Məhkəmə qərarları › İş №2-1(102)-2489/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2489/2024

01.11.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2489/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət büdcəsinə borcun ödənilməsi üçün vergi orqanı tərəfindən siyahıya alınmış əmlakın satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması" tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-989/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh vergi öhdəliyini yerinə yetirmədiyinə görə onun dövlət büdcəsinə ödənilməmiş borcu yaranmışdır.

2. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir.

3. Borc ödənilmədiyinə görə vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar çıxarmışdır.

4. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 33486.55 manat borcuna görə 30900 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022ci il ta rixli **********4 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir.

5. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc məbləğinin ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 25.910,45 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 30900 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması barədə iddia tələbi ilə Bakı İ nzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Vergi ödəyicisi olan cavabdehin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin, cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar çıxarmışdır. Qərar əsasında v ergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 33.486,55 manat borcuna görə 30900 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********4 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd edilən borc məbləğindən dövlət büdcəsinə 25.910,45 manat ödənilməmiş borcu qalmışdır.” Cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmiş və etir azda qeyd etmişdir ki, siyahıya alınmış əmlakın açıq hərracda satılmasına əsas olan vergi borcunun bir hissəsi tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2199/2022 saylı qərarı ilə vergi borcunun bir hissəsi artıq silinmişdir. Həmin məhkəmə qərarından narazı qalan cavabdehin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-162/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmiş, tərəfindən kassasiya şikayəti verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8663/2023 saylı qərarı ilə iddia təmin edilərək cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməli olan 25910 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 30900 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması, göstərilən daşınar əmlakın satılmasından əldə edilmiş məbləğdən borcun tutularaq dövlət büdcəsinə ödənilməsi və satışdan artıq qalan məbləğin cavabdehə qaytarılması qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır.

11. Hazırkı iddia üzrə də iş materiallarından görünür ki, vergi ödəyicisi olan cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin cavabdeh yaranmış borc məbləğinin ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar qəbul edilmiş və cavabdehə məxsus, iddia ərizəsinə qoşma siyahıda göstərilmiş daşınar əmlakı siyahıya alınmışdır.

12. İddia ərizəsinə əlavə edilən şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi olan cavabdehin dövlət büdcəsinə ödənilməmiş borcu mövcuddur. Cavabdehin ona hesablanmış dövlət büdcəsinə ödənilməli olan borcunun məbləğini mübahisələndirməməsi, nəticə etibarı ilə hazırkı mərhələdə həmin borcun cavabdehin əmlakına yönəldilərək vergi borcunun ödənilməsinin təminatı qismində çıxış etdiyini təsdiq edir.

13. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, vergi ödəyicisi vergi orqanı tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq qanunla müəyyən edilmiş müddətdə borcunu ödəmək vəzifəsini yerinə yetirmədiyindən iddiaçı həmin borcların cavabdehin siyahıya alınmış əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır.

14. Məhkəmə cavabdehin iddiaya qarşı təqdim etdiyi etiraz ərizəsində göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçının ümumil ikdə dövlət büdcəsinə yaranmış 33486.55 manat borcundan cavabdeh tərəfindən məhkəmədə mübahisələndirilən borc məbləği 25910.45 manat təşkil etmiş və sözügedən borc məbləği hazırda da iddiaçının şəxsi hesab vərəqəsində qalmaqda davam edir.

15. Qeyd olunanlara əsasən, məhkəmənin qənaəti belədir ki, cavabdehin xx.xx.2023-cü il tarixə yaranmış borc məbləğindən dövlət büdcəsinə olan ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərarı əsasında siyahıya alınmış, cavabdehə məxsus ümumilikdə 30900 manat məbləğində əmlaka yönəldilməlidir.

16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul olunmas ını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-989/2024 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8663/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamış və aşağıdakıları qeyd etmişdir.

19. İşə əlavə olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, vergi orqanının cavabdeh vergi ödəyicisinə ünvanlanmış onun sahibkarlıq fəaliyyətindən yaranmış xx.xx.2022-ci il tarixə olan dövlət büdcəsinə əsas vergi borcu 42.750,36 manat, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə müvafiq ödənilməmiş borc məbləğin hər ötmüş günün ə görə 0,1 faizlə hesablanmış 572,93 manat faiz borcu, ümumilikdə 43.323,30 manat ödənilməmiş borcu mövcud olmuşdur.

20. Eyni zamanda, işə əlavə edilmiş cavabdeh vergi orqanı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli **********9 saylı bildiriş təqdim edilərək, xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə olan 43.323,30 manat (2.721,00 vergilər üzrə +40.029,36 maliyyə sanksiyası üzrə + 572,94 faizlər üzrə) əsas yaranmış borcunun ödənilməsi tələb olunmuşdur.

21. Şəxsi hesab vərəqəsindən görünür ki, 40,029.36 maliyyə sanksiyası vergi orqanı tərəfindən operativ vergi nəzarətinin nəticələrinə dair qəbul edilmiş **********0114 N-li xx.xx.2021-ci il tarixli qərar əsasında hesablanmış olan 48000 manat maliyyə sanksiyası borcundan qalan bir məbləği özündə əks etdirir.

22. Belə ki, apellyasiya şikay ətində cavabdeh də bildirir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2199/2022 saylı qərarına əsasən onun Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2021-ci il tarixli **********0114 N-li qərarı qismən, 4 nəfər işçiyə münasibətdə, 8000 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, qalan hissədə iddia rədd edilmişdir.

23. Ləğv edilən həmin məbləği isə sözügedən qərarla hesablanmış 48000 manat məbləğində maliyyə sanksiyasından çıxıldıqda, iddiaçının dövlət büdcəsinə ödəməli olduğu maliyyə sanksiyası 40.000 manat təşkil edir.

24. Konkret halda isə iddiaçı tərəfindən cavabdeh vergi ödəyicisinin həyata keçirdiyi ödənişləri və dəqiqləşdirilmiş bəyannamələri üzrə tətbiq edilmiş azalmalar nəzərə alınmaqla, onun yuxarıda qeyd olunan borcundan xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 25.910,45 manat məbləğində ödənilməmiş borcu qalmışdır ki, həmin borcun da ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh vergi orqanının xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərarı ilə ümumilikdə 30900 manat dəyərində əmlakı siyahıya alınmış və əmlakın siyahıya alınmasına dair xx.xx.2022-ci il tarixli protokol tərtib edilərək, həmin protokola iki vərəqdən ibarət əmlakın siyahısı əlavə edilmiş, daha sonra xx.xx.2022-ci il tarixdə akt tərtib olunmaqla cavabdehə məsul saxlamaya verilmiş və AR CM-in 303-cü maddəsi il məsuliyyət daşıdığı barədə ona xəbərdarlıq olunmuş, bütün bunlar müsbət nəticə vermədiyindən sonuncuya qarşı siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması barədə hazırkı iddia qaldırılmışdır.

25. Cavabdeh həmin qərar dan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

26. Vergi orqanı tərəfindən vergi ödəyicisinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsi üçün cavabdehə xx.xx.2022-ci il tarixli **********9 nömrəli bildiriş göndərilmişdir. Halbuki həmin bildiriş cavabdehə göndərilməyibdir, bu barədə işdə sübut yoxdur.

27. Cavabdehin bildirişi aldıqdan sonra borc məbləği üzrə ödəniş etmədiyindən vergi orqanının xx.xx.2022-ci il tarixli ********** nömrəli qərarı ilə cavabdehin ümumilikdə 8500 manat məbləğində əmlakının siyahıya alınmasını qeyd edən birinci instansiya məhkəməsi qərar verərkən həmin məbləğin 30900 manat olduğunu qeyd etmişdir. Elə buradan birinci instansiya məhkəməsinin, həmçinin apellyasiya məhkəməsinin ziddiyyətli qərar qəbul etməsi görünür.

28. Bundan başqa məhkəmə qeyd etmişdir ki, əmlakın siyahıya alınmasına dair xx.xx.2022-ci il tarixli **********4 nömrəli protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 vərəqdən ibarət siyahısı əlavə edilmişdir. Lakin, həmin protokol cavabdehə verilməyib, cavabdeh tərəfindən protokola imza olunmamışdır, siyahıya alınmış əmlakın əksəriyyəti cavabdehə məxsus deyil.

29. Məhkəmə vergi ödəyicisinə “vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə” xəbərdarlıq göndərilməsini qeyd etsə də həmin xəbərdarlıq da cavabdehə göndərilməmişdir.

30. Göründüyü kimi işə baxan Bakı İnzibati Məh kəməsi və Bakı Apellyasiya Məhkəməsi işə olduqca qərəzli və ziddiyyətli yanaşmış, əsassız qərar qəbul edərək Vergi Məcəlləsinin 89-91-ci maddələrinin tələblərinə riayət etməmişdir.

31. Siyahıya alınmış əmlakın açıq hərracda satılmasına əsas olan vergi borcunun bir hissəsi cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir və məhkəmə qərarı ilə vergi borcunun bir hissəsi artıq əsassız olduğuna görə ləğv edilmiş və silinmişdir. Belə ki, Cavabdeh tərəfindən cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin **********0114 nömrəli xx.xx.2021-ci il tarixli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarının qismən, 4 işçiyə (X2, X1, X3, X5) münasibətdə, 8000 manat maliyyə sanksiyasının tət biq edilməsi hissəsində ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

32. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2199/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********0114 nömrəli, xx.xx.2021-ci il tarixli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qismən, 4 işçiyə münasibətdə, 8000 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi qərara alınmışdır. Sözügedən qərardan narazı qalan cavabdeh DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli q ərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2199/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh AR Ali Məhkəməsinə kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin 2-1 (102)-1637/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-162/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

33. Göründüyü kimi siyahıya alınmış əmlakın açıq hərracda satılmasına əsas olan vergi borcunun bir hissəsi Cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və məhkəmə qərarları ilə vergi borcunun bir hissəsi artıq silinmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi bu məhkəmə qərarlarına heç bir qiymət verməmişdir. Odur ki, iddiaçının iddia tələbi əsasızdır, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)989/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

34. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, h əmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi b arədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı büt övlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, i şin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

41. Cavabdehin kassasiya şikayətində təkrarlanan dəlillərinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2199/2022 saylı qərarına əsasən ləğv edilən məbləği vergi ödəyicisinə hesablanmış hesablanmış 48000 manat məbləğində maliyyə sanksiyasından çıxıldıqda, iddiaçının dövlət büdcəsinə ödəməli olduğu maliyyə sanksiyası 40.000 manat təşkil edir.

42. Hazırkı halda isə iddiaçı tərəfindən cavabdeh vergi ödəyicisinin həyata keçirdiyi ödənişləri və dəqiqləşdirilmiş bəyannamələri üzrə tətbiq edilmiş azalmalar nəzərə alınmaqla, onun yuxarıda qeyd olunan borcundan xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 25.910,45 manat məbləğində ödənilməmiş borcu qalmışdır ki, həmin borcun da ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh vergi orqanının xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərarı ilə ümumilikdə 30900 manat dəyərində əmlakı siyahıya alınmış və əmlakın siyahıya alınmasına dair xx.xx.2022-ci il tarixli protokol tərtib edilərək, həmin protokola iki vərəqdən ibarət əmlakın siyahısı əlavə edilmiş, daha sonra xx.xx.2022-ci il tarixdə akt tərtib olunmaqla cavabdehə məsul saxlamaya verilmiş və AR CM-in 303-cü maddəsi il məsuliyyət daşıdığı barədə ona xəbərdarlıq olunmuş, bütün bunlar müsbət nəticə vermədiyindən sonuncuya qarşı siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması barədə hazırkı iddia qaldırılmışdır.

43. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şi kayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-989/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar