Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2477/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəBələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarının ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Cavabdehnə (üçüncü şəxslər: X8 və X11) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 2-1(103)-66/2024 nömrəli qərarından iddiaç ı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçıya torpaq ayrılması barədə sənədlər:
1. Cavabdehin 17 noyabr 2005-ci il tarixli, 1178/1 nömrəli sərəncamına əsasən, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbəərazisindən 900 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikinti üçün alqı-satqı qaydasında iddiaçının mülkiyyətinə ayrılmışdır. Həmin sərəncam əsasında “Torpaqların alqı-satqısına dair” akt tərtib edilmiş və aktın surəti bələdiyyənin möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı tərəfindən torpağın dəyəri ödənilmiş və buna dair Cavabdeh tərəfindən AİT seriyalı, 678576 nömrəli qəbz verilmişdir.
3. Həmin 900 kv.m torpaq sahəsinin planı Binəqədi qəsəbəBələdiyyə sinin mütəxəssisi tərəfindən tərtib edilib, bələdiyyə tərəfindən təsdiq edilmişdir.
4. Bakı şəhəri Binəqədi rayonu Cavabdeh tərəfindən verilmiş 876 nömrəli, 06 sentyabr 2019-cu il tarixli arayışa əsasən, iddiaçıya həqiqətən də, Cavabdeh 1778/1 saylı, 17 dekabr 2005-ci il tarixli sərəncamı ilə 900 kv.m torpaq sahəsi ayrılmışdır. Arayış Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etmək üçün verilmişdir. Mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş hallar:
5. İddiaçı X9 cavabdehlər Bakı şəhəri Binəqədi rayonu Cavabdehnə və İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı X5 məxsus Cavabdeh 4 müvafiq sərəncamı ilə hər biri ayrı-ayrılıqda 600 kv.m təşkil edən torp aq sahələrində aparılmış tikinti işlərinin cavabdeh İddiaçı hesabına sökülməsi və Cavabdeh 4 müvafiq sərəncamı ilə hər biri ayrı-ayrılıqda 600 kv.m təşkil edən torpaq sahələrinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4535/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X3 iddia tələbi təmin edilməmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1152/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)4535/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3632/2022 saylı, xx.xx.2022- ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1152/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Məhkəmələr hesab etmişlər ki, X6 hazırki iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X10 tərəfindən cavabdehə ünvanlanmış 09/M-2578 nömrəli, xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş X2 qəsəbəBələdiyyəsi tərəfindən mülkiyyətinə ayrılmış torpaq sahəsi ilə bağlı İddiaçılə aralarında mübahisə yaranması və bələdiyyənin həmin şəxsə torpaq sahəsinin ayrılmasına dair sərəncamının qanunauyğunluğu barədə Ədliyyə Nazirliyinə ünvanlanmış müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, bələdiyyə tərəfindən qa nunvericiliyin tələblərinə əməl olunmadan, bələdiyyə iclasları keçirilmədən, müvafiq icra hakimiyyəti orqanlarından rəylər alınmadan, torpaq qanunvericiliyinə uyğun olaraq sənədləşmə işləri aparılmadan İddiaçı mülkiyyətinə 900 kv.m torpaq sahəsi ayrılması barədə xx.xx.2005-ci il tarixli sərəncam tərtib edilmişdir. Təklif edilmişdir ki, təklif 5 iş günü müddətində bələdiyyə iclasında müzakirəyə çıxarılsın, Cavabdeh xx.xx.2005-ci il tarixli, 1778/1 saylı sərəncamı etibarsız hesab olunsun, təklifin bələdiyyənin iclasında müzakirəsi barədə qərarın bir nüsxəsi 5 iş günü müddətində X7 təqdim edilsin.
10. Cavabdehin 01 nömrəli, 25 yanvar 2022-ci il tarixli qərarına əsasən, X4 09/M2578 saylı, xx.xx.2022-ci il tarixli tövsiyəsi araşdırılaraq, eləcə də, Bələdiyyə üzvlərinin müzakirəsi protokolunun 01 saylı, xx.xx.2022-ci il tarixli çıxarışını rəhbər tutaraq, vətəndaş İddiaçı Mehrəli oğlunun adına rəsmiləşdirilmiş 1778/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncam etibarsız sayılaraq ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evi tikintisi üçün ayrılmış 0.09 ha torpaq sahəsinə dair sərəncamın ləğv edilməsi barədə Cavabdeh 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarının qanunsuz olduğu üçün ləğv edilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı qərar ına əsasən ona fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı qaydasında 900 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin pulu Cavabdeh hesabına ödənildikdən sonra onunla alqı-satqı müqaviləsi bağlanmış və torpağın ayrılmasına dair sahənin planı (cizgisi) tərtib edilərək ona verilmiş, bundan sonra, həmin torpaq sahəsini daş hasara alaraq müəyyən abadlıq işləri görmüş və giriş-çıxış qapısı qoymuşdur. 2021-ci ilin may ayında vətəndaş X3 ona və Cavabdehnə qarşı qaldırılmış “özbaşına tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi” tələbi Binəqədi Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamədən iddiaçının apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə təmi n edilməmişdir. Cavabdeh sədrinin səlahiyyətlərini icra edən Rəşad İsayevin və həmin bələdiyyənin hüquqşünası Natiq Kazımovun birgə imzaladıqları və Binəqədi Rayon Məhkəməsinə ünvanladıqları 09 iyul 2021-ci il tarixli 01-13/M-347 saylı məktubda qeyd edilir ki, Cavabdeh arxivində 1778/1 saylı sərəncam aşkar olunmuş, lakin alqı-satqı müqaviləsi bağlanmadığı üçün sərəncam yarımçıq saxlanılmış və guya ona torpaq sahəsi ayrılmamışdır. O, torpaq sahəsinin ayrılması barədə Cavabdeh 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı qərarını, torpaqların alqı-satqısına dair Aktı, torpağın dəyərinin ödənilməsi barədə pulun qəbzini, torpağın planını (cizgisini), 06 sentyabr 2019-cu il tarixli 876 saylı Cavabdeh arayışını və torpaq vergisinin ödənilməsi barədə qəbzin surətini Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. İş məhkəmədə araşdırılan zaman Cavabdeh sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Rəşad İsayev öz səlahiyyətlərini aşaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X4 11 yanvar 2022-ci il tarixli 09/M-2578 saylı Cavabdehnə ünvanladığı qanunsuz tövsiyə məktubunu araşdırmaq adı altında, ona ayrılmış torpaq sahəsinə dair Cavabdeh 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı sərəncamını 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarıla ləğv etmişdir. Bələdiyyə tərəfindən sözügedən qərar qəbul edilərkən heç bir əsaslı araşdırma aparılmamış, sadəcə özlərinin formal mülahizələrinə əsaslanmaqla belə bir qərar qəbul etmişlər. Cavabdeh özü məhkəmədə cavabdeh olduğu və iş məhkəmədə araşdırıldığı halda, belə qanunsuz qərar qəbul etmişdir. X4 qeyd olunan hadisə ilə bağlı belə bir tövsiyə mə ktubu yazması və Binəqədi rayonu Cavabdeh 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarı inzibati hüququn təməl prinsiplərinə, həmçinin dövlət hakimiyyətinin məqsədlərinə və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun normalarına zidd olaraq verilmişdir. Binəqədi Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnamələrində X3 həmin torpaq sahəsinə heç bir subyektiv hüququnun olmaması müəyyən edilmişdir. Belə olan halda, X3 “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.2-ci maddəsində göstərilən hüquqlarının pozulması halı mövcud deyildir. Lakin buna baxmayaraq, Pərvanə Məmmədovanın əsassız müraciətinə X10 tərəfindən baxılmış, həmin qurum tərəfindən verilən qanunsuz tövsiyə məktub u əsasında onun faktiki istifadəsində olan torpaq sahəsinə dair Binəqədi rayon Binəqədi qəsəbəBələdiyyəsinin 17 noyabr 2005-ci il tarixli 1778/1 saylı qərarı bələdiyyənin 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarı ilə ləğv etmişdir. X4 və Binəqədi qəsəbəBələdiyyəsinin bir vətəndaşın hüquqlarını qanunsuz “bərpa etmək” naminə digərinin qanuni hüquqlarını pozmaq səlahiyyətinin olması heç bir mövcud və qüvvədə olan qanunvericilik aktlarında yer almamışdır. Cavabdehin 25 yanvar 2022-ci il tarixli 01 saylı qərarı Azərbaycan Respublikasının Konstitusiyasına, həmçinin mövcud inzibati qanunvericiliyin normalarına zidd olduğundan qanunsuz hesab edilməli və bələdiyyənin həmin qərarı ləğv edilməlidir.
13. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz təqdim edilməmişdir.
14. Bakı İnzibati Mə hkəməsinin (hakim: A.A.Abdullayeva) 2 noyabr 2022-ci il tarixli, 2-1(112)-7848/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Bakı şəhəri Binəqədi rayonu Cavabdeh vətəndaş İddiaçı Mehrəli oğlunun adına rəsmiləşdirilmiş 1778/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamın ləğvi barədə” 01 nömrəli, 25 yanvar 2022ci il tarixli qərarı ləğv edilmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki: - Bakı şəhəri Binəqədi rayonu Cavabdeh 1778/1 saylı, 17 noyabr 2005-ci il tarixli qərarına əsasən, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 900 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı qaydasında iddiaçının mülkiyyətinə ayrılmış, həmin qərara əsasən tərəflər arasında torpaqların alqı-satqısına dair akt qəbul ed ilmiş, torpaq sahəsinin yerləşmə sxemi cavabdeh tərəfindən təsdiq edilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmiş və bələdiyyə tərəfindən həmin məbləğin ödənilməsini təsdiq edən qəbz verilmişdir. - X3 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X7 müraciəti X10 tərəfindən nəzərə alınaraq, Binəqədi rayonu Cavabdehnə xx.xx.2005-ci il tarixli, 1778/1 saylı qərarın etibarsız hesab edilməsi barədə təklif göndərilmişdir. Həmin təklifə əsasən, Binəqədi rayonu Binəqədi qəsəbəBələdiyyəsinin 01 nömrəli, 17 yanvar 2022-ci il tarixli iclas protokolu ilə 10 nəfər iştirakçı, 10 nəfər lehinə səslə Ədliyyə Nazirliyi X10ndən daxil olmuş M-2578 saylı təklif əsasında Binəqədi qəsəbəBələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 1778/1 saylı sərəncamının etibarsız hesab edilm əsi qərara alınmış və bununla bağlı Bələdiyyə tərəfindən 25 yanvar 2022-ci il tarixli 01 nömrəli qərar qəbul edilmişdir. Lakin cavabdeh orqan tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin (İnzibati icraatda maraqlı şəxslərin iştirakı) müddəalarına əməl edilməmiş, inzibati icraatın aparılmasında maraqlı şəxs kimi iddiaçının iştirakı təmin edilməmiş, mülahizələri dinlənilməmiş, o, inzibati icraatla bağlı məlumatlandırılmamışdır. - Eləcə də, cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş iddiaçı X3 iddiası üzrə qəbul edilmiş məhkəmə qətnamələrindən cavabdehin məlumatı olmuş, hətta Binəqədi Rayon Məhk əməsində aparılmış icraat zamanı Bələdiyyə iddia ərizəsinə qarşı öz yazılı mülahizəsini təqdim etməsinə baxmayaraq, apardığı icraat zamanı sözügedən hallara qiymət verməmiş, sübutları tam həcmdə araşdırmamışdır. Belə olan təqdirdə, cavabdehin mübahisəli inzibati aktı yuxarıda qeyd edilən nüanslar nəzərə alınmadan, qanunvericiliyin normaları kobud surətdə pozularaq qəbul edildiyindən, iddia tələbi əsaslı hesab olunmaqla təmin edilməlidir.
16. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasında əldə edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçının nümayəndəsi tə rəfindən göstərilən torpaq sahəsinin faktiki olaraq 954 kv.m təşkil edir (sahə mübahisələdir). Sahəyə dair sənəd təqdim edilməmişdir, sahə üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpağıdır. Sahənin dövlət qeydiyyatı barədə məlumat yoxdur.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, İ.S.Şirinov və R.Ə.Səmədov) 16 may 2024-cü il tarixli, 21(103)-66/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112) -7848/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia rədd edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnaməyə görə, mübahisəli torpaq sahəsinin ayrılması üçün birincisi, torpaq bələdiyyəyə məxsus mülkiyyət kimi qeydə alınmış olmalı, ikincisi, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra, yalnız bələdiyyə üzvlərinin iclasında qəbul edilmiş kollegiаl qərar əsasında istifadəyə və ya mülkiyyətə verilə bilər. İş materiallarına əsasən isə cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması barədə 1178/1 nömrəli 17 noyabr 2005-ci il tarixli sərəncam qəbul edilərkən, Əsasnamənin qeyd olunan tələblərinə riayət olunduğu müəyyən edilmir.
20. Bundan əlavə, apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən alınmış mütəxəssis rəyindən göründüyü kimi, vahid elektron kadastr məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpağıdır. Belə olan halda, cavabdeh bələdiyyənin mübahisələndirilən sərəncamı qəbul etməkdə heç səlahiyyəti də mövcud olmamışdır.
21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Bundan başqa, iddiaçı qeyd etmişdir ki, torpaq sahəsi istifadə hüququ üzrə, eləcə də bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilməsə də, apellyasiya instansiyası məhkəməsi hazırk ı mübahisəyə aidiyyəti оlmayan maddi hüquq normasını düzgün tətbiq etməmiş, bu isə iddia tələbinin rədd edilməsi ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasının mübahisəli hüquq münasibətinin yarandığı zaman deyil, hazırda qüvvədə оlan redaksiyasına istinad etməklə də, maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X10 tərəfindən Binəqədi rayonu Cavabdehnə ünvanlanmış 09/M-2578 nömrəli, xx.xx.2022-ci il tarixli məktub Pərvanə Məmmədovanın müraciəti əsasında verilsə də, iş üzrə sübutlarla Cavabdeh tərəfindən Pərvanə Məmmədovanın mülkiyyətinə hər hansı torpaq sahəsinin ayrılması halı təsdiq edilməmişdir. Bundna əlavə, özünün üçüncü şəxslər kimi işə cəlb etdiyi X8 və X11 yan-yana yerləşən həmin torpaq sahə lərinin 17.11.05-ci il tarixli 1778/1 saylı qərara əsasən onun istifadəsinə ayrılmış 900 kv.m torpaq sahəsi ilə üst-üstə düşdüyünü qeyd etmişlər. Göründüyü kimi, 900 kv.m torpaq sahəsinin sоnradan üçüncü şəxslərə ayrılması və bu barədə qəbul edilmiş tоrpaqayırma sənədlərinin qüvvədə оlması sahənin dövlət mülkiyyəti torpağı оlmadığını təsdiq edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. Cavabdeh kassasiya şikayətinə yazılı münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının cavabdehə torpaq sahəsinin ayrılması barədə müraciət etmədiyi müəyyən olunmuş, təqdim etdiyi Cavabdeh onun adına rəsmiləşdirdiyini iddia etdiyi 1778/1 nömrəli xx.xx.2005-ci il tarixli sərəncam əsasında zəbt etdiyi torpaq sahəsinin torpaq vergisini ödəmək üçün bankda onun adına hesab nömrəsi açılması məqsədi ilə uçota durmalı olduğu halda bunu etməmiş, qanunvericilikdə fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş zonalar üzrə normaları belə, pozmuşdur və ən əsası vətəndaşların pay torpaqlarını zəbt etməyə çalışır.
24. Üçüncü şəxslərin nümayəndəsi tərəfindən təqdim edilən kassasiya şikayətinə dair münasibətdə qeyd edilmişdir ki, iddiaçının adına sahə müəyyən edilmədən formal rəsmiləşdirilmiş 1778/1, xx.xx.2005-ci il tarixli Sərəncam xx.xx.2022-ci il tarixli 01 saylı Qərarla ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin, kassasiya şikayətini təqdim edən iddiaçıya satılmadığı və verilmədiyini bildirir. Üçüncü şəxslərə torpaq sahəsi hər biri 600 kv.m olmaqla, Bələdiyyənin xx.xx.2004-cü il 1074/1 və xx.xx.2004-cü il 1075/1 Qərarı ilə ayrılmış, Dövlət Əmlak Komitəsinin idarəçiliyində olan elektron xəritədə xx.xx.2016-cı il tarixdə həmin sahələrin koordinatları göstərilməklə, Zamir Abbasov və Samirə Abbasova istifadəçi və qanuni sahib statusunda qeydə alınmışlar. Üçüncü şəxslərin istifadəsində olan torpaq sahələrinin rəsmiləşdirilməsi, hazırda kassasiya şikayəti verən iddiaçının adına qərarda göstərilən xx.xx.2005-ci il tarixdən 1 il 2 ay əvvəl, xx.xx.2004-cü il tarixdə olmuşdur, yəni üçüncü şəxslər mübahisələndirilən torpaq sahələrinin ilkin alıcılarıdır. Yuxarıda qeyd edilən torpaq sahələrinin yerləşdiyi arealda 2002-2023-cü illər İddiaçı iddia etdiyi 9 sot ölçüdə parsel bölgüsü olmadığı elektron xəritədən çıxarışda qeyd edilir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şi kayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barəd ə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİ YASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
29. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə qərar qəbul edərkən ona əsaslanmışdır ki, cavabdehin mübahisələndirilən qərarı ilə iddiaçıya torpaq sahəsinin ayrılması barədə 1178/1 nömrəli 17 noyabr 2005-ci il tarixli sərəncam qəbul edilərkən, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin qeyd olunan tələblərinə riayət olunduğu müəyyən edilmir. Eləcə də, mütəxəssis rəyinə əsasən, göstərilən torpaq sahəsi v ahid elektron kadastr məlumatlarında dövlət mülkiyyəti torpağı kimi qeyd edildiyindən, cavabdeh bələdiyyənin mübahisələndirilən sərəncamı qəbul etməkdə heç səlahiyyəti də mövcud olmamışdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan iddianın mahiyyəti üzrə qiymətləndirilməsi zamanı, yəni inzibati aktın qanuniliyinə qiymət verilərkən sahəvi qanunvericilik normalarının düzgün tətbiq edilib-edilməməsi ilə yanaşı, inzibati icraat haqqında qanunvericiliyin tələblərinin gözlənilib-gözlənilmədiyi də müəyyən edilməlidir. Başqa sözlə, iddianın əsaslığının yoxlanılması çərçivəsində məhkəmələr tərəfindən mübahisələndirilən qərarın (hərəkət və ya hərəkətsizliyin) həm formal-hüquqi, həm də maddi-hüquqi baxımdan qanunauyğunluğu y oxlanılır. Bu zaman İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsinin tələbi də nəzərə alınmalıdır. Həmin normaya əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Lakin işə baxan apellyasiya instanisyası məhkəməsi bu istiqamətdə hər hansı araşdırma aparmamışdır.
31. Belə ki, işin mübahisələndirilməyən hallarına əsasən, cavabdeh bələdiyyənin mübahisələndirilən 01 nömrəli, 25 yanvar 2022-ci il tarixli qərarı bələdiyyə iclasında müzakirə edilməklə qəbul olunmuşdur. Cavabdeh tərəfindən qərar - mübahisələndirilən inzibati akt qəbul edilərkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun lazımi inzibati icraat aparıldığı, iddiaçının maraqlı şəxs kimi həmin icraata cəlb olunduğu və onun dinlənilmə hüququnun təmin edildiyi, həmin qərarın əsaslandırıldığı iş materiallarından görünmür. Halbuki, inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əsasən, inzibati orqan icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalıdır.
32. Bundan əlavə, apellyasiya məhkəməsi iddianın rədd edilməsi barədə qərar qəbul edərkən, X3 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X7 müraciəti ilə əlaqədar olaraq X4 09/M-2578 saylı, xx.xx.2022-ci il tarixli tövsiyəsinə istinad etmişdir.
33. X4 09/M-2578 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən, bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmadan, bələdiyyə iclasları keçirilmədən, müvafiq icra hakimiyyəti orqanlarından rəylər alınmadan, torpaq qanunvericiliyinə uyğun olaraq sənədləşmə işləri aparılmadan iddiaçının mülkiyyətinə torpaq sahəsi ayrılması barədə xx.xx.2005-ci il tarixdə qəbul edilən sərəncamın etibarsız hesab edilməsi təklif olunmuşdur.
34. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 5-ci maddəsinə əsasən, inzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır: 5.0.1. bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1 -ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda; 5.0.2. hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti daxil olduqda.
35. İşə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən X10 tərəfindən başlanılmış icraatın qanunla nəzərdə tutulan əsaslarının olub-olmamasını (X3 hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulub-vurulmadığı) araşdırılmamışdır. Belə ki, mülki iş üzrə icraatdan müəyyən olunur ki, mübahisəli torpaq sahəsi ilə bağlı X1 hüququ mövcud deyil.
36. Beləliklə, iddianın rədd edilməsi barədə qərar qəbul etmiş apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən məhkəmə aktları ilə subyektiv hüququ olmadığından iddiası rədd edi lən X3 müraciəti əsasında X10 tərəfindən araşdırma aparılmasının qanuniliyinə və həmin araşdırma nəticəsində cavabdehə ünvanlanan təklif məktubunun hər hansı inzibati icraat aparılmadan nəzərə alınmasının əsaslılığına hüquqi qiymət verməmiş, bununla bağlı hər hansı araşdırma aparmamış, beləliklə də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12 və 58-ci maddələrinin tələblərini pozmuşdur.
37. Bundan başqa, iş materiallarından, eləcə də kassasiya şikayətindən görünür ki, üçüncü şəxslər onlara ayrılmış torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edildiyini iddia edirlər. Digər tərəfdən, işdə olan materiallardan da göründüyü kim,i üçüncü şəxslərə də torpaq sahəsi məhz, cavabdeh bələdiyyə tərəfindən ayrılmışdır.
38. Halbuki, apellyasiya instansiyası məhkəməsi qərarının əsaslandırm a hissəsində mübahisələndirilən torpaq sahəsinin dövlət mülkiyyətində olmasına dair mütəxəssis rəyində göstərilən xüsusata da istinad etmişdir.
39. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis rəyi məhkəmədə tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarının əsasında dayanan apellyasiya instansiyası məhkəməsi tərəfindən mötəbər hesab edilən mütəxəssis rəyi iş üzrə digər sübutlarla birgə qiymətləndirilməmiş, həmin rəy işin materiallarında olan digər sübutlarla və işin halları ilə əlaqəli şəkildə tam və hərtərəfli araşdırılmamışdır.
40. Mütəxəssis rəyində göstərilən torpaq sahəsinin dövlət mülkiyyətində olması xüsusatı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı ya torpaq sahəsinin ayrılması barədə xx.xx.2005-ci il tarixli sərəncamın qəbul edildiyi tarixdə torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olmasını, habelə, cavabdehə ayrılan və ya ayrılması nəzərdə tutulan torpaq sahələrinin əhatə dairəsini müəyyən etməmiş, habelə mübahisəli torpaq sahəsinə bitişik və qonşuluğunda olan, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahələri və həmin qeydiyyatın aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənədləri əldə edərək araşdırmamış, mütəxəssis rəyində bir cümlə ilə ifadə olunan halı mötəbər sübut kimi qəbul edərək əsassız nəticəyə gəlmişdir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna xidmət edən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
42. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 21(103)-66/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərar qətidir