Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2488/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: riskli vergi ödəyiciləri siyahısından çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “riskli vergi ödəyiciləri siyahısından çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1489/2024 nömrəli, 17 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********617100 nömrəli qərarından görünür ki, cavabdeh iddiaçının meyarların 2.1.3-cü bəndində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək Meyarların 2.1.3-cü bəndinə əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir.
2. İddiaçı bu qərarla razılaşmış və xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən 1 il müddətində anbar sahəsi icarəyə götürərək xx.xx.2022-ci il tarixdə vergi oqanında adına qeydiyyata aldırmışdır. Lakin cavabdeh tərəfindən iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılma tələbi təmin olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********617100 saylı qərarının ləğv edilməsi qərar qəbul edilməsini xahiş etmişdir.
4. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfındən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********617100 saylı qərara əsasən İddiaçı riskli v ergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qeyd etmək istəyirlər ki, qəbul edilmiş qərarda riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq aşağıdakılar qeyd edilmişdir: Aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.3-cü yarımbəndin əsasən vergi ödəyicisi riskli hesab olunur. İdxalatçının, istehsalçının və ya idxalat çı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) yuxarıda göstərilənlər barəsində tərəflərindən vergi orqanına müraciətlər edilmiş və bu kimi halların aradan qaldırıldığı və riskli vergi ödəyici ləri siyahısından çıxarılması xahiş edilmişdir. Qeyd etmək istəyirlər ki, 2022-ci il ərzində 4 sifarişçi ilə çalışmışdır. Əlavə olunmuş fayla nəzər yetirdikdə 2022-ci ilin bank çıxarışında hamısı qeyd olunub. Təqdim etdikləri malları yalnız elektron qaimə ilə təqdim etmiş və ödənişləri yalnız bank vasitəsi ilə qəbul etmişdir. 265 saylı 28 iyul 2020-ci il tarixli qərarın meyarlarını təmin etmək üçün tərəflərindən anbar icarəyə götürülmüşdür. Əlavə olaraq qeyd etmək istəyir ki, alınan mallar kənd təsərrüfat malları olduğuna görə alış sənədlərini təqdim edə bilmir. Alınan mallar keyfiyyətinə və qiymətinə əsasən müxtəlif insanlardan alınır və hər gün bu insanlar fərqli olur. Heç kəs öz şəxsiyyət vəsiqəsini bölüşmək istəmədiyinə görə alış aktı belə ala bilmir. Belə ki, o, İddiaçı müxtəlif sif arişçilərdən gələn sifariş əsasında şəhərlərində mövcud olan kənd təsərrüfat bazarlarından meyvə tərəvəz alır. Sifarişlər tez xarab olan, çox çeşidli lakin, az miqdarda olduğu üçün həmin gün sifarişçiyə çatdırır.
1. Anbar tələbi - tez xarab olan və günlük sifarişlər olduğu səbəbdən bu malların saxlanılmasına ehtiyacı olmadığına görə anbar saxlamağına ehtiyacı yoxdur. Alınan mallar bir - iki saat ərzində sifarişçiyə çatdırılır.
2. Alınan mallar kənd təsərrüfat malları olduğuna görə alış sənədlərini təqdim edə bilmir. Alınan mallar keyfiyyətinə və qiymətinə əsasən müxtəlif insanlardan alınır və hər gün bu insanlar fərqli olur. Heç kəs öz şəxsiyyət vəsiqəsini bölüşmək istəmədiyinə görə alış aktı belə ala bilmir. Təqdim etdiyi bütün mallar üzrə sifarişçilərə qaimə təqdim edir və sonradan elekt ron qaimə göndərir. Bütün ödənişlərini Bank vasitəsi ilə daxil olur. Alınan malları rəsmi qaimə ilə ala bilsə idi ödədiyi vergiləri belə azalda bilərdi. Bu səbəbdən vergi öhdəliyi də, artıq olur. Qərarında fəaliyyəti düzgün təhlil edilməmiş və nəticədə onu və himayəsində olan ailə üzvlərini işsiz və günlük məvacibsiz qoymuşdur. Bildirir ki, eyni məzmunlu məktublar bir neçə dəfə tərəflərindən vergi orqanına ünvanlanmışdır. Vergi orqanı tərəfindən göstərilənlər nəzərə alınmamış və riskli vergi ödəyicisi siyahısından çıxarılmaması barədə məktub onlara ünvanlanmışdır.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12198/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək vəzifəsi nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
7. Məhkəmə hesab etmişdir ki, qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması üçün onun barəsində qəbul edilmiş riskli vergi ödəyicisi olma barədə qərarın ləğvini nəzərdə tutmamışdır. Belə ki, şəxs barəsində qəbul edilən riskli vergi ödəyiciləri siyahısından çıxarılma barədə qərar artıq əvvəlki qərarın hüquqi nəticəsini aradan qaldırır. Vergi ödəyicisi onun riskli vergi ödəyicisi olması barədə qərarın o zaman ləğv edilməsini tələb edə bilər ki, həmin qərarda göstərilənlərlə razılaşmasın və onun barəsində qəbul edilmiş həmin əlverişsiz inzibati aktın qanunsuz olduğunu iddia etməklə onu mübahisələndirsin. Bunu nla şəxs həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına nail olur. İşin hazırkı hallarından görünür ki, iddiaçı onun barəsində qəbul edilmiş xx.xx.2022ci il tarixli, **********617100 saylı qərarın qanunsuz olduğundan deyil, qərarda göstərilənlərin nəzərə alınaraq müvafiq tədbirlər görülməklə həmin hallar aradan qaldırıldığından ləğv edilməsini xahiş edir, hansı ki, bununla da həmin qərarın qanuni olduğunu qəbul edərək, onunla razılaşır. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməklə iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməlidir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişd ir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1489/2024 nömrəli, 17 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: M.Tağızadə - sədrlik edən və məruzəçi, K.Əkbəov və S.Səlimova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi orqanı tərəfindən a parılmış geniş araşdırma çərçivəsində xx.xx.2022-ci il tarixdə cəmi 116.9 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Quzu budu, Portağal və s." satışda qeyd olunduğu, lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilmədiyi aşkar olunmuşdur. Bu isə iddiaçının fəaliyyətində riskli əməliyyatların müəyyən olunması ilə onun riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını mümkünsüz edir.
13. Əlavə olaraq iddiaçının xx.xx.2022-ci il tarixdə adına qeyri-yaşayış sahəsi qeydiyyata aldırmasına baxmayaraq, xx.xx.2023-cü il tarixdə həmin obyektin ləğvinə dair vergi orqanına müraciət etmiş və həmin tarixdə təsərrüfat subyektinin ləğvi həyata keçirilmişdir. Təxmini olaraq 4 aydan bir az artıq müddət ərzində iddiaçı tər əfindən qanunvericiliyin tələbinə müvafiq olaraq anbar icarəsində olmuşdur. Nəzərə alsaq ki, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir və həmin vaxtdan məhkəmə qərarı qəbul edilənədək onun adına qeydiyyatda olan obyekt mövcud olmamışdır, bu halda məhkəmənin qərarında istinad olunmuş riskli vəziyyəti aradan qaldıran hər hansı haldan söhbət gedə bilməz.
14. Göründüyü kimi təsərrüfat subyektinin (obyekti) vergi orqanında uçotda alınması vergi qanunvericiliyinin ən önəmli tələblərindən olmasına baxmayaraq, vergi ödəyicisi bugünədək vergi orqanında uçotda olan təsərrüfat subyekti (obyekti) olmadan sahibkarlıq fəaliyyəti göstərir və meyvə-tərəvəzin topdan satışı fəaliyyəti ilə məşğul olur, məhkəmənin bu qərarı isə vergi ödəyicisinin gələcəkdə də təsərrüfat su byekti (obyekti) uçotda olmadan sahibkarlıq fəaliyyətini davam etdirməsinə şərait yaradır və vergi ödəyicisinin vergidən yayınmasına səbəb olur. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun ola raq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. b u Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur. 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə müb ahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜ NLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunm uşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, elə cə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. İşin faktiki hallarına əsasən qeyd edilməlidir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********617100 nömrəli qərarından görünür ki, cavabdeh iddiaçının meyarların 2.1.3-cü bəndində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək Meyarların 2.1.3-cü bəndinə əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. İddiaçı bu qərarla razılaşmış və xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən 1 il müddətində anbar sahəsi icarəyə götürərək xx.xx.2022-ci i l tarixdə vergi oqanında adına qeydiyyata aldırmışdır. Lakin cavabdeh tərəfindən iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılma tələbi təmin olunmamışdır.
24. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin hüquqi mövqeyini haqlı hesab edərək qeyd edir ki, qanunverici riskli vergi ödəyicisinin anlayışını vermiş, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını təsdiq etmiş, lakin şəxsin hansı hallarda riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını tənzimləməmişdir. Qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması hallarını (meyarlarını) tənzimləməsə də, bu, müvafiq qərarın qəbul edilməməsi üçün əsas ola bilməz. Çünki müvafiq tənzimləməni təmin etmək üçün zəruri tədbirlərin görülməsi vergi sahəsində dövlət siyasətini həyata keç irən cavabdeh orqanın vəzifəsidir və qanunvericilikdəki bu boşluq vergi ödəyicisinin hüquqlarının pozulmasına səbəb ola bilməz.
25. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini düzgün hesab edərək qeyd edir ki, xx.xx.2022-ci il tarixli, **********617100 nömrəli qərarla iddiaçı riskli vergi ödəyici olaraq müəyyən edildikdən sonra, həmin qərarın qəbul edilməsinə əsas olan hallar iddiaçı tərəfindən aradan qaldırılmışdır.
26. Bundan başqa cavabdeh kassasiya şikayətində qeyd edir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə cəmi 116.9 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Quzu budu, Quzu budu, Portağal və s." satışda qeyd olunduğu, lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilmədiyi aşk ar olunmuşdur.
27. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin yuxarıda qeyd olunan dəlilinə münasibətdə qeyd edir ki, xx.xx.2022-ci il tarixdən sonra iddiaçı tərəfindən həmin hal aradan qaldırılmış, xx.xx.2022-ci il tarixdə anbar icarəyə götürməklə, icarə müqaviləsi bağlamışdır. Yəni, cavabdehin qeyd olunan kassasiya dəlili iddiaçının anbar icarəyə götürdüyü tarixdən əvvəlki tarixə təsadüf edir. Başqa sözlə cavabdeh vergi orqanı iddiaçının xx.xx.2022-ci il tarixdə anbar icarəyə götürdükdən sonra onun riskli vergi ödəyicisi siyahısından hansı səbəbdən çıxarılmaması ilə bağlı heç bir dəlil irəli sürməmişdir. Belə olan halda da, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1489/2024 nömrəli, 17 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.