Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-248/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi, iddianın qeyri-mümkünlüyü, tərəflərə münasibətdə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 21 avqust 2024-cü il tarixli, 2-1(103)-2435/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, məhəllə 3007 ünvanında yerləşən 1 mərtəbəli, ümumi sahəsi 33,75 kv.m olan qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
2. İddiaçının Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı sözügedən qeyri-yaşayış sahəsinin sökülüb dağıdılması ilə əlaqədar ona vurulmuş ******* manat maddi ziyanın ödənilməsi və ya Bakı şəhərində ona bərabər tutulan qeyri-yaşayış sahəsi ilə təmin olunmasına dair qaldırdığı iddi a 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)3526/2017 nömrəli qərarı ilə təmin edilməmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-897/2019 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış, sonuncu qərar isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)3055/2019 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
3. Həmin mübahisəyə dair işin hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə verilmiş dəqiqləşdirilmiş ayrıc aktına baxış keçirilmiş və ayrıc aktından Bakı şəhəri, Nəsimi rayonu, Moskva (Tbilisi) prospekti, 3007-ci məhəllə ü nvanında cavabdehin balansına ayrılmış sahədə hər hansı tikilinin olmadığı müəyyən edilmişdir. Həmin iş üzrə iddiaçı ona məxsus qeyri-yaşayış sahəsinin xx.xx.2012-ci ildə söküldüyünü qeyd etsə də, cavabdehin nümayəndəsi həmin ərazinin 2013-cü ildə balansa qəbul edildiyini və yenidənqurma işlərinə 2014-cü ildən başlandığını bildirmişdir. Bundan əlavə, qeyd olunan işin araşdırılması zamanı Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Nəsimi rayon Polis İdarəsinə sorğularla müraciət edilərək, xx.xx.2012-ci il tarixdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Moskva (əvvəlki Tbilisi) prospekti, 3007-ci məhəllə ünvanında yerləşən daşınmaz əmlakın qanunsuz sökülməsi ilə bağlı hər hansı araşdırma aparılıb-aparılmaması barədə, apar ıldığı təqdirdə araşdırmanın nəticəsi barədə, eyni zamanda, tikilinin kim tərəfindən sökülməsinin müəyyən olunub-olunmaması barədə məlumat tələb olunmuş, sorğulara verilmiş cavablardan, qeyd edilən orqanlarda həmin məsələ ilə bağlı hər hansı araşdırmanın aparılmadığı müəyyən edilmişdir.
4. İddiaçı sözügedən qeyri-yaşayış sahəsinin sökülməsinə görə kompensasiyanın ödənilməsi barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmişdir.
5. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının qaldırdığı məsələ məhkəmə baxışının predmeti olmuş və onun sözügedən qeyri-yaşayış sahəsinin sökülməsinə görə ******* manat məbləğində kompensasiyanın ödənilməsi barədə iddia tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx. 2017-ci il tarixli qərarı ilə rədd edilmişdir. Sonradan həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İddiaçının sözügedən qeyri-yaşayış sahəsinə görə kompensasiya tələbinə məhkəmə qaydasında baxıldığı, müvafiq qərar qəbul edilməklə məsələyə hüquqi qiymət verildiyi nəzərə alınaraq, onun müraciətində irəli sürülən eyni məzmunlu tələbə ba xılmasının Maliyyə Nazirliyinin səlahiyyətləri daxilində olmadığı bildirilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Moskva (köhnə Tbilisi) prospekti, 3007-ci məhəllə ünvanında yerləşən ona məxsus obyektin qanunsuz sökülməsi ilə əlaqədar mülkiyyət hüququnun pozulmasına görə ******* manat kompensasiyanın, xx.xx.2012-ci il tarixdən məhkəməyə müraciət edilən vaxta qədər Mərkəzi Bankın uçot dərəcəsi ilə ******* manat gecikdirilmə faizinin və mülkiyyətindən məhrum edilmə ilə əlaqədar ona vurulmuş 100000 manat mənəvi zərərin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin simasında Azərbaycan Dövlətindən tutularaq ona ödənilməsi barədə qə rar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1024 nömrəli sərəncamına əsasən “RUNA” firması ilə iddiaçı arasında olan xx.xx.2003-cü tarixli notarial alqı-satqı müqaviləsi və xx.xx.2003-cü il tarixli, 001003 nömrəli mülkiyyət hüquqi haqqında şəhadətnamə əsasında ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Moskva (köhnə Tbilisi) prospekti, 3007-ci məhəllə ünvanında yerləşən 322,5 kv.m ümumi sahəsi, 33,75 kv.m qeyri-yaşayış sahəsi, o cümlədən, 200 kv.metr əlavə tikintisi olan obyekt 2012-ci ilin sonlarında sökülmüş, yerində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan Respublika Velotrekinə məxsus bina və qurğular tikilmişdir. Söküntü sürətlə aparılmış, ona obyektində olan və ona məxsus əşya və avadanlıqları çıxartmağa imkan verilməmiş, onlar məhv edilmişdir. Bütün bu söküntü nəticəsində ona bazar qiymətilə ******* manat məbləğində maddi ziyan dəymişdir. Bu, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)-2632/2017 nömrəli qərardadına əsasən Əmlakın Qiymətləndirilməsi və Uçotu Departamentinin 2008ci il tarixli ekspert rəyi ilə sübut olunur. Dəfələrlə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və digər dövlət qurumlarına şifahi və yazılı müraciətlər etsə də, ona vurulan maddi ziyan ödənilməmişdir. Ona görə də pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmiş və məhkəmədən obyektinin sökülüb dağılması ilə əlaqədar ona vurulmuş ******* manat maddi ziyanın cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən tutu laraq ona verilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-3526/2017 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-71/2018 nömrəli qərarı ilə onun apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-3526/2017 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, ona vurulan maddi ziyanın əvəzi olaraq 84375 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Moskva (Tbilisi) prospekti, 3007-ci məhəllə ünvanında yerləşən bir mərtəbəli binanın birinci mərtəbəsindəki 33,75 kv.m qeyri-yaşayış sahəsi onun xüsusi mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(102)-1938/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-71/2018 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 21(103)-897/2019 nömrəli qərarı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-3526/2017 nömrəli qərarı dəyişdirilmə dən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 21(102)-3055/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-897/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin işə baxan məhkəmələr iddiaçının öz mülkiyyətindən qanunsuz məhrum edilməsi faktını təsdiq etsələr də, əmlakın kimin tərəfindən sökülməsinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən müvafiq kompensasiya verilməsi haqqında qərar çıxarmamışlar. Lakin rəsmi olaraq dövlət qeydiyyatından keçmiş mübahisəli əmlakın kim tərəfindən sökülməsi məlum olmasa da, həmin əmlakın yerləşdiyi torpaq sahəsində dövlətə məxsus bina tikilib, yəni sökülən əmlakın olduğu torpaq sahəsindən dövlət bə hrələnir, iddiaçı həmin sahədən istifadə edə bilmir. İndiki halda da iddiaçıya məxsus olan sökülmüş əmlakın yerində dövlətə məxsus obyektin tikilməsi bilavasitə sübut edir ki, dövlətin inzibatı orqanlarının qarşılıqlı razılığı ilə dövlət maraqları naminə iddiaçıya məxsus əmlak qanunsuz olaraq sökülmüş, lakin iddiaçıya müvafiq kompensasiya verilməsindən imtina edilmişdir. Sökülmüş əmlakın yerləşdiyi torpaq sahəsindən istifadə hüququnun dövlətə verilməsi dövlətin sökülmüş əmlakın mülkiyyətçisinə müvafiq kompensasiya verməsini şərtləndirir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müxtəlif işlər üzrə mövqeyinə görə dövlətin vətəndaşın əmlak hüquqlarının qorunması sahəsində pozitiv hüquqları vardır. Əgər sökülmüş əmlakın əvvəlki vəziyyətini bərpa etmək mümkün olmazsa, onda dövlət ödəniş gününə olan bazar qiymətilə əmlakın dəyərini kompensasiya etməlidir.
8. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddia tələbi o fiziki və ya hüquqi şəxsə qarşı yönəldilir ki, həmin fiziki və ya hüquqi şəxs iddiaya cavab verməli olsun, habelə öz qanunsuz hərəkətləri (və ya hərəkətsizliyi) ilə iddiaçının qanunla qorunan maraqlarını və mənafelərini pozmuş olsun. Halbuki iddiaçı onun hüquqlarının Maliyyə Nazirliyi tərəfindən pozulduğunu əsaslandıra bilməmişdir. İddiaçı ərizəsində ona məxsus qeyri-yaşayış sahəsinin Gənclər və İdman Nazirliyinin Respublika Velotrekinə məxsus bina və qurğuların tikintisi ilə bağlı söküldüyünü bildirmiş və dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Belə olan halda, hansı əsasla Maliyyə Nazirliyinin cavabdeh qismində qoyulması və Nazirliyə qarşı ko mpensasiyanın ödənilməsi tələbinin irəli sürüldüyü qeyri-müəyyəndir. Maliyyə Nazirliyinin dövləti təmsil etməsi məsələsi ilə bağlı qeyd edilir ki, Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir, dövlət adından çıxış edir, qərarlar qəbul edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən, müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Maliyyə Nazirliyi tərəfindən iddiaçıya münasibətdə heç bir hüquq pozuntusuna yol verilmədiyindən, ümumiyyətlə iddia ərizəsində göstərilən hallarla əlaqədar Nazirlik tərəfindən hər ha nsı qeyri-qanuni hərəkətə (və ya hərəkətsizliyə) yol verilmədiyindən, hazırkı iddia tələbi üzrə Maliyyə Nazirliyi cavabdeh ola bilməz, iddianın Maliyyə Nazirliyinə yönəldilməsinin heç bir hüquqi əsası yoxdur. İş materiallarından görünür ki, iddiaçı eyni iddia ilə Gənclər və İdman Nazirliyinə qarşı iddia qaldırmış, həmin iş üzrə Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Maliyyə Nazirliyi həmin iş üzrə üçüncü şəxs qismində çıxış etmişdir və Nazirliyin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Yuxarıda qeyd edilən dəlillər bir daha göstərir ki, hazırkı iddia tələbinin Maliyyə Nazirliyinə və onun Əsasnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə və səlahiyyətlərinə heç bir aidiyyəti yoxdur. Bununla yanaşı, qeyd edilməlidir ki, “dövlət büdcəsi” ümumi anlayışd ır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (bu halda Gənclər və İdman Nazirliyi) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur və bu təşkilatları yalnız onların sifarişi əsasında maliyyələşdirir. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından, Maliyyə Nazirliyi bu cür tələblər üzrə hər hansı öhdəlik daşımır.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) 05 mart 2024-cü il tarixli, 2-1(112)-1731/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyət hüququnun pozulmasına görə ona v urulmuş maddi və mənəvi ziyanın əvəzi olaraq müvafiq kompensasiyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyinin simasında Azərbaycan Dövlətindən tutularaq ona ödənilməsini tələb etmiş və bunu onunla əsaslandırmışdır ki, öz hüquqlarının müdafiəsi üçün müraciət etdiyi məhkəmələr iddiaçının öz mülkiyyətindən qanunsuz məhrumedilmə faktını təsdiq etsələr də, əmlakın kimin tərəfindən sökülməsinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən müvafiq kompensasiya verilməsi haqqında qərar çıxarmamışlar. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mülkiyyət hüququna onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə ifadə olunan müdaxiləyə (cavabdeh tərəfindən) yol verilməmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən mülkiyyə tində olan Bakı şəhəri, Nəsimi rayonu, Moskva (əvvəlki Tbilisi) prospekti 3007-ci məhəllə ünvanında yerləşən daşınmaz əmlakın qanunsuz sökülməsi ilə bağlı araşdırma aparılması üçün müvafiq orqanlara müraciətlər olunmamışdır.
11. İddiaçı hazırkı iş üzrə ona mənəvi ziyan vurulmasını iddia etməsinə rəğmən, məhkəməyə ona belə ziyanın vurulmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Mənəvi zərərlə bağlı tələb irəli sürən iddiaçı mülkiyyətindən məhrum olma şəkli, mülkiyyətindən məhrum edilməsi ilə bağlı belə davranış şəklinin ona neqativ təsiri kimi vacib xüsusatları məhkəmə qarşısında sübut etməli və bununla bağlı sübutetmə vasitələrini məhkəməyə təqdim etməlidir. Belə ki, məhkəmə tərəfindən iddiaçıya mənəvi zərərin vurulması və mənəvi zərərə görə kompensasiya məhz həmin xüsusatlar nəzə rə alınmaqla və qiymətləndirilməklə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Hazırkı mübahisədə iddiaçıya münasibətdə cavabdeh tərəfindən ona mənəvi zərərin vurulmasını şərtləndirən davranışın və ya halların mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Nəzərə almaq lazım dır ki, iddiaçının ona mənəvi ziyanın vurulmasını sadəcə olaraq bəyan və iddia etməsi həqiqətən həmin zərərin vurulmasının, bununla bağlı müvafiq kompensasiyanın müəyyən edilməsi üçün yetərli sayıla bilməz.
12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Şərafət Məmmədova və Mehriban Qarayeva) 21 avqust 2024-cü il tarixli, 2-1(103)-2435/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona m əxsus obyektin qanunsuz sökülməsi ilə əlaqədar mülkiyyət hüququnun pozulmasına görə kompensasiyanın, xx.xx.2012-ci il tarixindən məhkəməyə müraciət edilən vaxta qədər Mərkəzi Bankın uçot dərəcəsi ilə gecikdirilmə faizinin, mülkiyyətindən məhrum edilmə ilə əlaqədar ona vurulmuş mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Lakin hazırkı işin faktiki hallarından görünür ki, iddiaçının iddia etdiyi ona məxsus tikilinin sökülməsinin cavabdehlə hər hansı əlaqəsi yoxdur. İddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən hər hansı müdaxilə mövcud deyil. Cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarına toxunma ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqlənmir.
15. İnzibati məhkəmə icraatı inzibat i hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Göründüyü kimi, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və bu səbəbdən də hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz.
16. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv ed ilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa p rosesdə mübahisə edə bilməzlər.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərar dadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instans iyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunv ericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansi yası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ona məxsus qeyriyaşayış sahəsinin sökülməsinə görə kompensasiyanın, xx.xx.2012-ci il tarixindən məhkəməyə müraciət edilən vaxta qədər Mərkəzi Bankın uçot dərəcəsi ilə gecikdirmə faizinin və mülkiyyətindən məhrum edilmə ilə əlaqədar ona vurulmuş mənəv i zərərin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq ona ödənilməsinə nail olmaqdan ibarətdir.
29. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.
30. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
31. İddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olubolmaması, cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması və cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır.
32. Mübahisəyə dair hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının sözügedən qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar kompensasiyanın ödənilməsinə dair cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı qaldırdığı iddia 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-3526/2017 nömrəli qərarı ilə təmin edilməmişdir. Qeyd edilən qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatında iştirak etmişdir.
33. MPM-in 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlar a və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
34. Həmçinin İPM-in 78-ci maddəsinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
35. Hazırkı iş üzrə cavabdeh Maliyyə Nazirliyinin həmin iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatında iştirak etdiyi, üçüncü şəxsin iştirakı ilə artıq həmin mübahisəyə bir dəfə baxılaraq məhkəmə tərəfindən qərar qəbul edildiyi və həmin qərarın qanuni qüvvəyə mindiyi nəzərə alınmalı və iş üzrə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu MPM-in 233.3-cü və İPM-in 78-ci maddələrinin mahiyyəti və tənzimləmənin məqsədi baxımından iddianın mümkünlüyünü istisna edən hal kimi qiymətləndirilməlidir. Bu anlamd a iddiaçı həmin qərarla onlara münasibətdə artıq həll olunmuş eyni mübahisəyə yenidən baxılmasını tələb etməkdə haqlı sayıla bilməz.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
37. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya i nstansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2-1(103)-2435/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.