Məhkəmə qərarları › İş №2-1(102)-2508/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2508/2025

28.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2508/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin faktiki vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsindən imtina) 28.01.2026 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron ərazi idarəsinə qarşı “torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 may 2025-ci il tarixli, 2-1(105)-428/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Torpağın mülkiyyətə verilməsinə dair JN-509A (kod: ********) nömrəli şəhadətnaməyə əsasən, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 56 nömrəli qərarı ilə X1 mülkiyyətinə 0,10 hektar torpaq sahəsi verilmişdir.

2. İddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən sözügedən 0,10 hektar torpaq sahəsini xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Qəhrəmanova (Daşdəmirova) Ceyran Məsim qızından almışdır.

3. İddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququ xx.xx.2 016-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və iddiaçıya RX ******* nömrəli çıxarış təqdim edilmişdir.

4. İddiaçı cavabdehə müraciət edərək, sözügedən torpaq sahəsinin faktiki vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsini xahiş etmişdir.

5. Cavabdeh həmin torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin mövcud olduğuna və yerinin dəyişdirildiyinə, həmçinin faktiki torpaq sahəsinin bir hissəsinin digər vətəndaşın mülkiyyətində olan sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyünə istinadən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.

6. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, JN-509A (kod: ********) nömrəli şəhadətnamənin sənəd üzrə yerləşməsi ilə iddiaçının faktiki istifadəsində olan torpaq s ahəsi üst-üstə düşmədiyindən (yeri dəyişdirilmişdir) torpaq sahəsinə dair plan-ölçü sənədi tərtib edilməmiş, lakin iddiaçının mülkiyyət hüququna dair sənəd üzrə tək çıxarış verilmişdir. Torpaq sahəsinin xx.xx.2023-cü il tarixli texniki vəziyyətini əks etdirən müayinə (baxışı) aktında torpaq sahəsi üzərində mübahisənin olması barədə məlumat qeyd edilməmişdir. Lakin iddiaçının faktiki istifadəsində olan (naturada tanıdılan 0,083 ha) torpaq sahəsinin 10 kv.metr hissəsi **********69-10301 reyestr nömrəli çıxarışla, 6 kv.metr hissəsi isə **********77 reyestr nömrəli çıxarışla üstüstə düşür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhk əməsinə müraciət edərək, RX ******* nömrəli, **********45 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən ona məxsus torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq digər çıxarışlarla üst-üstə düşən 6 kv.metr və 10 kv.metr hissəsi çıxılmaqla, qalan 0,0814 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh tərəfindən ona məxsus sözügedən torpaq sahəsinin faktiki vəziyyətinə uyğun plan-ölçü sənədi verilməmiş və ona bunun üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.

9. Cavabdeh tərəfindən iddia tələbinə qarşı məhkəməyə etiraz təqdim edilməmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Leyla Mirzəyeva) 22 yanvar 2025-ci il tarixli, 2-1(118)-1176/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə baxmayaraq, cavabdeh orqanın plan-ölçü sənədinin tərtib edilməsindən imtinası əsassız olmaqla iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, plan-ölçü əslində çıxarışın aid olduğu əmlakı fərdiləşdirməyə imkan verən texniki göstəriciləri özündə əks etdirir. Bu baxımdan da həmin sənədlər çıxarışın tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Hazırkı mübahisə ilə bağlı məhkəmə araşdırması zamanı aydın olur ki, çıxarış əsasında iddiaçıya məxsu s olan 0,10 ha torpaq sahəsinin faktiki vəziyyətinə uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilməlidir.

12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İsmayıl Quliyev /sədrlik edən və məruzəçi/, Vəfa Əzizova və Gülnar Cabbarova) 01 may 2025-ci il tarixli, 2-1(105)-428/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilməmişdir.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı müvafiq boş sahəni göstərərək həmin sahəyə plan-ölçü sənədinin verilməsini istəyir. Belə ki, iş materiallarına əlavə olunmuş müayinə aktından da görünür ki, torpaq sahəsinin yeri 260 metr dəyişdirilmiş və bu səbəbdən həmin torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi torpaq sahəsi müvafiq çıxarışla ona məxsus olan torpaq sahəsi olmamaqla başqa ərazidə yerləşir. Bu səbəbdən də kollegiya hesab edir ki, cavabdeh inzibati orqan yerləşmə yeri dəyişdirilmiş torpaq sahəsinə dair plan-ölçü sənədinin tərtib edilməsindən imtina etməklə düzgün qərara gəlmişdir. Bundan əlavə, iddiaçı istinad etdiyi torpaq sahəsinin Hökməli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 78 nömrəli qərarına əsasən X2 ayrıldığını bildirmiş, həmin qərarın s urətini məhkəmə kollegiyasına təqdim etmişdir. Lakin iş materiallarına əlavə olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-509A (kod: ********) nömrəli şəhadətnamədən görünür ki, X2 0,10 ha torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 56 nömrəli qərarı ilə ayrılmışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əldə etdiyi sənəd (torpağın mülkiyyətə verilməsinə dair JN-509A (kod: ********) nömrəli şəhadətnamə) üzrə torpaq sahəsinin yerləşməsi ilə iddia etdiyi torpaq sahəsi arasında 260 metr fərqin mövcud olduğu və torpaq sahəsinin yerinin dəyişdirildiyi müəyyən olunduğu üçün cavabdehin imtinası əsaslı olmuşdur.

15. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

16. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya inst ansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilə r, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlil lərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı ).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 56 nömrəli qərarı ilə X1 mülkiyyətinə verilmiş və alqı-satqı qaydasında ondan əldə etdiyi 0,10 hektar torpaq sahəsinin faktiki vəziyyətinə uyğun (di gər çıxarışlarla üst-üstə düşən 6 kv.metr və 10 kv.metr hissəsi çıxılmaqla) plan-ölçü sənədinin tərtib edilməsinə nail olmaqdan ibarətdir.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış və belə əsasların mövcudluğu müəyyən edilməmişdir.

27. Nəzərə almaq lazımdır ki, şəxs yalnız qeydə alınmış və barəsində çıxarış verilmiş torpaq sahəsinə dair plan-ölçü sənədinin tərtib olunmasını tələb edə bilər. Hazırkı mübahisəyə münasibətdə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin reyestrdə qeydə alınmış torpaq sahəsi ilə identikliyinin müəyyən edildiyi halda, iddiaçı həmin torpaq sahəsi barəsində plan-ölçü sənədi nin hazırlanmasını tələb etməyə haqlı olardı. Lakin iş üzrə materiallardan iddiaçının naturada göstərdiyi torpaq sahəsinin reyestrdə qeydə alınmış torpaq sahəsi olduğu müəyyən edilmir.

28. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Beləliklə, yuxarıda istinad o lunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 may 2025-ci il tarixli, 2-1(105)-428/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar