Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2469/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəkil sorğusu üzrə məlumatların verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 18.10.2024 hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə qarşı «vəkil sorğusu üzrə məlumatların verilməsi» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2024-cü il tarixli, 2-1(103)-2468/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilidir. Vəkillik fəaliyyəti ilə əlaqədar vətəndaş X4 hüquqi yardım göstərilməsi üzrə onunla 5 saylı Vəkil Bürosu arasında məhkəmədə iddia qaldırılması üçün hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmışdır. 2. 14 fevral 1928-ci il tarixdə doğulmuş X3 övladları barədə, 9 iyul 1955-ci il tarixdə doğulmuş X2 övladları barədə, həmçinin X1 ölənədək nikahda olub-olmaması barədə məlumat alınmasına zərurət yaranmış və iddiaçı tərəfindən həmin məlumatların verilməsi barədə 27 fevral 2023-cü il tarixli 179 saylı sorğu cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydi yyat şöbəsinə təqdim edilmişdir.
3. Cavabdehin 2 mart 2023-cü il tarixli məktubu ilə sorğunun cavablandırılmasından imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinanın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 9.15-ci bəndinə istinad edərək göstərmişdir ki, vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri yalnız Qeydiyyat şöbəsi, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi, məhkəmə, prokurorluq, Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat, daxili işlər orqanlarının, Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, notariusların sorğuları üzrə göndərilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası mə hkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vəkil sorğusu üzrə məlumatların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı ərizəsini işin hallarına uyğun əsaslandıraraq cavabdeh inzibati orqanın imtinasını qanunsuzdur hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Cavabdeh inzibati orqan imtinanın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 9.15-ci bəndinə istinad edərək göstərmişdir ki, vətəndaşlıq vəziyyəti akt qeydləri nin surətləri yalnız Qeydiyyat şöbəsi, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi, məhkəmə, prokurorluq, Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat, daxili işlər orqanlarının, Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, notariusların sorğuları üzrə göndərilir. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respubliklasının Qanununun 7-ci maddəsinin İ bəndinə əsasən təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinin İİ bəndinə əsasən vəkillər peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müə ssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək malikdirlər. Azərbaycan R Konstitusiyasının 148-ci maddəsinin İ bəndinə əsasən qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya, referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Konstitusiyanın 149-cu maddəsinin V bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.1-ci maddəsinə əsasən normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir. X5 2.2-ci maddəsinə əsasən normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. X5 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. X5 2.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edili r. Sadalanan qanun normalarından aydın olur ki, cavabdeh inzibati orqanın istinad etdiyi normativ akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı olduğundan, hüquqi qüvvəsinə görə «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respubliklasının Qanununun normalarından üstün ola bilməz. Ziddiyyət olduğu halda, qanunun müddəaları tətbiq edilməlidir. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 2.1.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Ədliyy ə Nazirliyinin tabeliyində olan rayon, şəhər qeydiyyat şöbələri inzibati orqanlar hesab olunurlar.
6. Bakı İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, e-2-1(112)-909/2024 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının inzibati orqan Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciətində qaldırdığı məsələ dolayısı ilə onun özünün marağına toxunsa da, birbaşa təmsil etdiyi şəxsin maraqları daxilindədir və sonuncunun iradəsindən asılı olan tələbdir. Odur ki, hazırkı iddiaçı bu iddia ilə çıxış edə bilməz. Bundan başqa, iddiaçının iddia etdiyi məlumatlar digər adekvat məhkəmə mübahisəsi, o cümlədən mülki məhkəmə icraatı qaydasında baxılan iş üzrə (eləcə də vəsatət verilməklə) həl oluna biləndir və bunu nla bağlı inzibati məhkəmə icraatı qaydasında ayrıca iddia qaldırılması əlverişli müdafiə vasitəsi kimi qiymətləndirilə bilməz.
8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2024-cü il tarixli, 21(103)-2468/2024 nömrəli qərardadı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, C.Yusifov və G.Abbasova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunun 1, 7, 15ci maddələrinə, İPM-in 35.1-ci maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 1.3, 1.4, 2.3, 8.6 və 9-cu bəndlərinə istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, Vəkilin müvəkkilinə keyfiyyətli hüquqi yardım göstərmək vəzifəsi və bu vəzifəyə müvafiq “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 7 və 15-ci maddələrində təsbit olunan hüquqları vardır. Vəkillərin qeyd olunan vəzifəsi eyni zamanda bütün dövlət orqanlarının, o cümlədən cavabdehin, vəzifə öhdəliyini müəyyən edir. Müvafiq orqan ın öz öhdəliyini icra etməkdən imtina etməsi həm də iddiaçıya qanunla verilmiş hüququnun reallaşdırılmasına maneə törədir. Vəkilin müvəkkilinin xeyrinə iddia qaldırması üçün sübutların əvvəlcədən toplanması, düzgün iddianın qaldırılması, qaldırılacaq iddianın uğursuz ola biləcəyi barədə əvvəlcədən nəticə çıxarılması baxımından önəmlidir. Bu isə həm də məhkəmələrin icraatında lazımsız mübahisələrin artmasının qarşısını alması üçündür. AR Konstitusiyasının 148-ci maddəsinə əsasən normativ hüquqi aktların ierarxiyası müəyyən olunmuşdur. Bu ierarxiyaya əsasən də cavabdeh inzibati orqanın istinad etdiyi normativ akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı olduğundan, hüquqi qüvvəsinə görə «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun normalarından ü stün ola bilməz. Ziddiyyət olduğu halda, qanunun müddəaları tətbiq edilməlidir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun: Maddə
7. Vəkillik fəaliyyətinin təminatı İ. Təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar.... Maddə
15. Vəkilin hüquqları... İİ. Vəkillər aşağıdakı hüquqlara malikdirlər: hüquqi yardım üçün müraciət edən fiziki və hüquqi şəxslərin müdafiəçisi olmaq, onların mənafelərini təhqiqat, istintaq, məhkəmə, digər dövlət orqanlarında, təşkilatlarında, qeyri-dövlət təşkilatlarında, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təmsil etmək; öz fəaliyyət ində qanunvericiliklə qadağan olunmamış və vəkil etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etmək; peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək; xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün ekspertlərdən və ya mütəxəssislərdən rəy almaq; qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki vasitələrdən istifadə etmək; qanunvericiliklə müəy yən olunmuş qaydada müdafiə və ya təmsil edilən şəxslə təklikdə, maneəsiz görüşüb danışmaq. 15. “Fərdi məlumatlar haqqında” Qanunun: Maddə
2. Qanunda istifadə olunan əsas anlayışlar 2.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. fərdi məlumatlar — şəxsin kimliyini birbaşa və ya dolayısı müəyyənləşdirməyə imkan verən istənilən məlumat; ilə 2.1.2. fərdi məlumatların subyekti (bundan sonra — subyekt) — barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxs; 2.1.3. fərdi məlumatların informasiya sistemi — qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini təmin edən informasiya sistemi; 2.1.4. fərdi məlumatların informasiy a ehtiyatları — qanunvericiliklə müəyyən edilmiş qaydada və həcmdə fərdi məlumatların informasiya sistemlərində, habelə ayrıca toplandığı informasiya ehtiyatları;... 2.1.6. xüsusi kateqoriyalı fərdi məlumatlar — fiziki şəxsin irqi və ya milli mənsubiyyətinə, ailə həyatına, dini etiqadına və əqidəsinə, səhhətinə və ya məhkumluğuna aid olan məlumatlar;... Maddə
9. Fərdi məlumatların toplanılmasının və işlənilməsinin əsas şərtləri 9.1. Fərdi məlumatların toplanılmasının və işlənilməsinin məqsədi mülkiyyətçi və ya operator tərəfindən dəqiq bəyan edilməli, həmin məlumatların toplanılması və işlənilməsi bu məqsədlərə, habelə mülkiyyətçinin və ya operatorun maddi-texniki və təşkilati imkanlarına uyğun olmalıdır. Fərdi məlumatlar yalnız qanuni, əvvəlcədən müəyyən olunmuş və bəyan edilmiş məqsədl ər üçün toplanılmalı və göstərilmiş məqsədlərə uyğun üsullarla işlənilməlidir. 9.2. Toplanılan və işlənilən fərdi məlumatların həcmi və xarakteri bəyan edilmiş məqsədlərə və mülkiyyətçilərin səlahiyyətlərinə uyğun olmalıdır. 9.3. Fərdi məlumatlar dəqiq, tam olmalı və zərurət yarandıqda təzələnməlidir. 9.4. Fərdi məlumatların toplanılması və işlənilməsi məqsədlərinə nail olunduqda və onların saxlanılması zərurəti aradan qalxdıqda həmin məlumatlar təxirə salınmadan məhv edilməlidir.... 9.6. Fərdi məlumatların toplanılması və işlənilməsi yalnız aşağıdakı şərtlərdən biri olduqda həyata keçirilə bilər: 9.6.1. subyekt fərdi məlumatların toplanılmasına və işlənilməsinə öz razılığını verdikdə və ya bu məlumatlar açıq kateqoriyalı olduqda; 9.6.2. fərdi məlumatlar onların toplanılması və işlənilməs i məqsədlərini və üsullarını müəyyən edən qanunvericilik əsasında işlənildikdə; 9.6.3. elmi və statistik tədqiqat məqsədləri üçün fərdi məlumatlar onların mütləq qaydada adsızlaşdırılması aparılmaqla işlənildikdə; 9.6.4. fərdi məlumatların toplanılması və işlənilməsi subyektin həyat və sağlamlığını qorumaq üçün lazım olduqda. 9.7. Xüsusi kateqoriyalı məlumatların toplanılmasına və işlənilməsinə, aşağıdakı hallar istisna olmaqla, yol verilmir: 9.7.1. xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi qanunla müəyyən olunmuş hallarda məcburi xarakter daşıdıqda; 9.7.1-1. subyektin yazılı (o cümlədən X6 Sistemi üzərindən) razılığı olduqda 9.7.2. xüsusi kateqoriyalı məlumatlar bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş qaydada açıq məlumatlar kateqoriyasına aid olduqda; 9.7.3. xüsu si kateqoriyalı məlumatların toplanılması və işlənilməsi subyektin, digər şəxsin və ya müvafiq şəxslər qrupunun həyat və sağlamlığının qorunması üçün zəruri olduqda və belə məlumatların əldə olunması üçün subyektin razılığının alınması mümkün olmadıqda; 9.7.4. ictimai birliklərin və digər qeyri-kommersiya təşkilatlarının üzvlərinə aid olan xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi həmin təşkilatlar tərəfindən öz qanuni məqsədlərinə nail olmaq məqsədi ilə və üçüncü şəxsə subyektin razılığı olmadan verilməmək şərti ilə aparıldıqda. 9.8. Bu Qanunun 9.7-ci maddəsində nəzərdə tutulmuş hallarda xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi səbəbləri aradan qaldırıldıqda həmin məlumatlara dərhal qadağan qoyulmalı, xüsusi kateqoriyalı məlumatların subyekti həmin məlumatların informasiya sistemində saxlanmasına və ya arxivə verilməsinə razılıq vermədikdə bu məlumatlar təxirə salınmadan məhv edilməlidir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Madd ə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkr ar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı ta m olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
20. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbi və hüquqi marağı ona vəkil kimi hüquqlarını müdafiə etdiyi 14 fevral 1928-ci il tarixdə doğulmuş X3 övladları barədə, 9 iyul 1955-ci il tarixdə doğulmuş X1 övladları barədə, həmçinin X1 ölənədək nikahda olub-olmaması barədə məlumatın verilməsinə yönəlmişdir. İddia tələbinin hüquqi əsası kimi iddiaçı «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 7, 15-c i maddələrinə əsaslanmışdır.
21. Apellyasiya instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, “...hazırkı iddiaçının inzibati orqan Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciətində qaldırdığı məsələ dolayısı ilə onun özünün marağına toxunsa da, birbaşa təmsil etdiyi şəxsin maraqları daxilindədir və sonuncunun iradəsindən asılı olan tələbdir. Odur ki, hazırkı iddiaçı bu iddia ilə çıxış edə bilməz. Bundan başqa, iddiaçının iddia etdiyi məlumatlar digər adekvat məhkəmə mübahisəsi, o cümlədən mülki məhkəmə icraatı qaydasında baxılan iş üzrə (eləcə də vəsatət verilməklə) həll oluna biləndir və bununla bağlı inzibati məhkəmə icraatı qaydasında ayrıca iddia qaldırılması ə lverişli müdafiə vasitəsi kimi qiymətləndirilə bilməz.”
22. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab etmir.
23. Belə ki, İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
24. Həmçinin, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli qərarında qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını... yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır” (2.3 və 4.1-ci bəndlər).
25. Hazırkı iş üzrə iddiaçının tələbi vəkil sorğusu üzrə məlumatların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmaqla öhdəliyin icrası haqqında iddiadır v ə bu növ iddianın mümkün sayılması üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir: - subyektiv hüquq; - düzgün cavabdeh; - inzibati orqan tərəfindən hüquq və azadlıqlara, o cümlədən qanuni mənafelərə müdaxilə; - cavabdehə ilkin müraciət. 26. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onlar ın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüquq unun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
27. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olması və cavabdeh tərəfindən həmin hüququn pozulması ehtimalının mövcudluğu mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın bununla bağlı mümkünlük şərtini yoxlamalıdır.
28. İşə baxan aşağı instansiya məhkəmələrinin mövqeyinə əsasən iddiaçının müraciətində qaldırdığı məsələ dolayısı ilə onun özünün marağına toxunsa da, birbaşa təmsil etdiyi şəxsin maraqları daxilindədir və sonuncunun iradəsindən asılı olan tələbdir. Odur ki, hazırkı iddiaçı bu iddia ilə çıxış edə bilməz. Başqa sözlə, məhkəmələrin gəldiyi dolayı nəticə iddiaçının subyektiv hüququnun olmamasıdır.
29. Halbuki, ilk növbədə, aşağı instansiya məhkəmələri iddi açının, yəni vəkilin öz adından (yəni, vəkil kimi) yaxud təmsil etdiyi şəxsin nümayəndəsi kimi (iddiaçının maraqlarını təmsil edən və onun adından çıxış edən şəxs kimi) cavabdehə müraciət etməsi halını araşdırmadan bu qənaətə gəlmişlər. Belə ki, iş materiallarından iddiaçıya təmsil etdiyi şəxs tərəfindən etibarnamə verilib-verilməməsi ilə bağlı məlumat yoxdur. Lakin, nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu qayda eynilə iddianın mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır.
30. Digər tərəfdən, iddiaçı ilə təmsil etdiyi şəxs arasında etibarnamənin olmaması halı iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olmaması qənaətinə gəlinməsi üçün kifayət deyil.
31. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 15-ci maddəsinə əsasən peşə fəaliyyətini həyata ke çirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək vəkilin hüquqlarına aiddir.
32. Hazırkı işdə də iddiaçı bu maddənin dispozisiya şərtindən çıxış edərək inzibati orqana müraciət etmiş və sonuncu müraciətin müsbət həllindən imtina etmişdir ki, bununla da iddiaçının qanuni maraqlarına müdaxilə baş vermişdir.
33. Beləliklə, hazırkı iş üzrə iddiaçı subyektiv hüququn sahibi kimi qəbul edilməlidir.
34. Odur ki, apellyasiya instansiya məhkəməsinin subyektiv hüququnun olmaması ilə bağlı gəldiyi qənaət yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələbləri, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin və Konstitusiya Məhkəməsinin Plenumlarının qərarlarındakı hüquqi mövqe ilə uzlaşmır.
35. Məhkəmə kollegiyası digər mümkünlük şərtlərinin də (düzgün cavabdeh, ilkin müraciət) ödənildiyini nəzərə alaraq hesab edir ki, hazırkı iddiaya mahiyyət üzrə baxılmalıdır.
36. Bununla yanaşı, məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə baxılması zamanı bəzi məsələləri diqqətinə çatdırmağı zəruri hesab edir.
37. Yuxarıda qeyd edildiyi kimi, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 15ci maddəsində vəkillərin bir sıra hüquqları sadalanmışdır ki, onlardan biri də peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etməkdir. 38. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 2-ci maddəsin in İ hissəsinə əsasən vəkillər və vəkillik fəaliyyəti haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
39. Vəkillərə peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müəyyən hüquqlar və səlahiyyətlər qanunvericilik səviyyəsində verilsə də, həmin hüquq və səlahiyyətlərin həyata keçirilməsi həm də həmin sferada qüvvədə olan digər normativ hüquqi aktların tələblərinə zidd olmamalı, başqa şəxslərin hüquqlarını pozmamalıdır.
40. Qeyd edilməlidir ki, vəkilin tələb etdiyi məlumatın xarakterindən (konfidensial və açıq kateqoriyalı olmasından) asılı olaraq həmin məlumatların mühafizəsi, təqdim edilməsi və yayılması il ə bağlı qanunvericilikdə müxtəlif rejimlər və qaydalar müəyyən edilə bilər ki, həmin xüsusi normativ aktlardan biri də “Fərdi məlumatlar haqqında” Qanundur.
41. İddiaçının hazırkı iş üzrə hüquqi marağı cavabdehdən ona vəkil kimi hüquqlarını müdafiə etdiyi 14 fevral 1928-ci il tarixdə doğulmuş X3 övladları barədə, 9 iyul 1955-ci il tarixdə doğulmuş X1 övladları barədə, həmçinin X1 ölənədək nikahda olub-olmaması barədə məlumatın verilməsi ilə bağlı olduğundan, başqa sözlə, “İnformasiya əldə etmək haqqında” Qanunun 38-ci maddəsinin tələbi baxımından fərdi məlumat tələb edildiyindən, işə mahiyyəti üzrə baxan məhkəmə ilk növbədə bu növ məlumatın “Fərdi məlumatlar haqqında” Qanunun təsir dairəsinə düşən və xüsusi qoruma rejimi təsbit edilmiş məlumat olub-olmamasını müəyyən etməli, müsbət halda, “Fərdi məlumatlar haqqında” Qanunun tələblərini nəzərə alınmaqla iddianı mahiyyəti üzrə qiymətləndirməlidir.
42. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və işə hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla mahiyyəti üzrə birinci instansiya məhkəməsində baxılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2024-cü il tarixli, 21(103)-2468/2024 nömrəli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərar qətidir.