Məhkəmə qərarları › İş №2-1(102)-2469/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2469/2025

19.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2469/2025 19.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yardımetmə vəzifəsi, hərbi qulluqçunun əmək pensiyasının yenidən hesablanması, işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 aprel 2025-ci il tarixli, 21(103)-1582/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx xxxxx 1970-ci ildə anadan olmuşdur.

2. İddiaçıya cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-7728/2024 nömrəli qərarı ilə cəmi xidmət illəri 37 il 09 ay, pensiya faizi 93.83 manat olmaqla “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmişdir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təyin edilmiş hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının "Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2024-cü il tarixədək olan redaksiyasına əsasən yenidən hesablanmasını xahiş etmişdir.

4. Cavabdeh 24 iyul 2024-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, sonuncu xidmət keçdiyi orqandan 3 iyun 2024-cü il tarixində tərxis olunmaqla əlaqədar Mərkəzi Filiala təqdim olunmuş İddiaçı dair yeni məlumat vərəqində 1 iyul 2017-ci il tarixinədək 30 il 10 ay 21 gün, 1 iyul 2017-ci il tarixindən sonra 6 il 11 ay 3 gün olmaqla cəmi xidmət müddəti 37 il 9 ay 24 gün göstərilmişdir. Bu halda əmək pensiyasının hesablanması xx.xx.2017-ci il tarixədək 30 il 10 ay 21 gün xidmət müddətinə münasibətdə- -25 il üçün təminat xərcliyinin 65 faizi; -5 il üçün (aylar nəzərə alınmadan (bel ə ki, xx.xx.2017-ci il tarixədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) - hər ilə görə 3 faizi miqdarında olmaqla (5x3) təminat xərcliyinin 15 faizi. 2. xx.xx.2017-ci il tarixdən sonra 6 il 11 ay 3 gün müddəti üçün isə -6 il üçün hər ilə görə 2 faizi miqdarında olmaqla (6x2) təminat xərcliyinin 12 faizi; -11 ay üçün təminat xərcliyinin 1,83 faizi. Göstərilənlərə əsasən, Mərkəzi Filial tərəfindən 4 iyun 2024-cü il tarixdən təminat xərcliyinin (4048,30 manat) 93,83 (65+15+12+1,83) faizi-3798,52 manat məbləğində olmaqla qanunvericiliyin müddəalarına uyğun formada əmək pensiyası təyin edilərək ödənilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Azərbay can Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuş, xx.xx.1993-cü il tarixdən həqiqi hərbi xidmətə daxil olmuş və xx.xx.2024-cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən 37 il 4 ay 21 gün ümumi hərbi xidmət illəri mövcud olmuşdur. Hazırda hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası alır. Məlum olduğu kimi, "Əmək pensiyaları haqqında" Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan no rmalarına əsasən yaşına görə hərbi xidmətdən buraxılanlara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin-2 faizi miqdarında əlavə olunmaqla pensiya hesablanırdı. 2024-cü il yanvarın 1-dən sonra sözügedən norma dəyişdirilmiş və nəticədə ona təyin edilən pensiya məbləği 5% azalmış və sosial təminat hüququ məhdudlaşdırılmışdır. Nəzərə alınmalıdır ki, onun yaşa görə pensiyaya çıxmaq hüququ sözügedən müddəanın qanunvericilikdən çıxarılmasından əvvəl yarandığından hüququnun yarandığı tarixdə qüvvədə olan normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli Qərarı ilə pensiya təminatı sahəsində formalaşdırmış olduğu hüquqi mövqeyə görə şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Ərizəyə əlavə edilmiş sənədlərlə sübut olunur ki, 2024-cü il yanvarın 1-nə qədər iddiaçının (xx.xx.2023-cü il tarixdə) 53 yaşı tamam olmuş və hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Bu səbəbdən ona pensiya təyin edilərkən pensiya hüququnun yarandığı zaman (yəni xx.xx.2024-cü il tarixədək) qüvvədə olan normaların tələbinə uyğun şəkildə pensiya məbləği hesablanmalıdır. Bundan başqa qeyd edir ki, onun hüququ yarandığı tarixdə pensi ya təyin edilsəydi təminat xərcliyinin 98,83 faizi məbləğində əmək pensiyası təyin ediləcəkdi.

7. Cavabdeh iddia tələbinə etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12652/2024 saylı 27 noyabr 2024-cü il tarixli qərarı ilə (hakim X4) iddia rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqanın istər qanunla hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normasının tətbiq edilməsinin zəruriliyi baxımından, istərsə də bilavasitə ƏPQ-na dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Qanunun keçid müddəalarının tələbləri baxımından xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş norma əsasında pensiya təyin edilməsi mümkün hesab olunmur.

10. İddiaçı apellyasi ya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İş apellyasiya instansiyası məhkəməsinin icraatında olan zaman İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ərizənin məzmununa düzəliş edilməli, belə ki, “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, bu Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 aprel 2025-ci il tarixli, 2-1(103)-1582/2025 nömrəli qərarı ilə (hakimlər X1 (məruzəçi), X2 və X3) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin e dilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12652/2024 saylı qərarı ləğv edilmiş, iddia ərizəsi təmin edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2024-cü il tarixədək qüvvədə olan müddəalarının (maddə 20.14.1) tələbləri nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

13. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin məqsədlərinə uyğun deyildir. Belə ki, birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun keçid müddəalarına istinad etmişdir ki, keçid müddəalarının sadəcə mətninə deyil, məqsədinə və hüquqi ruhuna uyğun şərh edilməsi vacibdir. Keçid müddəaları – qanunvericilikdə baş verən dəyişikliklər zamanı əvvəlki hüquqi rejimdən yeni rejimə keçid zamanı şəxslərin hüquqi vəziyyətinin necə tənzimlənəcəyini müəyyən edən normativ vasitədir. Onlar hüquqi sabitlik və hüquqi müəyyənlik prinsipini qorumaq məqsədilə tətbiq olunur və şəxslərin qanuni gözləntilərinin pozulmamasına xidmət edir.

14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

15. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü maddəsinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi qanuni deyildir. 16 Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna müvafiq dəyişikliyin edilməsinə dair xx.xx.2023-cü il tarixli 1074-VİQD nömrəli Azərbaycan Respublikası Qanunun keçid müddəalarına əsasən qanunverici hərbi qulluqçuların pensiya təminatı ilə bağlı yeni dəyişikliyin qazanılmış hüquq konsepsiyasından çıxış edərək hüquqi vəziyyəti ağırlaşdırmamaq məqsədilə yalnız aşağıda qeyd olunan iki kateqoriya şəxslərə tətbiq edilməsini imperativ şəkildə müəyyən etmişdir: - xx.xx.2024-cü il tarixədək tələb olunan 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara; - xx.xx.2024-cü il tarixədək 20 il və daha çox xidmət etmiş, lakin 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən bur axılan hərbi qulluqçulara.

17. Hazırki iş üzrə müəyyən olunur ki, İddiaçı göstərilən iki kateqoriyada olan şəxslər sırasında deyil. Bu səbəbdən də onun pensiyası məhz pensiya təyin edilərkən qüvvədə olan qanunvericiliyin normalarına uyğun olaraq düzgün hesablanmışdır. Belə olan halda iddiaçının əmək pensiyası təminat xərcliyinin aşağıdakı qaydada hesablanır: 1. xx.xx.2017-ci il tarixədək 30 il 10 ay 21 gün xidmət müddətinə münasibətdə- -25 il üçün – təminat xərcliyinin 65 faizi; -5 il üçün (aylar nəzərə alınmadan (belə ki, xx.xx.2017-ci il tarixədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) - hər ilə görə 3 faizi miqdarında olmaqla (5x3) təminat xərcliyinin 15 faizi. 2. xx.xx.2017-ci il tarixdən sonra 6 il 11 ay 3 gün müddəti üçün isə -6 il üçün – hər ilə görə 2 faizi miqdarında olmaqla (6x2) təminat xərcliyinin 12 faizi; -11 ay üçün – təminat xərcliyinin 1,83 faizi. b. kassasiya şikayətinə etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 38.Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respubl ikasının Qanunu Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;... Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr... 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular;... 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi x idmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; (yeni redaksiya-xx.xx.2024-cü il tarixdə qüvvəyə minmişdir) 20.14.1 hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, (xx.xx.2024-cü il tarixədək olan redaksiya) 21. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu... Maddə 3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 2 23, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (İ kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (İ kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829, № 12 (İ kitab), maddə 1451; 2021, № 7, maddə 709, № 8, maddələr 893, 899, № 12, maddə 1332; 2022, № 6, maddə 583, № 8, maddə 829, № 12, maddələr 1369, 1387; 2023, № 1, maddə 44, № 2, maddələr 195, 212, 217; Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1017-VİQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:... 3.2. 20-ci maddə üzrə: 3.2.1. 20.14.1-ci maddədə hər üç halda “20” rəqəmləri “25” rəqəmləri ilə, “50” rəqəmləri “65” rəqəmləri ilə əvəz edilsin və həmin maddədən “yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi,” sözləri çıxarılsın;... Maddə

6. Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. 22. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

39. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 39.1. Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş hədləri müəyyən edilir:... 39.1.4.2. polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün – 53 yaş;

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həll i üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilm iş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2024-cü il tarixədək qüvvədə olan 20.14.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdan ibarətdir. Başqa sözlə iddiaçı hesab edir ki, o, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etdiyindən və yaşa görə ehtiyata buraxıldığından təminat xərcliyinin 55 faizi nəzərə alınmaqla pensiya təyin edilməlidir.

27. Birinci instansiya məhkəməsi iddiaçının tələbini qanuna uyğun hesab etməsə də, iddiaçının apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiya məhkəməsinin mövqeyinə əsasən iddiaçının tələbi qanuni olmuşdur. Məhz buna görə də apellyasiya instansiya məhkəməsi iddia tələbini təmin etmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2024-cü il tarixədək qüvvədə olan müddəalarının (maddə 20.14.1) tələbləri nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyini cavabdehə həvalə etmişdir.

28. Cavabdeh apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanunvericiliyə zidd hesab edərək kassasiya şikayəti vermişdir.

29. Cavabdehin kassasiya şikayəti əsasında işə baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

30. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni müvafiq normalara istinad etməklə aşağıdakı kimi şərh edilməsini məqsədə müvafiq hesab edir.

31. Hazırkı mübahisənin predmeti iddiaçıya 50 faiz yoxsa, 55 faiz həddində təminat xərcliyinə əlavənin müəyyən edilməsinə yönəlmişdir. Təminat xərcliyinə əlavələrlə bağlı məsələlər “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü madd əsi ilə tənzimlənir.

32. Qeyd etmək lazımdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsi iki redaksiyada olmuşdur: xx.xx.2024-cü il tarixədək qüvvədə olan və həmin tarixdən sonra dəyişdirilmiş və xx.xx.2024-cü il tarixdə qüvvəyə minən redaksiya.

33. Maddənin ilkin redaksiyasına əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi əlavələr hesablanır. Sonradan həmin maddəyə dəyişiklik edilmiş “20” rəqəmləri “25” rəqəmləri ilə, “50” rəqəmləri “65” rəqəmləri ilə əvəz edilmiş və həmin maddədən “yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi,” sözləri çıxarılmışdır (no rmativ mənbə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu-bu Qanun xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir).

34. Yuxarıda da qeyd edildiyi kimi yeni redaksiyadan fərqli olaraq əvvəlki redaksiyada qanunverici hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi əlavələr müəyyən etmişdir.

35. Başqa sözlə şəxsə “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən xx.xx.20 24-cü il tarixədək əlavələr 2 diferensiasiya əsasında müəyyən edilməli idi:

1. Şəxs hərbi xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmətdə olarsa, ona təminat xərcliyinin 50 faizi;

2. Şəxs yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılarsa, təminat xərcliyinin 55 faizi məbləğində əlavələr müəyyən edilir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin tətbiqi baxımından növbəti apelyasiya baxışı zamanı iddiaçının konkret olaraq hansı tarixdən ehtiyata buraxılması müəyyən ediməlidir. Bunun məqsədi hazırkı işə münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin hansı tarixədək olan redaksiyanın tətbiq edilməsinə yönəlmişdir.

37. Əgər növbəti apelyasiya baxışı zamanı iddiaçının xx.xx.2024-cü il tarixdən sonra eht iyata buraxılması halı müəyyən edilərsə onda “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin yeni redaksiyası tətbiq edilməlidir.

38. Əksinə, araşdırmalar nəticəsində iddiaçının xx.xx.2024-cü il tarixədək ehtiyata buraxıldığı müəyyən edilərsə, hərbi xidmətdən buraxılma əsasları müəyyən edilməlidir. İddiaçı xidmət illərinə görə ehtiyata buraxılmış olarsa, bu halda təminat xərcliyi 50 faiz məbləğində, yaşa və ya xəstəliyə görə hərbi xidmətdən buraxılmış olarsa isə 55 faiz məbləğində əlavə müəyyən edilməlidir.

39. Eyni zamanda qeyd edilməlidir işə növbəti dəfə baxan apellyasiya instansiya məhkəməsi bir məqamı da diqqətdən kənara qoymamalıdır. Belə ki, iş materiallarında olan sənədlər əsasında iddiaçının xx.xx.1970-ci ildə doğulduğu müəyyən edilir. “Hərbi vəzifə və hərbi xidmət haq qında” Qanuna 39.1-ci maddəsinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş hədləri polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün – 53 yaşdır. Əgər iddiaçı yaşa görə ehtiyata buraxılmış olmuş olarsa, onda “Əmək pensiyaları haqqında” Qanunun 20.1.14-cü maddəsində olan dəyişikliklər ona şamil edilməyəcək. Çünki yuxarıda da qeyd edildiyi kimi dəyişikliklərin qüvvəyə minmə tarixi xx.xx.2024-cü ilə təsadüf edir.

40. Məhkəmə kollegiyası əlavə olaraq bildirir ki, araşdırmalar nəticəsində iddiaçının iddia tələbinə dəqiqləşmə ilə bağlı zərurət yaranarsa, apellyasiya instansiya məhkəməsi öz xidməti vəzifəsindən istifadə edərək iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsində yardım göstərməlidir. Bu aşağıdakı zərurətdən irəli gəlir.

41. Belə ki, iş apellyasiya instansiya məhkə məsinin icraatında olan zaman iddiaçı tərəfindən verilmiş iddia tələbinə dəqiqləşmədə göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, bu Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə mindiyindən həmin norma tətbiq edilməlidir.

42. Apellyasiya instansiya məhkəməsi də öz növbəsində bu tələbə uyğun nəticəyə gələrkən qəbul etdiyi qərarın nəticə hissəsində qeyd etmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2024-cü il tarixədək qüvvədə olan müddəalarının (maddə 20.14.1) tələbləri nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehə həvalə edilməlidir.

43. Yuxarıda da qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1ci maddəsinə xx.x x.2024-cü il tarixdə hər hansı dəyişiklik edilmədiyindən və həmin normaya dəyişiklik xx.xx.2024-cü ildən qüvvəyə mindiyindən dəyişiklik iddiaçının hüquqi marağına uyğun olmadığından apellyasiya instansiya məhkəməsinin etdiyi yardım tərəflərin iştirakı ilə müzakirə edilməlidir. Məhz bu səbəbdən də iddia tələbinə dəqiqləşmə aparılmalıdır.

44. Bütün yuxarıda qeyd edilən halları araşdırılması obyektiv araşdırma prinsipi baxımından zəruridir. Bu prinsipə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

45. Obyektiv araşdırma prinsipinin mahiyyətin ə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Hazırki işə münasibətdə məhkəmə iddiaçının tələbi üzrə üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı yuxarıda istinad edilən normaların dispozisiya şərtlərinin mövcud olub-olmadığını müəyyən etməyə və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apelyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.

46. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilm əsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməsi hissəsində rədd edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 aprel 2025-ci il tarixli, 21(103)-1582/2025 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar