Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2526/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin özəlləşdirilməsi, hüquq münasibətlərinin xx.xx.2009-cu il tarixədək yaranması və həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin tətbiq olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Resp ublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Nəsimi rayonu H.B.Əliyev küçəsi 15 saylı evin yaşayış sahəsi 16,7 kv.m olan 1 otaqlı 179 saylı mənzili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2-1(103)-888/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4489/2017 nömrəli, xx. xx.2017ci il tarixli qətnaməsinə əsasən iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində yerləşən 15 saylı evin 179 saylı mənzilinə istifadə hüquqları tanınmış və onunla həmin mənzilə dair icarə müqaviləsinin bağlanılması qət edilmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon İHB-nın xx.xx.2017-ci il tarixli, 171 nömrəli sərəncamı ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-4489/2017 nömrəli qətnaməsinin icrası məqsədilə ilə Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 15 nömrəli evin 1 otaqlı, yaşayış sahəsi 16,7 kv.m olan 179 nömrəli mənzilinə dair iddiaçı ilə icarə müqaviləsi bağlanmış və iddiaçı həmin mənzilin icarədarı hesab edilmişdir. Habelə, 51 saylı MKİS-də iddiaçının adına 1 nəfər ailə tərkibi ilə (özü) şəxsi hesab vərəqəsi açılmışdır.
3. İddiaçı mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, mənzilə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Nəsimi rayon İHB-nın sərəncamı isə xx.xx.2017-ci il tarixdə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu H.B.Əliyev küçəsi 15 saylı evin yaşayış sahəsi 16,7 kv.m olan 1 otaqlı 179 saylı mənzili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş e tmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nəsimi Rayon İHB-nın “Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2(006)-4489/2017 saylı qətnaməsinin icra edilməsi barədə” xx.xx.2017-ci il tarixli, 171 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 15 saylı evin, yaşayış sahəsi 16,7 kv.m olan 1 otaqlı 179 saylı mənzili icarə (kirayə) müqaviləsi əsasında onun icarəsinə verilmişdir. Mənzildə 1991-ci ildən yaşayır və sahiblik edir. Mənzilin bütün kommunal xərclərini ödəyir, vaxtı-vaxtında həmin mənzildə təmir işlərini öz vəsaiti hesabına aparır. Cavabdeh onun yaşadığı mənzilin adına özəlləşdirilməsinə dair müraciətinə xx.xx.2022-ci il tarixli məktubla imtina etmiş və bu səbəbdən mənzilə dair sahiblik və sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır. İca rə müqaviləsi 2017-ci ildə bağlansa da, mənzil münasibətləri xx.xx.2009-cu il tarixdən əvvəlki dövrə təsadüf etdiyindən, həmin mənzil Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinin tələblərinin tətbiq dairəsinə düşmür. Belə ki, o, xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxsdir. Belə olan halda mənzilə mülkiyyət hüquqları yarandığından, hüquqları dövlət qeydiyyatına alınmalıdır. Odur ki, cavabdehin imtinası qanuna zidd sayılmal ı və mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
6. Cavabdeh iddiaya yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim A.Ə.Əhədova) 27 sentyabr 2022-ci il tarixli, 2-1(112)-9275/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin hazırkı vəziyyətində araşdırılmalı olan hal iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun ilə mənzil hüquq münasibətlərinin iştirakçısı kimi mənzili özəlləşdirmək hüququnun olub-olmamasının müəyyən edilməsindən ibarətdir. İşin hallarından müəyyən olur ki, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev, 15 saylı, evin 179 saylı mənz ili Bakı şəhər X2 İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 071676 nömrəli orderinə əsasən X1 istifadəsinə verilmiş, onun adına 0620 nömrəli mənzilin şəxsi hesab vərəqəsi açılmış, xx.xx.1986-cı ildə qeydiyyata düşmüş, xx.xx.1991-ci ildə qeydiyyatdan çıxmışdır. Sözügedən mənzil hazırda Nəsimi rayon MKTB-nin balansındadır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixdə qəbul etdiyi 2(006)-4489/2017 nömrəli qətnaməsi ilə iddiaçının mübahisəli mənzilə istifadə hüquqları tanınmış, iddiaçı ilə mənzil icarə müqaviləsinin bağlanılması qət edilmiş, qətnamə qanuni qüvvəsini almış, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 171 nömrəli sərəncamı ilə iddiaçının həmin mənzilə kirayə müqaviləsinin bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi və onun adına şəxsi hesab vərəqəsinin açılması qərara alınmışdır. Bundan sonra iddiaçı sözügedən ünvana xx.xx.2018-ci il tarixdə yaşayış yeri üzrə pasport qeydiyyatına alınmışdır.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli mənzili özəlləşdirmək hüququ yaranmamışdır. Onun 2017-ci ildə yerli icra hakimiyyətinin sərəncamı ilə mənzilin kirayəçisi hesab edilməsi onun sözügedən mənzilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş özəlləşmə hüququnun həyata keçirilməsini istisna edir. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatla rı Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. İddiaçı ilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi vaxtdan keçmiş Mənzil Məcəlləsinin qüvvəyə olduğu müddətdə (xx.xx.2009-cu il tarixədək) yazılı kirayə müqaviləsi, order, sərənca m olmamış, iddiaçının adına yalnız 2017-ci ildə şəxsi hesab vərəqəsi açılmış, həmin tarixdə mənzilə dair kirayə müqaviləsi bağlanmaqla mənzilin kirayəçisi hesab edilmiş, həmin mənzilə yalnız 2018-ci ildən pasport qeydiyyatına düşmüşdür. Hazırki iddia tələbinə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanunun normaları tətbiq edilə bilməz, belə ki, iddiaçı müvafiq mənzilin iddia etdiyi 1991-ci ildə onun istifadəsinə hansı əsasla verildiyini sübuta yetirməmiş, bununla bağlı mənzilə dair hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. İddia olunan mənzilə dair kirayə müqaviləsinin bağlanması sərəncamı 2017-ci ildə, yəni 2009-cu ilin oktyabrın 1-dən Mənzil Məcəlləsinin qüvvəyə minməsindən sonra verilmiş dir ki, yeni Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələrinin mülkiyyətə deyil, yalnız istifadəyə verilməsi nəzərdə tutulmuş və bu da Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanunla nəzərdə tutulmuş mənzili xüsusi mülkiyyətə özəlləşdirmək hüququnu istisna edir.
10. Beləliklə, dövlət mənzil fondunda olan mənzil iddiaçının istifadəsinə Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01 oktyabr 2009-cu ildən sonra verildiyindən həmin Məcəllənin 146.2-ci maddəsinin tələbinə əsasən iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna istinadla özəlləşdirmə qaydasında mənzilə mülkiyyət hüququna dair çıxarış almaq hüququ olmamışdır.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) 05 iyul 2023-cü il tarixli, 21(103)-888/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2-1(112)-9275/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şik ayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Mənzil Məcəlləsi: Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən so sial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. 18. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu: Maddə
1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə
5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edil ən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8...... Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının aray ışı (2 nömrəli forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. 19. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərənca mı, order və ya mənzil kirayəsi müqaviləsi,...
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı bar ədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həd də (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə r iayət edilməmiş, mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir.
24. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş və iş materialları ilə öz təsdiqini tapan hallarından görünür ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4489/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində yerləşən 15 saylı evin 179 saylı mənzilinə istifadə hüquqları tanınmış və onunla həmin mənzilə dair icarə müqaviləsinin bağlanılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə göndərilmiş, Bakı şəhəri Nəsimi Rayon İ HB-nın xx.xx.2017-ci il tarixli, 171 nömrəli sərəncamı ilə qətnamənin icrası olaraq iddiaçı ilə Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 15 nömrəli evin 1 otaqlı, yaşayış sahəsi 16,7 kv.m olan 179 nömrəli mənzilinə dair icarə müqaviləsi bağlanmış və iddiaçı həmin mənzilin icarədarı hesab edilmişdir.
25. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4489/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı mübahisə predmeti olan mənzilin icarədarının razılığı ilə mənzilə köçərək icarədarla birlikdə yaşamış və icarədar həmin mənzildən 1991-ci ildə qeydiyyatdan çıxaraq köçdükdən sonra iddiaçı həmin mənzildə yaşamağa davam etmişdir. Belə olan halda iddiaçının həmin mənzilə dair hüquq münasibətləri məhz həmin dövrdə yaranmışdır. Bu səbəbdən işə xx.xx.2009-cu il tarixədək q üvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.
26. Qeyd olunan məhkəmə qətnaməsi ilə iddiaçının mübahisə predmeti olan mənzilə 1991-ci ildən istifadə hüququ əldə etməsi müəyyən edilmiş və qətnamə qanuni qüvvəsini almışdır.
27. Göründüyü kimi, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4489/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinin icrası olaraq iddiaçı ilə icarə müqaviləsinin bağlanması üçün Bakı şəhəri Nəsimi Rayon İH başçısı tərəfindən xx.xx.2017-ci il tarixli, 171 nömrəli sərəncamı verilsə də, məhkəmə qətnaməsində iddiaçının mübahisə predmeti olan mənzilə istifadə hüququnun məhz 1991-ci ildə yaranması öz təsdiqini tapmış, elə bu səbəbdən də iddia təmin olunmuşdur. Yəni, əslində 1991-ci ildən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında ” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununun tələbləri baxımından iddiaçıya həmin mənzillə bağlı müvafiq sənədlərin təqdim edilməsi mümkün idi.
28. İddiaçının mübahisə predmeti olan mənzilə dair istifadə hüququnun 1991-ci ildən yaranması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhər Nəsimi rayon İHB-nın sərəncamı xx.xx.2009-cu il tarixdən sonrakı tarixdə verilmiş olsa belə (xx.xx.2017-ci il tarixdə), “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununun müddəaları tətbiq edilməklə iddiaçının mübahisə predmeti olan mənzil üzərində mülkiyyət hüquqları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasını n Qanununun 8.0.11-ci maddəsinin tələbləri baxımından dövlət qeydiyyatına alınmalıdır.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 21(103)-888/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhəri Nəsimi rayonu H.B.Əliyev küçəsi 15 saylı evin yaşayış sahəsi 16,7 kv.m olan 1 otaqlı 179 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat a alınması və adına çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar qətidir.