Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2481/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın və ondan tutulmaların qanunsuz olaraq dayandırılması və qanunsuz tutulan pulun qaytarılması) 22.01.2026 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdaf iə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdeh orqanın xx.xx.2021-ci il tarixli **********6 saylı qərarının ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz ödənilməyən pensiyanın ödənilməsi, cavabdeh orqanın 3-17-1/3-7-15005/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ötən dövr üzrə pensiya məbləğindən tutulma aparılması hissəsində ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən iddiaçının pensiyasından qanunsuz olaraq hissə-hissə tutulmanın dayandırılması və həmin dövr üzrə qanunsuz tutulan pulun iddiaçıya qaytarılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-299/2025 nömrəli 17 aprel 2025-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassas iya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı X7 Özbəkistan Respublikasının vətəndaşı olmaqla ona 2011-ci ildə təqvimi hesablama ilə 26 il staja görə Özbəkistan Respublikasında əmək pensiyası təyin edilmişdir. 2. 2014-cü ildə iddiaçının raportuna əsasən pensiyanın Azərbaycan Respublikasında verilməsi üçün pensiya işi Azərbaycan Respublikasına göndərilmişdir.
3. Bundan sonra iddiaçıya xx.xx.2014-cü il tarixdən təqvimi hesablama ilə 26 il staja görə 76 faizlə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmişdir. 2021-ci ilədək pensiya ödənişləri həyata keçirilmişdir. 4.Daha sonra “Əmək pensiyasının dayandırılması haqqında” 22 dekabr 2021-ci il tarixli **********6 nömrəli qərar ilə cavabdeh inzibati orqan iddiaçının Azərbaycan Respublikasında daimi yaşama icazəsinin olmadığına istinad edərək onun pensiya ödənişlərini dayandırmışdır. 5.İddiaçıya məxsus müvəqqəti yaşamaq üçün icazə vəsiqələrindən görünür ki, iddiaçıya müxtəlif vaxtlarda (07 may 2014-cü ildən 07 iyun 2015-ci ilədək, 17 aprel 2015-ci ildən 17 oktyabr 2015-ci ilədək, 17 oktyabr 2015-ci ildən 17 oktyabr 2016-cı ilədək, 17 oktyabr 2016-cı ildən 17 oktyabr 2017-ci ilədək, 17 oktyabr 2017-cı ildən 17 yanvar 2018ci ilədək, 16 sentyabr 2020-ci ildən 16 sentyabr 2021-ci ilədək, 17 sentyabr 2021-ci ildən 17 sentyabr 2023-cü ilədək) Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. 6.Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya 00***** blank saylı daimi yaşamaq üçün icazə vəsiqəsi verildikdən sonra onun pensiyası bərpa edilmiş, yəni 3-17-1/3-7-15005/2023 saylı xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarla iddiaçıya 626,62 manat pensiya hesablanmış, bu zaman həmin qərarda xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilən məbləğin nəzərə alınması qeyd olunmuşdur. 7.Həmin qərarla xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ümumilikdə 45322,17 manat məbləğində artıq ödənilmiş vəsait müəyyən edilmiş, Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulduğu üçün Xaliq Ağayevə artıq ödənilmiş 45322,17 manat vəsait son üç il üzrə məhdudlaşdırılaraq 18599,52 manata azaldılmı şdır. 8.İddiaçının ölkə ərazisində daimi yaşamaq icazəsi 18 sentyabr 2023-cü il tarixdən qüvvəyə mindiyi üçün cari ilin oktyabr ayında iddiaçı Xaliq Ağayevin əmək pensiyası təminat xərcliyinin (824,50 manat) 76 faizi-626,62 manat məbləğində olmaqla bərpa edilmiş, eyni zamanda 18 sentyabr 2023-cü il tarixdən hesablanaraq iddiaçıya ödənilməli olan 271,53 manat pul vəsaiti müəyyən edilmişdir. Nəticədə, iddiaçıya məhdudlaşdırılaraq artıq ödənilmiş 18599,52 manat pul vəsaitindən ona ödənilməli olan 271,53 manat pul vəsaiti çıxılaraq bücəyə bərpa olunmuş, qalıq 18327,99 manatın 125,32 manatı cari ilin noyabr və dekabr aylarında hissə-hissə iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. Bildirilmişdir ki, qalıq artıq ödəmə 18202,67 (18327,99-125,32) manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 54 saylı, 07 fevral 2006-cı il tarixli Qanununun 3.2-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz ödənilməyən 16.000 (on altı min) manat məbləğində pensiyanın birdəfəyə ödənilməsini və xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçıya təyin olunmuş və verilmiş pensiyanın, 2023-cü ilin sentyabr ayından bərpa olunmuş pensiyasından qanunsuz olaraq hissə-hissə tutulmasını dayandırmaq və həmin dövr üçün, yəni oktyabr 2023-cü il tarixdən qanunsuz tutulan pulun iddiaçıya qaytarılması haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 10.Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdeh orqanın xx.xx.2021ci il tarixli, **********6 saylı qərarının ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz ödənilməyən pensiyanın ödənilməsi, cavabdeh orqanın 3-17-1/3-715005/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ötən dövr üzrə pensiya məbləğindən tutulma aparılması hissəsində ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən iddiaçının pensiyasından qanunsuz olaraq hissə-hissə tutulmanın dayandırılması və həmin dövr üzrə qanunsuz tutulan pulun ona qaytarıl ması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 11.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1985-1987-ci illərdə mənsub olduğu SSRİ dövlətinin Silahlı Qüvvələrinin Macarıstan Respublikasında dislokasiya olunmuş hərbi hissəsinin tərkibində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Daha sonra, yəni 1987-1991-ci illərdə hərbi xidmətini X1 Respublikasında yerləşən hərbi hissəsində, gizir rütbəsində davam etdirmişdir. 1991-ci ilin sonunda SSRİ dövləti dağıldıqdan sonra iddiaçı, xidmət etdiyi hərbi hissənin tərkibində 1991-1992-ci illərdə Ukrayna Respublikasında xidmət etmişdir. Daha sonra, yəni 1992-ci ildə iddiaçı xidmət etdiyi hərbi hissə Özbəkistan Respublikasına köçürülmüş və 2011-ci ilədək, artıq Özbəkistanda gizir rütbəsi olmadığına görə serjant rütbəsində hərbi xidmətini dava m etdirmişdir. 2011-ci ildə təqvim hesablama ilə 26 il stajla Özbəkistan Respublikasında əmək pensiyasına çıxmışdır. 2014-cü ildə iddiaçının raportuna əsasən pensiyanın Azərbaycan Respublikasında verilməsi üçün pensiya işi Azərbaycan Respublikasına göndərilmişdir. İddiaçının pensiya işi Azərbaycan Respublikasının rəsmi dövlət orqanına, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna daxil olduqdan sonra, o Azərbaycan Respublikasına çağırılmışdır. Bakı şəhərində Dövlət Sosial Müdafiə Fondunda olmuş və xx.xx.2014-cü il tarixdən iddiaçıya təqvim hesablama ilə 26 il stajla, 76 faizlə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilməsi haqqında məlumat verilmişdir. xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir problem olmadan o, pensiyasını va xtında almışdır. Ancaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona əmək pensiyasının verilməsi 01 avqust 2021-ci il tarixdən qanunsuz olaraq dayandırılmışdır. İddiaçının əmək pensiyasının dayandırılmasını Mərkəzi filial onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yalnız daimi yaşayan əcnəbilərin (qanunda daimi sözü yoxdur) və vətəndaşlığı olmayan şəxslərin Qanunda nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüquqi vardır. Buna görə o, Özbəkistan Respublikasının vətəndaşı olduğu üçün və ona Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verildiyinə görə iddiaçının pensiyası dayandırılmışdır. Baxmayaraq ki, o, Azərbaycan Respublikasında daimi yaşamışdır. Bir daha bildirir ki, iddiaçının əmək pensiyası xx.xx.2021-ci il tarixdən dayandırılmış və xx.xx.2023-cü il tarixdə, yəni Dövlət Miqrasiya Xidməti tərəfindən ona 00***** blank saylı daimi yaşamaq üçün icazə vəsiqəsi verildikdən sonra bərpa edilmişdir. İddiaçıya əmək pensiyası təyin edilərkən və sonrakı dövrlərdə daimi yaşamaq üçün icazə vəsiqəsinin alınması haqda xəbərdarlıq edilməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının ailə üzvləri, o cümlədən həyat yoldaşı və 3 nəfərdən ibarət övladları Azərbaycan Respublikasının vətəndaşları olmuşlar və halhazırda Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. İddiaçıya təyin edilmiş əmək pensiyası Azərbaycan Respublikasına köçürüldükdən sonra onun Azərbaycan Respublikasında müxəqqəti icazələri olmuşdur. xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksi, İstiqlaliyyət küçəsi, ev 62, mənzil 38 ünvanında qeydiyyatda alınmağı üçün Dövlət Miqrasiya Xidməti tərəfindən 00***** blank saylı daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının əmək pensiyası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən dayandırılmışdır. Mərkəzi Filial pensiyanın verilməsinin dayandırılmasını onunla əsaslandırmışdır ki, X4 Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi vətəndaş kimi daimi yaşamaq üçün yox, müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Həmin ərəfədə, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 2 il müddətə ona Dövlət Miqrasiya Xidməti tərəfindən yeni müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verildiyinə görə onun pensiyasının xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (25 ay 18 gün) verilməsindən imtina edilmişdir. Xaliq Ağayevə xx.xx.2023-cü il tarixdə növbəti müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti bitdikdən və xx.xx.2023-cü il tarixdən daimi yaşamaq üçün icazə vəsiqəsi verildikdən sonra onun əmək pensiyasının verilməsi bərpa edilmişdir. Beləliklə, 25 ay 18 gün ona verilməli olan əmək pensiyası, hər ay 626 manat məbləğində (cəmi 16.000 manat) qanunsuz olaraq verilməmişdir.
12. Cavabdeh iddia tələbinə qarşı etir az ünvanlayaraq bildirmişdir ki, X.Ağayevə xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının sonuncu təminat xərcliyinin - 824,50 manat (vəzifə maaşı - 470 manat, rütbə maaşı - 115 manat, xidmət illərinə görə əlavəsi - 175,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64 manat) 76%-i, yəni 626,62 manat məbləğində əmək pensiyasının müvafiq bank hesabına ödənişi Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamasına baxmayaraq səhvən xx.xx.2021-ci il tarixədək təmin edilmiş və daimi yaşamaq üçün icazəsi olmadığından həmin tarixdə əmək pensiyası təminatı hüququ yaranmadığı üçün pensiya ödənişi dayandırılmışdır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində yalnız daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həmin Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Buna baxmayaraq X2 Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinin olmadığı halda ona 01 mart 2014-cü il tarixdən 440,88 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək 31 iyul 2021-ci il tarixədək ödənilmişdir (sonuncu pensiya ödənişi 626,62 manat). İddiaçıya Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinin olmadığı dövrdə (xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr) ümumilikdə 45322,17 manat məbləğində artıq ödənilmiş vəsait müəyyən edilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tar ixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar Xaliq Ağayevə artıq ödənilmiş 45322,17 manat vəsait son üç il üzrə məhdudlaşdırılaraq 18599,52 manata azaldılmışdır. Eyni zamanda 18 sentyabr 2023-cü il tarixdən iddiaçının Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətində qeyd olunan məlumatlara əsasən ölkə ərazisində daimi yaşamaq icazəsi 18 sentyabr 2023-cü il tarixdən qüvvəyə minmişdir. Bununla əlaqədar cari ilin oktyabr ayında iddiaçı Xaliq Ağayevin əmək pensiyası təminat xərcliyinin (824,50 manat) 76 faizi-626,62 manat məbləğində olmaqla bərpa edilmişdir. Eyni zamanda 18 sentyabr 2023-cü il tarixdən hesablanaraq iddiaçıya ödə nilməli olan 271,53 manat pul vəsaiti müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya məhdudlaşdırılaraq artıq ödənilmiş 18599,52 manat pul vəsaitindən ona ödənilməli olan 271,53 manat pul vəsaiti çıxılaraq bücəyə bərpa olunmuşdur. Qalıq 18327,99 manatın 125,32 manatı cari ilin noyabr və dekabr aylarında hissə-hissə iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. Qalıq artıq ödəmə 18202,67 (18327,99-125,32) manat təşkil edir. İnzibati orqan iddiaçının ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab etmiş və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirmişdir. Belə ki, pensiya təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kim i hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Hazırki qərara qanunla nəzərdə tutulmuş müddətlərdə münasibət bildirilməməsi onun nəticələrinin şərtsiz qəbul edilməsi kimi qiymətləndirilir. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Yuxarıda göstərilənlər nəzərə alınmaqla və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2, 64.1, 72 və 82-ci maddələrini rəhbər tutaraq borclu X.Ağayevdən ümumilikdə 396,85 manat iddiaçının bərpa edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından tutularaq bərpa edilmişdir. Göründüyü kimi, mərkə zi filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinin tələblərinə tam olaraq riayət edilmişdir. 13.Sumqayıt İnzibati Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2-1(118)-3490/2024 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia təmin edilmiş, iddiaçı X7 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********6 saylı “Əmək pensiyasının dayandırılması haqqında” Qərarı və xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-15005/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı “ötən dövr üzrə pensiya məbləğindən tutulma aparılması” hissəsində ləğv edilmiş, X6 xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz ödənilməyən pensiyanın ödənilməsi, xx.xx.2023-cü il tarixdən pensiyasından qanunsuz olaraq hissə-hissə t utulmanın dayandırılması və həmin dövr üzrə qanunsuz tutulan pulun qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.
14. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh orqanın qəbul etdiyi xx.xx.2021-ci il tarixli, **********6 saylı “Əmək pensiyasının dayandırılması haqqında” Qərarı və xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-15005/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı (pensiya məbləğindən tutulma aparılması hissəsində) üzrə inzibati icraat aparılmadığından və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə cavabdeh orqanın etirazda qeyd et diyi dəlilinə münasibətdə bildirir ki, istinad edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin əmək pensiyası təminat hüququ vardır. Göründüyü kimi, vətəndaş X7 2014-cü il tarixdən daimi olaraq Azərbaycan Respublikasında yaşamış, ona əvvəlcə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri verilmiş, sonda isə 2023-cü il tarixdə daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan sözləri qeyd edilsə də, müvəqqəti yaşamaq üçün icazə vəsiqələri əsasında yaşayanlara hər hansı məhdudiyyət qoyulmamışdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı 2014-cü il tarixindən müvəqqəti yaşamaq üçün icazə vəsiqələri əsasınd a Azərbaycan Respublikasında yaşamış, beləliklə o, daimi yaşayan hesab edilməklə qanunvericiliyə uyğun olaraq əmək pensiyası hüququna malik olmuşdur. İnzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiy a instansiyası məhkəməsində icraat 16.Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-299/2025 nömrəli, 17 aprel 2025-ci il tarixli qərarı ilə (hakimlər: İ.Quliyev /sədrlik edən və məruzəçi/, V.Əzizova və G.Cabbarova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 14 noyabr 2024-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, 18 sentyabr 2023-cü il tarixdən iddiaçı X3 pensiyasından qanunsuz olaraq hissə-hissə tutulmanın dayandırılması və həmin dövr üzrə qanunsuz tutulan pulun qaytarılması (xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlərdə artıq ödənilmiş məbləğin son üç il üçün tutulma ilə əlaqəli) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tab eliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulmuşdur. 17.Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati orqanın pensiya ödənişlərinin dayandırılması haqqında 23 dekabr 2021-ci il tarixli qərarının qanunauyğun olması və 2014-cü ildən 2021-ci ilədək həyata keçirilən pensiya ödənişlərinin hüquqi əsasının olmaması qəbul edilsə də, əsassız olaraq həyata keçirilən pensiya ödənişlərinin cavabdehin məsuliyyətsizliyi ilə əlaqədar olmasını və bu yanlışlığın daha tez aradan qaldırılaraq iddiaçıya vaxtında məlumat verilməli olmasını da nəzərə almaq lazımdır. İddiaçıya daha əvvəl məlumat verildiyi təqdirdə o, daimi yaşamaq üçün icazə vəsiqəsi almaqla bağlı vaxtında müraciət edərək qanuna uyğun pensiya təyin edilməsinə nail ola bilərdi. Cavabdeh inzibati orqan vaxtilə yanlışlıq edərək belə bir məlumat verməməklə uzun illər pensiya ödənişlərini davam etdirmiş, beləliklə də iddiaçının cavabdehin hərəkətləri ilə bağlı etimad hüququ yaranmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin tələbinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli in zibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasında iddiaçı X6 pensiya təyinatı və ödənişi zamanı iddiaçının məsuliyyəti ilə əhatə olunan hər hansı əsas və hal müəyyən edilmir. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə də iddiaçının etimad hüququ qorunmaqla 18 sentyabr 2023-cü il tarixdən iddiaçıya təyin olunmuş əmək pensiyasından əvvəlki dövrlər üzrə tutulmalar dayandırılmalıdır. 18.İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 19.Cavabdeh həmin qərardan kassasiya şika yəti verərək, iddia tələbinin qismən təmin olunmuş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
20. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında işə baxılarkən xx.xx.2014-cü il tarixdən xx.xx.2023cü il tarixədək Özbəkistan Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 7 dəfə ayrı-ayrı müddətlərə fasiləsiz müvəqqəti yaşamaq üçün icazə vəsiqələri verilsə də, Azərbaycan Respublikasında daimi yaşamağı nəzərə alınmamışdır. Eyni zamanda bildirir ki, 2021-ci ilin sentyabr ayında əmək pensiyası dayandırıldıqdan dərhal s onra daimi yaşamaq üçün icazə vəsiqəsinin alınması haqqında Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdi. Lakin xx.xx.2021-ci il tarixdə ona növbəti müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verildiyinə görə həmin vəsiqənin müddəti başa çatanadək, yəni xx.xx.2023-cü il tarixədək daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsindən imtina edilmişdir. Bunun nəticəsi olaraq ona 25 ay müddətinə əmək pensiyası qanunsuz olaraq ödənilməmişdir. 21.Bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında işə baxılarkən “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbərinin pozulması, yəni DSMF-nin ehtimal etdiyi artıq ödənilmiş əmək pensiyasının onun razılığı ilə və ya məhkəmə qaydasında tutulması haqqında qanunun tələbləri kobud surətdə pozulması araşdırılmamışdır. Yəni, gös tərilən tələblərin yerinə yetirilməməsi tələbinə hüquqi qiymət verilməmişdir. 22.Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar Xaliq Ağayevə artıq ödənilmiş 45322,17 manat vəsait son üç il üzrə məhdudlaşdırılaraq 18599,52 manata azaldılmışdır. 23.Eyni zamanda bildirmişdir ki, 18 sentyabr 2023-cü il tarixdən iddiaçının Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətində qeyd olunan məlumatlara əsasən ölkə ərazisində daimi yaşamaq icazəsi 18 sentyabr 2023-cü il tarixdən qüvvəyə minmişdir. Bunun la əlaqədar cari ilin oktyabr ayında iddiaçı Xaliq Ağayevin əmək pensiyası təminat xərcliyinin (824,50 manat) 76 faizi-626,62 manat məbləğində olmaqla bərpa edilmişdir. Eyni zamanda 18 sentyabr 2023-cü il tarixdən hesablanaraq iddiaçıya ödənilməli olan 271,53 manat pul vəsaiti müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya məhdudlaşdırılaraq artıq ödənilmiş 18599,52 manat pul vəsaitindən ona ödənilməli olan 271,53 manat pul vəsaiti çıxılaraq bücəyə bərpa olunmuşdur. Qalıq 18327,99 manatın 125,32 manatı cari ilin noyabr və dekabr aylarında hissə-hissə iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. Qalıq artıq ödəmə 18202,67 (18327,99-125,32) manat təşkil edir. 24.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələbləri nə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ 25.“Azərbaycan Respublikası Höküməti ilə Özbəkistan Respublikası Höküməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Saziş: Maddə
3. Tərəflər öz ərazisində digər Tərəfdən daimi yaşamağa gəlmiş vətəndaşlara pensiya təminatı sahəsində öz vətəndaşları ilə bərabər eyni hüquqlar verir. Maddə
4. Bu Saziş əsasında pensiya təminatının həyata keçirilməsi ilə əlaqədar bütün xərcləri təminatı verən dövlət daşıyır. Maddə
5. Tərəflərin vətəndaşlarına pensiya təyin olunması onların ərazisində daimi yaşadıq ları Tərəfin qanunvericiliyinə müvafiq həyata keçirilir. Növündən və təyin olunma şərtlərindən asılı olmayaraq, pensiya hüququnun müəyyən edilməsi üçün Tərəflərin ərazisində, habelə 1992-ci il yanvarın 1-nə qədər keçmiş SSRİ ərazisində qazanılmış əmək (sığorta) stajı nəzərə alınır. 26.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Maddə 3.2. Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikas ının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. 27.Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi: Maddə 3.0.7. Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; 3.0.8. Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; Maddə
52. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilən icazə və bunu təsdiq edən sənəd 52.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. 52.4. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. 28.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzə rdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikas ının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat v erməyə borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxil ində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qoru nması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 81.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. 29.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə t əcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 30.Kas sasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət mümkün hesab edilmişdir. 31.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Şikayətdə fundamental va cib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı). 34.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, hər iki kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddianın və iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 35.Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh orqanın xx.xx.2021-ci il tarixli **********6 saylı qərarının ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz ödənilməyən pensiyanın ödənilməsi, cavabdeh orqanın 3-17-1/3-7-15005/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ötən dövr üzrə pensiya məbləğindən tutulma aparılması hissəsində ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən iddiaçının pensiyasından qanunsuz olaraq hissə-hissə tutulmanın dayandırılması və həmin dövr üzrə qanunsuz tutulan pulun iddiaçıya qaytarılmasına nail olmaqdan ibarətdir. 36.İş materiallarından müəyyən edilmişdi ki, iddiaçıya Özbəkistan Respublikasının vətəndaşı olaraq 2011-ci ildə təqvimi hesablama ilə 26 il staja görə Özbəkistan Respublikasında əmək pensiyası təyin edilmiş, 2014-cü ildə iddiaçı Azərbaycan Respublikasına gəldiyi üçün onun əmək pensiyası həmin ildən etibarən Azərbaycan Respublikası tərəfindən təyin edilmiş, həmin pensiya ödənişləri 2021-ci ilədək davam etmiş, lakin 22 dekabr 2021-ci il tarixdə “Əmək pensiyasının dayandırılması haqqında” **********6 nömrəli qərar ilə cavabdeh inzibati orqan iddiaçının Azərbaycan Respublikasında daimi yaşama icazəsinin olmadığına istinad edərək onun pensiya ödənişlərini dayandırmışdır. İddiaçının 2014-cü ildən 17 sentyabr 2023-cü ilədək Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazələri olmuşdu. Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya 00***** blank saylı daimi yaş amaq üçün icazə vəsiqəsi verildikdən sonra onun pensiyası bərpa edilmiş, yəni 3-17-1/3-7-15005/2023 saylı xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarla iddiaçıya 626,62 manat pensiya hesablanmış, bu zaman həmin qərarda xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilən məbləğin nəzərə alınması da qeyd olunmuşdur.
37. Nəzərə alınmalıdır ki, istər “Azərbaycan Respublikası Höküməti ilə Özbəkistan Respublikası Höküməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Sazişə, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə pensiya təminatı sahəsində Azərbaycan Respublikası vətəndaşları ilə bərabər eyni hüquq verilmişdir. Bu zaman əcnəbilərin əmək pensiyası təminatı hüququ, onların Azərbaycan Respublikası ərazisində daimi yaşaması ilə şərtləndirilmişdir. Hazırkı işdə iddiaçı Azərbaycan Respublikasında doğulsa da, əcnəbi statusunda olmuş, Azərbaycan Respublikasına gəldiyi vaxtdan etibarən hər il- 2014-2023-cü illər ərzində ölkədə müvəqqəti yaşamaqla bağlı müvafiq icazə sənədi almış, lakin 2014-cü ildə ona Azərbaycan Respublikasının müvafiq inzibati orqanı tərəfindən pensiya təyinatı aparılarkən onun daimi yaşamaq üçün icazə sənədi olmamışdır. Bu baxımdan apelyasiya məhkəməsi cavabdeh inzibati orqanın pensiyanın dayandırılması barədə xx.xx.2021-ci il tarixli, **********6 saylı qərarının qanunauyğun olması və onun ləğv edilməsi üçün hər hansı əsasın mövcud olmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. 38.Əlavə ol araq 01 avqust 2021-ci il tarixindən 18 sentyabr 2023-cü il tarixədək pensiya ödənişinin həyata keçirilməsi üçün qanuni əsaslar olmadığından apelyasiya məhkəməsinin iddia tələbinin bu hissədə də təmin edilməməsi barədə qənaəti qanunidir. Çünki həmin illərdə də pensiyanın dayandırılması ilə bağlı qəbul edilmiş inzibati akt qüvvədə olmaqla yanaşı, iddiaçının həmin illərdə ölkədə daimi yaşamaq üçün icazə sənədi olmamışdır. 39.İddiaçıya 2014-2021-ci illər arasında ödənilmiş pensiyanın cavabdeh qurum tərəfindən axırıncı üç ilinin geri tələb edilməsi və geri tələb olunan məbləğin pensiyadan tutulması ilə bağlı Kollegiya qeyd edir ki, iddiaçının 2014-2021-ci illər arasında ona pensiya ödənişlərinin həyata keçirilməsi barədə olan inzibati akta etimad hüququ olmuşdur. Belə ki, yuxarıda istinad ol unan normada təsbit olunmuş qaydaya əsasən, artıq ödənilmiş əmək pensiyası məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. 40.Hazırkı mübahisəyə münasibətdə artıq ödənilmiş vəsaitin qaytarılması ilə bağlı yuxarıda istinad olunan normanın tələblərinə cavabdeh tərəfindən əməl olunmamışdır. Belə ki, iş üzrə materiallardan artıq ödənildiyi iddia olunan vəsaitin şəxsin razılığı olmadan və ya məhkəməyə müraciət edilmədən cavabdeh tərəfindən birbaşa tutulduğu müəyyən olunur. Cavabdeh tərəfindən artıq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunduğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. 41.Odur ki, Kollegiya apellyasiya məhkəməsinin mövq eyini haqlı hesab edərək bildirir ki, inzibati orqanın əvvəlki səhvinin nəticələri iddiaçının üzərinə qoyula bilməz və “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq iddiaçının formalaşmış etimad hüququ qorunmalıdır. Bu səbəbdən xx.xx.2023-cü il tarixindən sonra iddiaçının pensiyasından əvvəlki dövrlər üzrə tutulmaların aparılması qanunsuz olduğu üçün haqlı olaraq dayandırılmışdır. 42.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı hər iki kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 43.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının və cavabdehin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətl əri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-299/2025 nömrəli 17 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.