Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2483/2025 24.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “19931994-cü illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini nəzərə alaraq, ona müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyul ması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2025-ci il tarixli, 21(105)-332/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə cavabdehə müraciət etmişdir.
2. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tanxli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, sılahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən 1994-cü mayın 12-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş, eləcə də döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Müraciət ilə bağlı mövcud arxiv məlumatları yoxlanılarkən, dislokasiya yeri Füzuli rayonu - döyüş bölgəsi olmuş N saylı hərbi hissənin tərkibində xidmət etməsi xx.xx.1994-cü il tarixdən sonra atəşkəs dövrünə, yəni xx.xx.1995-ci il tarixə təsadüf etdiyindən ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi qüvvədə olan qanunvericiliyə əsasən mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 1993-1994-cü illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini nəzərə alaraq, ona müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. O, xx.xx.1993-xx.xx.1993-cü və xx.xx.1994-xx.xx.1994-cü illərdə Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1993-cü il tarixində döyüş əməliyyatları nəticəsində sağ əl indən qəlpə yarası almışdır. Bununla bağlı arxivdən çıxarılmış sənədlər də mövcuddur.
5. Cavabdehin iddia tələbinə qarşı etirazı imtinanın məzmunu ilə eynilik təşkil edir.
6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: L.E.Mirzəyeva) 22 noyabr 2024-cü il tarixli 2-1(118)-4295/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 1993-1994-cü illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini nəzərə alaraq “müharibə veteranı” statusunun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsasız olmuşdu r. İddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin surətindən, eyni zamanda 25 noyabr 2005-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1975-ci il təvəllüdlüdür, 07 aprel 1993cü ildə həqiqi hərbi xidmətə göndərilmiş, N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 74 saylı əmri ilə N saylı hərbi hissə komandirinin sərəncamına göndərilmiş, xx.xx.1995-ci il tarixli, 87 saylı əmrə əsasən dislokasiya yeri Böyük Bəhmən kəndi olan N saylı hərbi hissənin şəxsi heyəti sırasına daxil edilmişdir. Həmçinin, hərbi biletin 18-ci qrafasında qeyd edilmişdir ki, xx.xx.1993-xx.xx.1993-cü il və xx.xx.1994-xx.xx.1994-cü il tarixlərində Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştir ak etməsi yuxarıda iş materiallarında sadalanan, ona məxsus НЗ № ******* saylı hərbi biletdəki qeydlərlə də təsdiq olunur. Bundan başqa, cavabdeh orqan imtinasının əsası kimi onun N saylı hərbi hissəyə atəşkəs dövründə ezam olunduğunu qeyd etsə də, o, atəşkəs dövründən əvvəl də, yəni xx.xx.1993-xx.xx.1993-cü il və xx.xx.1994-xx.xx.1994-cü il tarixlərində döyüş bölgəsində xidmət etmişdir.
8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, H.X3 xidmət etdiyi dövrdə xx.xx.1995-ci il tarixdə xidmətini davam etdirmək üçün dislokasiya yeri döyüş bölgəsi olmuş Füzuli rayonunda yerləşən N saylı hərbi hissə komandirinin sərəncamına göndərilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də nəzərdə tutulan xx.xx.1994-cü il tarixdən sonrakı - atəşkəs dövrünə təsadüf etmişdir. İddiaçı yaralanmasını, hərbi-həkim komissiyasında qeydiyyatda olmasını və əlilliyinin şəhadətləndirilməsini təsdiq edən məlumatlar müəyyən olunmamışdır.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, V.E.Əzizova və İ.R.Quliyev) 22 aprel 2025-ci il tarixli, 2-1(105)-332/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4295/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı atəşkəs elan edilənədək - 12 may 1994-cü ilədək olan dövrdə N və N saylı hərbi hissələrdə xidmət etmişdir. İş materiallarından görünür ki, həmin hərbi hissələrin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda döyüş əməliyyatlarında iştirakı barədə qeydiyyat olmamışdır. Həmçinin tərəflərin məhkəmə iclasında verdiyi izahatı əsasında da müəyyən edilmişdi r ki, həmin hərbi hissələr Əli-Bayramlı (indiki Şirvan) və Hacıqabul şəhərlərində yerləşməklə döyüş əməliyyatlarında iştirak etməmişdir. İddiaçı oradan Füzuli rayonuna ezam olunmuş, Füzuli rayonunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyini bildirmişdir. İndiki halda isə N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olsa da, iddiaçının N nömrəli hərbi hissədə xidmət etdiyi dövr isə atəşkəs elan edildiyi vaxta təsadüf edir. Bu hal isə özlüyündə iddiaçının iddia tələbinin müharibə veteranı statusunun verilməsinə dair qanunvericilik normasının dispoztiv şərtləri ilə uzlaşmamasını deməyə əsas verir. Nəticə etibarilə, məhkəmə araşdırması zamanı iddiaçının döyüş əməliyyatlarının həyata keçirilməsində iştirak etməsi halının, başqa sözlə desək, iddia tələbinin əsası kimi istinad edilən halların müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının döyüş əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar olaraq xəsarət alması və bu səbəbdən də əlilliyi müəyyən edilmiş şəxs olması halı da müəyyən edilməmişdir. Belə ki, iddiaçı döyüş əməliyyatlarında iştirak etməsi nəticəsində qəlpə yarası alması halına istinad etsə də, məhkəməyə həmin hala dair heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə yaralanması barədə sənədlərin müvafiq hərbi hissəyə göndərilməsi məktubuna dair poçt qəbzi sübut qismində təqdim edilmişdir. Halbuki, müvafiq poçt qəbzi məktubun poçt vasitəsilə göndərilməsi və çatdırılması halını təsdiq edə bilər. Həmin sənəd məktubun məzmunu və ona əlavə olunan sənədlərin nədən ibarət olması halın ı müəyyən etməyə imkan verməməklə, iddiaçının döyüş əməliyyatlarında yaralanması halını təsdiq edən sübut qismində çıxış edə bilməz. İddiaçı tərəfindən isə başqa sübut vasitəsi məhkəməyə təqdim edilməmişdir. İddiaçı həmin sənədlərin müvafiq hərbi hissənin arxiv idarəsində olduğunu bildirmiş, rəsmi şəkildə sorğu ünvanlandığı halda həmin sənədlərin məhkəməyə təqdim oluna biləcəyini qeyd etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının adının döyüş əməliyyatlarında yaralanan şəxslərin siyahısında və qeydiyyat kitabında olması barədə sorğu ünvanlanmış, sorğuya dair cavab məktbunda onun yaralanması, hərbi həkim komissiyasında qeydiyyatda olması və əlilliyinin şəhadətləndirilməsini təsdiq edən məlumatların müəyyən edilmədiyi qeyd olunmuşdur. Qeyd edilməlidir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi və yaralanması barədə müvafiq məlumat ona məxsus hərbi biletdə əks olunsa da, həmin məlumat digər sübutlar (hərbi hissə əmrləri, qeydiyyat kitabı, arxiv arayışı və s.) əsasında öz təsdiqini tapmadığından, həmin məlumatın mötəbərliyinin müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən hərbi biletdə əks olunmuş məlumatlar o halda mötəbər sübut qismində çıxış edir ki, həmin məlumatlar hərbi hissə əmrləri, arxiv arayışı və başqa sübutlar əsasında öz təsdiqini tapmış olsun. İndiki halda isə iddiaçıya münasibətdə hərbi biletdə əks olunmuş məlumatı təsdiq edən başqa sübutun mövcudluğu aşkar edilmədiyindən, həmin məlumat mötəbər sübut qismində qəbul edilə bilməz. Qeyd edilən hallara əsasən kollegiya hesab etmişdir ki, haz ırkı inzibati iş üzrə iddia tələbi “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsinə dair qanunvericiliklə müəyyən edilmiş normanın dispozisiya şərtləri ilə uzlaşmır.
12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin dəlilləri onun iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanu nu Maddə
3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya dig ər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə
7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələ ri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. 16. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
17. Azərbaycan Respublikası Nazirlər K abinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxuda rlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövl ət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sə nədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd.
1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Cavabdeh, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublik asının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
18. A zərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmal ıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qar şı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya insta nsiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəli lləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün əsasların mövcud olub-olmaması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nə zərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bu mənada, hazırkı mübahisəyə münasibətdə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtlərinin iddiaçı tərəfindən ödənildiyi iş üzrə materiallarla təsdiq olunmur. Bu baxımdan, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tə ləblərinə uyğun sayılmalıdır.
27. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2025-ci il tarixli, 2-1(105)-332/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.