Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2518/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: mənfəət vergisi üzrə işin hallarının araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə d air inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2025-ci il tarixli, 2-1(105)-261/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********065900 nömrəli Qərarına əsasən vergi orqanı İddiaçı MMCyə 2021-ci ilin Mənfəət vergisi üzrə 384924,16 manat əlavə vergi məbləği hesablamışdır. 2. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********807400 nömrəli Qərarı ilə vergi orqanı İddiaçı MMC-yə 2022-ci ilin Mənfəət vergisi üzrə 77.924.23 manat əlavə vergi məbləği hesablamışdı r. 3. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********821600 nömrəli Qərarı ilə vergi orqanı İddiaçı MMC-yə 2022-ci ilin ödəmə mənbəyində tutulan vergi üzrə 212.189,39 manat əlavə vergi məbləği hesablamışdır. 4. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********820900 nömrəli Qərarına əsasən vergi orqanı İddiaçı MMC-yə 2022-ci ilin ödəmə mənbəyində tutulan vergi üzrə 682,50 manat əlavə vergi məbləği hesablamışdır. 5. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********822300 nömrəli Qərarı ilə vergi orqanı İddiaçı MMC-yə 2022-ci ilin ödəmə mənbəyində tutulan vergi üzrə 105.325,58 manat əla və vergi məbləği hesablamışdır. 6. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********134300 nömrəli Qərarı ilə vergi orqanı İddiaçı MMC-yə 2021-ci ilin Mənfəət vergisi üzrə 2.682,60 manat əlavə vergi məbləği hesablamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, **********065900 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********065900 nömrəli qərarına əsasən kam eral qaydada 2021-ci ilin mənfəət vergisi üzrə müəssisəyə qanunsuz əlavə vergi məbləği hesablanmışdır. Aşağıda qeyd edilən hüquqi əsaslara əsasən xx.xx.2022-ci il tarixli **********065900 nömrəli qərar qanunsuzdur və bu səbəbdən ləğv edilməlidir. Müəssisənin əsas fəaliyyəti əhalidən (fiziki şəxslərdən) metal tullantı və qırıntılarının yığılaraq təkrar emal vəziyyətinə salınması (tullantıların utilizasiyası) prosesi təşkil edir. Belə ki, ayrı-ayrı fiziki şəxslər tərəfindən gündəlik həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn məişət tullantıları qismində metal tullantı və qırıntıları (mis qazanlar, samavarlar, elektrik su motorlarının mis məftilləri və latun çərçivələri, məişət elektrik avadanlıqlarının misdən və latundan olan daxili elementləri, latundan olan ev əşyaları və s. yararsız məişət tullantıları) Vergi Məcəlləsinin 71-2-ci və 130.1-1-ci maddələrinə uyğun olaraq elektron alış aktı və kağız daşıyıcıda malların qəbul aktı əsasında fiziki şəxslərdən təhvil alınıb emal edilmiş (saflaşdırılmış) və xaricə (satılmış) ixrac edilmişdir. Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.2-ci bəndinə əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” və malların alış tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “İstehsal ehtiyatlarının alış aktı”nda ( “Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Vergi Məcəlləsinin 71-2.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş" Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydalarının” 1.2-ci bəndinə əsasən elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Bəhs edilən qanunvericilik aktlarının tələbinə uyğun olaraq əhalidən yığılan məişət metal tullantı və qırıntıları tərəfimizdən həm elektron alış aktları, həm də kağız daşıyıcıda malların alış aktları ilə rəs miləşdirilmişdir. Vergi orqanı tərəfindən kameral yoxlama zamanı bəhs edilən elektron alış aktları və kağız daşıyıcıda malların alış aktları Vergi Məcəlləsinin 37.3-cü maddəsinə uyğun olaraq tərəflərindən yoxlamaya təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən həmin aktlar hər hansı səbəb göstərilmədən nəzərə alınmamış və nəticədə xx.xx.2022-ci il tarixli **********065900 nömrəli qanunsuz qərar qəbul edilmiş və müəssisəyə əsassız əlavə vergi məbləği hesablanmışdır. Cavabdehə təqdim edilmiş izahat və alış aktları nəzərə alınmadığından 2021-ci ilin mənfəət vergisi üzrə 1908520.82 manat xərclər həmin ilin mənfəət vergisindən çıxılmamışdır. Bu səbəbdən müəssisəyə kameral qaydada qanunsuz vergi məbləği hesablanmışdır. Bu baxımdan hazırki iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilmə si zəruridir.
9. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-yə 2021-ci ilin mənfəət bəyannaməsi üzrə 384924,16 manat analoji qaydada vergi məbləği hesablanmışdır. İddiaçı tərəfindən hesablama metodu ilə təqdim edilən bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri”, “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” 221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), “Nəqliyyat xərcləri” (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (********.44 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (********.79 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (155700.83 manat) məbləği (+) bəyannamənin aid olduğunn müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən (********.62 manat) bəyannamənin 1 N-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (1925305.00 manat) çıxılması nəticəsində yaranan (********.62 manat) məbləğin müqayisəsi nəticəsində 1908520.82 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2022-ci il tarixdə **********689000 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Lakin vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2021-ci ilin mənfəət vergisi üzrə 384924,16 manat vergi hesablanılmışdır. Vergilərin hesablanması barədə xx.xx.2022-ci il tarixli **********065900 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, iddiaçı tərəfindən 2022-ci ilin yanvar-mart ayları ərzində 4243787,5 manat, oktyabr sentyabr ayları ərzində 13650 manat, oktyabr-dekabr ayları ərzində 2106511,5 manat dəyərində alış aktları ilə mallar alınmasına baxmayaraq müvafiq dövrlər üzrə ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim edilmədiyindən kənarlaşma yaranmışdır. 2022-ci ilin 1-ci rübü üzrə kənarlaşma ilə əlaqədar ver gi ödəyicisinə xx.xx.2022-ci il tarixdə **********769200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə analoji qaydada 212189.38 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2023-cü il tarixli **********668400 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. 2022-ci ilin 3-cü rübü üzrə kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixdə **********033400 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən göndərilmiş “məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə analoji qa ydada 682.5 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2022-ci il tarixli **********632000 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. 2022-ci ilin 4-cü rübü üzrə kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixdə **********196500 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə analoji qaydada 105325.58 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2023-cü il tarixli **********562400 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi mi verg i orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” - Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim məsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında qanun” Azərbaycan Respublikasının qanunun 3.5-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; əlvan və qara metal qırıntılarının qəbulu; utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; xam d ərinin tədarükü.
10. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, **********134300 nömrəli (2021-ci ilin Mənfəət vergisi), xx.xx.2023-cü il tarixli, **********807400 nömrəli (2022-ci ilin Mənfəət vergisi ), **********821600 nömrəli (1-ci rüb 2022 ÖMV), **********820900 nömrəli (3-cü rüb 2022 ÖMV ) və **********822300 nömrəli (4-cü rüb 2022 ÖMV) qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
11. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-279/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim X2) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********134300 nömrəli (2021-ci ilin Mənfəət vergisi), xx.xx.2023-cü il tarixli, **********807400 nömrəli (2022-ci ilin Mənfəət vergisi), **********821600 nömrəli, (1-ci rüb 2022 ÖMV), **********820900 nömrəli, (3-cü rüb 2022 ÖMV) və **********822300 nömrəli ( 4-cü rüb 2022 ÖMV ) qərarların ləğv edilməsi qərara alınmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən qərarın qəbulu zamanı maddi hüquq normalarının tələbi pozulmuş və normalar düzgün tətbiq edilməmişdir. İş materialına əlavə edilmiş vergi orqanının xx.xx.2017-ci il tarixli, **********184300 nömrəli münasibət bildirilməsi barədə xidməti məktubunun 2-ci, 3-cü, 4-cü və 5-ci sətirlərində göstərilmişdir ki, vergi qanunvericiliyinə əsasən metalların, qiymətli metal mə mulatlarının təqdim edilməsindən əldə olunan gəlirlər fiziki şəxsin gəlir vergisinə cəlb edilir. Qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının təqdim edilməsi fiziki şəxslərin gəlir vergisindən azaddır. Mis və qurğuşun tullantılarını tədarük qaydasında digər şəxslərdən alqı-satqı məqsədləri üçün alaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə edən şəxslərin belə fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs vergi orqanında qeydiyyata alınmaq (VÖEN əldə etmək) üçün ərizəni, sahibkarlıq fəaliyyətini başladığı günədək yaşadığı yer üzrə vergi orqanına verməlidir. Bununla yanaşı mis və qurğuşun tullantılarının ayrı-ayrı şəxslərdən t oplayaraq istehsalat müəssisəsinə təqdim edilməsindən əldə olunan gəlirdən vergi ödəyicisi seçdiyi vergitutma metodundan (gəlir vergisi, ƏDV və ya sadələşdirilmiş) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəyir. Malların alışını təsdiq edən ciddi hesabat blankı hesab edilən sənədlər olmadıqda, lakin həmin malların alışını özündə əks etdirən digər ilkin uçot sənədləri mövcud olduqda malların dəyəri uçot sənədləri əsasında gəlirdən çıxılan xərclərə aid edilə bilər. xx.xx.2017-ci il tarixli, **********184300 nömrəli münasibət bildirilməsi barədə xidməti məktubdan göründüyü kimi, qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının təqdim edilməsinə görə fiziki şəxslər gəlir vergisindən azaddırlar. Həmçinin həmin məktubdan göründüyü kimi, mis və qurğuşun tullantılarını tədarük qaydasında digər şəxslərdən alqı-satqı məqsədləri üçün alaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə edən şəxslərin belə fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur. Lakin qeyd edilir ki, tədqiqata təqdim edilmiş iş materiallarında və vəsatətə cavab olaraq təqdim edilmiş əlavə sənədlərdə qiymətli metal olmayan metalların və onların tullantılarının, o cümlədən mis və qurğuşun tullantılarının tədarük qaydasında digər şəxslərdən alqı-satqı məqsədləri üçün alınaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə edən fiziki şəxslərlə (yəni sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər) bağlı sənədlər mövcud deyildir. Belə ki, təqdim edilmiş sənədlərdən (e-alış aktları, kassa-məxaric orderi, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi və VÖEN-ə və ya ada görə vergi ödəyicisinin axtarılması ilə bağlı çıxarışlar və s.) göründüyü kimi, İddiaçı MMC tərəfindən e-alış aktlarına əsasən alınmış metal və metal qırıntıları digər şəxslərdən alqı-satqı məqsədləri üçün alınaraq qəbul məntəqələrinə və istehsal sahələrinə təhvil verməklə gəlir əldə etməyən və VÖEN-i olmayan ayrı-ayrı fiziki şəxslər tərəfindən satılmışdır. Qeyd olunan mövqe Azərbaycan Respublikası Auditorlar Palatası "xxxx" MMC tərəfindən verilmiş rəyində də öz əksini tapmış və cavabdeh tərəfindən tərtib edilmiş sözügedən qərarlar vergi qanunvericiliyinin tələblərinə uyğun qəbul edilməməsi bildirilmişdir. Belə ki, auditor rəyindən görünür ki, Vergi ödəyicisinin 2021-2022-ci illər üzrə xərclərini n tanınması mövcud Azərbaycan Respublikası Vergi Məcəlləsinə və müvafiq normativ hüquqi aktlara uyğun olaraq istehsala çəkilmiş xərclərdir. Həmçinin, Azərbaycan Respublikasının Sənaye və Ticarət Palatasının Azərekspertiza Birliyinin xx.xx.2023 tarixli 04 nömrəli mütəxəssis rəyinə əsasən 2021-2022-ci xammalmaterial olaraq əldə edilmiş malların alış qiyməti və itki normaları göstərilməklə məhsulların istehsal həcmi mütəxəssis tərəfindən də təsdiqi müəyyən edilmişdir. Vergi ödəyicisinin alınmış mallara əsasən ödədiyi və xərcə aid etdiyi xammal-material qiymətləri mütəxəssis tərəfindən müəyyən edilmiş qiymətlər daxilində olduğu üçün xammal material xərci alış aktlarında qeyd edilən faktiki qiymət kimi nəzərə alınmışdır. Bundan əlavə mütəxəssis rəyinə əsasən xammal-material kimi əldə edilmiş me tal tullantılarından itki normaları və digər hallar nəzərə alınmaqla əldə edilə bilən məhsulun miqdarı ilə vergi ödəyicisinin təqdim etdiyi məhsulların miqdarı ilə uyğunluq təşkil etmişdi. Bu da öz növbəsində vergi ödəyicisi tərəfindən elektron və kağız alış aktları əsasında əldə edilmiş və vergi bəyannaməsində göstərilmiş xammal materialına dair xərcin uyğunluğunu təsdiq edir. Bəhs edilən xərclər yoxlamaya təqdim edilmiş elektron qaimə-faktura, elektron alış aktları, kağız daşıyıcıda olan alış aktları, gömrük bəyannamələri, vergi bəyannamələri, kassa mədaxil və məxaric orderləri, idxal-ixrac məlumatları, itki normaları barədə ekspert rəyi və digər mühasibatlıq sənədləri ilə öz təsdiqini tapmışdır.
13. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv e dilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2025-ci il tarixli, 2-1(105)-261/2025 nömrəli qərarı ilə (hakimlər X1 (məruzəçi), X3 və X5) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 21(118)-279/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarş ı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
17. Şikayətdə Vergi Məcəlləsinin 16, 37, 67, 101, 102, 103, 104, 108 və sair maddələrinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
18. Belə ki, apellyasiya instansiya məhkəməsi Vergi Məcəlləsinin 102.1.7-ci maddəsində nəzərdə tutulmuş azadolma hallarını düzgün şərh etməmiş, həmin normanı əsassız məhdudlaşdırıcı şərh etmişdir. Maddi hüquq normasının dispozisiyasında ifadə olunan qiymətli daşlar və metallar ifadəsi metalların da qiymətli olması tələbini istisna edir.
19. Bundan əlavə apellyasiya instansiya məhkəməsi mənfəət vergisi üzrə əlavə vergi məbləğinin hesablanmasına aid işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, indiki halda cavabdeh vergi orqanı mənfəət verg isi üzrə 2021-ci il və 2022-ci il üzrə kənarlaşma halının müəyyən edildiyini və bu halın xərcləri təsdiq edən sənədlərin təqdim edilməməsi əsası ilə əsaslandırsa da, həmin hal iş materialları əsasında təkzib edilmişdir. Belə ki, iddiaçı vergi ödəyicisi 2021 və 2022-ci ilə aid dövrlər üzrə malların alış aktları, idxal sənədləri və digər hesabat uçot sənədlərini təqdim etmiş, habelə məhkəmə araşdırması zamanı həmin sənədlərin tədqiqatının nəticəsinə dair audit rəyi əldə edilmişdir. Həmin audit rəyinin məzmunundan görünür ki, iddiaçının 2021-ci il üzrə ödəməli olduğu mənfəət vergisi 2316,43 manat olmuş, 2022-ci il üzrə mənfəət vergi öhdəliyi yaranmamış, 2021-ci il üzrə mal qalığı ******* manat, 2022-ci il üzrə 489711 manat olmuş, yanvar 2021-dekabr 2021-ci il üzrə 15373704,68 manat mal almış, 127625 manat mal idxal etmiş, 01 yanvar 2022-dekabr 2022-ci il üzrə ******* manat mal almış və 26113,52 manat idxal etmişdir, 2021-ci il üzrə xərc sənədləri ilə öz təsdiqini tapmış xərcləri 14555155,41 manat, 2022-ci il üzrə 5627154,82 manat olmuşdur. Göründüyü kimi iddiaçının 2021 və 2022-ci il üzrə gəlir və xərclərini təsdiq edən sənədlər mövcud olmuş, həmin sənədlər əsasında gəlir və xərcin məbləği aşkar şəkildə müəyyən edilmiş, uyğunsuzluq olması halı aşkar edilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
109. Gəlirdən çıxılmayan xərclər 109.1. Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. 109.2. Qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. 109.3. Bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçilərin və onların ailə üzvlərinin sosial xarakterli xərclərinin və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir. 109.4. Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır. 109.5. Əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır. 109.6. Ehtiyat fondlarına ayırma məbləğləri yalnız bu Məcəllənin 111-ci və 112-ci maddələrinə müvafiq surətdə gəlirdən çıxılır. 109.7. Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır. 109.8. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5ci maddəsində göstərilən mallar, qiymətli daşlar, qiymətli metallar, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatlar, daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəll ənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır. 22. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Nağdsız qaydada həyata keçirilən hesablaşmalar 3.5. Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: 3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; 3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu; 3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; 3.5.4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; 3.5.5. xam dərinin tədarükü (alışı). 3.6. Bu Qanunun 3.4.4-cü maddəsində nəzərdə tutulmuş hesablaşmalar əməliyyataxtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil edilmir. 23. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Respublikasının Qanunu: Maddə
1. Bu qanunda istifadə olunan əsas anlayışlar 1.1. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılar: Azərbaycan 1.1.1. qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, tullantılarda olan qızıl, gümüş, platin və platin qr upu metallan (palladium, iridium, osmium, rodium və rutenum); 1.1.2. qiymətli daşlar - işlənilmiş və işlənilməmiş şəkildə olan təbii almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər; 1.1.3. qiymətli metallardan və qiymətli daşlardan məmulatlar - qiymətli metallardan və onların əlvan metallarla ərintilərindən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətli və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyaları;
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə ol an digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ap ellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi cavabdehin xx.xx.2023-cü il tarixli, **********134300 nömrəli (2021-ci ilin Mənfəət vergisi), xx.xx.2023cü il tarixli, **********807400 nömrəli (2022-ci ilin Mənfəət vergisi), **********821600 nömrəli (1-ci rüb 2022 ÖMV), **********820900 nömrəli (3-cü rüb 2022 ÖMV) və **********822300 nömrəli (4-cü rüb 2022 ÖMV) qərarlarının ləğv edilməsinə nail olmaqdan ibarətdir.
28. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi iddiaçının mövqeyi ilə razılaşaraq iddianı təmin etsələr də, cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olması səbəbi ilə ləğv edilməsini xahiş edir.
29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya ins tansiyası məhkəməsinin qərarı qismən ləğv edilməklə həmin hissədə iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsi göndərilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılamalıdır.
30. Gəldiyi nəticəni məhkəmə kollegiyası aşağıdakı kimi şərh edilməsini məqsədə müvafiq hesab edir.
31. İş materiallarından görünür ki, inzibati orqanın qərarı əsasında iddiaçıya həm mənfəət vergisi, həm də ödəmə mənbəyindən vergi hesablanmışdır.
32. Ödəmə mənbəyindən vergi hesablanması ilə bağlı nəticəyə gələn inzibati orqan qeyd etmişdir ki, iddiaçı metal satışı ilə məşğul olduğundan onun fəaliyyəti vergiyə cəlb edilən fəaliyyətdir. Belə ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində vergi ödəyicisi olmayan fiziki şəxslərdən həmin maddədə təsbit edilmiş mallardan başqa malı nağd qayd ada sata bilməz.
33. Məhkəmə kollegiyası cavabdehin bu mövqeyi ilə razılaşmayaraq bildirir ki, Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan, habelə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla) başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir vergisindən azaddır.
34. Cavabdeh kassasiya şikayəti qeyd etmişdir ki, Vergi Məcəlləsinin həmin normasının məzmununda ə ks olunmuş “qiymətli daşlar və metallar” ifadəsindəki “qiymətli” sözünün yalnız “daşlar”a aid edildiyini, “metallar”a aid edilmədiyini qeyd edərək, iddiaçının aldığı qiymətli olmayan metallara görə vergi ödəməli olduğu qənaətinə gəlmişdir.
35. İddiaçı isə əksinə “qiymətli” ifadəsinin həm daşlara, həm də metallara aid edilməsi halına istinad edərək, onun barəsində vergi məbləğinin əsassız olaraq hesablandığını bildirir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, qiymətli metal qismində hansı məmulatların çıxış etməsi halı məhz bu barədə mövcud olan “Nağdsız hesablaşmalar haqqında” Qanunla tənzimlənir. Həmin normanın tələbindən də görünür ki, əlvan və qara metallar, habelə onların tullantı və qırıntıları qiymətli metal anlayışının məzmununa daxil deyildir. Qiymətli olmayan metallar və onların tul lantı (qırıntıları) Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinin təsiri dairəsinə düşür. Bu səbəbdən də həmin məmulatların təqdim edilməsindən əldə edilən gəlirlər Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən ödəmə mənbəyindən vergiyə cəlb edilə bilməz.
37. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində 2021 və 2022-ci il üzrə ödəmə mənbəyində vergi üzrə əlavə vergi məbləğini hesablamaqda haqlı olmamışdır. Odur ki, bu hissədə cavabdehin apellyasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Kassasiya şikayətində mübahisəli digər məqam mənfəət vergisi ilə bağlıdır. Şikayət müəllifi hesab edir ki, mənfəət vergisinin əsassız hesab edilməsi ilə bağlı məhkəmələrin qənaəti əsaslı olmamışdır.
39. Məhkə mə kollegiyası kassasiya şikayətinin mənfəət vergisi ilə əlaqədar hissəsində cavabdeh inzibati orqanın mövqeyi ilə qismən razılığını ifadə edərək bildirir ki, qeyd edilən vergi növü ilə bağlı məhkəmə gəldiyi nəticəni ətraflı araşdırmamışdır.
40. Belə ki, kassasiya şikayətində əks edilmiş məqamlar apellyasiya şikayətində də qeyd edilməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi öz xidməti vəzifəsindən irəli gələrək İPM-in 12 və 58.7-ci maddəsinin tələblərinə əməl etməmiş, həmin məqamları təhlil etməmiş, dəlillərin hər birinə hüquqi qiymət verməkdən yayınmış, audit rəyində əks edilmiş hallar, o cümlədən xərc sənədlərinin mövcudluğu yoxlanılmamışdır.
41. Mənfəət vergisi ilə bağlı məhkəmə iddianı təmin edərkən bildirmişdir ki, iddiaçı 2021 və 2022-ci illərə aid dövrlər üzrə malların alış aktları, idxal sənədləri və digər uçot sənədlərini təqdim etmiş, habelə məhkəmə araşdırılması zamanı həmin sənədlərin tədqiqatının nəticələrinə dair audit rəyi əldə edilmişdir.
42. Lakin məhkəmə mənfəət vergisi ilə bağlı ekspert və audit rəylərində olan ziddiyyətlə bağlı qiymətləndirmə aparmamışdır.
43. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli ekspert rəyinə görə iddiaçıya əlavə olaraq hesablanmış vergilərin əsaslı olması təsdiq olunmur. Vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlar üzrə kənarlaşma müəyyən olunmadı.
44. Həmçinin, Məhkəmə Ekspertiza Mərkəzi 18 iyul 2024-cü il tarixli rəyində bildirmişdir ki, satışa dair ödəniş sənədləri, gəlirin əldə edilməsi ilə bağlı digər xərclər tam şəkildə əksini tapmadığından mənfəət vergisinin müəyyən edi lməsi mümkün olmamışdır.
45. Bundan sonra məhkəmənin aldığı 29 oktyabr 2024-cü il tarixli audit rəyə əsasən 2021-ci il üzrə mənfəət vergisi 2316,43 manat, 2022-ci il üzrə isə 0,0 manat müəyyən edilmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi rəylər arasında olan ziddiyyəti araşdırmamış, məhz audit rəyinin iş üzrə mötəbər sübut kimi qəbul edilməsi, digər rəylərin isə qəbul edilməməsi qərarda əsaslandırılmamışdır.
47. Məhkəmə mövqeyini audit rəyinə istinad edərək bildirmişdir ki, iddiaçının əldə etdiyi gəlirlə bağlı xərci təsdiq edən sənədlər mövcud olmuşdur. Lakin həmin sənədlər iş materialları ilə birgə araşdırılıb qiymətləndirilməmişdir.
48. Məhkəmə istinad etdiyi xərci təsdiq edən məhz hansı sənədləri qəbul etməsi, həmin sənədlərlə təsdiq olunan xərc məbləği, həmin sənədlərin cavabdeh tərəfindən qəbul edilməməsi səbəbləri də məhkəmə qərarında əsaslandırılmamışdır.
49. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir.
50. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
51. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Məcəlləyə əsasən müəyyən edilir.
52. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Gəlirlərin və xərcl ərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir.
53. Həmin Məcəllənin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.
54. Məhkəmə kollegiyası qeyd edir ki, mənfəət vergisinə münasibətdə yuxarıda göstərilən hallar vergi qanunvericiliyinə uyğun araşdırılmaqla obyektiv həqiqətə nail olmaq mümkündür.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
56. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməs i hissəsində rədd edilməlidir.
57. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2025-ci il tarixli, 2-1(105)-261/2025 saylı qərarı qismən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********134300 nömrəli (2021-ci ilin Mənfəət vergisi), xx.xx.2023-cü il tarixli, **********807400 nömrəli (2022-ci ilin Mənfəət vergisi), qərarlarla bağlı hissədə ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün ape llyasiya instansiya məhkəməsinə göndərilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2025-ci il tarixli, 2-1(105)-261/2025 saylı qərarı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul etdiyi **********821600 nömrəli, (1-ci rüb 2022 ÖMV ), **********820900 nömrəli, (3-cü rüb 2022 ÖMV) və **********822300 nömrəli (4-cü rüb 2022 ÖMV) qərarlarla bağlı hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.