Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2503/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan yaşıllığın götürülməsi üçün müsbət rəyin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X1rşı “kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yabanı halda bitmiş yulğun kollarının götürülməsi üçün müsbət rəy verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2025-ci il tarixli, 21(107)-170/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Yevlax rayon Yuxarı Salamabad kəndində yerləşən 0,9531 ha kənd təsərrüfatı təyinatlı (əkin məqsədli) torpaq sahəsi xx.xx.2014-cü il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir.
2. İddiaçı Yevlax rayon Xaldan bələdiyyəsinə müraciət edərək, ona məxsus torpaq sahəsində 53 ədəd yulğun kolunun olduğunu bildirmiş və həmin kolların çıxarılması üçün köməklik göstərilməsini xahiş etmişdir.
3. Yevlax rayon Xaldan bələdiyyəsi öz növbəsində X3 Agentliyinə müraciət edərək, yulğun kollarının başqa yerə əkilməsi üçün boş sahə olmadığı nəzərə alınmaqla, kolların çıxarılması üçün köməklik göstərilməsini xa hiş etmişdir. Agentlik cavab məktubunda bildirmişdir ki, uzun müddət istifadəsiz qalmış və vaxtında təyinatı üzrə düzgün istifadə edilməmiş torpaqlarda inkişaf edərək gövdəsi odunlaşmış yaşıllıqların götürülməsi, eyni zamanda ekosistemin tərkib hissəsi olan geniş yaşıllıq sahələrinin ləğv edilməsi məqbul hesab edilmir. Yaşıllıq altında olan ərazilərin boş torpaq sahələri ilə əvəzlənərək əkin məqsədləri üçün istifadə edilməsi təklif edilir.
4. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, yulğun kolu ölkəmizdə Naxçıvan, Abşeron yarımadası və Kür-Araz ovalığında yayılıb. Yevlax rayon Yuxarı Salamabad kəndinin Kür çayı ətrafında, yulğun kollarının təbii yayılma arealında olduğu nəzərə alınaraq, yulğun kollarının daha əvvəldən ərazidə mövcud olduğu qənaətinə gəlmək olar. Ərazi vaxtında təyinatı üzrə istifadə olunmadıqda, yulğun kollarının özünü bərpa edərək yayılması təbiidir. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə tərtib olunmuş baxış aktına əsasən Yevlax rayon Xaldan bələdiyyəsinin ərazisində, Bakı-Şamaxı-Yevlax yolunun kənarında, sıralarında iddiaçı olmaqla ümumilikdə beş vətəndaşın istifadəsində olan torpaq sahəsində 1200 topa yulğun kolundan ibarət ekosistem mövcuddur. Qeyd olunan ərazidəki 1200 topa yulğun kolu vahid ekosistem formalaşdırmışdır. Yulğun kolu səhra və yarımsəhra bitkisidir, quraqlığa və şoranlığa davamlıdır, yaşıllaşdırmada böyük əhəmiyyətə malikdir. Torpağın münbit olmağına müsbət təsir göstərir, oksigeni çoxaldır, havanın təmizlənməsinə xidmət edir. Yulğun k olları bir çox canlılar, həmçinin son illərdə sayı azaldığından ovlanması qadağan edilmiş qırqovul və dünyada nəsli kəsilməkdə olan ərəb dovşanları üçün yuva və nəsil artırma yeridir. Yulğun xalq təbabətində ağ ciyərin müalicəsində istifadə edilir. Aral dənizinin quruması nəticəsində ortaya çıxan gölün dibinin zərərli duzlu qumunun atmosferə atılmasının qarşısını almaq üçün yulğun kolları qurumuş gölün ərazisinə əkilmişdir. Qeyd olunan 53 ədəd yulğun kolu 1200 topadan ibarət kolluğun tərkib hissəsidir və istənilən ekosistemin bir hissəsindəki dəyişiklik digər hissələrinə təsir edir. Bundan əlavə, 1200 topa kolun bir hissəsinin götürülməsinin sənədləşdirilməsi, qalan 1147 kolun götürülməsi üçün presedent yaradacaq və nəticədə həmin yaşıllıq ərazinin tamamilə məhv edilməsinə səbəb olacaq. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Yevlax rayon Yuxarı Salamabad kəndində yerləşən 0,9531 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yabanı halda bitmiş yulğun kollarının götürülməsi üçün rəy verilməsi (müsbət rəy verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yulğun kollarının torpaq sahəsindən götürülməməsi onun xüsusi mülkiyyətində olan ərazidən məqsədli təyinatına uyğun istifadəsinə maneçilik yaradır.
7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, yaşıllıqların götürülm əsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” ilə tənzimlənir. Qeyd olunan Qaydanın 2.2-ci bəndinə əsasən, yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X3sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X3sının obyekti olan və X3sının müsbət rəyi olan la yihə həyata keçirildikdə; şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Həmin Qaydanın 2.3-cü bəndinin tələblərinə əsasən, digər hallarda yaşıllıqların götürülməsi qadağandır. Qeyd olunan Qaydanın tələblərinə uyğun olduğu hallarda, yerli bələdiyyələr vasitəsi ilə X3 Agentliyinin rəyi alındıqdan sonra yaşıllığın götürülməsi bələdiyyə, yerli icra hakimiyyəti, torpaq sahəsinin mülkiyyətçisi sayılan qurum və ya fiziki şəxs tərəfindən təşkil olunur.
8. Şəki İnzibati Məhkəməsinin (hakim: Fəxri Hacızadə) 31 oktyabr 2023-cü il tarixli, 2-1(116)-1036/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mülkiyyətində olan torpaq sahəsi məqsədli təyinatına uyğun istifadə edilmədiyindən, həmin ərazidə yulğun kollarından ibarət geniş massivli ekosistem formalaşmışdır. Bu ekosistemin formalaşması üçün uzun müddət tələb olunduğu araşdırma nəticəsində öz təsdiqini tapmışdır. Ekoloji ədəbiyyatda, yulğun kollarının şaquli köklərinin, hətta codluğu yüksək olan torpaqlarda 30 metr dərinliyə, yan köklərinin isə 50 metrə qədər ətrafa inki şaf etdiyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın yabanı halda bitmiş yulğun kollarının götürülməsi üçün müsbət rəy verilməsindən imtina etməsi əsaslı olmuşdur.
10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Vəzirxan Məlikov /sədrlik edən və məruzəçi/, Rövşən Rəfiyev və Günay Cavadova) 28 mart 2024cü il tarixli, 2-1(107)-102/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli çıxarışa əsasən mülkiyyət hüququnun təsbit edildiyi Yevlax rayon Yuxarı Salamabad kəndində yerləşən 0,9531 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yabanı halda bitmiş yulğun kollarının götürülməsi üçün rəy verilməsi (müsbət rəy verilməsi) öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, mülkiyyət hüququ əsas fundamental hüquqlardan biridir. Vətəndaşlar öz mülkiyyətindən maneəsiz istifadə etməlidir və mülkiyyətlərindən məhrum edilə bilməzlər. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunda vətəndaşların xüsusi mülkiyyətində olan kənd təsərrüfat ı təyinatlı torpaq sahəsində bitmiş kol-kos-yulğun kollarının götürülməsinin nəzərdə tutulmaması, onların mülkiyyət hüququnun məhdudlaşdırılaraq pozulmasına gətirib çıxarmamalıdır. Hazırkı halda isə iddia tələbinin təmin edilməməsi mülkiyyətçinin mülkiyyət hüququnun itirilməsinə gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsində mülkiyyət hüququnun itirilməsi növləri təsbit olunmuş, “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 13.1-ci maddəsində göstərilən hal həmin Məcəllədə nəzərdə tutulmamışdır Ona görə də, birinci instansiya məhkəməsinin əsaslandığı maddi hüquq normaları iddiaçının mülkiyyət hüququnun itirilməsi üçün əsas ola bilməz. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.5-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikası nın Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. İddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması həm də proporsionallıq prinsipinin tələblərinin pozulmasına gətirib çıxarır. Belə olan halda, hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsiplərinin təmin olunduğu demokratik dövlətdə dövlət maraqları və fərdi maraqlar arasında ədalətli tarazlılıq təmin olunmur. Çünki, dövlətin əsas maraqlarından biri sosial ədalət prinsipi əsasında torpaq üzərində bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən, ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahının yüksəldilməsindən ibarətdir. Ona görə də mülkiyyət hüququna müdaxilə zamanı fərdi və ictimai maraqlar arasında ədalətli balans qorunmalıdır.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kəmaləddin Bədəlov /məruzəçi/, Nigar Rəsulbəyova və Zakir Quliyev) 21 noyabr 2024-cü il tarixli, 2-1(102)-2059/2024 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yaşıllıqların götürülməsinə əsas olan h allar qanunvericilikdə dəqiq təsbit edilmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə, hazırkı iş üzrə həmin hallardan hər hansı birinin olub-olmamasına qiymət verməlidir. Digər tərəfdən, əsasların olmadığı halda, həm də məhkəmə tərəfindən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun olduğu və yaşıllığın götürülməməsinin torpaq sahəsindən istifadəyə maneə yaratdığı nəzərə alınmaqla, mülkiyyət hüququna müdaxilənin məqsədəuyğunluğu və mütənasibliyi qiymətləndirilməlidir. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyət hüququna müdaxilənin əsaslandırılması üçün üç meyar müəyyən edilmişdir: 1) müdaxilənin hüquqi əsası olmalıdır; 2) müdaxilə ictimai maraqlara cavab verməlidir; 3) müəyyən edilmiş qayda əldə ediləcək məqsədə mütənasib olmalıdır. İşə baxan apel lyasiya instansiyası məhkəməsi iddianın təmin edilməməsinin ədalətli balansın pozulmasına gətirib çıxardığını qeyd etsə də, qeyd edilən nəticəyə gələrkən yuxarıda istinad olunan formada qiymətləndirmə aparmamışdır. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları (torpaq sahəsinin iddiaçının mülkiyyətində olması, torpaq sahəsində yulğun kolunun torpaq sahəsi əldə edilərkən mövcud olub-olmaması, yulğun kollarının yaranmasına iddiaçı tərəfindən torpaqdan istifadə edilməməsinin səbəb olub-olmaması, mövcud ərazidə olan 1200 topa yulğun kolundan yalnız 53 ədəd yulğun kolunun iddiaçıya məxsus ərazidə olması, həmin kolların götürülməsinin ekoloji tarazlığa və təbiətə vurduğu ziyan, başqa sözlə, 1200 yulğun kolunun bir ekosistem yaradıbyaratmaması və 53 ədədin in götürülməsinin həmin ekosistemi pozub-pozmaması, mövcud kolların hansı həcmdə torpaqdan istifadəyə mane olması) nəzərə alınmaqla, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadənin məhdudlaşdırılmasının “ədalətli balans”ı təmin edib-etmədiyinə qiymət verilməlidir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Tural Həsənov /sədrlik edən və məruzəçi/, Elçin Hüseynov və Əyyub Kərimov) 29 aprel 2025-ci il tarixli, 21(107)-170/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəsi olan çıxarışa əsasən iddiaçının mülkiyyət hüququnun təsbit edildiyi Yevlax rayon Yuxarı Salamabad kəndində yerləşən 0,9531 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yabanı halda bitmiş yulğun kollarının götürülməsi üçün rəy verilməsi (müsbət rəy verilməsi) öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmçinin, mülki qanunvericiliyə görə fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Başqa sözlə, şəxsin özünə məxsus hər hansı bir əmlakdan istifadə edib-etməməsi onun şəxsi iradəsinin ifadəsidir və bu hal onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının əsasını təşkil edə bilməz. İddiaçı, Yevlax rayon Salamabad kəndində yerləşən 0,9531 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Bu səbəbdən də cavabdehin irəli sürdüyü dəlillərin heç bir hüquqi əsası yoxdur. Odur ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalıdır. Cavabdeh iddiaçının qanuni mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində bitmiş yulğun kollarının götürülməsi barədə müsbət rəy verilməsindən imtinasını onunla əsaslandırmışdır ki, həmin yulğun kolları “Yaşıllıqların m ühafizəsi haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə yaşıllıqlar toplusuna məxsusdur və həmin yaşıllığın götürülməsi qeyd edilən Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi də məhz həmin əsasla iddia tələbini təmin etməmişdir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, “Yaşıllıqların mühafizəsi haqqında” Qanunda vətəndaşların xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində bitmiş kol-kos-yulğun kolunun götürülməsinin nəzərdə tutulmaması, onun mülkiyyət hüququnun məhdudlaşdırılaraq pozulmasına, mülkiyyət hüququnun itirilməsinə gətirib çıxara bilər. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 13.1-ci maddəsində göstərilən hal Azərbaycan Respublikası Mülki Məcəll əsində mülkiyyət hüququnun itirilməsi əsası kimi nəzərdə tutulmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin əsaslandığı maddi normalar iddiaçının mülkiyyət hüququnun itirilməsi üçün əsas ola bilməz. Həmçinin qeyd edilməlidir ki, cavabdehin qeyd etdiyi kimi, yulğun kollarının daha əvvəldən ərazidə mövcud olması, ərazidən vaxtında təyinatı üzrə istifadə olunmadığından yulğun kollarının özünü bərpa edərək yayılması, həmin yulğun kollarının ekosistem yaratması, iddiaçıya məxsus torpaq sahəsindən yulğun kollarının bir hissəsinin götürülməsinin digər vətəndaşlar üçün də presedent yaratması, iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. İddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması, həmçinin proporsionallıq prinsipinin tələblərinin pozulmasına gətirib ç ıxarır. Belə olan halda hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsiplərinin təmin olunduğu demokratik dövlətdə dövlət maraqları və fərdi maraqlar arasında ədalətli tarazlılıq təmin olunmur. Çünki dövlətin əsas maraqlarından biri sosial ədalət prinsipləri əsasında torpaq üzərində bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahının yüksəldilməsindən ibarətdir. Ona görə də mülkiyyət hüququna müdaxilə zamanı fərdlə ictimai maraqlar arasında ədalətli balans qorunmalıdır.
18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şik ayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının və iddiaya qarşı etirazının dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, ekoloji təhlükəsizlik, biomüxtəlifliyin qorunması və yaşıllıq fondunun mühafizəsi məsələləri xüsusi ekspertiza və qiymətləndirmə tələb edir, apellyasiya instansiyası məhkəməsi isə iddia tələbini təmin etməklə cavabdeh inzibati orqanın diskresion səlahiyyətinə müdaxilə etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquq ları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslər in sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Maddə 203.2. Daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itib-itməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir. Maddə 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: 203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; 203.3.2. qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; 203.3.3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 203.3.4. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; 203.3.5. rekvizisiya; 203.3.6. müsadirə. Maddə 203.4. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir. Maddə 203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. 23. “Yaşıllıqların mühafizəsi haqqında ” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. yaşıllıqlar – şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumu; Maddə 1.0.12. yaşıllıqların götürülməsi – bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbir. Maddə 3 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). Bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ s ahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. Maddə 13.1. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X3sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X3sının obyekti olan və X3sının müsbət rəy i olan layihə həyata keçirildikdə;[10] 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Maddə 13.2. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Maddə 13.3. Bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.6-cı maddələrində göstərilən halla rda yaşıllıqların götürülməsi (kəsilməsi) onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilir. Maddə 13.4. Yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məb ləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəli llər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçin in bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KA SSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə təkrar baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etm əklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə cavabdehin imtinasının və iddiaya qarşı etirazının dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüqu qi marağı və məqsədi Yevlax rayonu, Yuxarı Salamabad kəndində mülkiyyətində olan 0,9531 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yabanı halda bitmiş yulğun kollarının götürülməsi üçün cavabdeh tərəfindən müsbət rəy verilməsinə nail olmaqdan ibarətdir.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. İşə t əkrar baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, xüsusi mülkiyyət hüququnun konstitusiyanın qoruma sferası ilə əhatə olunduğu və üstün dəyər olduğu nəzərə alınmalıdır. Bu mənada torpaq sahəsinin mülkiyyətçisinin həmin sahəyə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə haqqına malik olduğu da diqqətə alınmalıdır. Bununla belə, mülkiyyət hüququ mütləq deyil və konstitusiyanın müvafiq müddəalarına əsasən ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin tə min olunması və biomüxtəlifliyin müdafiəsi məqsədi ilə qanunla məhdudlaşdırıla bilər.
35. Şəxsin mülkiyyətində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu hallarda, mülkiyyətçi həmin torpaq sahəsindən məqsədli təyinatı üzrə istifadə etməyə, torpağın yararsız vəziyyətə düşməsinin və deqradasiyaya uğramasının qarşısını almağa, eləcə də ekoloji tələblərə riayət etməyə borcludur.
36. Kənd təsərrüfatı təyinatlı torpaqlarda özbaşına bitmiş yulğun kolları formal olaraq yabanı yaşıllıq bitkiləri kimi və ya təbii ekosistemin elementi kimi nəzərdən keçirilə bilər. Həmin bitkilərə münasibətdə tətbiq edilməli olan hüquqi rejim, həmin bitkilərin meşə fonduna, mühafizə zolaqlarına, xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya mühafizə olunan növlərin məskunlaşma arealına aid olub-olmamasından asılıdır.
37. Həmin yulğun kollarının konkret növünün mühafizə obyekti olması, kolların yetişdiyi sahələrin xüsusi mühafizə olunan təbiət ərazilərinə aid edilməsi və səlahiyyətli orqanın qərarına əsasən mühafizə olunan ekosistemin təşkil edilməsi, hazırkı mübahisənin həlli baxımından həlledici əhəmiyyət kəsb edir. Cavabdehin “yulğun kollarının ekosistemi təşkil etməsi” barədə əsaslandırması yetərli sayıla bilməz. Belə yanaşma hüquqi qiymətləndirmə və təfsir baxımından zəruridir.
38. Məhkəmə kollegiyasının qənaətinə görə, bu qərarın 37-ci bəndində qeyd edilmiş formal (normativ qaydada) mühafizə olunan obyektlərlə, faktiki ekoloji quruluşları, yəni hüquqi statusu olmayan və yabanı şəkildə formalaşmış ekosistemləri fərqləndirmək lazımdır. Yalnız formal mühafiz ə olunan obyektlərə münasibətdə sərt hüquqi məhdudiyyətlərin tətbiqi yolveriləndir və bu zaman da mütənasiblik prinsipinin tələblərinə əməl olunması mütləqdir. Bunun əksinə, hüquqi statusu olmayan, yabanı şəkildə formalaşmış ekosistemlərə münasibətdə inzibati orqanın yalnız ekoloji dəyərlərə istinadən məhdudiyyət tətbiq etməsi yolverilməz sayılmalıdır.
39. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yaşıllığın (yulğun kollarının) götürülməsindən (məhdudiyyətin tətbiqindən) imtinasının torpaq sahəsinin təsərrüfat dəyərinin itirilməsinə səbəb olduğu, müddətsiz xarakter daşıdığı və kompensasiyanın verilməsi ilə müşayiət olunmadığı nəzərə alınmalıdır. Başqa sözlə, cavabdehin imtinasında ifadə olunan həmin məhdudiyyət mülkiyyətçinin torpaq sahəsindən faktiki məhrum olunması, ondan təyinatı üzrə i stifadə imkanının mütənasib olmayan şəkildə məhdudlaşdırılması və ya aradan qaldırılması anlamında qiymətləndirilməlidir.
40. Beləliklə, cavabdeh yalnız qanunla birbaşa qadağan edildiyi, mübahisəli sahənin xüsusi mühafizə statusuna malik olduğu və mühafizə olunan ərazi kimi tanınması haqqında səlahiyyətli qurumun inzibati aktı olduğu təqdirdə, rəy verməkdən imtina etməkdə haqlı sayıla bilərdi. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan belə əsasların mövcudluğu müəyyən olunmur. Belə ki, iş üzrə materiallara görə, iddiaçının mülkiyyətində olan torpaq sahəsi adi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və xüsusi mühafizə olunan obyekt statusuna malik deyildir.
41. Yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi nin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2025-ci il tarixli, 21(107)-170/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.