Məhkəmə qərarları › İş №2-1(102)-2504/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2504/2023

29.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2504/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi; səyyar vergi yoxlaması; qara mühasibatlıq; növbədənkənar yoxlamanın keçirilməsinin qanunsuzluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2-1(107)-390/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2021-ci il tarixli, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə İddiaçı ASC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə avqust 2018 - iyul 2021 vergi dövrləri üzrə növbədənkənar vergi yoxlaması təyin edilmişdir. 2. xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin və ya sı ğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə İddiaçı ASC üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2022-ci il tarixli akta və xx.xx.2022-ci il tarixli sənədə əsasən səyyar vergi yoxlaması ilə mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 83.9, 104 və 135-ci maddələrinə əsasən 163227,57 manat, əlavə dəyər vergisi üzrə Vergi Məcəlləsinin 67.1.9, 159.1, 67.15 və 159.5-ci maddələrinə əsasən 490356,07 manat, əmlak vergisi üzrə Vergi Məcəlləsinin 201-ci maddəsinə əsasən 2,7 manat, MDSS üzrə isə 2,87 manat olmaqla ümumilikdə 653589,21 manat kənarlaşma müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 332584,04 manat, 58.6- cı maddəsinə əsasən is ə 1710,29 manat olmaqla ümumilikdə 340334,69 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı ASC barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********161791 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021- ci il tarixli qərarı ilə İddiaçı ASC-də Vergi Məcəlləsinin 38.3.5- ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edi lməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə xx.xx.2022-ci il tarixli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Qeyd olunan akta, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq xx.xx.2022-ci il tarixdə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Sözügedən qərarla cəmiyyətə 163.227,57 manat mənfəət vergisi, 490.356,07 manat əlavə dəyər vergisi, 2,70 manat əmlak vergisi, 2,87 manat məcburi dövlət sosial sığorta haqqı olmaqla, ümumilikdə 6 53.589,21 manat məbləğində əlavə vergilər və məcburi dövlət sosial sığorta haqqı hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəmiyyətə 332.584,04 manat və Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 1.710,29 manat olmaqla, ümumilikdə 340.334,69 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, yoxlama ilə ümumilikdə vergi orqanı tərəfindən cəmiyyətə 993.923,9 manat (653.589,21 manat vergilər və məcburi dövlət sosial sığorta haqqı + 340.334,69 manat maliyyə sanksiyası) əlavə hesablama aparılmışdır.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, - iddiaçı Vergi Məcəlləsinin istinad etdiyi 38.1-ci maddəsini təhrif edilmiş formada göstərmişdir. Vergi Məcəlləsinin 38.1-ci maddəsində növbədənkənar deyil, yalnız növbəti s əyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilməsi nəzərdə tutulmuşdur. Planlaşdırılmamış yoxlama olduğu üçün növbədənkənar səyyar vergi yoxlaması barəsində isə belə bir tələb yoxdur. İddiaçının iddia ərizəsində Vergi Məcəlləsinin tələblərinə növbəti təhrif olunmuş iddiası isə səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılmasının 30 günlə məhdudlaşdırılması barədə iddiasıdır. Görünən odur ki, iddiaçı özünün istinad etdiyi qanunvericilik normasından səyyar vergi yoxlamasının keçirilməsi" ilə “səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtib olunması” anlayışlarının səyyar vergi yoxlamasının keçirilməsi üzrə fərqli prosedurlar olduğunu müəyyən edə bilməmişdir. On a görə də, səyyar vergi yoxlamasının keçirilməsi müddətinin 90 deyil 30 gündən çox olmayan müddətə uzadıla bilməsini iddia etmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə görən müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Bundan başqa, iddiaçı səyyar vergi yoxlamasının 30 iş günü müddətində keçirilməsini qanunsuz olduğunu iddia etmişdir. Həmin iddia ilə bağlı aşağıdakılar bildirilmişdir. Səyyar vergi yoxlaması yalnız iş günlərində aparılmaqla, onun müddəti 30 gün və əlavə olaraq yuxarı vergi orqanının qərarına əsasən 90 günlə məhdudlaşdırılmışdır. Səyyar vergi yoxlamasına dair qaydaları müəyyən edən Vergi Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş 38.1-ci və digər maddələr, o c ümlədən 38.2-ci və 38.4cü maddələri ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə tətbiq olunmalıdır. Hər iki maddənin əlaqəli tətbiqi isə onu ehtiva edir ki, yoxlama 30 gün və yalnız iş günlərində aparıldığından, yoxlamanın aparılmalı olan müddəti iş günləri ilə hesablanmalıdır. Kameral vergi yoxlamasının aparılmasını tənzimləyən Vergi Məcəlləsinin 37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində seçirilir. Həmin Məcəllənin 72.1-ci maddəsinə görə bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir Həmin Məcəllənin 72.2-ci maddəsinə görə bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabat ını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi vergi orqanının vergi ödəyicisi tərəfindən təqdim edilmiş hər bir vergi bəyannaməsini 30 iş günü müddətində kameral qaydada yoxlamaq hüququ müəyyən edilib. Səyyar vergi yoxlaması zamanı isə vergi orqanı tərəfindən 3 ildən çox olmayan dövr yoxlanıldığını nəzərə alsaq təkcə ƏDV mükəlləfiyyəti üzrə vergi ödəyicisınin 36, aksiz vergisi üzrə 36, 36 mədən vergisi, 3 mənfəət (gəlir) vergisi və sair onlarla vergi bəyannamələrinin düzgünlüyünün yoxlanılması tələb olunur. Odur ki, vergi ödəyicisinin təqdim etdiyi bir vergi bəyannaməsinin yoxlanıldığı kam eral vergi yoxlamasının yerlərə getmədən 30 iş günü ərzində aparılmasına münasibətdə səyyar vergi yoxlamasının yerlərə getməklə bundan dəfələrlə daha həcmli və əhatəli yoxlama olmaqla (ən çoxu 22 iş günü) 30 təqvim günü ərzində aparılması həmin yoxlamaların məqsədlərinə uyğun olmadığı kimi qiymətləndirilməlidir. - Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin əsası və aparılmış vergi hesablamalarının mahiyyəti ilə bağlı bildirilir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020- ci il tarixli qərarı ilə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2020-ci il tarixli 002097 saylı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokola əsasən vergi ödəyicisinin maliyyə təsərrüfat fəaliyyətinin nəticələrini özündə əks etdirən ikili mühasibatlıq sənədlə ri olan elektron fayllar aşkar edilərək götürülmüşdür. Belə ki, elektron daşıyıcıda olan sənədlərin içərisindən “Azərkabel.rar” adlı faylın içərisində olan “qara m” adlı “Microsoft Excel” faylının “list 2” adlı səhifəsində və “2020.rar” adlı elektron faylın “yanvar 2020” və “fevral 2020” adlı qovluqlarının içərisində yerləşən “Microsoft Excel” fayllarının “list 1” adlı səhifələrində malların satış cədvəlləri aşkar edilmişdir. Aşkar edilmiş cədvəllərdə satılmış malların adı, tarixi və satış həcmi qeyd edilmişdir. Vergi ödəyicisinin gəlirlərinin hesablanması zamanı həmin ikili mühasibatlıq fayllarında olan fiziki satış həcmindən və vergi ödəyicisinin eyni mallara təqdim etdiyi elektron qaimə məlumatlarında göstərilmiş satış qiymətlərindən istifadə edilmişdir. Beləliklə də, vergi ödəyicisinin real gəlirlərini vergi ödəyicisinin özü tərəfindən tərtib edilmiş ikili mühasibatlıq sənədlərinə əsasən müəyyən etmək mümkün olsa da, vergi ödəyicisi tərəfindən istehsala sərf edilmiş mal-materiallar üzrə kalkulyasiya sənədləri yoxlamaya təqdim edilmədiyindən vergi ödəyicisinin real xərclərinin tam həcmini müəyyən etmək mümkün olmamışdır. Son dövrlər vergi inzibatçılığı sahəsində həyata keçirilən islahatlara baxmayaraq vergitutulan əməliyyatların şəffaflaşdırılması prosesinin qarşısında duran ən böyük maneələrdən biri bəzi vergi ödəyicilərinın israrla ikili mühasibatlıq aparmaqda davam etməsidir. Bir qayda olaraq ikili mühasibatlıq aparan vergi ödəyicilərində həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı real dövriyyələri özündə əks etdirən müəyyən sənədlər aşkar edilir. Həmin sənədlə rin mənbəyi bəlli olduğu, yəni aid olduğu vergi ödəyicisi, götürülmə şəraiti məlum olduğu üçün vergilərin hesablanmasında əlaqəli məlumat kimi həmin sənədlərdə olan məlumatlardan geniş istifadə edilir. Hazırkı iş üzrə də İddiaçı ASC-dən götürülmüş elektron daşıyıcıda ikili mühasibatlıq sənədlərinin mənbəyi bəlli olan məlumatlar kimi istifadə edilməsi Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinin tələblərinə uyğundur. Odur ki, mənfəət vergisi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67.1.9-cu, 67.14- cü və 83.9-cu maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarının 6.1.2-ci bəndinə əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablanmışdır. İddiaçının səyyar vergi yoxlamasının keçirilməsi za manı vergi orqanı tərəfindən qanun pozuntularına yol verilməsi və hesablanmış vergi məbləğlərinin əsassız olması barədə iddiası əsassızdır və iddiaçının iddiası formal mülahizələr üzərində qurulmaqla hesablanmış vergilərin faktlar əsasında müəyyən edilməsi ilə bağlı isə konkret olaraq əks arqument qoya bilmədən yayındırılmış vergi məbləğinə münasibətdə iddiasını əsaslandırmamışdır.

6. Şəki İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-1(116)-357/2023 nömrəli qərarı ilə (hakim: X1) iddia qismən təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2 sentyabr 2022-ci il tarixli qərarı 29.457,79 manat məbləğdə ƏDV, 2,7 manat məbləğdə əmlak vergisi, 2,75 manat məbləğdə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı istisna olmaqla ləğv edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ekspert rəyi ilə müəyyən edilmişdir ki, ASC-nin 2013-cü ildə 509635,00 manat, 2014-cü ildə 529363,00 manat olmaqla, ümumilikdə qeyd edilən dövrdə 1038998,00 manat zərəri olmuşdur. Lakin 2018-ci il üzrə vergi orqanı tərəfindən müəyyən edildiyi göstərilən 699098,69 manat mənfəət əvvəlki illərin zərəri hesabına kompensasiya edilməli olsa da, yoxlama ilə tam şəkildə nəzərə alınmamışdır. Yəni vergi orqanı tərəfindən qara mühasibatlıq sənədlərinə əsasən müəyyən edilən ASC-nin mənfəəti belə köhnə illəri n zərərinə düzgün kompensasiya edilməmişdir. Səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində İddiaçı ASC tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış ƏDV və mənfəət vergisinin düzgün hesablanmaması müəyyən olunmuşdur. Belə ki, “qara mühasibatlıq” sənədləri ciddi hesabat blankları hesab olunmadığından İddiaçı ASC-nin faktiki olaraq həyata keçirdiyi əməliyyatlarını, vergitutulan dövriyyəsini və öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən sənəd hesab edilə bilməz. Eyni zamanda diskdəki elektron fayllarda göstərilən məlumatlar ciddi hesabat sənədləri olmadığından, İddiaçı ASC-nin faktiki olaraq həyata keçirdiyi əməliyyatlarını, vergitutulan dövriyyəsini və öz fəaliyyəti ilə bağlı ol an bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən sənəd hesab edilmədiyindən həmin fayllarda olan məlumatların “Azərkabel" ASC-yə aidiyyəti olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Cavabdehin mübahisəli qərarının qəbul edilməsinə əsas olmuş iddiaçı tərəfindən vergi qanunvericiliyinə əməl edilməsinin yoxlanılması ilə əlaqədar tərtib edilmiş xx.xx.2022ci il tarixli səyyar vergi yoxlaması aktının gəldiyi nəticənin əsassız olması iş materialları və ekspert rəyi ilə öz təsdiqini tapmış, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mübahisəli qərarla iddiaçıya münasibətdə əsassız olaraq vergilər üzrə borc və maliyyə sanksiyaları hesablanmışdır. Göründüyü kimi ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin mübahisələndirilən xx.xx.2022-ci i l tarixli qərarı mənfəət vergisinə, əlavə dəyər vergisinə və həmin vergilərə görə hesablanmış maliyyə sanksiyalarına, eləcə də muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, MSDSS haqları, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqına münasibətdə qanuni deyildir

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2-1(107)-390/2023 nömrəli qərarı ilə (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X3 və X2) Şəki İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüq uqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, “Mühasibat uçotu haqqında” Qanunun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri maliyyətəsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Sözügedən qanunda qeyd olunduğu kimi elektr on daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Sözügedən qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Səyyar vergi yoxlaması nəticəsində aparılmış hesablamalar üzrə vergitutma obyekti və vergitutma bazası müəyyən olunmuş və disk” məlumatları və qara mühasibatlıq sənədləri mənbəyi bəlli olan məlumat olduğu üçün vergi qanunvericiliyinin, həmin sənədlər ilkin uçot sənədi olduğu üçün isə mühasibat uçotu qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.

13. Məhkəmə kollegiyası istər vergi qanunvericiliyinin normalarının, istərsə də qərarının əsaslandırılmasında istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-608/2022 nömrəli iş üzrə xx.xx.2022-ci i l tarixli qərarındakı hüquqi mövqeyi düzgün şərh etməmiş, həmçinin iş üzrə mötəbər sübut kimi qiymətləndirdiyi ekspert rəyinin sübut kimi qiymətləndirilməsini mümkünsüz edən faktları cavabdeh tərəfindən apellyasiya şikayətində ətraflı şəkildə məhkəmənin nəzərə çatdırılmasına baxmayaraq, iş üzrə obyektiv və ədalətli qərar qəbul edilməsi üçün üzərinə düşən vəzifələri icra etməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməsini və apellyasiya şikayətinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “İnzibati icraat haqqında” Qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə

24. İşin hallarının obye ktiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

16. Vergi Məcəlləsi Maddə

3. Vergilərin müəyyən edilməsinin və tutulmas ının əsasları... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə

24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyin ə tam və dəqiq riayət etməyə;... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə;... Maddə

38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıd a göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: § nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; § səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda.... 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqan ının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda;[278] 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilm əsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, bu Məcəllənin 157.2-ci maddəsinə müvafiq olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicilərinin vergi hüquqpozmalarına yol verməsi barədə mənbəyi məlum olan məlumatlar olduqda;[279] 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda;[280] 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə.[281] 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti ol duqda;[282] 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda;[283] 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: [284] 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verild ikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə, vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 ayda n çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan s ənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, ver gi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə

83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara 17. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1.6 Mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatla rın analitik və sintetik uçotunun aparılmasıdır. Maddə 2.1.10. Mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. Maddə 2.1.11. İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunveri ciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın tətbiq edilən hüquq hissəsində qeyd olunan qanunvericiliyin tələblərində n göründüyü kimi, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran elektron daşıyıcı məlumatlarından (“qara mühasibatlıq” sənədlərindən) istifadə edilmişdir.

26. Halbuki, “Mühasibat uçotu haqqında” Qanunun 2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı qanuni yolla əldə edilmiş elektron fayllar – cədvəllər ilkin uçot sənədi hesab edilir. Sözügedən Qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Belə ki, mübahisələndirilən elektron daşıyıcıdakı fayllarda olan cədvəl məlumatlarında təsbit o lunan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədləri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyəndir. Beləliklə, yoxlamada əldə edilən «qara mühasibatlıq» sənədlərindən istifadə edilməsi Vergi Məcəlləsinin 37-ci maddəsinə ziddir.

27. Eyni zamanda, müəssisənin dövriyyəsi və həmin dövriyyə üzrə xərc sənədlərinin olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəəti müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri (ƏDV, mənfəət, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları) hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tət biq edilmişdir.

28. Cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz.

29. Həmçinin qanunvericiliyin tələblərinə görə səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı gö stərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).

30. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırma ğa borcludur. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır.

31. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2022-ci il tarixli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. (Vergi Məcəlləsinin 3.8 və 3.11-ci maddələri).

33. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2-1(107)-390/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar