Məhkəmə qərarları › İş №2-1(102)-2475/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2475/2023

30.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2475/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi və xidmətə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1988, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “əmrin ləğvi və xidmətə bərpa” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(10 3)-2046/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2016-cü ilin avqust ayından keçmiş Milli Təhlükəsizlik Nazirliyində xidmətə başlamışdır.

2. Hər il Xidmətdə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının dispanserizasiyası həmin subyektlərin rəhbərləri tərəfindən təsdiq edilmiş müvafiq normativ sənədlərə əsasən həyata keçirilir. xx.xx.2022-ci il tarixli növbəti dispanser müayinəsi zamanı iddiaçının orqanizmində narkotik vasitənin izlərinin müşahidə olunmasına dair daxil olmuş məlumat əsasında barəsində xidməti yoxlama aparılmışdır. Yoxlama zamanı iddiaçı orqanizmində narkotik vasitənin aşkarlanmasını mədəbağırsağında yaranmış problemlə rlə əlaqədar həkimin təyinatı üzrə qəbul etdiyi dərman preparatları ilə əlaqələndirmişdir. 3.İddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmasına dair cavabdehin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddianın əsaslarına görə, cavabdehin xx.xx.2022-ci il tarixli əmri qanunsuz və əsassızdır. Belə ki, iddiaçı mədə-bağırsağında yaranmış problemlərlə əlaqədar bu sahə üzrə həkimə müraciət etmiş, sonuncu ona nevroloqa müraciət etməsini tövsiyə etmişdir. İddiaçı bundan sonra "Olimp-Hospital”da işləyən həkim nevroloqa müraciət etmişdir. Həkim iddiaçını müayinə etdikdən sonra ona "Sevpram” və "Atarax” adlı psixotrop tərkibli dərmanları qəbul etməsini tövsiyə etmişdir. xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2022-ci il tarixli ******* nömrəli resept blanklarından da görünür ki, iddiaçıya psixotrop tərkibli dərmanların vaxtaşırı qəbul edilməsi tövsiyə olunmuşdur. 6.İddiaçı növbəti planlı tibbi yoxlamadan keçən zaman xx.xx.2022-ci il tarixində narkotik maddələrin istifadəsi ilə bağlı analiz vermişdir. Məhz həkim tərəfindən ona tövsiyə olunmuş dərmanları qəbul etdikdən sonra iddiaçı narkotik va sitələrin analizini vermişdir. Bununla belə qənaətə gəlmək olar ki, iddiaçının dərman vasitələrinin mütəmadi olaraq birlikdə qəbul edilməsinin narkotik vasitələrin analizində müsbət nəticə vermə ehtimalı da istisna edilmir. Analiz nəticələri həqiqəti əks etdirmir, qərəzlidir və onun məqsədyönlü şəkildə xidmətdən uzaqlaşdırılmasına hesablanmışdır. 7.İddiaçı növbəti planlı tibbi yoxlamadan bir gün sonra xx.xx.2022-ci il tarixində Referans klinik laboratoriya mərkəzinə müraciət edərək narkotik maddələrinin istifadəsi ilə bağlı analiz vermişdir. Analiz nəticələri neqativ çıxmışdır. Analiz nümunələri marixuananın (THC) mövcudluğu üzrə də yoxlanılmışdır. 8.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzinin 2022-ci il 11 may tarixli narkotik vasitələrin və psixotrop maddə lərin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında 618 nömrəli aktından məlum olur ki, iddiaçının sidik analizinin nəticələrində heç bir maddələrin izləri aşkar edilməmişdir. 9.İddiaçı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ Toksikoloji-Kimyəvi Müayinələr üzrə Referans laboratoriyasına müraciət edərək, narkotik maddələrin istifadəsi ilə bağlı sidik və qan analizi vermişdir. Analiz nəticələri neqativ çıxmışdır. Bu, bir daha onu deməyə əsas verir ki, iddiaçı narkotik maddələrinin aludəçisi deyil. 10.DTX-nin Hərbi Hospitalında narkotik vasitələrin təmin edilməsi üçün verilmiş analiz nəticələri həqiqəti əks etdirmir. Əgər iddiaçı analiz nəticələrində aşkar edilmiş narkotik maddələri mütəmad i olaraq qəbul edirdisə bu, sonuncu verilmiş analiz nəticələrində də öz əksini tapmalı idi. Bununla da DTX-nin Hərbi Hospitalında narkotik vasitələrin təyin edilməsi üçün verilmiş analiz nəticələri tədqiqat metodikasının yanlış seçilməsi nəticəsində təhrif edilmişdir.

11. İddiaçı sonradan iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılması barədə cavabdehin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. cavabdehin etirazı:

12. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli 182 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması Qaydası”nın 2-ci hissəsinə görə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması onların şəhadətləndirilməsi və dispanserizasiyası yolu ilə həyata keçirilir. Həmin Qaydanın 6-cı hissəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının dispanserizasiyası ildə bir dəfə həmin subyektlərin rəhbərləri tərəfindən təsdiq edilmiş müvafiq normativ sənədlərə əsasən həyata keçirilir. 13.Növbəti dispanser müayinəsi zamanı iddiaçının orqanizmində narkotik vasitənin izlərinin müşahidə olunmasına dair daxil olmuş məlumat əsasında barəsində xidməti yoxl ama aparılmışdır. Yoxlama zamanı iddiaçı qeyri-səmimilik nümayiş etdirərək orqanizmində narkotik vasitənin aşkarlanmasını mədə-bağırsağında yaranmış problemlərlə əlaqədar həkimin təyinatı üzrə qəbul etdiyi dərman preparatları ilə əlaqələndirməyə çalışsa da, ondan götürülmüş müvafiq nümunələrin xromotoqrafik analizi nəticəsində orqanizmində marixuana narkotik vasitəsi aşkar edilmişdir. Göstərilənlərlə yanaşı, iddiaçıya təyin edilmiş dərman preparatlarının heç birinin tərkibində “marixuana (TCH)” narkotik maddəsi mövcud deyildir. İddiaçı götürülmüş qan və sidik nümunələri bu sahə üzrə “qızıl standart” adı almış Kütlə Spektrometriyalı qaz və maye xromotoqrafiyası metodu ilə yoxlanılmışdır. 14.Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1434/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

16. Məhkəmə hesab etmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, 23/624 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş DTX-nın Hərbi-Tibb Baş İdarəsinin xx.xx.2022-ci il tarixli Mütəxəssis rəyinin (tədqiqatın başlanma tarixi 2022-ci il 7 may, tədqiqatın başa çatma tarixi 2022-ci il 13 may) nəticə hissəsində qeyd olunmuşdur ki, Mərkəzi laboratoriyaya tədqiqat üçün təqdim olunan iddiaçıya məxsus 30 ml sidik və 2 ml qan nümunəsinin tərkibi geniş şəkildə araşdırılmışdır. "CLİA WAİVED” ekspress test metodu ilə şəxsin sidik nümunəsinin analizi zamanı Marixuana (THC) narkotik qrupuna qarşı pozitiv nəticə vermişdir. Genişləndirilm iş xromotoqrafik analiz zamanı şəxsin qan və sidik nümunəsində Marixuana (THC) narkotik maddəsi aşkar edilmişdir. Yekun Rəy: Tətbiq edilən tədqiqat metodlarının nəticəsinə və praktiki təcrübəyə əsaslanaraq qərara gəlirəm ki, LCMS-8030 cihazının xromotoqrafik analizinin nəticəsinə əsasən müayinə olunan şəxsin qan və sidik nümunəsində Marixuana (THC) narkotik maddəsi aşkar edilmişdir.

17. DTX-nın Hərbi-Tibb Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 19/1029 nömrəli məktubunda bildirilmişdir ki, Marixuana (THC) maddəsi orqanizmin fərdi xüsusiyyətlərindən və istifadənin tezliyindən asılı olaraq qan və sidikdə fərqli zaman aralığında testlərdə aşkar oluna bilər. Həmin maddənin bir dəfə istifadəsindən sonra 1-3 gün, həftədə 4 dəfə istifadə halında 5-7 gün, xronik istifadəçilər də isə 30 gün müddətində orqanizmdə xüsusi testlərlə bioloji nümunələrdə aşkar oluna bilər. Narkotik maddələrinin insan orqanizmindən əsas xaric olma yolu tər və sidik vasitəsilə olur. Orqanizmdəki narkotik maddələrin əsasən də sidikdə təyini müddətinin azaltmaq üçün istifadəçi şəxs sidik qovucu preparatlar verilərək bol miqdarda maye köçürülür. Bununla da orqanizmdəki narkotik maddənin konsentrasiya miqdarı azaldılaraq təyin olunma müddəti qısaldılır. Qeyd olunan dərman preparatları ATARAX və SEVPRAM dərman preparatlarının Marixuana (THC) maddəsini yanlış pozitiv verməsinə səbəb ola bilməz. Çünki qeyd olunan dərman preparatlarının tərkibində THC (Tetrahydrocannabinol) narkotik molekulu mövcud deyildir. Aşkar olunan maddə Marixuana (THC) maddəsi dünyada qızıl standart olan LCMSMS analizato runda kütləspektrometrik metodla aşkar edilmişdir. Kütləspektrometrik metodla analiz zamanı maddələr hər biri öz xarakteristik ana və köməkçi ionun təyini üsulu ilə aparılır. Qeyd olunan məlumatlar müasir elmi araşdırmalar əsasında ən son ədəbiyyata əsaslanaraq təqdim edilmişdir.

18. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X3 Hüquqi Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, xx/xx-14663 nömrəli məktubunda bildirilmişdir ki, Marixuana (THC) maddəsinin son istifadə edilmə tarixindən sonra sidikdə 3 gündən 4 həftəyə qədər müddətində aşkarlanması mümkündür. Bu göstərici narkotikin istifadəsi tezliyindən orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır. Müasir detoksikasiya metodları ilə bu müddəti bir qədər azaltmaq mümkündür. Atarax və Sevpram dərman preparatlarının ist ifadə olunması zamanı qan və sidik nümunəsində marixuana (THC) maddəsinin aşkar olunmasına səbəb olub-olmaması barədə məlumat yoxdur.

19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər X3 Hüquqi Şəxsin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 5990 nömrəli məktubunda bildirilmişdir ki,

1. THC-tetrahidrokanobinol (Marixuana) maddəsinin son istifadə (istehlak) edilmə tarixindən sonra qan və sidik nümunələrində onun tezlik istifadəsindən asılı olaraq 3 gündən - 36 günədək qalması və aşkar olunması mümkündür.

2. Bu müddətin qısaldılması efferent metodları (qan yuma) vasitəsilə qısaldıla bilər.

3. Müayinə sürətli ekspress test üsulu ilə olunubsa, bu testlərin istifadə qaydalarında bu haqda heç bir məlumat qeyd edilməyib.

20. Məhkəmə qeyd etmişdir ki, iddiaçının qəbul etdiyi "Sevpram" və “Atarax" adlı müalicə məqsədilə təyin olunmuş dərman preparatlarının tərkibində marixuana (THC) maddəsinin olması və ya həmin preparatların istifadə olunması zamanı qan və sidik nümunəsində marixuana (THC) maddəsinin aşkar oluna bilməsi məhkəmə sorğularına verilmiş mütəxəssis cavablarında (rəylərində) öz təsdiqini tapmamışdır. İddiaçı xx.xx.2022ci il tarixli daxili yoxlamadan sonrakı gün öz təşəbbüsü ilə digər tibb müəssisələrində yenidən analiz verməsinin zəruriliyini əsaslandıra bilməmişdir. Halbuki, iddiaçıdan növbəti dispanser müayinəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixində sidik və qan nümunələri götürülmüş, testin nəticəsinin pozitiv olduğu barədə məlumat həmin gün iddiaçıya bildirilmişdir. Eyni gündə iddiaçıdan alınmış izahatın məzmunundan görünür ki, iddiaçı aparılmış analiz nəticələrinin pozitiv çıxmasının səbəbini müalicə üçün qəbul etdiyi dərmanlarla əlaqələndirmiş, lakin analizin nəticələrinə birmənalı etirazını bildirməmiş, yenidən analiz aparılmasını və yaxud digər ixtisaslaşmış tibb müəssisələrində yenidən analizə göndərilməsini cavabdehdən bilavasitə tələb etməmişdir. 21.Bundan əlavə, iddiaçıdan alınmış qan və sidik nümunələrinin xx.xx.2022-ci il tarixli analizin nəticəsinin müsbət, sonrakı tarixlərdə - xx.xx.2022-ci il tarixdə qan nümunəsi, xx.xx.2022-ci il tarixində sidik nümunəsi, xx.xx.2022-ci il tarixdə qan nümunəsinin analiz nəticələrinin neqativ olmasına aydınlıq gətirilməsi ilə bağlı məhkəmə müvafiq qurumlara sorğular göndərmişdir. Sorğulara verilmiş yuxarıda sadalanan cavablarda ümumi alınan nəticələr ondan ibarət olmuşdur ki, narkotik maddə lərin insan orqanizmindən əsas xaric olma yolu tər və sidik vasitəsilədir. THC-tetrahidrokanobinol (Marixuana) maddəsinin son istifadə (istehlak) edilmə tarixindən sonra qan və sidik nümunələrində aşkar edilməsi istifadə edilmə tezliyindən və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq 3 gündən 30 günədək qalması və aşkar olunması mümkündür. Müasir detoksikasiya metodları ilə, o cümlədən sidikqovucu preparatlar verilərək bol miqdarda mayenin qəbul edilməsi, eləcə də qan yuma vasitəsilə bu müddətlər qısaldıla bilər.

22. Göründüyü kimi, cavabdeh inzibati orqan qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirmiş, mübahisələndirilən əmrin maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyi müəyyən olunmamışdır.

23. İddiaçı həmin qərardan a pellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2046/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

26. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

27. Şikayətin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsi xx.xx.2023-cü il tarixdə keçirilmiş şifahi məhkəmə baxışının təxirə salınması üçün verilmiş ərizəyə əhəmiyyət vermədən, iddiaçı və onun nümayəndəsinin iştirakı olmadan yekun məhkəmə aktı qəbul etmişdir.

28. Bakı Apellyasiya Məhkəməsinin hakiminə ilkin məhkəmə iclası başlamamışdan əvvəl etiraz verilmişdir. Etirazın verilməsində səbəb isə hakimin Bakı İnzibati Məhkəməsində DTX-nın cavabdeh olduğu işlər üzrə məhkəmə araşdırmasını qeyriobyektiv, səthi aparması, cavabdehə üstün hüquqlar verməsi və həqiqətə nail olmaqda maraqlı olmaması, bununla da bu işin baxılmasında hakimin obyektivliyinə və qərəzsizliyinə dair əsaslı şübhələr olmuşdur.

29. İnzibati orqan iddiaçının narkotik vasitələrin müəyyən edilməsi ilə bağlı keçirilmiş test dən müsbət cavab alındıqdan sonra alınmış olduğu izahatında bunu təkzib etməsinə dair halları araşdırmamış, yenidən narkotest yoxlaması həyata keçirilməmişdir. Lakin iddiaçı tərəfindən narkotestdən dərhal sonra digər ixtisaslaşdırılmış dövlət səhiyyə müəssisələrində verilmiş analiz nümunələrində narkotik vasitələrin izləri aşkar edilməmişdir. Bununla da belə nəticəyə gəlmək olur ki, cavabdeh inzibati orqan öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə isə sözügedən prosessual normanın tələblərini nəzərə almadan qanunsuz məhkəmə aktı qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

30. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə (Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tar ixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir):...

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar:... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); 32. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması” Qaydası (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmişdir):...

1. Bu Qayda "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hazırlanmışdır və Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizl ik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin, Dövlət Sərhəd Xidmətinin kəşfiyyat və əks-kəşfiyyat qurumlarına (bundan sonra-kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti) həqiqi xidmətə qəbul edilən və ya subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması qaydasını müəyyən edir.

2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması onların şəhadətləndirilməsi və dispanserizasiyası (dövri tibbi müayinəsi) yolu ilə həyata keçirilir....

6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının dispanserizasiyası ildə bir dəfə həmin subyektlərin rəhbərləri tərəfindən təsdiq edilmiş müvafiq normativ sənədlərə əsasən həyata keçirili r. 33. “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmişdir). İ. PEŞƏ NÖVLƏRİNİN VƏ VƏZİFƏLƏRİN SİYAHİSİ...

10. Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr.... İİ. MƏHDUDİYYƏTİN MÜDDƏTİ Narkoman və toksikomanlar üçün məhdudiyyət müddəti davamlı remissiya olması şərti ilə 5 il, xroniki alkoqolizm xəstəliyinə düçar olan üçün 3 il olmalıdır. Göstərilən müddət başa çatdıqdan sonra bu xəstələr, 9 və 10-cu bəndlər istisna olmaqla, digər peşə və vəzifələrdə işləyə bilərlər. 34.İnzibati Prosessual Məcəllə (İPM): Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 31.1. İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır... Maddə 31.2. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (q ərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 35.Mülki Prosessual Məcəllə (MPM): 21.3. Məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır.... 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.2. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə icla sına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

37. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüqu q normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. İddiaçının şikayətinin dəlilinə görə, apellyasiya instansiya məhkəməsi xx.xx.2023cü il tarixində keçirilmiş şifahi məhkəmə baxışının təxirə salınması üçün verilmiş ərizəyə əhəmiyyət vermədən, iddiaçı və onun nümayəndəsinin iştirakı olmadan yekun məhkəmə aktı qəbul etmişdir.

40. Məhkəmə kollegiyası həmin dəlilə münasibətdə qeyd edir ki, MPM-in 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

41. Şikayətdə istinad edilən ərizədən də görünür ki, iddiaçının vəkili və nümayəndəsi məhkəməyə g əlməməyin səbəbini ailə vəziyyəti ilə əlaqələndirsə də, bu səbəbin üzürlü olması barədə hər hansı sübut təqdim etməmişdir.

42. Bundan başqa, MPM-in 185.2-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır.

43. İPM-in 31.2-ci maddəsinə əsasən, prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər.

44. İşin materiallarına görə, apellyasiya instansiyası məhkəməsi elektron qaydada hazırlanmış və imzalanmış xx.xx.2023-cü il tarixli bildirişlə iddiaçının “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş vəkili və nümayəndəsini həmin sistem vasitəsilə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar etmişdir.

45. Beləliklə, məhkəmə iclasının təxirə salınması üçün yetərli əsaslar olmamışdır.

46. İddiaçının kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Pərviz Hüseynova ilkin məhkəmə iclası başlamamışdan əvvəl etiraz verilmişdir. Etirazın verilməsinə səbəb isə hakimin Bakı İnzibati Məhkəməsində DTX-nın cavabdeh olduğu işlər üzrə məhkəmə araşdırmasını qeyri-obyektiv, səthi aparması, cavabdehə üstün hüquqlar verməsi və həqiqətə nail olmaqda maraqlı olmaması, bununla da bu işin baxılmasında hakimin obyektivliyinə və qərəzsizliyinə dair əsaslı şübhələrin olması göstərilmişdir.

47. Məhkəmə kollegiyası həmin dəlilə münasibətdə qeyd edir ki, MPM-in 21.3-cü maddəsinin tələbinə görə, məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır.

48. İddiaçı tərəfin təqdim etdiyi etirazda istinad edilən halları təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq etirazı baxılmamış saxlamışdır.

49. Kassasiya şikayətinin işin faktiki halları və mübahisənin mahiyyətinə dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallar ının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının cavabdehə qarşı hazırkı məzmunda tələbi üzrə işin faktiki halları lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

50. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya məhkəməsi mübahisənin qərarının ləğvinə əsas vermir. 51.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2046/2023 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar