Məhkəmə qərarları › İş №2-1(102)-2484/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2484/2025

27.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2484/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xəstəliyinin səbəb-əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati iş ü zrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 aprel 2025ci il tarixli, 2-1(105)-362/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Çağırış məntəqəsinə təhkim edilmə haqqında” 26 yanvar 2011-ci il tarixli, 181 nömrəli vəsiqəsindən müəyyən edilir ki, İddiaçı 26 yanvar 2011-ci il tarixdə tibbi komissiyanı keçmiş və hərbi xidmətə yararlı hesab edilmişdir”. Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayış”dan görünür ki, İddiaçı 26 iyun 2012-ci il tarixdən 1 yanvar 2014-cü il tarixədək, 5 oktyabr 2020-ci il tarixdən 6 dekabr 2020-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N noy abr 2021-ci il tarixli, 2896 nömrəli İddiaçı barəsində “Travma haqqında arayış”dan müəyyən edilir ki, 26 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Partlayış travması, qapalı kəllə-beyin travması, sağ əlin, sağ ayağın yumşaq toxumalarının əziyi” xəsarəti alınmışdır. “Xəsarət (yaralanma, travma, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən almışdır. 3. “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”lara əsasən İddiaçı 29 mart 2022-ci il tarixdə “ümumi xəstəlik-gözdən əlil” səbəbi ilə “Hər iki gözün keratakonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə ll-lll (ikinci, üçüncü) dərəcəli keratakonusu, qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0.1-Ə. solda 0.04-ə qədər azalması, korreksiya etmir” diaqnoza əsasən müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi Həkim Psixiatr Komissiyasının 11 dekabr 2023-cü il tarixli, 2928 nömrəli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri, koqn itiv funksiyaların enməsi, anamnezində psixotik epizodlar F 07.0” qoyulmuşdur. 5. 29 yanvar 2024-cü il tarixli, 870 nömrəli İddiaçı barəsində “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, Hərbi Həkim Komissiyasının qərarı ilə “Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar intihar fikirləri, koqnitiv funksiyaların enməsi, anamnezində psixotik epizodlar. Partlayış travması (26 oktyabr 2020), keçirilmiş qapalı kəllə-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, Partlayış travması (26 oktyabr 2020), sağ əlin İİİ (üçüncü) daraq sümüyünün, İİİ (üçüncü) barmağın proksimal falanqa sümüyünün və dirsək sümüyünün bizəbənzər çıxıntısının köhnə kafi bitişmiş sınıqları. Sağ diz oynağının medial meniskinin arxa buynuzunun kənari, natama m, horizontal yırtığı. Alının yumşaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozu “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Hər iki gözün keratakonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə ll-lll (ikinci, üçüncü) dərəcəli keratakonusu, qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0.1-ə, solda 0.04-ə qədər azalması, korreksiya etmir” diaqnozu isə “Ümumi xəstəlik” səbəbi ilə qoyulmuşdur.

6. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət edərək xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilməsini xahiş etmişdir.

7. Cavabdeh 22 fevral 2024-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, 29 yanvar 2024-cü il tarixdə Müdafiə Nazirliyinin Mərk əzi Hərbi Poliklinikasının Hərbi həkim komissiyası tərəfindən şəhədatləndirilmiş, “Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyaları, intihar fikirləri, koqnitiv funksiyaların enməsi, anamnezində psixotik epizodlar. Hər iki gözün keratokonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə ll-lll (ikinci-üçüncü) dərəcəli keratokonusu” qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0,1-ə, solda 0,04-ə qədər azalması, korreksiya etmir. Partlayış travması (26 oktyabr 2020): keçirilmiş qapalı kəllə beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış travması (26 oktyabr 2020): sağ əlin İİİ (üçüncü) daraq sümüyünün İİİ (üçüncü) barmağın proksimal falanqa sümüyünün və dirsək sümüyünün bizəbənzər çıxıntısının köhnə ka fi bitişmiş sınıqları. Sağ diz oynağının medial meniskinin arxa buynuzunun kənari, natamam, horizontal yırtığı. Alnın yumşaq toxumalarının yad cismi (metal qəlpə) diaqnozu ilə “Xəstəliklər cədvəli”nin 14a, 35a, 30b maddələrinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” rəyi verilmiş və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən diaqnoz: Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyaları, intihar fikirləri, kognitiv funksiyaların enməsi, anamnezində psixotik epizodlar. Partlayış travması (26 oktyabr 20 20): keçirilmiş qapalı kəllə-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış travması (26 oktyabr 2020): sağ əlin İİİ (üçüncü) daraq sümüyünün İİİ (üçüncü) barmağın proksimal falanqa sümüyünün və dirsək sümüyünün bizəbənzər çıxıntısının köhnə kafi bitişmiş sınıqları. Sağ diz oynağının medial meniskinin arxa buynuzunun kənari, natamam, horizontal yırtığı. Alnın yumsaq toxumalarının yad cismi (metal qəlpə) “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, Diaqnoz: Hər iki gözün keratokonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə İİ-İİİ (ikinciüçüncü) dərəcəli keratokonusu, qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0,1-ə, solda 0,04-ə qədər azalması, korreksiya etmir”. “Ümumi xəstəlikdir” səbəbi əlaqəsi ilə qərar verilmişd ir. Məlumat üçün bildirilmişdir ki, keratokonus xəstəliyi gözün irsi köklərə bağlı degenerativ xəstəliyidir və buynuz qişanın strukturunun problemidir, erkən yaşlardan yaranır, 30-40 yaşa qədər proqressivləşir, bu səbəbdən buynuz qişa incəlir və zəif görmə yaranır. Hərbi xidmətə çağırılarkən SHXÇDX-nın hərbihəkim komissiyası tərəfindən müayinə zamanı gözlərinin görmə itiliyi hər iki gözdə yararlılıq dərəcələrinə uyğun olduğundan hərbi xidmətə yararlı hesab edilmişdir. Keratokonusu həmin dövrdə aşkar etmək üçün müvafiq şikayətlər əsasında daha dərin müayinə metodlarından istifadə olunmalı idi (məs: Korneal Topoqrafiya, Paximetriya və s.). Buna baxmayaraq müayinə zamanı korreksiya verməməsi keratokonus xəstəliyindən şübhələnmək üçün əsasdır. Ərizədə qeyd edildiyi kimi, 5 oktyabr 2020-ci il t arixdən 6 dekabr 2020-ci il tarixədək Vətən müharibəsində hərbi qulluqçu kimi iştirak etdiyi zaman aldığı xəsarət göz və gözətrafı nahiyyəni əhatə etmədiyi üçün keratokonus xəstəliyi mövcud travması ilə bağlı əlaqələndirilə bilməz. Yuxarıda sadalanmış şərtlərə əsasən, “Hər iki gözün keratokonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə İİ-İİİ (ikinci-üçüncü) dərəcəli keratokonusu, qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0,1-ə, solda 0,04-ə qədər azalması, korreksiya etmir.” Diaqnozu “ümumi xəstəlikdir” səbəbəlaqəsi ilə təsdiq olunması qanunauyğundur. Həmçinin, göstərilən tarixlərdə döyüş əməliyyatları zamanı göz və gözətrafı nahiyyədən xəsarət alması barədə xidmət etdiyi hərbi hissənin verməli olduğu “Travma haqqında arayış” (Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 mart 2008-ci il tarixli 123 nömrəli əmrinə 11 nömrəli Qoşma) təqdim edilməyib. “Travma haqqında arayış” (bu Təlimata 11 nömrəli Qoşma) olmadıqda xəsarətin səbəb əlaqəsi haqqında qərar çıxaran zaman HHK tərəfindən xəsarətin alınmasının səbəbləri və şəraiti haqqında aşağıdakı sənədlər (əgər onlar xəsarətin alınmasından 3 aydan gec olmayaraq tərtib olunubsa) nəzərə alına bilər: xidməti və tibbi xasiyyətnamələr, tibbi yardım üçün ilkin müraciət edən xəstələrin ambulator uçot kitabından çıxarış, travmanın uçot vərəqəsi, inzibati və ya xidməti araşdırma, təhqiqat və ya cinayət işi materialları, attestasiyalar, dövlət səhiyyə sistemi müəssisəsinin, hərbi tibb müəssisəsinin və digər tibb müəssisələrinin arayışları, xəstəlik tarixi və ya ondan çıxarış, xəstəlik haqqında şəhadətnamə, hərbi tib b müəssisəsinin həkim-mütəxəssisinin hərbi qulluqçunun (hərbi toplanış keçmiş vətəndaşın) tibb kitabçasında tibbi yardım üçün ilkin müraciəti haqqında qeydləri, arxiv müəssisəsinin arayışı. Verilmiş qərar düzgündür, dəyişmək üçün heç bir əsas yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli “Hərbi həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci bəndinin “a” yarımbəndinə əsasən iddiaçının döyüş tapşırığını yerinə yetirərkən aldığı travmanın xəstəliyin səbəb əlaqəsinin “Hərbi Travmadır. Azərbaycan Respublikasının müdafi əsi zamanı alınmışdır” kimi qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbinə dair dəqiqləşdirmə ərizəsini təqdim edərək, barəsində verilmiş 29 yanvar 2024-cü il tarixli, 870 nömrəli qərarda xəsarətin səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrinin yerinə yetirərkən alınmışdır” ifadəsi ilə göstərilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, birinci dəfə həqiqi hərbi xidmətdə xx.xx.2012-ci ildən, xx.xx.2014-cü ilədək əsgər kimi, ikinci dəfə isə 44 günlük Vətən Müharibəsi zamanı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək isə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi 44 günlük Vətən mühari bəsində döyüşlərdə iştirak etmişdir. Müharibədən qayıtdıqdan sonra səhhətində ciddi problemlər yaranmağa başlamışdır. Gözlərinin zəifləməsi, əsəb sistemi gərginliyi, sayıqlamalar, yuxusuzluq, rahatlaşmamaq, bir yerdə qərar tuta bilməmək, bərbad vəziyyətə düşmüşdür; xəstəlik haqqında şəhadətnamədə gözlərilə əlaqəli qoyulan diaqnozun “ümumi xəstəlikdir” səbəbi kimi qeyd edilməsi ilə qətiyyən razı deyil, çünki iddiaçı iki dəfə ayrı-ayrı vaxtlarda hərbi xidmətdə olmuşdur, gözlərilə əlaqədar heç bir problemi olmamışdır. Əgər problem olsa idi, 44 günlük Vətən Müharibəsi zamanı kəşfiyyat bölməsində xidmət edib, hər hansı bir tapşırığı yerinə yetirə bilməzdir. Bundan başqa, əgər gözləri doğurdan da xəstə idisə, bir dəfə deyil, iki dəfə hərbi xidmətə aparıb və üstəlik də kəşfiyyat bölməsində döyüş tapşırığına göndərməzdilər; Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”sinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarına uyğun olaraq, döyüş tapşırığını yerinə yetirərkən aldığı xəsarətin Komissiyada şəhadətləndirilib tibbi yoxlanışdan keçmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsinin xətti ilə cavabdehə təkrar müraciət etmişdir, cavabdeh tərəfindən öz növbəsində 22 fevral 2024-cü il tarixdə rəsmi olaraq imtina verilmişdir; aldığı travmanın səbəbləri bu gün də özünü büruzə verməkdədir və şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə hərbi qulluqçunun şəhadətləndirilməsinə, hərbi qullu qçunun almış olduğu travmanın və xəstəliyinin səbəb əlaqəsinin hərbi xidmətlə əlaqəsinin olub-olmamasına birbaşa Komissiya cavabdehdir.

10. Daha sonra iddiaçı tələbinə dair dəqiqləşdirmə ərizəsini təqdim edərək, barəsində verilmiş 29 yanvar 2024-cü il tarixli, 870 nömrəli qərarda xəsarətin səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsi ilə göstərilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

11. Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı ərizəsində ona dair 29 yanvar 2024-cü il tarixli, 870 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunan “Hər iki gözün keratokonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə ll-lll (ikinci-üçünc ü) dərəcəli keratokonusu, qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0,1-ə, solda 0,04-ə qədər azalması, korreksiya etmir” diaqnozu ilə olan xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin dəyişdirilərək “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Lakin o, travma almasına dair çıxarış epikrizi və hansı şəraitdə xəsarət almasına dair hərbi hissə komandirinin verməli olduğu travma haqqında arayışı komissiyaya təqdim etməmişdir. Göstərilən bu xəstəlik diaqnozlarının travma ilə heç bir əlaqəsi yoxdur və travma nəticəsində yaranması mümkün deyildir. Elmi ədəbiyyata əsaslanaraq bildirilir ki, Keratokonus xəstəliyi (30b) həm anadangəlmə, həm də uşaqlıq dövründən yaranıb i nkişaf etməyə başlayır. Bu xəstəliyin dərəcəsindən asılı olmayaraq yarandığı vaxtdan hərbi xidmətə yararsız hesab olunur. Əgər xəstədə keratokonus varsa, mütləq “qeyri-düzgün astiqmatizm”də yaranır və getdikcə zəifləyir. Bu xəstəliklərin 2 ay ərzində yaranması heç bir halda mümkün deyildir. İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti 1 il 6 aydan artıq ötürmüşdür.

12. Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(118)-3798/2024 nömrəli qərarı ilə (hakim X2) iddia təmin edilmiş, İddiaçı barəsində verilmiş 29 yanvar 2024-cü il tarixli, 870 nömrəli qərarda xəsarətin səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərəkən alınmışdır” ifadəsi ilə göstərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçıda keratokonus xəstəliyi hərbi xidməti və müharibədə iştirak etdiyi müddətdən sonra əmələ gəlməmişdir. Hərbi xidmət dövründə xəstəliyin proqressivləşməsi mümkündür. Lakin iddiaçı 26 yanvar 2011-ci il tarixdə hərbi tibbi komissiyanı keçmiş, hərbi xidmətə yararlı hesab edilmişdir. Halbuki, həmin xəstəlikdən əziyyət çəkən şəxslər xəstəliyin hər mərhələsində hərbi xidmətə yararsız hesab olunmalıdırlar. “Hər iki gözün kerat akonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə ll-lll (ikinci, üçüncü) dərəcəli keratakonusu, qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0.1-ə, solda 0.04-ə qədər azalmasının hərbi travma olması mübahisəsiz haldır, mübahisə səbəb-əlaqəsinin ümumi xəstəlik olması ilə bağlı olmasıdır. Bu isə o deməkdir ki, hərbi travma olan bu xəstəliyin səbəbi hərbi xidmət dövründən əvvəl yaranmışdır. Lakin həmin dövrə dair olan sənəddə iddiaçı hərbi xidmətə yararlı hesab edilmişdir. Xəstəliyin yaranmasının iki əsası ola bilər ki, bu halda “anadangəlmə” faktoru aradan qalxır. İddiaçı 2011-ci ildə hərbi xidmətə yararlı olmuş və 26 iyun 2012-ci il tarixdən 1 yanvar 2014-cü il tarixədək hərbi xidmət vəzifələrini icra etmişdir. Daha sonra yenidən hərbi xidmət keçmişdir. Deməli, şəxs hərbi xidmətə yararlı olmuşdur ki, yenidən hərbi xidmətlə bağlı vəzifələrini icra edə bilmiş və ona ilk dəfə 2020-ci il tarixdə hər iki gözün keratakonusu qoyulmuşdur. Məhkəmə nəzərə alır ki, hətta gözün ovuşdurma ilə əlaqədar yaranan mikrotravmalar xəstəliyin proqressivləşməsinə səbəb ola bilər, gənc yaşlarda özünü büruzə verə bilər. Xəstəlik sürətlə inkişaf edir. Ətrafmühit (ekoloji) faktoru xəstəliyin yaranması və inkişafında rol oynayır, travma onun ağırlaşmasına və proqressivləşmənin sürətlənməsinə gətirib çıxara bilər ki, iddiaçının travma alması işin mübahisəsiz halıdır.

14. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsind əki icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-362/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli qərarı ilə (hakimlər X6 /məruzəçi/, X4 və X1) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(118)-3798/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin mövqeyinin qanunsuz və əsassız olduğu qeyd edilərək bildirilir ki, məhkəmə qərar qəbul edərkən Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X3 hüquqi şəxsinin verdiyi xx.xx.2024cü il tarixli T716/204 nömrəli ekspert rəyində və X7 adına Milli Oftalmologiya Mərkəzinin məhkəmənin sorğusuna verdiyi xx.xx.2024-cü il tarixli 476 nömrəli məktubunda əks edilmiş hallara lazımı diqqət yetirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 58 nömrəli qərar ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamə V. Hərbi qulluqçuların şəhadətləndirilməsi 5.1. Hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olu nur. Şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq həkim-mütəxəssislər, zərurət olduğu halda isə digər ixtisaslardan olan həkimlər keçirirlər. Hərbi qulluqçunun hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar bu Əsasnamənin 2.15-ci bəndinə uyğun olaraq çıxarılır. Vİİ. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə ve rilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir.... Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; b) “Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”; ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”; d) “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”; e) “Ümumi xəstəlikdir”. a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə dinc dövrdə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgə r şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. … 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın x əsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qər arını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. K assasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab ol una bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü yeganə dəlil ondan ibarətdir ki, iddiaçıda olan xəstəliklər hərbi travma ilə əlaqədar deyildir.

29. Məhkəmə kollegiyası cavabdehin arqumenti ilə razılaşmayaraq öz möv qeyini iş materiallarında olan sənədlərlə istinad etməklə aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.

30. İş materiallarından görünür ki, iddiaçı 26 yanvar 2011-ci il tarixdə tibbi komissiyadan keçmiş və hərbi xidmətə yararlı hesab edilmişdir. 26 iyun 2012-ci il tarixdən 1 yanvar 2014-cü il tarixədək, 5 oktyabr 2020-ci il tarixdən 6 dekabr 2020-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. 29 mart 2022-ci il tarixdə “ümumi xəstəlik-gözdən əlil” səbəbi ilə “Hər iki gözün keratakonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə ll-lll (ikinci, üçüncü) dərəcəli keratakonusu, qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0.1-Ə. solda 0.04-ə qədər azalması, korreksiya etmir” diaqnoza əsasən müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Həkim Psixiatr Komissiya sı tərəfindən müayinə nəticəsində “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi, anamnezində psixotik epizodlar F07.0” diaqnozu qoyulmuşdur. Hərbi Həkim Komissiyasının qərarı ilə “Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar intihar fikirləri, koqnitiv funksiyaların enməsi, anamnezində psixotik epizodlar. Partlayış travması (26 oktyabr 2020), keçirilmiş qapalı kəllə-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, Partlayış travması (26 oktyabr 2020), sağ əlin İİİ (üçüncü) daraq sümüyünün, İİİ (üçüncü) barmağın proksimal falanqa sümüyünün və dirsək sümüyünün bizəbənzər çıxıntısın ın köhnə kafi bitişmiş sınıqları. Sağ diz oynağının medial meniskinin arxa buynuzunun kanari, natamam, horizontal yırtığı. Alının yumşaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozu “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Hər iki gözün keratakonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə ll-lll (ikinci, üçüncü) dərəcəli keratakonusu, qeyri-düzgün astiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0.1-ə, solda 0.04-ə qədər azalması, korreksiya etmir” diaqnozu isə “Ümumi xəstəlik” səbəbi ilə qoyulmuşdur.

31. Həmçinin iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N noyabr 2021-ci il tarixli, 2896 nömrəli İddiaçı barəsində “Travma haqqında arayış”dan görünür ki, 26 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Partlayış travması, qapalı kəllə-beyin travması, sağ əlin, sağ ayağın yumşaq toxumalarının əziyi” xəsarəti alınmışdır. “Xəsarət (yaralanma, travma, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən almışdır.

32. Bundan əlavə iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçıda olan xəstəliklərlə bağlı məsələni aydınlaşdırmaq üçün Səhiyyə Nazirliyi X7 adına Milli Oftalmologiya Mərkəzinə sorğu ilə müraciət etmişdir. Həmin sorğu əsasında məhkəməyə təqdim edilmiş məktubda qeyd edilmişdir ki, keratokonus xəstəliyinin səbəbi genetik və ya sonra yarana bilər, yəni hər iki səbəbdən mümkündür. Gözün allergik xəstəlikləri xəstəliyin proqressivləşməsinə səbəb ola bilir. Ey ni zamanda genetik, ətrafmühit (ekoloji) faktoru xəstəliyin yaranması və inkişafında rol oynayır. Xəstəlik adətən yeniyetmə və gənc yaşlarda özünü birüzə verir və sürətlə inkişaf edir. Şəxsin bilməməsi mümkündür, ixtisaslı həkim xəstəliyin erkən mərhələsində xəstəliyin olmasını ancaq xüsusi diaqnostik avadanlığın tətbiqi ilə aşkarlaya bilir. 30 yaşdan sonra prosses stabilləşir, proqressivləşmə ehtimalı azalır. Xəstəliyin bütün mərhələlərində hərbi xidmətə yararsızdır. Travma nəticəsində yarana bilər, xüsusən göz ovuşdurma ilə əlaqədar yaranan mikrotravmalar xəstəliyin proqressivləşməsinə səbəb olur. Xəstəliyin partlayış travması, qapalı kəllə-beyin silkələnməsi ilə hər hansı bir əlaqəsi ola bilməz. Travma bu xəstəliyin ağırlaşmasına səbəb ola bilər, proqressivləşmə sürətlənə bilər. Xəstəli k əsasən qeyridüzgün astiqmatizm və proqressivləşən görmə zəifliyin yaranmasına səbəb olur. Xəstəlik nəticəsində yaranan qeyri-düzgün astiqmatizm adətən eynəklə korreksiya olunmur.

33. Eyni zamanda iddiaçının sağlamlıq vəziyyətinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin 14 noyabr 2024-cü il tarixli, T 716/204 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, iddiaçı “Hərbi Həkim Ekspertizası haqqında Əsasnamənin” 7.2-ci maddəsinin “a” bəndinə əsasən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Hər iki gözün keratokonusu sağ gözdə İİ dərəcəli, sol gözdə İİ-İİİ dərəcəli keratokonusu qeyri-düzgün astiqmatizim nəticəsində görmə itiliyinin sağda 0,1-ə solda 0,004-ə qədər aza lması korreksiya etmir”, “Ümumi Xəstəlikdir” kimi təyin edilmişdir. Azərbaycan Resbublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşmaya əsasən hərbçilərin xəstəliklərinin səbəb əlaqəsinin təyini birbaşa Hərbi-Həkim Komissiyası ekspertlərinin səlahiyyətlərinə aiddir. Keratokonus, buynuz qişanın nazikləşməsi və itiləşməsi nəticəsində irəliləyən miopiyaya və astiqmatizmə səbəb olan bir xəstəlikdir. Xəstəlik adətən yeniyetmə dövründə başlayır və 20 yaşa qədər xəstələr tərəfindən bilinmir. Xəstəlik 20-40 yaş arasında inkişaf edir və 40 ildən sonra sabitləşir. Keratokonusun səbəbi tam bilinməsə də inkişafında ən əhəmiyyətli rolu genetika və mexaniki travmalar oynayır, gözün tez-tez ovulması, sərt kon takt linzaların istifadəsi kimi ətraf mühit faktorları və genetik meyil bu xəstəliyin inkişafına səbəb olur (daimi allergiya və ya gözlərin qaşınması, yüngül göz qıcıqlanması). Xəstəliyin müalicəsi görmə qabiliyyətini artırmır, yalnız xəstəliyin irəliləməyini dayandırır. Diaqnoz adətən yetkinlik dövründə qoyulur və xəstəliyin ən ağır mərhələsinə isə iyirmi ya da otuz yaşlarında çatır. Bu xəstəliyə düçar olmuş şəxslərin xəstəliyini bilməməsi mümkündür, ixtisaslı həkim xəstəliyin erkən mərhələsində ancaq xüsusi diaqnostik avadanlığın tətbiqi ilə bu xəstəliyi aşkarlaya bilər. Xəstəlik 30 yaşdan sonra stabilləşir, belə ki, prosesin proqressivləşmə ehtimalı azalır. “Keratokonus” xəstəliyindən əziyyət çəkən şəxslər xəstəliyin bütün mərhələlərində hərbi xidmətə yararsızdır. Keratokonusun yaranm a səbəbi tam bilinməsə də mexaniki travmalar (gözün tez-tez ovulması, sərt kontakt linzaların istifadəsi kimi ətraf mühit faktorları) xəstəliyin inkişafına səbəb olur. Xəstəliyin partlayış travması nəticəsində alınmış qapalı kəllə-beyin silkələnməsi ilə hər-hansı bir əlaqəsi ola bilməz, travma bu xəstəliyin proqressivləşməsinə səbəb ola bilər. Xəstəlik əsasən qeyri-düzgün astiqmatizm və proqressivləşən görmə zəifliyinin yaranmasına səbəb olur. Xəstəlik nəticəsində yaranan qeyri-düzgün astiqmatizm adətən eynəklə korreksiya olunmur.

34. Cavabdeh apellyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də qeyd etmişdir ki, iddiaçı T.Şabıyevdə müəyyən edilmiş “Hər iki gözün keratokonusu, sağ gözdə İİ (ikinci) dərəcəli, sol gözdə ll-lll (ikinci və üçüncü) dərəcəli keratokonusu, qeyri-düzgün as tiqmatizmi nəticəsində görmə itiliyinin sağda 0,1- ə, solda 0,04-ə qədər azalması, korreksiya etmir” diaqnozu xəsarət deyil, xəstəlik nəticəsində yaranmışdır. Belə ki, keratakonus xəstəliyi iddiaçıda əvvəldən olmuş, lakin xəstəlik əlamətləri sonradan meydana gəlmiş, ona görə də iddiaçı hərbi xidmətə gedərkən onda keratakonus xəstəliyi müəyyən edilməmişdir, iddiaçının gözündə yaranmış xəstəliyin partlayış travması ilə əlaqəsi yoxdur.

35. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, iddiaçı iki dəfə hərbi xidmətdə olmuş, ikinci dəfə 44 günlük müharibə zamanı partlayış travması almışdır. İşdə olan mütəxəssis və ekspert rəylərindən görünür ki, keratokonus xəstəliyinin səbəbi tam olaraq bilinmir, genetik və ya sonradan yarana bilər, yəni hər iki səbəbdən mümkündür. Hər iki halda da, yəni iddiaçının gözündə yaranmış problem partlayış travması zamanı yaransa da və yaxud həmin vaxt ağırlaşsa da yuxarıda qeyd edilən əsaslara görə səbəb əlaqəsi Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmasına aid edilə bilər.

36. Kassasiya şikayətində həmçinin qeyd edilir ki, iddiaçı T.Şabıyevdə təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin dəyişdirilməsi tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd edilən öhdəliyin qoyuması qanuna uyğun hesab edilə bilməz.

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini də əsassız hesab edərək bildirir ki, Ali Məhkəmənin bir çox qərarlarında bu arqumentə münasibətdə qeyd edilmişdir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlah iyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

38. Belə olan halda məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının iddia tələbi qanunun müddəalarına uyğun olduğundan apellyasiya instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdırmışdır.

39. Odur ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 10 aprel 2025-ci il tarixli, 2-1(105)-362/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar