Məhkəmə qərarları › İş №2-1(102)-2533/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2533/2025

27.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2533/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı QƏRARİ (Açar sözlər: 60 yaşının tamam olduğu müddətdən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməyən pensiyasının hesablanaraq ödənilməsi; işin hallarının araşdıırlması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2n Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının olması nəzərə alınmaqla iddiaçının 60 yaşının tamam olduğu müddətdən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ona ödənilməyən pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1915/2025 nömrəli, 07 may 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür.

2. İddiaçı xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 3. ИТ-İ ******* nömrəli və ******* nömrəli əmək kitabçalarına əsasən iddiaçı xx.xx.1981-ci il tarixdən hal-hazıradək işləməklə 25 ildən artıq ümumi iş stajına malikdir.

4. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin sizə dair xx.xx.2024-cü il tarixli arayışında xx.xx.2011xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz çilingər vəzif əsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Eyni zamanda bildiririk ki, sözügedən arayışda da qəza-bərpa işləri üzrə çilingər vəzifəsində çalışdığınız müddətdə yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olub-olmamağınız barədə də hər hansı məlumat göstərilməyib. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. 6. "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Bakı Sukanal” İdarəsinin xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı Bakı Kanalizasiya İstehsalat X 1 İstismarı Müəssisəsi üzrə xx.xx.2002-ci il tarixli 06/k saylı əmrinə əsasən Nəsimi rayon sahəsinə xx.xx.2002-ci il tarixdən qəza-bərpa işləri üzrə 4-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul olunmuşdur. Bakı Kanalizasiya İstehsalat Birliyinin və onun struktur bölmələrinin ləğv edilməsi ilə əlaqədar xx.xx.2004-cü il tarixli 62/k saylı əmrə əsasən qanunvericiliyə uyğun olaraq əmək müqaviləsinə xx.xx.2004-cü il tarixdən xitam verilmişdir. xx.xx.2004-cü il tarixli 05/k saylı əmrə əsasən Nəsimi rayon Qəza Xidməti Sahəsinə çilingər vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2011-ci il tarixli 38/k saylı əmrinə (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə) əsasən öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa və “Güzəş tli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 29 və 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən qəza-bərpa işləri üzrə çilingər peşəsində doqquz il iki ay işləmişdir.

7. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 Nəsimi Rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin İstismarı sahəsinin Tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa iş ləri üzrə çilingər peşəsində işləyib. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 13 il 4 ay 9 gün təşkil edir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 35-ci bəndinə əsasən yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işləri üzrə çilingər peşəsi güzəştli hesab edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ona ödənilməyən pensiyasının hesablanaraq ona ödənilməsinin cavabdehə həvalə edilməs i barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Sonradan İddiaçı iddia tələbini dəqiqləşdirərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının olması nəzərə alnmaqla ona 60 yaşının tamam olduğu müddətdən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməyən pensiyasının hesablanaraq ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1.02.2000-ci ildən (Əmr 06/k) xx.xx.2004-cü ilə kimi (Əmr № 62, 30.09.04) - Nəsimi rayon bərpa işləri üzrə 4-cü dərəcəli çilingər vəzifəsində işləmişdir. xx.xx.2004-cü ildən (Əmr № 05/k) xx.xx.2004-ci ilə kimi Nəsimi rayon AXS-nə çilingər vəzifəsində işləmişdir. (Əmr № 32/k xx.xx.2011), xx.xx.2011ci ildən (Əmr №19/k) Nə simi rayon X4 Kanalizasiya şəbəkəsi qurğuların istismarı xidmətində 4-cü dərəcəli çilingər vəzifəsində işləmişdir. Qeyd olunanlara əsasən, iddiaçının hazırkı vaxta kimi 25 ildən çox əmək stajı vardır və həmin stajın 20 ilindən çoxu zərərli iş sahəsinə aiddir. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 Nəsimi rayon Sukanal İdarəsi” 13 №li xx.xx.2024-cü il tarixli arayışda göstərilmişdir ki, o, xx.xx.2011-ci ildən xx.xx.2024-cü ilə kimi "xxxx" ASCnin Nəsimi rayon Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Tullantı sularının axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingər peşəsində işləmişdir. İşlədiyi vəzifə üzrə 13 il 04 ay 09 gün təşkil edir. Deməli, onun zərərli sahədə əmək fəaliyəti 12 il 6 a ydan çox olduğu halda, cavabdeh ona güzəştli sahə üzrə əmək pensiyasına çıxmağına əsasız imtina etmişdir. X5 İdarəsi Su və Kanalizasiya İstismarı sahəsində işlədiyi sahə daimi xarakterdədir və İdarə tərəfindən verilmiş Arayışda “Daimi” sözünün yazılmaması onun işlədiyi kanalizasiya işlərini daimi olmaması demək deyildir. Belə ki, iddiaçı hər gün Bakı Şəhəri Nəsimi rayonu Kanalizasiya xəttində daimi işləyir.

11. Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2-1(112)-3410/2025 saylı qərarı ilə (hakim B.Cəlalov) iddia tələbi qismən təmin edilərək, İddiaçı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən hazırkı dövrə qədər yaranmış fərqin hesablanıb ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2n Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli) iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən yaranıb. Lakin iddiaçının ona əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə ilkin müraciəti xx.xx.2024-ci il tarixdə olmuşdur. Ona görə də, Qanunun 32.1-1-ci maddəsinin tələbinə əsasən iddiaçıya cavabdeh orqana müraciət etdiyi tarixdən əvvəlki üç il nəzərə alınmaqla xx.xx.2021-ci il tarixdən pensiya ödənilməlidir.

13. Cavabdeh apellyasiya şikayə ti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1915/2025 nömrəli, 07 may 2025-ci il tarixli qərarı ilə (hakimlər: N.Nəbizadə /sədrlik edən və məruzəçi/, M.Tağızadə və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassas iya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasına münasibətdə bildirir ki, cavabdehə məhz iddiaçının xx.xx.2011-xx.xx.2024-cü il (13 il 4 ay 7 gün) tarixlərində əmək fəaliyyəti ilə bağlı güzəştli arayış təqdim edilməsini nəzərə alsaq, iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixədək 12 il 6 ay güzəştli iş stajına malik olmadığından məhkəmə tərəfindən iddianın həmin tarixdən təmin edilməsi əsassızdır.

18. Əlavə olaraq bildirmişdir ki, iddiaçı Mərkəzi Filiala müraciətində tələbinin hansı yaşdan olması ilə bağlı qeyd etməmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan müddəalarına uyğun baxılmış, yəni iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdə Qanunun qüvvədə olan müddəalarına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına münasibət bildirilməmişdir.

19. Beləliklə, məhkəmə tərəfindən işə baxılarkən İddiaçı 60 yaşının tamam olduğu tarixə güzəştli iş stajına malik olması, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, cavabdehə müraciətinin məzmunu və təqdim edilən güzəştli arayışla bağlı hallar araşdırılmamışdır.

20. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbay can Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki h alları) da nəzərə alır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsas landırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normalarının tələblərinə düzgün riayət edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılma sı üçün həmin məhkəməyə göndərilməlidir.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.

27. İlk öncə qeyd edilməlidir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan yaş həddinə- 60 yaşına xx.xx.2020-ci ildə çatmışdır. Bu səbəbdən iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyası şamil edilməlidir.

28. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən: axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

29. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququnun yarandığı zaman qüvvədə olan qanunvericilik normasının tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin şərtlərindən biri də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsidir.

30. İşdən görünən odur ki, nə birinci instansiya məhkəməsinin qərarında, nə də apellyasiya instansiya məhkəməsinin qərarında iddiaçının malik olduğu fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı barədə, eyni zamanda həmin kapitalın güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan pensiya kapitalına uyğun olub-olmaması (pensiya təyinatına imkan verməsi) barədə araşdırmaların aparılması öz əksini tapmamışdır.

31. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən cavabdeh quruma sorğu verilməsi zəruridir. Bu sorğu nun məqsədi, cavabdehdən iddiaçının pensiya hüququnun yaranma tarixinə, yəni xx.xx.2020-ci ildə qanunla tələb olunan pensiya kapitalının nə qədər olduğu və həmin tarixə iddiaçının faktiki olaraq nə qədər pensiya kapitalı topladığı barədə məlumatların əldə edilməsidir.

32. Məhkəmə kollegiyası bildirir ki, pensiya qanunvericiliyi bilavasitə dövlətin Konstitusiyada təsbit olunmuş məqsədlərinin icrasına xidmət etdiyindən bu qəbildən olan işlər daha spesifik qanun normaları ilə tənzimlənir. Bu normalar isə özlüyündə bir sıra məhdudiyyətlər və zərurətlər gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaks iyada verilmiş 9.1-9.3-cü, 9.6-cı, 9.7-ci və 14-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Göründüyü kimi, Qanunda sözügedən dəyişikliyin xx.xx.2022-ci il tarixdən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsinə münasibətdə tətbiq edilməsi yolverilməz hesab edilmiş, qanunverici öz mövqeyini bu yöndə müəyyənləşdirərək pensiya qanunvericiliyində retrospektivləşməyə müəyyən məhdudiyyətlər gətirmişdir.

33. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunla müəyyən edilmiş üçüncü şərtin- fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının ona qeyd olunan əsasla pensiya t əyin edilməsi üçün yetərli olub-olmaması halını araşdırmadan iddianın təmin edilməsi qənaətinə gəlməsi qanuni və əsaslı deyildir.

34. Bütün bunları nəzərə alaraq apellyasiya məhkəməsinin maddi hüquq normasını bu şəkildə tətbiq etməsi özlüyündə pozuntu təşkil etdiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin hazırkı qərardakı hüquqi mövqeni nəzərə almaqla pensiya kapitalının müəyyən olunması ilə bağlı hissədə hərtərəfli araşdırma aparılmalı, bundan sonra iş üzrə yekun qərar qəbul etməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 2-1(103)-1915/2025 nömrəli, 07 may 2025-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar