Məhkəmə qərarları › İş №2-1(102)-2479/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2479/2025

29.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2479/2025 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torp aq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 may 2025-ci il tarixli, 2-1(105)470/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayon Dövlət arxivinin xx.xx.2018-ci il tarixli, F-898 nömrəli arxiv çıxarışından görünür ki, Donuzkökəltmə sovxozunun 04 iyul 1998-ci il tarixli, 41 nömrəli əmrinə əsasən, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarı ilə sovxoz əmək kollektivi şurası ilə həmkarlar komitəsinin birgə ümumi iclasının 23 nömrəli qərarına əsasən X7 0,08 ha torpaq sahəsi ayrılmışdır.

2. Abşeron rayon Donuzkökəltmə sovxozunun 04 iyul 1998-ci il tarixli, 41 nömrəli əmrindən çıxarışdan görünür ki, X7 fərdi yaşayış evi tikmək üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır.

3. X8 ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə notarial ilkin müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, tərəflər Azərbaycan Respublikası Nazirlər Sovetinin 26 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və Donuzkökəltmə sovxozunun xx.xx.1998-ci il tarixli 41 nömrəli əmri ilə birinci tərəfə ayrılmış Abşeron rayonu Donuzkökəltmə sovxozunda fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,08 ha torpaq sahəsinin 0,03 ha hissəsini 112500 (yüz on iki min beş yüz) manata ikinci tərəfə satılması barədə və xx.xx.2074-cü il tarixinə kimi alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu m üqaviləni bağladılar. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, birinci tərəf satılacaq torpaq sahəsini 112500 (yüz on iki min beş yüz) manata qiymətləndirir və torpaq sahəsini və üzərindəki tikilini həmin qiymətə ikinci tərəfə satmağı, ikinci tərəf isə həmin torpaq sahəsini 112500 (yüz on iki min beş yüz) manata almağı öhdəsinə götürür. İkinci tərəf satış məbləğini, yəni 112500 (yüz on iki min beş yüz) manatı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə birinci tərəfə ödəyir.

4. X4 xx.xx.2024-cü il tarixli notarial ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və Donuzkökəltmə sovxozunun xx.xx.1998-ci il tarixli 41 nömrəli əmrinə əsasən əri X5 adında olan Abşeron rayonu, Donuzkökəltmə sovxozunun ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,08 ha torpaq sahəsinin satılmasına etiraz etmir.

5. İddiaçı 0,03 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu müraciətə cavab verməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarı və Donuzkökəltmə sovxozunun 04 iyul 1998-ci il tarixli, 41 nömrəli əmrinə əsasən X7 ayrılmış fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsinin 0,03 ha hissəsinə dair mülkiyyət hüququnun İddiaçı adına (xüsusi mülkiyyətinə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 17 fevral 2024-cü il tarixli ilkin müqaviləyə əsasən Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və Donuzkökəltmə sovxozunun 04 iyul 1998-ci il tarixli 41 nömrəli əmri ilə vətəndaş X7 ayrılmış Abşeron rayonu Donuzkökəltmə sovxozunda fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsinin 0,03 ha hissəsini almışdır. X3 arvadı X2 alqı-satqıya notarial qaydada razılığını vermişdir. xx.xx.2024-cü il tarixli, 7E2907 reyestr nömrəli etibarnaməyə əsasən, xx.xx.2024-cü il tarixədək X8 tərəfindən İddiaçı Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 o ktyabr 1989-cu il tarixli 521 saylı qərarına və Donuzkökəltmə sovxozunun 04 iyul 1998-ci il tarixli 41 nömrəli əmri ilə vətəndaş X7 ayrılmış Abşeron rayonu Donuzkökəltmə sovxozunda fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsinə dair müvafiq hərəkətləri etməyi etibar etmiş, X5 arvadı X2 alqı-satqıya notarial qaydada razılığını ifadə etmişdir. X3 Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarı və Donuzkökəltmə sovxozunun 04 iyul 1998-ci il tarixli 41 nömrəli əmri ilə sonuncuya ayrılmış Abşeron rayonu Donuzkökəltmə sovxozunda fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün müraciət etməyə və hüquqlarının qeydiyyata alınmasına subyektiv hüququ yaranm ışdır. Belə ki, sözügedən şəxsin (X5) Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və Donuzkökəltmə Sovxozunun 04 iyul 1998-ci il tarixli 41 nömrəli əmrinə etimad hüququ yaranmışdır, bu səbəbdən də onun Abşeron rayonu Donuzkökəltmə sovxozunda fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsinə legitim gözlənti hüququ qorunmalıdır. İddia tələbi isə İddiaçı 17 fevral 2024-cü il tarixli ilkin müqaviləyə əsasən Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və Donuzkökəltmə sovxozunun 04 iyul 1998-ci il tarixli 41 nömrəli əmri ilə vətəndaş X7 ayrılmış Abşeron rayonu Donuzkökəltmə sovxozunda fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsinin 0,03 ha his səsini alması və MM-in 225.6-cı maddəsinin tələblərinə uyğun olaraq X5 arvadı X1 alqı-satqıya notarial qaydada razılığını ifadə etməsi əsasında sözügedən əmlaka dair mülkiyyət hüququnun öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi ilə bağlıdır.

8. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı 4 saylı Abşeron Ərazi İdarəsinə 10 may 2024cü il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Abşeron rayonu Donuzkökəltmə sovxozunun 04 iyul 1998-ci il tarixli, 41 nömrəli əmrindən çıxarışla 0,08 ha torpaq sahəsinin X7 ayrıldığı və iddiaçının sözügedən torpaq sahəsi üzərində müraciət etmək səlahiyyətinin olmadığı müəyyən edilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Q.F.Məmmədli) 07 yanvar 2025-ci il tarixli, 2-1(118)-3486/2025 nömrəli qərardadı ilə X8 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Q.F.Məmmədli) 07 fevral 2025-ci il tarixli, 2-1(118)-3486/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarı və Donuzkökəltmə sovxozunun 04 iyul 1998-ci il tarixli, 41 nömrəli əmrinə əsasən üçüncü şəxs X7 ayrılmış fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsinin 0,03 ha hissəsinə dair İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsinin əsaslandırması: 11.1. Abşeron Rayonu Donuzkökəltmə sovxozunun 04 iyul 1998-ci il tarixli, 41 nömrəli əmrinə əsasan 0,08 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün üçüncü şəxs X7 ayrılmışdır. Üçüncü şəxs həmin torpaq sahəsinin 0,03 ha hissəsini iddiaçıya satmış və bununla bağlı tərəflər arasında xx.xx.2024-cü il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən üçüncü şəxsə 112500 manat məbləğində ödəniş edilmişdir. Bundan sonra iddiaçı ona satılmış 0,03 ha torpaq sahəsinin da şınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciəti cavabsız saxlanılmışdır. 11.2. Mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrində qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Cavabdehin iddiaya dair etirazında göstərilən imtina üçün əsas olmuş dəlilləri məhkəmə əsassız hesab edir. Belə ki, iddiaçının həmin torpaq sahəsinin qeydiyyata alınaraq adına çıxarışın verilməsi ilə bağlı subyektiv hüququ mövcud olmuşdur. Eyni zamanda torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil. Müqaviləyə əsasən 0,03 ha torpaq sahəsi iddiaçıya satılmışdır və həmin torpaq sahəsi iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. Torpaq sahəsinin ayrılmasına dair Abşeron Rayonu Donuzkökəltmə sovxozunun 04 iyul 1998-ci il tarixli, 41 nömrəli əmrinin ləğv və ya etibarsız hesab edilməsi iş materiallarına əsasən müəyyən edilmir, cavabdeh tərəfindən həmin sənədlərin mötəbər olmadığına dair dəlillər təqdim edilməmişdir. İddiaçı məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir. Hazırkı işdə olan hüquqmüəyyənedici sənədlər və üçüncü şəxslə iddiaçı arasında bağlanmış müqavilə iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən ilkin sübutu təşkil edir. Cavabdeh tərəfindən həmin hüquqmüəyyənedici sənədlərin qanunvericiliklə tələb olunan müvafiq sənədlərə uyğunluğu yoxlanılmadan, əsassız olaraq t orpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.R.Quliyev /sədrlik edən və məruzəçi/, V.E.Əzizova və H.Ç.Babayeva) 08 may 2025-ci il tarixli, 2-1(105)-470/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin əsasını iddiaya etirazda qeyd olunanlar təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunve ricilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə

402. İlkin müqavilə 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır.... 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əs aslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.... Maddə 10 Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci ma ddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.... 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı: bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şə bəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmin siyahı: 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar;... 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz ( həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kim i nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər ha nsı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və y alnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə q ərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyi şdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmi n edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə 0,03 ha hissəsinə dair mülkiyyət hüquqlarının İddiaçı adına (xüsusi mülkiyyətinə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır.

29. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həm in məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 may 2025-ci il tarixli, 2-1(105)-470/2025 nömrəli qərarı dəyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar