Məhkəmə qərarları › İş №2-1(102)-2504/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2504/2024

18.10.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2504/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9, İddiaçı8 cavabdehlər Əmlak Məsələləri Dövlət Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:: qeyri-yaşayış sahəsinə dair dövlət əmlakının registrində aparılmış qeydiyyatın ləğv edilməsi, iddianın qeyri-mümkünlüyü, iddia qaldırmaq səlahiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərk ibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9 və İddiaçı8 cavabdehlər Əmlak Məsələləri Dövlət Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X7) qarşı iş üzrə “registrə salınma haqqında qeydin, özəlləşdirmə haqqında sərəncamın, özəlləşdirməyə dair hərəkətlərin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2024-cü il tarixli, 2-1(103)599/2024 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş arxiv çıxarışına əsasən, Bakı şəhər XDS İcraiyyə Komitəsi tərəfindən xx.xx.1963-cü il tarixli qərarla "xxxx" Kooperativinə ünvan 1 ünvanında bina tikintisi üçün 635 kv.m. torpaq sahəsi ayrılmışdır.

2. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 514) sərəncamında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən çıxarışa əsasən, ünvan 2 ünvanda yerləşən, 1962-ci ildə istismara verilən 5 mərtəbəli kooperativ binasının cəmi 188.3 kv.m olan qeyri-yaşayış sahəsi (yarımzirzəmi və zirzəmisi) 2063 kod, ***-*******2 registr nömrəsi ilə qeydiyyata alınmışdır. Müvafiq registr qeydinin aparılması üçün əsas, Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşlarının C.Məmmədquluzadə küçəsi 98 ünvanda istifadəsiz qeyri-yaşayış sahəsinə xx.xx.2017 -ci il tarixli baxış aktı olmuşdur.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi haqqında” xx.xx.2017-ci il tarixli 09 nömrəli Sərəncamı ilə sərəncamın 1 nömrəli əlavəsində göstərilən kiçik dövlət müəssisələrinin, o cümlədən mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirmə planları təsdiq edilmişdir.

4. Mübahisəli qeyri-yaşayış sahəsi hərracda X3 satılmış, Əmlak Məsələləri Dövlət Komitəsi ilə X7 arasında xx.xx.2017-ci il tarixdə “Müəssisənin (obyektin) alqı-satqısı” Müqaviləsi imzalanmışdır.

5. X1 qeyri-yaşayış sahəsi üzərində hüquqları xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. Mübahisəyə dair mülki məhkəmə icraatı:

6. İddiaçılar İd diaçı1, İddiaçı2, İddiaçı3, X6, İddiaçı4, X9, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Azərbaycan Respublikası ƏMDK-nın yanında X12 Auksion Mərkəzinə, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və X5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası ƏMDK-nın yanında X12 Auksion Mərkəzi tərəfindən tərtib edilmiş 28 noyabr 2017-ci il tarixli 43/01 saylı hərrac protokolu, ünvan 2 ünvanda yerləşən, sahəsi 188.3 kvadrat metr olan qeyriyaşayış sahəsi ilə bağlı cavabdehlər Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə X8 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 3739 saylı müəssisənin (obyektin) alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh X2 adına ünvan 2 ünvanda yerləşən, sahəsi 188.3 kv.m olan qeyri-yaşayış sahəsi ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bunun nəticəsində verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)2728/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-3592/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il qətnaməsi ilə məhkəmə aidiyyətinin pozulmasına görə iş üzrə icraata xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçılar İddiaçı1, İddi açı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh X12 Auksion Mərkəzi tərəfindən tərtib edilmiş 28 noyabr 2017-ci il tarixli 43/01 saylı hərrac protokolunun etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən, sahəsi 188.3 kv.m. olan qeyri-yaşayış sahə ilə bağlı cavabdeh Dövlət Əmlak Komitəsi ilə üçüncü şəxs arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli 3739 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, üçüncü şəxsin adına ünvan 2 ünvanında yerləşən, sahəsi 188.3 kv.m. olan qeyri-yaşayış sahə ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bunun nəticəsində verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş et mişlər. İddia ərizəsi 2-1(1102)-7466/2021 nömrəli iş kimi Bakı İnzibati Məhkəməsində qeydə alınmışdır.

9. İddiaçılar İddiaçı9 və İddiaçı8 xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 98 saylı kooperativ binanın ümumi sahəsi 188.3 kv.m olan qeyriyaşayış sahəsinin satılması ilə bağlı X12 Auksion Mərkəzi tərəfindən 28 noyabr 2017-ci il tarixdə keçirilən hərracın etibarsız hesab edilməsi, X7 ilə həmin qeyriyaşayış sahəsinə dair bağlanmış xx.xx.2017-ci il tarixli, 3739 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mübahisəli qeyri-yaşayış sahəsinə verilmiş xx.xx.2017-ci il tarixli, ******* saylı çıxarışın ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddia ərizəsi 21(112)-6584/2021 nömrəli iş kimi Bakı İnzibati Məhkəməsində qeydə alınmışdır.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-6584/2021 nömrəli və 2-1(112)-7466/2021 nömrəli inzibati işlər 2-1(112)-7466/2021 nömrəsi altında bir icraatda birləşdirilmişdir.

11. Bundan sonra, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı9 və İddiaçı8 cavabdehlər X12 Auksion Mərkəzinə, Əmlak Məsələləri Dövlət Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X7) qarşı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək: - ünvan 3 ünvanda yerləşən 188.3 kv.m. qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakının dövlət registrinə sal ınması haqqında qeydin qanunsuz hesab edilməsi, - ünvan 3 ünvanda yerləşən 188.3 kv.m. qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair xx.xx.2017-ci il tarixli sərəncamın və özəlləşdirməyə dair hərəkətlərin qanunsuz hesab edilməsi; - cavabdeh X12 Auksion Mərkəzi tərəfindən tərtib edilmiş 28 noyabr 2017-ci il tarixli 43/01 saylı hərrac protokolunun etibarsız hesab edilməsi; - ünvan 2 ünvanında yerləşən, sahəsi 188.3 kv.m. olan qeyri-yaşayış sahə ilə bağlı cavabdeh Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə X8 arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli 3739 saylı, müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; - X2 adına Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 98 ünvanında yerləşən, sahəsi 188.3 kv.m. olan qeyriyaşayış sahə ilə əlaqədar daş ınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bunun nəticəsində verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

12. İddiaçılar işin hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışlar ki, mübahisəli qeyri-yaşayış sahəsi "xxxx" MİK-ə məxsusdur. Bu hal, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli məktubda yazılanlarla da təsdiq edilir. Cavabdehlərin qanunsuz aktları və hərəkətləri nəticəsində həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə əlaqədar kooperativ üzvlərinin hüquqları və qanuni mənafeləri pozulmuşdur.

13. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetini n xx.xx.1965-ci il tarixli, 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nə əsasən, mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 2.3.22-ci bəndinə əsasən, yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələri, habelə yaşayış binalarında yerləşən dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələri Əmlak Məsələləri Dövlət Xidmətinin qərarı ilə özəlləşdirilir. Beləliklə, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi dövlət büdcəsinin vəsaiti hesabına inşa edildiyindən həmin sahə dövlət mülkiyyətində olmuş və bu barədə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə’’yə uyğ un olaraq dövlət əmlakının Registrində qeydiyyat aparılmışdır. Bundan başqa, iddiaçılar məhkəməyə təqdim etdikləri ərizədə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2019-cu il tarixli məktubuna əsaslanaraq mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin "xxxx" MTK-ya məxsus olduğunu iddia etmişlər. Halbuki, həmin məktubda qeyd edilənlərin əsassızlığı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, eləcə də Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2020-ci il tarixli məktubları ilə təsdiqlənir. Belə ki, həmin məktublarda “Müəllim” Mənzil İstismar Kooperativinə, eləcə də digər mənzil tikinti kooperativlərinə aid hər hansı hüquqi sənədlərin və məlumatların həmin qurumlarda mövcud ol madığı qeyd edilmişdir. Əlavə olaraq, iddiaçılar hazırkı iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüquqa da malik deyildirlər. Belə ki, iddiaçılar iddia ərizəsində mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin yerləşdiyi bina "xxxx" MTKya məxsus olduğundan, Əmlak Məsələləri Dövlət Xidmətinin qeyd olunan əmlakı özəlləşdirmək səlahiyyətinin olmadığını qeyd etsələr də nəzərə alınmalıdır ki, iddiaçıların hazırkı tələbi bundan əvvəl dəfələrlə məhkəmə araşdırmalarının predmeti olmuş və əvvəlki məhkəmə araşdırmaları zamanı iddiaçılar mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin ilk öncə "xxxx" MTK-ya, daha sonra isə məhkəmə sorğuları əsasında “Müəllim (Учитель)” MİK-ya məxsus olduğunu iddia etsələr də, nə qeyd olunan hüquqi şəxslərin mövcud olması, nə də həmin kooperativləri n adından iddianı imzalamaq səlahiyyətinə malik olmaları müəyyən edilməmişdir. Eyni zamanda, mülki işə baxılan zaman birinci və apellyasiya instansiyası məhkəmələrinin sorğularına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyi tərəfindən verilmiş cavab məktublarında yuxarıda qeyd olunan kommersiya qurumlarına dair həmin orqanlarda hər hansı məlumatın mövcud olmadığı qeyd edilmişdir. Belə olan halda, "xxxx" MTK və “Müəllim (Учитель)" MİK adlı hüquqi şəxs mövcud olmadığından, onun adından qaldırılmış hər hansı iddia da qanuni sayıla bilməz.

14. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən yazılı etirazda göstərilmişdir ki, iddiaçıların iddia tələbi ilə bağlı İdar əyə rəsmi qaydada müraciəti olmadığından iddia tələbi mümkün sayılmamalıdır.

15. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 25 aprel 2022-ci il tarixli, 2-1(112)-1253/2022 nömrəli qərardadı ilə iddia: cavabdeh X12 Auksion Mərkəzi tərəfindən tərtib edilmiş 28 noyabr 2017-ci il tarixli 43/01 saylı hərrac protokolunun etibarsız hesab edilməsi; ünvan 2 ünvanında yerləşən, sahəsi 188.3 kv.m. olan qeyri-yaşayış sahə ilə bağlı cavabdeh Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə X8 arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli 3739 saylı, müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; X2 adına ünvan 2 ünvanında yerləşən, sahəsi 188.3 kv.m. olan qeyri-yaşayış sahə ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bunun nəticəsi ndə verilmiş çıxarışın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(112)1253/2022 nömrəli qərardadından apellyasiya şikayəti verilməmişdir.

16. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 25 aprel 2022-ci il tarixli, 2-1(112)-1253/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, ünvan 2 ünvanda yerləşən sahəsi 188.3 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair (yarımzirzəmi və zirzəmi) kod 2063, ***-*******2 registr nömrəsi ilə aparılmış qeyd (***-*******2-001 registr nömrəsi ilə (5 mərtəbəli kooperativ binasının yarımzirzəmisi 130.4 kv.m.) və ***-*******2002 registr nömrəsi ilə (5 mərtəbəli kooperativ binasının zirzəmisi 57.9 kv.m.) aparılmış qeyd ləğv edilmiş; Əmlak Məsələləri Dövlət Komitəsi üzrə verilmiş “Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi haqqında” xx.xx.2017-ci il tarixli 09 nömrəli Sərəncam ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli binanın yarımzirzəmisi 130.4 kv.m. və zirzəminin bir hissəsi 57.9 kv.m., ümumi faydalı sahəsi 188.3 kv.m. hissəsində ləğv edilmiş və həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair hərəkətlər qanunsuz hesab edilmişdir.

17. Birinci instansiyası məhkəməsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli məktuba (ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli, 5 girişli bina “Müəllim” MİK-nin üzvlərinin vəsaiti hesabına tikilmişdir. Bu binanın özülünə aid texniki zirzəmi ümumilikdə mənzil- tikinti kooperativi fondunu təşkil etməklə, ayrılmaz daşınmaz əmlakı kimi binanın ümumi balansında oturur) və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktuba (ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli, 5 girişli bina "xxxx" MTK-ya məxsusdur və həmin bina Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında deyil) istinad edərək qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisə predmeti olan əmlakın dövlət mülkiyyətində olması iş materialları ilə öz əksini tapmır. Beləliklə, mübahisəli bina Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında olmadığından, həmin əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarıla bilməzdi.

18. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti və üçüncü şəxs həmin qərardan ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İqtisad Nazirliyi yanında Dövlət Əmlak Xidmətinə ünvan 2 ünvanında beşmərtəbəli kooperativ yaşayış binasının zirzəmi və yarızirzəmisində yerləşən, ümumi sahəsi 188.3 kv.m qeyri-yaşayış sahəsinin dövlət əmlakı kimi qeydiyyata alınması ilə bağlı məlumat və sənədlərin məhkəməyə təqdim edilməsi üçün sorğu ünvanlanmış, sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, kooperativ yaşayış binasının tikintisi zamanı binanın yarızirzəmi və zirzəmi sahələrinin inşası üçün dövlət tərəfindən vəsaitin ödənilməsi faktı həmin binanın layihə-smeta və digər sənədlərində öz əksini tapır. Bununla bağlı əlavə məlumat əldə etmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyə olunur.

20. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 1963-1970-ci illərdə kooperativ bina inşaatında dövlətin maliyyə iştirakı ilə bağlı normativ hüquqi aktın olub-olmaması ilə bağlı sorğu ünvanlanmış, sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, 1963-1970-ci illərdə kooperativ bina inşaatında dövlətin maliyyə iştirakı ilə bağlı normativ hüquqi akt aşkar edilməmişdir.

21. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən ünvan 5 ünvanında “Müəllimlər MTK” tərəfindən tikilmiş və 1962-ci ildə istis mara qəbul edilmiş çoxmərtəbəli yaşayış binasının (xüsusilə də zirzəmi və yarızirzəminin) tikintisinə dövlət büdcəsindən vəsaitin ödənilməsi ilə bağlı məlumatın əldə olunması, habelə ödənilmişdirsə, bununla əlaqədar zəruri sənədlərin (o cümlədən layihə-smeta sənədlərinin) məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu ünvanlanmış, sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, "xxxx" MTK tərəfindən qeyd edilən ünvanda inşa edilmiş yaşayış binasının tikintisində dövlət büdcəsindən vəsaitin istifadə olunması ilə bağlı hər hansı bir məlumat aşkar edilməmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) 30 noyabr 2022-ci il tarixli, 21(103)-2725/2022 nömrəli qərarı ilə cavabdeh Ə mlak Məsələləri Dövlət Xidməti və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(112)-1253/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

24. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti və üçüncü şəxs həmin qərardan ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. c. Kassasiya instansiyası məhkəməsindəki icraat

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.N.Bədəlov /sədrlik edən və məruzəçi/, X.Vəkil1 və R.S.Nəbizadə) 2-1(102)- 808/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qərarı ilə kassasiya şikayət ləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2- 1(103)2725/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir

26. İşə baxmış məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini aşağıdakı əsaslarnan şərtləndirmişdir: - İşə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları İPM-in 12.1-ci maddəsinin tələbi baxımından araşdırılmamış, mübahisəli qeyri-yaşayış sahəsinin aid olduğu binanın nə vaxt istismara verildiyini müəyyən etmək üçün registrdəki məlumatların əsasını təşkil edən sənədlər tələb olunub tədqiq edilməmiş, həmçinin ünvanla bağlı məsələ də dəqiqləşdirilməmişdir. -Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi tə rəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubda ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli, 5 girişli binanın "xxxx" MTK-ya məxsus olması qeyd edilsə də, bu hal aşağı instansiya məhkəmələri tərəfindən ətraflı araşdırılmamış, bununla bağlı tərəflərin dəlilləri hərtərəfli qiymətləndirilməmişdir. - Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sərəncamında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən çıxarışda mübahisəli qeyri-yaşayış sahəsinin 2017-ci ildə dövlət əmlakı kimi qeydiyyata alındığı göstərilsə də, eyni təşkilat (Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi) tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubda əmlakın dövlət balansında olmaması qeyd edilmiş, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən bu ziddiyyətli hala aydınlıq gətirilməmişdir. - İddiaçılar binanın məhz kooperativ olması halından çıxış edərək hazırkı iddianı qaldırsalar da, işə baxan apellyasiya instansiyası məhkəməsi kooperativin mövcudluğu ilə bağlı hərtərəfli araşdırma aparmamaqla yanaşı, həm də iddiaçıların özlərinin iddia etdiyi kimi “kooperativin ümumi əmlakının” müdafiəsi ilə əlaqədar iddia qaldırmaq səlahiyyətlərinin mövcudluğunu araşdırmamışdır. - iş materiallarında olan (İİ cild: iş v.9.-12) X10 tərəfindən ("xxxx" MTK-nın adından) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə 2017-ci il tarixdə verilmiş iddia ərizəsində mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı sərəncamın ləğvi tələb edilmiş, daha sonra şəxsin ərizəsi əsasında 1 saylı Bakı İnzi bati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi bu məsələyə də hüquqi qiymət verməmişdir (hazırkı iddia verilərkən həmin sərəncamın mübahisələndirilməsi ilə bağlı iddia müddətinin ötürülübötürülməməsi ilə bağlı). - İşə baxan birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddiaçılardan İddiaçı6 imzası olmamış, eyni zamanda İddiaçı6 digər iddiaçılardan hər hansı birinə verdiyi etibarnamə də mövcud deyildir. İşə baxan apellyasiya instansiyası məhkəməsi də İddiaçı6 hazırkı iş üzrə prosessual statusunun mövcudluğunu araşdırmamışdır. - Kassasiya icraatında iddiaçılar tərəfindən təqdim edilmiş ərizədə də İddiaçı6 və İddiaçı7 imzası yoxdur. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi İddiaçı6 və İddiaçı7 hazırkı iddiada maraqlarının olub-olmaması məsələsini də araşdırmalıdır. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və R.Ə.Səmədov) 24 may 2024-cü il tarixli, 21(103)-599/2024 nömrəli qərardadı ilə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(112)-1253/2022 nömrəli qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır.

28. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyünə dair mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: - hazırkı işdə iddiaçılar MTK-nın üzvləri kimi iddia qaldırdıqlarını bəyan edirlər. İddiaçılar belə bir səlahiyyətə malik olduqlarını təsdiq edən sübut təqdim etməmişdirlər. İddiaçıların hüquqi marağı, mübahisəli qeyri-yaşayış sahəsinin keçmiş sovet dövründə onların təsis etdikləri kooperativ tərəfindən öz vəsaitləri hesabına inşa edildiyinə və həmin qeyri-yaşayış sahəsinin onların şərikli mülkiyyəti olduğuna istinadən cavabdeh tərəfindən registrdə aparılmış qeydiyyatın ləğvinə nail olmaqdan ibarətdir. - hazırkı məhkəmə icraatında iddiaçı qismində əslində adıçəkilən şəxslər deyil, MTKnın özü çıxış edə bilərdi. Adıçəkilən şəxslər isə prosesdə iddiaçı kimi öz adlarından deyil, yalnız təmsil etdikləri həmin MTK-nın (hüquqi şəxsin) adından və onun maraqlarını qorumaq üçün qanunla müəyyən olunmuş qaydada onun verdiyi s əlahiyyət əsasında məhkəmədə iddia qaldıra bilərdilər. Başqa sözlə, hüquqi şəxsin adından hər hansı şəxsin təmsilçilik qaydasında iddia qaldırması həmin şəxsə iddiaçı statusu qazandırmır. - hər bir halda yalnız təmsil olunan şəxs, yəni hazırkı mübahisəyə münasibətdə Müəllim MTK iddiaçı qismində çıxış edə bilərdi (onun təsisçiləri və ya təmsilçiləri deyil). Bunun üçün isə MTK hüquq və fəaliyyət qabiliyyətinə malik olmalıdır, başqa sözlə, hüquqi şəxs statusuna malik olmalıdır. Belə ki, subyektin hüquqi şəxs statusu qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçdiyi vaxtdan yaranır və həmin hüquqi şəxs qeydiyyat anından hüquq və fəaliyyət qabiliyyəti əldə edir. Yəni hazırkı mübahisəyə münasibətdə MTK-nın əvvəlcə hüquqi şəxs statusunun mövcudluğu (hər hansı təşkilati-hüquqi formada) müəyyən olunmalı, bunun müəyyən olunduğu təqdirdə isə onun tərəfindən təmsilçilik səlahiyyətlərinin, o cümlədən məhkəmədə iddia qaldırmaq səlahiyyətinin qanunla nəzərdə tutulmuş qaydada və müvafiq formada tərtib olunmuş sənədlə adıçəkilən şəxslərə verildiyi təsdiq olunmalıdır. Yalnız bu halda adıçəkilən şəxslər sözügedən MTK-nın adından və onun maraqlarının qorunması məqsədi ilə iddia qaldırmaqda haqlı sayıla bilərdilər. - hazırkı iş üzrə iddiaçılar kimi adları qeyd edilən şəxslərin hazırda hansı səlahiyyətlə, kimi və kimləri təmsil etdikləri aydın deyildir. İddiaçılar kooperativin nümayəndələri olaraq iddia qaldırsalar belə, qanunvericiliyə uyğun etibarnamə təqdim etməmişdirlər. - Azərbaycan SSR Nazirlər Sovetinin 4 yanvar 1968- ci il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-in ə razisində yaşayış evi (evləri) tikən mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”ndən göründüyü kimi kooperativ üzvlərinin məhkəmədə ayrıca iddia qaldırmaq hüququ müəyyən edilməmişdir. - iddiaçı qismində çıxış edən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətlərini təsdiq edən etibarnamələrini məhkəməyə təqdim etmədiklərindən, eyni zamanda hazırkı iş üzrə iddiaçıların “Müəllim” MənzilTikinti Kooperativinin üzvləri olması halı öz təsdiqini tapsa belə kooperativ üzvlərinin məhkəmədə ayrıca iddia qaldırmaq hüququ Azərbaycan SSR Nazirlər Sovetinin 4 yanvar 1968-ci il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-in ərazisində yaşayış evi (evləri) tikən mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”ndə müəyyən edilmədiyindən hazırkı iddiaya inzibati məhk əmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. - yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunvericiliklə müəyyən edilmiş şərtlərə bağlıdır. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv komponentlərinin müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv komponenti əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinineyniliyini şərtləndirir. Preyudisiallığın obyektiv komponentini isə qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir. - iş materiallarında olan (İİ cild: iş v.9.-12) X10 tərəfindən ("xxxx" MTK-nın adından) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə 2017-ci il tarixdə verilmiş iddia ərizəsində mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı sərəncamın ləğvi tələb edilmiş, daha sonra şəxsin ərizəsi əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçılar növbəti dəfə ünvan 3 ünvanda yerləşən 188.3 kv.m. qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair xx.xx.2017-ci il tarixli sərəncamın və özəlləşdirməyə dair hərəkətlərin qanunsuz hesab edilməsi ilə bağlı yalnız 4 il sonra, 2021-ci ildə məhkəməyə müraciət etmişlər. 2017-ci ildə mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı sərəncamın ləğvi ilə bağlı şəxsin ərizəsi əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarıldıqdan sonra iddiaçı tə rəfindən sərəncamın həmin müddət ərzində yenidən mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir.

29. Apellyasiya məhkəməsinin mövqeyinin hüquqi əsasını “İnzibati icraat haqqında” Qanunun 1.2, 48.1, 48.2, 71.2, 73-cü, MPM-in 43.1, 44.1, 69.2, 82.3-cü, İPM-in 26.2, 35.1ci maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı təşkil edir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

30. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçılar Kooperativin üzvləri olsa belə əsas onlara iddia qaldırmaq hüquq ondan ibarətdir ki, həmin sakinlər mübahisəli sahə yerləşən blokda, hətta bəziləri isə həmin mübahisəli sahənin birbaşa üstündə yaşayırlar və qanunvericiliyə əsasən onların üstünlük hüququ mövcuddur. Həmin sahə sakinlərin bir başa maraqlarına toxunur. Bu məsələ hələ birinci instansiya məhkəməsində müzakirə olunmuşdur, sakinlərinin mülkiyyətlərini təsdiq edən sənədlər təqdim edilmişdir. Onlar ayrıca fiziki şəxslər kimi məhkəməyə müraciət ediblər. Ona görə MTK-nın adından çıxış edərək müvafiq səlahiyyətlə təqdim etmək dəlili əsassızdır.

31. İddia müddəti ilə bağlı qeyd edilmişdir ki, iddiaçılar X17 adına əmlak sənədləşdirilənədən sonra, yəni 2017-ci ilin dekabr ayının sonunda, xəbər tutdular və dərhal Рolis İdarəsinə müraciət etdilər, Nəsimi rayon Polis idarəsi məhkəməyə müraciət etməyi tövsiyə edəndən sonra (xx.xx.2018-ci il tarixli məktub) Nəsimi r ayon Məhkəməsinə müraciət etdilər və ilk qətnamə 28 dekabr 2018-ci il tarixdə 2(006)-6007/2018 iş üzrə qəbul edilmişdir. Sakinlər Bakı İnzibati Məhkəməyə (Ali Məhkəmənin qərarı əsasında) müraciət etdikdən sonra həmin sərəncamın mövcudluğu barədə məlum eldə etdilər.

32. Kassator hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən “İnzibati icraat haqqında” Qanunun 2.0.3-cü və İPM-in 12.1-ci maddələrinin tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdi r, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən ed ilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 36. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxla malıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37- ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

37. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 26.2. Dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, ya xud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulm uş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

38. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” i şi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

40. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş dir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

42. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

43. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

44. Hazırkı iş üzrə iddiaçıların hüquqi marağı, mübahisəli qeyri-yaşayış sahəsinin keçmiş sovet dövründə onların təsis etdikləri kooperativ tərəfindən öz vəsaitləri hesabına inşa edildiyinə və həmin qeyri-yaşayış sahəsinin onların şərikli mülkiyyəti olduğuna istinadən cavabdeh tərəfindən registrdə aparılmış qeydiyyatın ləğvinə və həmin qeyriyaşayış sahəsinin özəlləşdirilməsinə dair hərəkətlər qanunsuz hesa b edilməsinə nail olmaqdan ibarətdir.

45. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.

46. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

47. İddianın prosessual qanunvericiliklə nəzərdə tutulmuş ümumi mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisəyə münasibətdə iddianın mümkün sayılması üçün iddiaçıların da iddia qaldırmaq səlahiyyətinə malik olması zəruridir.

48. İş üzrə materiallardan iddiaçıların "xxxx" MTK-nın adından iddia qaldırdıqları müəyyən olunur. Lakin hazırkı məhkəmə icraatında iddiaçı qismində əslində adıçəkilən şəxslər deyil, əlahiddə olaraq MTK-nın özü çıxış edə bilərdi. Adıçəkilən şəxslər isə prosesdə iddiaçı kimi öz adlarından deyil, yalnız təmsil etdikləri həmin MTK-nın (hüquqi şəxsin) adından və onun maraqlarını qorumaq üçün qanunla müəyyən olunmuş qaydada onun verdiyi səlahiyyət əsasında məhkəmədə iddia qaldıra bilərdilər. Başqa sözlə, hüquqi şəxsin adından hər hansı şəxsin təmsilçilik qaydasında iddia qaldırması həmin şəxsə iddiaçı statusu qazandırmır.

49. Nəzərə almaq lazımdır ki, hər bir halda yalnız təmsil olunan şəxs, yəni hazırkı mübahisəyə münasibətdə "xxxx" MTK iddiaçı qismində çıxış edə bilərdi (onun təsisçiləri və ya təmsilçiləri deyil). Bunun üçün isə "xxxx" MTK hüquq və fəaliyyət qabiliyyətinə malik olmalıdır, başqa sözlə, hüquqi şəxs statusuna malik olmalıdır. Belə ki, subyektin hüquqi şəxs statusu qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçdiyi vaxtdan yaranır və həmin hüquqi şəxs qeydiyyat anında n hüquq və fəaliyyət qabiliyyəti əldə edir. Yəni hazırkı mübahisəyə münasibətdə "xxxx" MTK-nın əvvəlcə hüquqi şəxs statusunun mövcudluğu (hər hansı təşkilati-hüquqi formada) müəyyən olunmalı, bunun müəyyən olunduğu təqdirdə isə onun tərəfindən təmsilçilik səlahiyyətlərinin, o cümlədən məhkəmədə iddia qaldırmaq səlahiyyətinin qanunla nəzərdə tutulmuş qaydada və müvafiq formada tərtib olunmuş sənədlə adıçəkilən şəxslərə verildiyi təsdiq olunmalıdır. Yalnız bu halda adıçəkilən şəxslər sözügedən MTK-nın adından və onun maraqlarının qorunması məqsədi ilə iddia qaldırmaqda haqlı sayıla bilərdilər.

50. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, eyni obyektlə (qeyri-yaşayış sahəsi ilə) bağlı mülki işlər üzrə məhkəmə aktlarında iddiaçıların subyektiv hüquqlarının mövcudluğu qəbul edilmiş olsa belə, mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının heç biri hazırkı iş üzrə tərəflər arasında keçirilmiş məhkəmə icraatı nəticəsində qəbul edilməmişdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.

51. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə uyğun olaraq preyudisiallıq işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qərarla mü əyyən edilmiş olmalıdır; bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır.

52. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunvericiliklə müəyyən edilmiş şərtlərə bağlıdır. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv komponentlərinin müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv komponenti əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Preyudisiallığın obyektiv komponentini isə qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir.

53. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, a dıçəkilən şəxslər iddia qaldırmaq səlahiyyətinə malik olmadıqlarından və iddianın mümkünlük şərtləri ödənilmədiyindən hazırkı iddia mümkün sayıla bilməz.

54. Qeyd olunmalıdır ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmə tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə hazırkı qərarın 34-37(a) bəndlərində göstərilən maddi və prosessual hüquq normalarına uyğundur. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilm ədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2024-cü il tarixli, 21(103)-599/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar