Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2523/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; tunel fəhləsi; ustalar; iş icraçısı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilm əsi» tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-28/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 19 noyabr 1978-ci il tarixdən 03 dekabr 1980-ci il tarixədək hərbi xidmət keçmişdir.
2. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, xx.xx.1981-ci il tarixdən Salyan X2 zavodunda havalandırma sistemləri üzrə çilingər vəzifəsinə təyin edilmiş, xx.xx.1981-ci il tarixdən işdən azad edilmiş, xx.xx.1981-ci il tarixdən Bakı Tunel Tikinti TQİ3-ə yeraltı əmək şəraitində nasos maşinisti vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixdən işdən azad edilmiş, xx.xx.1987-ci il tarixdən “Azəraqrartiki nti” ATSC-nin Salyan “İxtisasquraşdırma” filialının 13 saylı ixtisaslaşmış səyyar mexanikləşdirilmiş dəstədə usta vəzifəsinə təyin edilmiş, xx.xx.1990-cı il tarixdən ştat cədvəli üzrə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci il tarixdən işdən azad olunmuş, xx.xx.2001-ci il tarixdən 11 nömrəli Tikinti Materialları və X1 tikinti ustası vəzifəsinə qəbul olunmuş, xx.xx.2003-cü il tarixli, 28 saylı əmrə əsasən ştat ixtisarı ilə əlaqədar həmin tarixdən işdən azad olunmuş və bu müddət ərzində 1 il 10 ay 6 gün iş stajı toplamış, Salyan rayon Məşğulluq Mərkəzinin xx.xx.2004-cü il tarixli, 4 nömrəli və xx.xx.2004-cü il tarixli, 1s nömrəli, həmçinin xx.xx.2005-ci il tarixli 6s və xx.xx.2005-ci il tarixli əmrlərinə əsasən hər dəfə 6 ay olmaqla 1 il işsizlik müavinəti ilə təmin olunmuşdur. xx.x x.2007-ci il tarixli, 20 ş/h saylı əmrləxx.xx.2007-ci il tarixdən "xxxx" MMC-də sahə rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2007-ci il tarixli, 64 ş/h saylı əmrlə həmin tarixdən öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, həmin cəmiyyətdə 4 ay 17 gün iş stajı toplamış, xx.xx.2019-cu il tarixli əmrlə "xxxx" QSC-nin Tikinti Departamentində iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixli 75 nömrəli əmrlə öz təşəbbüsü ilə işdən azad olunmuş, xx.xx.2021-ci il tarixli əmrlə yenidən "xxxx" QSC-nin Tikinti Departamentində iş icraçısı vəzifəsinə qəbul edilmiş və hal-hazırda həmin müəssisədə işləyir. 3. “Salyan Aqrar-Tikinti” filialının xx.xx.2021-ci il tarixli, 05 nömrəli Arayışından görünür ki, xx.xx.1959-cu ildə anadan olmuş İddiaçı həqiqətən xx.xx.1987-ci il tarixdən (Əmr № 59/2) Salyan “İxtisaslaşdırılmış” filialına (SPMK-13, Trest APSMS - №1) tikinti ustası qəbul edilmiş, xx.xx.1990-cı il tarixdən (Əmr № 54) həmin idarədə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci il tarixdən (Əmr № 08) iş həcmi olmadığı üçün işdən azad edilmişdir. İşlədiyi peşə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarının 35-ci (ümumi peşələr) bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verir.
4. İddiaçı 15 noyabr 2021-ci il və 22 iyul 2022-ci il tarixli ərizələr ilə cavabdehə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pens iyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hi ssəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 34000,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 11069,09 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona hüququnun yarandığı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1959-cu ildə Salyan şəhərində anadan olmaqla hazırda da Salyan şəhərində yaşayır. O, 1980-ci ildə hərbi xidmətdən qayıdandan sonra əmək fəaliyyətinə başlamaqla xx.xx.1981-ci ildə Salyan şəhərindəki X2 zavoduna çilingər peşəsinə qəbul olunmuşdur. xx.xx.1981-ci ildə öz əriz əsi ilə işdən azad olunmuşdur. xx.xx.1981-ci Bakı Tunel-Tikinti İdarəsinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə 2-ci dərəcəli maşinist peşəsinə qəbul olunmuş, xx.xx.1987-ci ildə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.1987-ci ildə 13 saylı Salyan “İxtisasquraşdırma” Filialına (SPMK-13 Trest APSMS idarəsinə) usta vəzifəsinə qəbul olunmuşdur. l0.11.2001-ci ildə iş həcmi olmadığından işdən azad olunmuşdur. xx.xx.2001-ci ildə 11 nömrəli tikinti materialları istehsalat kombinatına işə qəbul olunmuşdur. Sonradan tikinti ustası vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü ildə ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat ixtisarı ilə əlaqədar olaraq işdən azad olunmuşdur. İxtisarla əlaqədar olaraq işdən azad olunduğundan Məşğulluq Mərkəzində işsiz kimi rəsmi qeydə alınaraq işsizlik müavinəti ilə təmin olunmuşdur. xx.xx.2007-ci ildə “Sosial İnşaat Şirkətində” sahə rəisi vəzifəsinə qəbul olunmuş və xx.xx.2007-ci ildə öz razılığı ilə işdən azad olunmuşdur. xx.xx.2007-ci ildə "xxxx" MMC-yə işə qəbul olunmuş və işlədiyi idarə tərəfindən 2 il müddətində onun hesabına Məcburi dövlət sığortası ödənilmişdir. 2013-cü ildə "xxxx" MMC-nə işə qəbul olunmuş və həmin idarədən də onun adına məcburi icbari dövlət sığortası ödənilmişdir. xx.xx.2019-cu ildə "xxxx" QSC-də Cəmiyyətin tikinti departamentinə iş icraçısı vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2020-ci ildə yenidən öz təşəbbüsü ilə işdən azad olunmuşdur. xx.xx.2021-ci ildə yenidən həmin cəmiyyətə işə qəbul olunmuşdur. Hazırda da həmin cəmiyyətdə işləyir. Onun 1987-ciildən 2001-ci ilə kimi işlədiyi illər güzəştli şərtlər hesab olunmaqla pen siyaya buraxılmağından ötəri əsas hesab olunmalıdır. Eləcə də 1981-ci ildən 1987-ci ilə kimi “Bakıtunel tikinti” idarəsində işlədiyi illər də güzəştli şərtlərlə pensiyaya buraxılmağı üçün əsas hesab olunur. O, xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-nin Arxiv arayışını almış və həmin arayışda da birbaşa göstərilmişdir ki, həmin idarədə işlədiyi illər “Güzəştli şərtlərə görə əmək pensiyası vermək hüququ verən istehsalat sahəsi” hesab olunur. Cavabdehin etirazları:
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazlar təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə əsasən, gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçıya münasibətdə 34000,00 manat hesablanmışdır. İddiaçının isə cəmi pensiya kapitalı 11069,09 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. xx.xx.1959-cu il təvəllüdlü iddiaçının cavabdeh orqana təqdim etdiyi 20 iyul 1981-ci il tarixində açılmış əmək kitabçasının 6-7-ci səhifələrində onun xx.xx.1987xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində “Azəraqrartikinti” A TSC-nin Salyan İxtisasquraşdırma filialında (13 saylı XİMK-da) işlədiyi qeyd olunmuşdur. İddiaçının həmin dövrdə ümumi iş stajının, o cümlədən güzəştli iş stajının, əmək haqlarının və xx.xx.1992-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin dəqiqləşdirilməsi məqsədilə tərəflərindən Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialına xx.xx.2021-ci il tarixində sorğu göndərilmişdir. Həmin sorğu əsasında ona dair məlumatların yerində yoxlanılması həyata keçirilmiş və xx.xx.2021ci il tarixli qarşılıqlı yoxlama aktı tərtib olunmuşdur. Akta əsasən, İddiaçı dair “Azəraqrartikinti” ATSC-in Salyan ixtisasquraşdırma filialının xx.xx.2021-ci il tarixli, 05 nömrəli arayışının adıçəkilən şəxs in əmək kitabçasına əsasən yazılıb verildiyi, eləcə də həmin müəssisənin əməkhaqqı cədvəllərinin, əmr kitablarının saxlanc yeri məlum olmadığı və Salyan Arxiv İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (10 il 28 gün xx.xx.1978xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, 11.08.81-30.04.87-ci il, xx.xx.2004xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) xx.xx.2006-cı il tarixindən sonra sosial sığorta stajı isə 1 il təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-282/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı 57 yaşdan, yəni, 22 mart 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (17 noyabr 2021-ci il) əvvəlki illər üçün, yəni 17 noyabr 2018-ci il tarixdən 17 noyabr 2021-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki: - İddiaçının xx.xx.1987-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində “Azəraqrartikinti” ATSC-nin Salyan İxtisasquraşdırma filialında (13 saylı XİMK-da) işlədiyi və cavabdeh tərəfindən onun ümumi iş stajına daxil edilməyən 14 il 5 ay 21 gün, o cümlədən usta vəzifəsində 3 il 2 ay 21 gün və iş icraçısı vəzifəsində 11 il 3 ay iş stajı ona məxsus 20 iyul 1981-ci il tarixli İT–İ seriyalı ******* nömrəli əmək kitabçasında müəssisə rəhbərinin xx.xx.1987-ci il tarixli, 59§2 nömrəli, xx.xx.1990-cı il tarixli, 54 nömrəli və xx.xx.2001-ci il tarixli, 08 saylı əmrləri, həmçinin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş Bakı Elektrik Maşınqayırma Zavodunda tornaçı vəzifəsində işlədiyi və cavabdeh tərəfindən onun ümumi iş stajına daxil edilməyən 10 ay 15 gün iş stajı müəssisə rəhbərinin xx.xx.1976-cı il 1018 nömrəli və xx.xx.1977-ci il tarixli 554 nömrəli əmrləri ilə təsdiq olunmuşdur. Beləliklə, xx.xx.2006-cı il tarixə iddiaçının 26 il 4 ay 16 gün ümumi iş stajına malik olması iş üzrə təqdim olunmuş sənədlərlə tam təsdiq olunur və cavabdeh təşkilatın xx.xx.2006-cı il tarixə iddiaçının ümumi stajının 25 ildən az olması dəlili əsassızdır; - İş üzrə təqdim olunmuş sənədlərə, o cümlədən " xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 123/02 saylı arayışına, xx.xx.1978-ci il tarixli, NZ-3655940 saylı hərbi biletə və 20 iyul 1981-ci il tarixli İT–İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.2006-cı il tarixə 26 il 4 ay 16 gün iş stajı toplanmış və bu müddətin 20 il 2 ay 11 günü güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təminatı hüququnu verən iş stajıdır; - iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən xx.xx.2006-cı il tarixədək 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olmuş, “Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) əsasən onun 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarix də güzəştli pensiya hüququ yaranmışdır. Belə olan halda, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb oluna bilməz. Çünki “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununu güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün belə şərt nəzərdə tutmurdu. Odur ki, iddiaçının zəruri pensiya kapitalına malik olmadığına görə güzəştli şərtlərlə pensiya hüququnun yaranmadığı barədə cavabdehin imtinası əsaslı sayıla bilməz.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-28/2024 nömrəli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, 1995-ci illər üzrə əmr kitabları və əmək haqqı cədvəllərinin arxivə təhvil verilmədiyi, harada saxlanması haqqında məlumat olmadığından həmin illərdə iddiaçının işləyib-işləməməsi ilə bağlı faktın yoxlanması mümkün olmamışdır. Eyni zamanda, 1999-2001-ci illərə aid əmək haqqı cədvəllərində iddiaçının adına hər hansı fakt aşkar olunmamışdır. Qeyd edilən faktlar 2 saylı Şirvan-Salyan regional filialın xx.xx.2023-cü il tarixli aktı ilə təsdiq olunmuşdur. iddiaçının işlədiyi illərə dair arxiv sənədlərinin saxlanılmaması və arxivə təhvil verilməməsi İddiaçı məxsus əmək kitabçasının mötəbərliyini şübhə altına alır. b. kassasiya şikayətinə etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; 16. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq oluna n siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə ba ğlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məh kəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qər arı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikay ətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçı üçün məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasındakı məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliy inə dair prezumpsiyanı təsbit edir.
25. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının yeraltı əmək şəraiti üzrə işlədiyi nasos maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli siyahısında (əlavəsində) 10100000 İ. Dağ-mədən işləri bölməsinin Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonst ruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması hissəsinin - 1010100a koduna ((a) yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr) uyğundur. Həmçinin iddiaçının işlədiyi usta və iş icraçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısının (əlavəsinin) 22900000 bölməsinin XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri hissəsinin 2290000b (b rəhbərlər və mütəxəssislər) bəndinin 2290000b—23419 kodu (yeni tikinti və quraşdırma işlərinin ustaları) və 2290000b—24441 koduna (iş icraçıları) daxildir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında, güzəştli arayışda və arxiv arayışında qeyd edilən iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla iddiaçının tələb olunan 25 il ümumi və 12.5 il güzəştli iş stajını toplaması müəyyən olunur.
27. Beləliklə, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur
28. Nəticə etibarı ilə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya hüququnun yarandığı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barə də apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalıdır.
29. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(106)-28/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.