Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2503/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 3743,69 manat məbləğində borcun ödənilməsinin təmin edil məsi məqsədilə 4500 manat məbləğində siyahıya alınmış əmlakın (Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən “Ümid” şadlıq sarayında dəyəri 1600 manat olan 4 ədəd “Elektro-voice” dinamik (vahidinin dəyəri 400 manat, işlənmiş), dəyəri 800 manat olan 2 ədəd “Yamaha S115V” dinamik (vahidinin dəyəri 400 manat, işlənmiş) və dəyəri 2100 manat olan 1 ədəd “Dynaccoid” səs gücləndirici (işlənmiş) ticarət şəbəkələrində satılması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2-1(107)335/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 330080202 VÖEN-lə vergi orqanında uçota alınmış cavabdehin xx.xx.2022-ci il tarixə Dövlət Sos ial Müdafiə Fonduna 3743,69 manat məbləğində ödənilməmiş borcu qaldığından iddiaçı 9 saylı ƏVİ tərəfindən həmin borcun ödənilməsinin təmin edilməsi məqsədilə cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir.
2. Qərarın icrası məqsədilə cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə (şadlıq sarayına) baxış keçirilmiş, dəyəri 1600 manat olan 4 ədəd “Elektro-voice” dinamik (vahidinin dəyəri 400 manat, işlənmiş), dəyəri 800 manat olan 2 ədəd “Yamaha S115V” dinamik (vahidinin dəyəri 400 manat, işlənmiş) və dəyəri 2100 manat olan 1 ədəd “Dynaccoid” səs gücləndirici (işlənmiş) siyahıya alınmış və əmlakın siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir.
3. Siyahıya alınmış əmlaklar xx.xx.2022-ci il tarixli akt əsasında saxlanması üçün cavabdehə təhvil verilmişdir.
4. İddiaçı tərəfindən cavabdehə onun xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 3743,69 manat məbləğində borcunun olduğu və yaranmış borc məbləğinin 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi barədə xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş, buna baxmayaraq cavabdeh tərəfindən borc ödənilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 3743,69 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə 4500 manat məbləğində siyahıya alınmış əmlakın (Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən “Ümid” şadlıq sarayınd a dəyəri 1600 manat olan 4 ədəd “Elektro-voice” dinamik (vahidinin dəyəri 400 manat, işlənmiş), dəyəri 800 manat olan 2 ədəd “Yamaha S115V” dinamik (vahidinin dəyəri 400 manat, işlənmiş) və dəyəri 2100 manat olan 1 ədəd “Dynaccoid” səs gücləndirici (işlənmiş) ticarət şəbəkələrində satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hall arda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərar çıxarılmış, qərar əsasında vergi ödəyicisinin borcuna görə 4500 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixl i **********6 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir.
3. Cavabdeh iddiaya münasibət bildirməmişdir.
4. Şəki İnzibati Məhkəməsinın 27 fevral 2023-cü il tarixli, e-2-1(116)-1004/2023 nömrəli qərarı ilə (hakim V.Ə.Musayev) iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 3743,69 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cəmi 4500 manat dəyərində (Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən “Ümid” şadlıq sarayında dəyəri 1600 manat məbləğində (1 vahidinin qiyməti 400 manat) qiymətləndirilən 4 ədəd “Elektro-voice” dinamik (işlənmiş), dəyəri 800 manat məbləğində (1 vahidinin qiyməti 400 manat) qiymətləndirilən 2 ədəd “Yamaha S115V” dinamik (işlənmiş) və dəyəri 2100 manat məbləğində qiymətləndirilən 1 ədəd “Dynacoid” səs gücləndirici (işlənmiş)) əmlakın ticarət şəbəkələrində satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək öhdəliyi iddiaçının üzərinə qoyulmuşdur.
5. Birinci instansiya məhkəməsi qərarını Vergi Məcəlləsinin 1.4, 23.1-15.1, 89.1 və 90.1-ci maddələri ilə əsaslandırmışdır.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdi r. apellyasiya instansiyası məhkəməsində icraat
7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2-1(107)-335/2023 nömrəli qərarı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinın 07 iyun 2023-cü il tarixli, e-2-1(116)-1004/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
10. Cavabdehin kassasiya şik ayətinin dəlilləri ondan ibarətdir ki, bütün vergiləri və digər məcburi ödənişləri vaxtı-vaxtında dövlət büdcəsinə ödəmişdir. Sonradan məcburi dövlət sosial sığorta haqqının məbləği artmış, lakin bundan məlumatı olmamışdır. Məlumatı olduqdan sonra maddi vəziyyəti yaxşı olmadığından borcu tam ödəyə bilməmiş, hissə-hissə ödəməyə davam etmişdir. Borcun ödənilməsindən boyun qaçırmır, sadəcə ödəmək üçün imkanı yoxdur. Siyahıya alınmış əmlakların satılması obyektin çalışmasına çətinliklər yaradacaqdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Vergi Məcəlləsi: Maddə
16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;... Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır:... 23.1.6. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək;... 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər g örmək;... 23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək;... Maddə
65. Vergilər üzrə borcla rın alınması qaydası 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.... Maddə
78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.... Maddə
89. Əm lakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.... Maddə
90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətin də müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərarda dını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİY A İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qə rarı).
18. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmiş, habelə kassasiya instansiya məhkəməsinin göstərişləri yerinə yetirilərək müvafiq araşdırmalar aparıldıqdan sonra yekun nəticəyə gəlinmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
19. İşin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, cavabdehin xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 3743,69 m anat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcu vardır. Cavabdeh həmin borcu ödəmədiyinə görə iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun qaydada əmlakın siyahıya alınması haqqında qərar qəbul edilmiş, qərarın icrası olaraq cavabdehə məxsus olan bir neçə əmlak siyahıya alınmış, bu barədə "Əmlakın siyahıya alınması haqqında protokol" tərtib olunmuş, həmçinin əmlakın fotoşəkilləri çəkilmişdir. Siyahıya alınmış əmlaklar cavabdehə məsul saxlamaya verilmiş və bununla əlaqədar "Vergi ödəyicisinin siyahıya alınmış əmlakının saxlanmaya verilməsi haqqında akt" tərtib edilmişdir. Lakin bundan sonra da cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir.
20. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə (maddi vəziyyətinin yaxşı olmaması, borcu tam ödəyə bilməməsi, borcun ödənilməsindən boyun qaçırmaması və s.) münasibətdə qeyd edir ki, qanunla müəyyən edilmiş qaydada vergiləri, həmçinin məcburi dövlət sosial sığorta haqlarını ödəmək hər bir ödəyicinin vəzifəsidir. Cavabdehin maddi imkanının olmaması, borcu ödəyə bilməməsi onu bu vəzifədən azad etmir. Eyni zamanda borc ödənilmədiyi təqdirdə ona məxsus əmlakın siyahıya alınması və satılması barədə iddia ərizəsi ilə 30 gün müddətində məhkəməyə müraciət edilməsi ilə bu sahədə nəzarəti həyata keçirən vergi orqanın vəzifəsidir.
21. Odur ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabd ehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2023-cü il tarixli, 21(107)-335/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.