Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2539/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı XXXin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR iş № N-1(10N)-N076/19 Bakı şəhəri N0 noyabr N019-cu il 20.11.2019 Açar sözlər: hərbi qulluqçunun mükafat və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya almaq hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı XXXin, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi XXXun və vəkili XXXnın iştirakları ilə, cavabdeh Azərb aycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1N fevral N019cu il tarixli, N-1(103)-364/N019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı XXX (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N017 və N018-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatlarının qanunsuz olaraq tutulmuş 50 faizinin, N018-ci ildə ehtiyata buraxılarkən ona verilməli olan 3 aylıq növbəti məzuniyyətin istifadə edilməmiş 45 gününün əvəzinə pul kompensasiyasının ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 1998-N018-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 08 yanvar N018-ci il tarixli, 013 saylı əmrilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilərək 45 günlük növbəti məzuniyyət verilmiş və X Saylı hərbi hissə komandirinin X Saylı, N0 mart N018-ci il tarixli əmri ilə N0 mart N018-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. İddiaçıya N018-ci ilin yanvar ayında N017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatı ödənilərkən onun birdəfəlik pul mükafatının 50 faiz miqdarında azaldılması müəyyən olunmuş və həmin azalmanın korpuz komandanlığının göstərişi əsasında edildiyi bildirilmişdir. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, lakin heç bir cavab almamışdır. Bundan başqa, iddiaçı N018-ci ildə ehtiyata buraxılarkən hərbi hissə komandirinin N0 mart N018-ci il tarixli, 81 saylı əmri ilə yenidən birdəfəlik pul mükafatının 50 faizindən məhrum edilmiş, habelə N0 il və daha çox xidmət etmiş hərbi qulluqçu kimi 3 aylıq növbəti məzuniyyət yalnız 45 gün müddətinə verilmişdir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi birdəfəlik pul mükafatının verilməsi və ya məhrum edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aiddir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. İddiaçı hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün məzuniyyətin 3 ay müddətində verilməsi ilə bağlı müraciət etməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. X Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 oktyabr N018-ci il tarixli, N-1(8N)3854/N018 saylı qərarı ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmiş, iddiaçıya N017 və N018-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatlarının qanunsuz olaraq tutulmuş 50 faizinin, N018-ci ildə ehtiyata buraxılarkən ödənilməli olan 3 aylıq növbəti məzuniyyətin istifadə edilməmiş 45 gününün əvəzinə pul kompensasiyasının ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, hərbi qulluqçu təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya ödənilməlidir. Kompensasiyanın hesablanaraq ödənilməsi isə cavabdehin qanunla müəyyən edilmiş öhdəliyidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1N fevral N019-cu il tarixli, N-1(103)-364/N019 saylı qərarı ilə (sədrlik edən Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və Ülvi Mayılov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən – N018-ci ildə ehtiyata buraxılarkən iddiaçıya verilməli olan 3 aylıq növbəti məzuniyyətin istifadə edilməmiş 03 gününün əvəzinə pul kompensasiyasının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hərbi qulluqçulara ilin yekunları üzrə birdəfəlik mükafatın verilməsi cavabdehin diskresion səlahiyyətində olsa da, hər bir halda miqdarının azaldılması və ya tamamilə verilməməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olmalıdır. Cavabdeh inzibati orqan iddiaçıya N017-N018-ci ilin yekunları üzrə birdəfəlik mükafat məbləğini 50 faizədək azaltmışdır. Halbuki, iddiaçının “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”də hərbi qulluqçuların mükafat miqdarını azaltmaq və ya onları mükafatdan məhrum etməyə əsas verən h allardan hər hansı birinə yol verməsinə dair cavabdehin heç bir sübutu olmamış, habelə göstərilən fakt məhkəmə araşdırmasına təqdim edilmiş iddiaçının şəxsi işində də öz əksini tapmamışdır. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya verilməli olan 3 aylıq növbəti məzuniyyətin istifadə edilməmiş 4N gününün əvəzinə pul kompensasiyasının ödənilməli olmasına dair düzgün nəticəyə gəlmiş, lakin digər 3 gün müddət üçün iddiaçının məzuniyyətdən istifadə etməməsinə dair sübutlar mövcud olmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 19 oktyabr N017-ci il tarixli, NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin N7.1, N7.3, “Hərbi xidmətkeçmə ha qqında Əsasnamə”nin 1N0, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 14.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun iddianın təmin olunmuş hissədə ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi qərar qəbul edərkən, iddiaçnın mübahisələndirdiyi birdəfəlik pul mükafatının verilməsi və ya məhrum edilməsinin cavabehin diskresion səlahiyyətlərinə aid olmasını və həmin hüququn verilməsi, məhrum edilməsi və digər məsələlərin yalnız daxili sənədlə, yəni müdafiə nazirinin əmrilə mümkün olduğunu nəzərə almamışdır. Məhkəmə iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticəni hər hansı normativ hüquqi aktla əsaslandıra bilməmişdir. Bundan başqa bildirilmişdir ki, iddiaçı hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyətin 48 gününü istifadə etmiş, 4N gün qalmış məzuniyyətindən isə şifahi olaraq özü imtina etmişdir. İddiaçı hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün məzuniyyətin 3 ay müddətində verilməsi ilə bağlı müraciət etməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Azərbaycan ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin N7.1, N7.3, N7.5, Azərbaycan Respublikası İnzibati Prosessual Məc əlləsinin 74, 73.3, 8N, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçıvəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandı ğı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı 0N aprel 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin X Saylı hərbi hissəsinin işdə olan N0 mart N018-ci il tarixli, 81 saylə əmrindən çıxarışda qeyd edilmişdir ki, mayor XN hərbi hissənin maddi-texniki təminat bölməsinin (Q4) əşya xidməti rəisi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirinin 08 yanvar N018-ci il tarixli, 013 saylı əmri ilə hərbi geyim forması daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilsin, N0 mart N018-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarıls ın və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Bakı şəhər Nizami rayon İdarəsinə göndərilsin. Mayor Səfiyevə N018-ci ilin yanvar ayındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə Nazirin 19 oktyabr N017-ci il tarixli, NX Saylı qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını 50 faiz almağa layiqdir. Mayor XXX ehtiyata buraxılması ilə əlaqədar iki aylıq maaş miqdarında birdəfəlik pul müavinəti ödənilsin, N018-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib. N018-ci ilin növbəti məzuniyyətindən istifadə edib və məzuniyyət pulu ilə təmin olunub. İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin 08 yanvar N018-ci il tarixli, 013 saylı əmri ilə hərbi geyim formas ını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, müvafiq təminatlar ödənilmişdir. İddiaçı N017-ci və N018-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatlarının 50 faizinin tutulmasını qanunsuz hesab etmiş, həmçinin N018-ci ildə ehtiyata buraxılarkən ona verilməli olan 3 aylıq növbəti məzuniyyətin istifadə edilməmiş 45 gününün əvəzinə pul kompensasiyasının ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən 0N avqust N018-ci il tarixli, 4814 saylı məktubla məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. X1 Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 047t saylı, N6 iyun N005-ci il tarixli əmri ilə “Qüsursuz Xidmətə Görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur. Azərbaycan Respublikası “Qüsursuz xidmətə görə” N-ci dərəcəli medal vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, mayor XN Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 043t saylı, N5 iyun N010cu il tarixli əmri ilə “Qüsursuz Xidmətə Görə” N-ci dərəcəli medalla təltif olunmuşdur. Azərbaycan Respublikası “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal vəsiqəsinin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, mayor XN Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 065t saylı, N6 iyun N015-ci il tarixli əmri ilə “Qüsursuz Xidmətə Görə” 1-ci dərəcəli medal ilə təltif olunmuşdur. 30 yanvar N017-ci il tarixli “Fəxri Fərmanın” notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, mayor XN döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi yü ksək nailiyyətlərə görə təltif olunmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hərbi qulluqçulara ilin yekunları üzrə birdəfəlik mükafatın verilməsi cavabdehin diskresion səlahiyyətində olsa da, hər bir halda miqdarının azaldılması və ya tamamilə verilməməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olmalıdır ki, cavabdeh bununla bağlı heç bir sübutu təqdim etməmişdir. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlillərinə görə, birdəfəlik pul mükafatının verilməsi və ya məhrum edilməsi cavabehin diskresion səlahiyyətlərinə aid olmuş və bu məsələlər yalnız daxili sənədlə, yəni müdafiə nazirinin əmrilə mümkün olduğu nəzərə alınmamışdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən cavabdehin dəlili ilə razlaşmır. Azərbaycan Respubli kası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 56X Saylı, 19 oktyabr 199N-ci il tarixli qərarının N-ci bəndinə əsasən, Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir. Göstərilmiş bəndin icrası ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirinin NX Saylı, 19 oktyabr N017-ci il tarixli əmrilə “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” təsdiq edilmiş və həmin Əsasnamədə birdəfəlik pu l mükafatları ilə bağlı məsələ aşağıdakı kimi tənzimlənmişdir: - N7.1-ci bəndinə əsasən, hərbi qulluqçulara cari ilin yanvar ayında ötən ilin yekunlarına görə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsinə və nöqsansız intizama görə əmrin imzaladığı günə əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı ödənilir; - N7.3-cü bəndinə əsasən,...hissə komandirləri xidmət ili ərzində intizam qaydalarına riayət etməyən, intizam qaydasında cəzalandırılan, nalayiq hərəkətlərə yol vermiş, cinəyət əməli törətmiş və döyüş hazırlığında zəif nəticələr göstərmiş hərbi qulluqçuların mükafat miqdarının azaltmaq və ya onları mükafatdan məhrum etmək hüququna malikdirlər; - N7.8-ci bəndinə əsasən, bütün hallarda hərbi qulluqçula ra mükafatın ödənilməsi əmrində mükafatın kimə və hansı məbləğdə ödənilməi, habelə mükafatın azaldılması və ya tam məhrum edilmə səbəbləri göstərilməlidir. Maddələrin əlaqəli tələblərindən göründüyü kimi, hərbi qulluqçuların pul təminatı məsələləri müvafiq qurumun rəhbəri tərəfindən təsdiq edilmiş Əsasnamə ilə həll olunmalıdır ki, belə Əsasnamə Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə qəbul edilmişdir. Həmin Əsasnamədə müəyyən edilmişdir ki, ötən ilin yekunlarına görə vəzifələrin vicdanla yerinə yetirilməsinə və nöqsansız xidmətə görə hərbi qulluqçulara birdəfəlik pul mükafatı verilməlidir. Bu mükafatın azaldılması hüququ hissə komandirlərinə verilsə də, lakin azaldılmaya əsas olan halların konkret dairəsi Əsasnamədə əks olunmaqla, bununla bağlı qəbul edilmiş əmrdə səbəblər göstə rilməlidir. İşin hallarından göründüyü kimi, iddiaçıya N017 - N018-ci illərin yekunlarına görə birdəfəlik pul mükafatı 50 faiz miqdarından ödənilmiş, lakin həmin əmrdə mükafatın azaldılması səbəbləri göstərilməmişdir. Halbuki, yuxarıda istinad edilmiş hüquqi aktın tələbində imperativ qaydada mükafatın azaldılması səbəblərinin göstərilməsi müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən həmçinin işin halları kimi müəyyən edilmişdir ki, iddiaçı mükafatlandırılan il üzrə mükafatın azaldılmasına əsas olan hərəkətlərə yol verməmiş və bu hallarla bağlı cavabdeh hər hansı bir sübutu təqdim etməmişdir. Cavabdehin məsələnin onun diskresion səlahiyyətinə aid olması ilə bağlı bildirdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 14-cü maddəsinə əsasən, inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz; - 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur; - 16.N-ci maddəsi isə müəyyən etmişdir ki, hüquq normasının tətbiq i inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Bu müddəaların tələblərindən göründüyü kimi, inzibati orqanın diskresion səlahiyyətlərin icrası şəxslərin hüquqlarının azaldılmasına yönəlməməli, onların həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə, o cümlədən müvafiq tətbiq edilməli olan normalara riayət etməli və bu halda maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətlərinin düzgün, yəni qanunamüvafiq qaydada icrasını həyata keçirilməsini tələb etmək hüququna malikdir. Hazırki iş üzrə müəyyən edilmiş hallara bu müddəaların tətbiqi isə o anlama gətirir ki, cavabdeh diskression səlahyyət kimi iddiaçıya ödənilməli olan birdəfəlik müavinətin azaldılması hüququna malik olsa da, lakin qanunvericiliyin tələblərinə uyğun olaraq bunun səbəblərini göstərməli idi. Lakin apellyasiya məhkəməsinin müəyyən etdiyi kimi, cavabdehin əmrində belə səbəblər barədə bildirilməmişdir. Bununla da məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin bu hissədə apardığı hüquqi qiymətləndirmə qanunamüvafiqdir. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçıya verilməli olan 3 aylıq növbəti məzuniyyətin istifadə edilməmiş 4N gününün əvəzinə pul kompensasiyası ödənilməlidir. Bu mövqeyi mübahisələndirən cavadehin dəlillərinə görə, iddiaçı hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyətin 48 gününü istifadə etmiş, 4N gün qalmış məzuniyyətindən isə şifahi olaraq özü imtina etmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 1N0-ci bəndinə əsasən, silahlı Qüvvələrdə N0 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir; - 1N1-ci bəndinə əsasən, növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. (...) Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmi n təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Maddələrin tələblərinə görə, istefaya buraxılan hərbi qulluqçulara növbəti məzuniyyət 3 ay müddətində verilməli və ümumi qayda olaraq istənilən səbəbdən məzuniyyətdən istifadə edilmədikdə, hərbi qulluqçulara kompensasiya ödənilməlidir. İşin hallarından göründüyü kimi, 3 ay müddətində verilməli olan məzuniyyətdən iddiaçı 48 günündən istifadə edilmiş, 4N gün isə həmin məzuniyyətdən istifadə etməmişdir. Maddələrin tələblərinin isin bu hallarına tətbiqi isə o nəticəni yaradır ki, iddiaçıya istifadə edilməmiş 4N məzuniyyət günlərinə münasibətdə müvafiq kompensasiya ödənilməlidir. Qeyd edilmiş halda cavabdehin bildirdiyi kimi, iddiaçının həmin məzuniyyətdən sifahi olaraq imtina edilməsi hər hansı bir əhəmiyyətə malik deyildir, çünki yuxarıda göstərilmiş maddədə istənilən səbəbdən məzuniyyətdən istifadə edilməməsi faktının müəyyən olunması kompensasiyanın ödənilməsi üçün hüquqi əsasdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir v ə 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1N fevral N019-cu il tarixli, N-1(103)-364/N019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2539/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2539/2019
20.11.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver