xəzər X6 xx.xx.2022-ci il tarixli məktubuna xx.xx.2001-xx.xx.2004-cü illər tarixləri arasında “X1” İNK Şirkətində icarədə olan “Aura” gəmisində motorçu işləmiş İddiaçı ilə bərabər həmin gəmidə Donanmanın digər 3 nəfər üzən heyət üzvünün əmək kitabçalarının təsdiqlənmiş surətləri də əlavə edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etm işdir ki, əmrin nömrəsinin əmək kitabçasında qeyd edilməməsi və “X4 İnk." Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin arxiv sənədlərinin saxlanılmaması iddiaçı ilə həmin müəssisə arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X4 İnk. Şirkətində işləməsi barədə əmək kitabçasında məlumatlar mövcud olduğundan, həmin məlumatların mötəbərliyi şübhə doğurmadığından, həmçinin cavabdeh tərəfindən iddiaçının sözügedən müəssisələrdə işləməsini təkzib edən sübutlar təqdim edilmədiyindən, həmin dövrlərin iddiaçının əmək stajına daxil edilməli olması nəticəsinə gəlməkdə apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur.
29. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələri ndə, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2217/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.