Məhkəmə qərarları › İş №2-1(102)-2503/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2503/2019

24.07.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2503/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı nın cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Azər Hüseynov, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovuniştirakı ilə, İddiaçı nın cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı ona ailə başçısını itirməyə görə əmək pensiyasının 11 sentyabr 2014-cü il tarixdən təyin edilməsini və “Vətəndaşla rın pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsinin 01 yanvar 2010-cu il tarixədək qüvvədə olan redaksiyasına və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2007-ci ilin yekunlarına görə emal sahəsi üzrə müəyyən etmiş olduğu 212,1 manat nominal orta aylıq əmək haqqından, sonrakı illər üzrə artımlar nəzərə alınmaqla 11 sentyabr 2014-cü il tarixdən 2016-cı il tarixədək olan dövr üçün pensiyanın yenidən hesablanması və həmin dövr üçün pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-684/2019 saylı iş üzrə 24.04.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən i şə 24 iyul 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 1935-ci ildə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı ona ailə başçısını itirməyə görə əmək pensiyasının 11 sentyabr 2014-cü il tarixdən təyin edilməsi və həmin tarixdən may 2016-cı il tarixədək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)539/2018 saylı 14 fevral 2018-ci il tarixli qərarı ilə müəyyən edilmiş hesablama qaydası nəzərə alınma qla pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məlum hadisələrlə bağlı 1988-ci ildə iddiaçı ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşmışlar. Mərhum əri X1 50 yaşında güzəştli şərtlərlə pensiya təyin edilmiş, 11.09.2014-cü ildə vəfat etmiş, lakin 2016-cı ilin mayından ona ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Həmin vaxt, bu barədə pensiya qanunvericiliyinin tələblərini analiz etmədən, hesab etmişdir ki, onun ailə başçısını itirməyə görə pensiya hüququ 2016-cı ilin mayından yaranmışdır. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (01 iyul 201 7-ci ilədək olan redaksiyası) 14 və 32-ci maddələrinin tələblərinə görə, mərhum əri 11.09.2014-cü ildə vəfat etdiyindən, onun ailə başçısını itirməyə görə pensiya hüququ həmin tarixdən yaranmışdır. Bununla əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh 09 iyul 2018-ci il tarixli məktubla cavab verərək, yaşa görə pensiyanın 2016-cı ildən ərizəsi əsasında ailə başçısının itirilməsinə görə pensiya növü ilə əvəz edilməsinə istinadla, müraciətinin təminindən imtina etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının 11 sentyabr 2014-cü il tarixdən təyin edilməsini və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsinin 01 yanvar 2010-cu il tarixədək qüvvədə olan redaksiyasına və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2007-ci ilin yekunlarına görə emal sahəsi üzrə müəyyən etmiş olduğu 212,1 manat nominal orta aylıq əmək haqqından, sonrakı illər üzrə artımlar nəzərə alınmaqla 11 sentyabr 2014-cü il tarixdən 2016-cı il tarixədək olan dövr üçün pensiyanın yenidən hesablanması və həmin dövr üçün pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 28.11.2018-ci il tarixli iş № 2-1(82)-3705/2018, (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 28.11.2018-ci il tarixli qərarının ləğv edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 24.04.2019-cu il tarixli iş № 2-1(103)-684/2019 (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Cahangir Yusifov) qərarı ilə birinci instansiya məhkəməsinin 28.11.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin şikayət olunan qərarı maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır və bu səbəbdən də, qanu nsuz hesab edilərək ləğv olunmalıdır. Fikrini aşağıdakılarla əsaslandırır.İddiaçıya pensiya hüququnun yarandığı 01.05.1990-cı il tarixdən qüvvədə olan mövcud qanunvericiliyə uyğun yaşa görə əmək pensiyası təyin edilmişdir. 24.05.2016-cı il tarixli ərizəsinə əsasən 24.05.2016-cı il tarixdən əmək pensiyasının növü ailə başçısının itirməyə görə əmək pensiyası növünə dəyişdirilərək, birinci instansiya məhkəməsinin 2-1(82)-539/18 saylı 14 fevral 2018-ci il tarixli qərarına müvafiq olaraq 01.05.2016-cı il tarixdən hesablanmış və ödənilmişdir. Bununla yanaşı məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qərarda göstərməklə, onu hüquqi cəhətdən əsas landırmalıdır.Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 24 aprel 2019-cu il tarixli, 2-1(103)-684/2019 saylı qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi Həsən Həsənov məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, iddiaçı isə məhkəmə iclasına gəlmədiyi üçünişə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlaya raq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 24 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə salanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,apelyasiya instansiyası məhkəməsinin şikayət olunan qərarı maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır və bu səbəbdən də, qanunsuz hesab edilərək ləğv olunmalıdır. Fikrini aşağıdakılarla əsaslandırır.İddiaçıya pensiya hüququnun yarandığı 01.05.1990-cı il tarixdən qüvvədə olan mövcud qanunvericiliyə uyğun yaşa görə əmək pensiyası təyin edilmişdir. 24.05.2016-cı il tarixli ərizəsinə əsasən 24.05.2016-cı il tarixdən əmək pensiyasının növü ailə başçısının itirməyə görə əmək pensiyası növünə dəyişdirilərək,birinci inst ansiya məhkəməsinin 2-1(82)-539/18 saylı 14 fevral 2018-ci il tarixli qərarına müvafiq olaraq 01.05.2016-cı il tarixdən hesablanmış və ödənilmişdir. Bununla yanaşı məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qərarda göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasının 32.3-cü maddəsinə əsasən ai lə başçısını itirməyə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: (maddə 14.1.1.) vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: (maddə 14.1.1.1.) 18 yaşına çatmamış; (maddə 14.1.1.2.) 18 yaşına çatanadək sağlamlıq imka nlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; (maddə 14.1.1.3.) təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; (maddə 14.1.2.) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 34-cü maddəsinə görə əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasın ın bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Həmin Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasının 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasının 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük t əyin edilir. Həmin Qanunun 01.07.2017-ci il tarixədək qüvvəyə minmiş 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunan Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasının 37.7-ci maddəsinə görə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Bu baxımdan da iddiaçının 11.09.2014-cü il tarixdən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi təl əbi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olan 32.3-cü maddəsinə uyğun olaraq əsaslı və qanunidir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 24.04.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.0 4.2019-ci il tarixli 21(103)-684/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar