Məhkəmə qərarları › İş №2-1(102)-2549/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2549/2025

16.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2549/2025 16.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlillik təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2025-ci il tarixli, 21(104)-242/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 433 nömrəli qərarına əsasən, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Daşkəsən Mərkəzi Rayon Xəstəxanasında müayinə və müalicə olunduğu travma: “Sağ diz oynağının travmatik artriti, meniskiti, diz qapağının bitişməkdə olan sınığı, zəif konsolidasiyası. Ənsə nahiyəsinin əziyi” (Azərbaycan Respublikası SHXÇDX-nin Daşkəsən rayon bölm əsinin xx.xx.2016-cı il tarixli 529 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 140 nömrəli arayışı, Daşkəsən Mərkəzi Rayon Xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisi - cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.”

2. TSEK-in müayinə aktından çıxarışlardan görünür ki, iddiaçıya xx.xx.2005-ci il, xx.xx.2006-cı il, xx.xx.2007-ci il, xx.xx.2008-ci il, xx.xx.2009-cu il, xx.xx.2010-cu il, xx.xx.2011-ci il tarixlərdə 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar İİ dərəcəli əlillik, xx.xx.2012-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir.

3. İddiaçının əlilliyi cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə qi ymətləndirilmiş, nəticədə “Diz qapağının digər zədələnmələri, sol diz oynağının travmatik artriti, mensiti. Diz qapağının sınığının bitişməmişdən sonrakı vəziyyət” diaqnozu ilə əlavə müalicəyə ehtiyacın olması (stasionar müalicənin müddəti azdır, xəstəliyə uyğun müayinələr aparılmayıb, ağırlaşmalar əsaslandırılmayıb) səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmişdir.

4. Bundan sonra iddiaçının əlillik vəziyyəti növbəti dəfə - xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş, nəticədə “Sağ qamış sümüyünün yuxarı 1/3-nin oynaqdaxili sümüyün qeyri- düzgün bitişməsindən sonrakı vəziyyət. Sol diz oynağının postravmatik artro-artriti. mensiti. Diz qapağının sınığının bitişməsindən sonrakı vəziyyət” diaqnozu ilə göndərişin natamam doldurulması (əsas diaqnoz ikinci qrup əlilliyə uyğun gəlmədiyin ə görə əlillik təyin etmək mümkün deyil. Xəstə ətraflı müayinə olunmalı, diaqnoz dəqiqləşdirilməli, əvvəlki diaqnozu nəzərə almaqla yenidən göndərilməlidir) səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmişdir.

5. Daha sonra isə iddiaçıya “Diz qapağının digər zədələnmələri, Sol diz qapağının postravmatik artro-artriti menisiti, diz qapağı sümüyün bitişməsindən sonrakı vəziyyət. Sağ qamış sümüyünün yuxarı 1/3-nün oynaqdaxili sınığının qeyri-düzgün bitişməsindən sonrakı vəziyyət. Oynaqların kontrakturası, Oynağın arto-artriti. Bağ-əzələ kontrakturası. Açma 140 dər. Bükülmə 75 dər. Sağ aşıq baldır oynağının kontrakturası. Bükmə önə 20 dər. arxaya bükmə 8 dər. Hər iki aşağı ətrafın funksiyasının pozulması. Daimi ağrı sindromu. Axsama. Sağ baldırın qəlpə yaralamasından sonrakı vəziyyət” di aqnozu ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir.

6. Əlillik müddəti bitdikdən sonra iddiaçı barəsində X2 tərəfindən xx.xx.2023-cü il tarixli, F00153174UUH nömrəli göndəriş tərtib edilmişdir.

7. Həmin göndərişə əsasən, iddiaçının əsas diaqnozu - S82.1 “Qamış sümüyünün proksimal şöbəsinin sınığı, Sağ qamış sümüyünün oynaqdaxili, qeyri-düzgün bitişmiş sınığı”, ağırlaşmaları – M19.0 “Digər oynaqların birincili artrozu, Hər iki bud çanaq oynaqları koksartrozu İ birinci mərhələ. Hər iki ayaq daraqfalanqa oynaqlarının artrozu”, L08.8 “Dəri və dərialtı toxumanın digər dəqiqləşdirilmiş yerli infeksiyaları, Hər iki aşağı ətraf baldır dərisinin çox saylı yayılmış yaraları”, R52.2 “Digər daimi ağrı, Daimi ağrı sindromu”, M21 “Ətrafların digər qazınılma deformasiyaları, Hər iki diz oynaqlarının valqus deformasiyası”, M17 “Qonartroz [diz oynağının artrozu, hər iki diz oynaqlarının qonartrozu (sağda İİİ-üçüncü, solda İ-birinci mərhələ)”, R26.8 “Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Axsama yerişin pozulması, əl ağacı ilə gəzməsi”, M24.5 “Oynaqların kontrakturası, Hər iki diz, sağ aşıq-baldır oynaqlarının kontrakturası”, Y36.4 “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah (qəlpə) yaralanmasından s/v.”, yanaşı xəstəliklər – İ79.2 “Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Aşağı ətrafların periferik angiopatiyası”, E11 “İn sulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip, orta ağır forma” qeyd edilmişdir.

8. İddiaçının əlillik vəziyyətinə TSEK-də həmin göndəriş əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və ona “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyin təyin olunması öhdəliyinin c avabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı tələbini hazırkı qərarın 1-7-ci bəndində qeyd olunanlara istinad etməklə əsaslandırmışdır.

11. Cavabdeh tərəfindən iddiaya qarşı etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. İddiaçının diaqnozu “diz qapağının digər zədələnmələri, sol diz qapağının postravmatik artro-artriti menisiti, diz qapağı sümüyün bitişməsindən sonrakı vəziyyət. Sağ qamış sümüyünün yuxarı 1/3-nün oynaq daxili sınığının qeyri-düzgün bitişməsindən sonrakı vəziyyət. Oynaqların kontrakturası, oynağın arto-artriti. Bağ-əzələ kontrakturası. Açma 140 dər. Bükülmə 75 dər. Sağ aşıq baldı r oynağının kontrakturası. Bükmə önə 20 dər arxaya bükmə 8 dər. Hər iki aşağı ətrafın funksiyasının pozulması. Daimi ağrı sindromu. Axsama. Sağ baldırın qəlpə yaralamasından sonrakı vəziyyət” olmuşdur. Qeyd edilməlidir ki, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri, yəni diaqnozun öz təsdiqini tapması və şəxsin həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən edilir. İddiaçıya “Əlilliyin müəyyən olunması meyarları”na əsasən “S06.0 - Baş beynin silkələnməsi” diaqnozu təyin edilsə belə, müvafiq ağırlaşmalar əyani müayinə zamanı öz əksini tapmamışdır. Odur ki, iddianın təmin olunmaması xahiş edilmişdir. a) birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Gəncə İnzibati Məhkəməsinin (hakim: R.N.Tağıyeva) xx.xx.2025-ci il tarixli, 21(114)-964/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçıya xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.38-ci bəndinə uyğun olaraq, orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə müddətsiz əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh ə həvalə edilməsi qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı qanunvericilikdə təkrar əlillik üçün nəzərdə tutulan son 1 ildə tələb olunan minimal ambulator müalicə almış, lakin onun orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki və psixi pozuntuları qalmaqda davam edir. Həmçinin, iddiaçıya 2018-ci ildə təyin edilmiş əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmuşdur. İddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları” nın 13.4.38-ci yarımbəndinə uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə müddətsiz əlillik təyin edilməlidir.

14. Cavabdeh apellyasi ya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.İsgəndərova) 22 aprel 2025-ci il tarixli, 2-1(104)-242/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyinin eyni olduğu görünür. Cavabdeh eyni diaqno z əsasında iddiaçıya əvvəlki göndərişlər əsasında əlillik təyin etməsinə və yuxarıda qeyd olunan halların mövcud olmasına baxmayaraq, xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı müntəzəm olaraq stasionar və ambulator müalicələrə cəlb edilsə də, onun reabilitasiya olunması iş materialları ilə müəyyən olunmur, şəxsin cari xəstəliyi ona əlillik təyin edilməsinə hüquqi və faktiki əsaslar yaratmışdır. İddiaçıya 2018-ci ildə göstərilən xəstəliklə 5 il müddətinə əlillik təyin edilmişdir. İddiaçı qanunvericilikdə təkrar əlillik üçün nəzərdə tutulan son 1 ildə tələb olunan minimal ambulator müalicə almış, lakin orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki pozuntuları qalmaqda davam edir. Göründüyü kimi, iddiaçı əllilik təyinatı aparılan zaman və hazırda ““Qamış sümüyünün proksimal şöbəsinin sınığı, Sağ qamış sümüyünün oynaqdaxili, qeyri-düzgün bitişmiş sınığı” diaqnozlu xəstəlikdən əziyyət çəkir və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 13.4.38-ci bəndində qeyd edilmiş meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının 70 faiz olmaqla əlilliyin müddətsiz müəyyən edilməsinə əsas verir.

17. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA Şİ KAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

18. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, DTSERA-da iddiaçının xx.xx.2024-cü il tarixli Aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022- ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi, eləcə də apellyasiya məhkəməsi işi yetərincə araşdırmayaraq, zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə, məhəl qoymamış və öz mülahizəs inə əsasən qərar qəbul etmişdir. Diaqnozun öz təsdiqini tapmaması əlillik əlaməti təyin etməməsi iddiaçının əyani müayinəsi zamanı Dövlət TibbiSosial Ekspertiza və X1-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Eləcə də, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsin əlilliyini təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Əlilliyin təyini və ya bərpa olu nması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş prosedurlar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmal ıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏR İ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən - apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. İş üzrə əlavə araşdırmanın və onun nəticəsindən asılı olaraq müvafiq qiymətləndirmənin aparılması zəruri olduğu üçün mübahisəyə dair hazırkı mərhələdə yekun qərarın çıxarılması mümkün deyildir. Buna görə də iş təkrar apellyasiya baxışına göndərilməlidir.

24. Hazırkı iş üzrə iddiaçının tələbi ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir.

25. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı, ona əllilik təyinatı aparılan zaman və hazırda “Qamış sümüyünün proksimal şöbəsinin sınığı, Sağ qamış sümüyünün oynaqdaxili, qeyri-düzgün bitişmiş sınığı” diaqnozlu xəstəlikdən əziyyət çəkir və həmin xəstəl ik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 13.4.38-ci bəndinə əsasən orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə əlilliyin müddətsiz təyin edilməsinə əsas verir.

26. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq ilk növbədə onu qeyd edir ki, məlum olduğu kimi əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır.

27. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina cavabı da məhz diaqnozun əlillik əlaməti təyin etməməsi barədə olmasına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müvafiq m əhkəmələrə ünvanlanmış “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubda bununla bağlı xüsusi göstərişlər olmasına baxmayaraq, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsindən ekspert rəyi alınmamışdır.

28. Məhkəmə ekspertizası fəaliyyətinin hüquqi, təşkilati əsaslarını və başlıca istiqamətlərini müəyyən edən, məhkəmə ekspertizasının təşkili və aparılması zamanı yaranan ictimai münasibətləri tənzimləyən “Məhkəmə ekspert izası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun “Əsas anlayışlar” adlanan 1-ci maddəsində ekspertin rəyinə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticə kimi qanuni anlayış verilmişdir.

29. Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsi daşıyır ki, tibbi bilikləri əhatə edən suallar əsasında ekspert tərəfindən aparılmış tədqiqatın nəticəsində şəxsin sağlamlıq vəziyyəti müəyyənləşdirilir.

30. Nəzərə almaq lazımdır ki, “Əlil liyin qiymətləndirilməsi” Qaydasının 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

31. Yəni, şəxsin əlilliyi göndərişdə qeyd edilən xəstəliklər əsasında qiymətləndirilir, məhz həmin xəstəliklər qanunvericiliyin tələbinə əsasən əlilliy in təyin edilməsinə əsas verdiyi halda, əlillik təyinatı aparılır.

32. Lakin, hazırkı işin hallarından görünür ki, iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi halda, F00153174UUH nömrəli göndərişdə qeyd olunan əsas diaqnoz və onun ağırlaşmalarının iddiaçıda aşkar edilib-edilmədiyinə dair iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək, müvafiq ekspert rəyi alınmamışdır.

33. Bundan əlavə, birinci instansiya məhkəməsi iddiaçıya əsas diaqnozun ağırlaşmaları kimi qeyd edilən M19.0 “Digər oynaqların birincili artrozu, Hər iki bud çanaq oynaqları koksartrozu İ birinci mərhələ. Hər iki ayaq daraqfalanqa oynaqlarının artrozu” və onun ağırlaşmaları olan M21 “Ətrafların digər qazınılma deformasiyaları, Hər iki diz oynaqlarının valqus deformasiyası” və M17 “Qonartroz (diz oynağının artrozu, hər iki diz oyn aqlarının qonartrozu (sağda İİİ-üçüncü, solda İ-birinci mərhələ)” diaqnozlu xəstəliklər əsasında “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.38-ci bəndinə əsasən orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə müddətsiz əlillik təyin etmiş, apellyasiya məhkəməsi də iş üzrə heç bir araşdırma aparmadan həmin qərarla razılaşaraq onu qüvvədə saxlamışdır.

34. Halbuki, “Əlilliyin müəyyən olunması meyarları” nın 13.4.38-ci bəndinə əsasən, qeyd olunan kodlu xəstəliklər məhz “hər iki diz oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu” diaqnozu əsasında orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə müddətsiz olaraq əlilliyin təyin edilməsinə əsas verir.

35. Normanın dispozisiyası konkret və məhdud xarakter daşıyır, yəni həmin normaya əsasən, əlilliyin təyini üçün hər hansı diz oyna ğı patologiyası deyil, məhz “ankiloz” diaqnozu əsas götürülməlidir.

36. İddiaçı barəsində tərtib olunmuş F00153174UUH nömrəli tibbi göndərişdə isə belə bir diaqnoz mövcud deyil.

37. Belə ki, həmin göndərişdə göstərilən diaqnozlar (M19.0 “Digər oynaqların birincili artrozu, Hər iki bud çanaq oynaqları koksartrozu İ birinci mərhələ. Hər iki ayaq daraqfalanqa oynaqlarının artrozu” və onun ağırlaşmaları olan M21 “Ətrafların digər qazınılma deformasiyaları, Hər iki diz oynaqlarının valqus deformasiyası” və M17 “Qonartroz (diz oynağının artrozu, hər iki diz oynaqlarının qonartrozu (sağda İİİ-üçüncü, solda İ-birinci mərhələ) diz oynağının artrozu və qonartroz kimi degenerativ-distrofik xəstəliklərdir.

38. Tibbi ədəbiyyat məlumatlarına əsasən, artroz və qonartroz oynağın qığırdaq toxumasının zəd ələnməsi və deformasiyası ilə xarakterizə olunur, lakin bu xəstəliklər avtomatik olaraq “ankiloz” anlamına gəlmir. Hətta İİİ mərhələli qonartroz belə tibbi baxımdan, oynağın hərəkət amplitudasının azalması ilə səciyyələnsə də, oynağın tam hərəkətsizliyi, yəni “ankiloz” demək deyildir.

39. Belə ki, “ankiloz” tibbi baxımdan oynağın tam hərəkətsizliyi, yəni oynaq səthlərinin ya sümük, ya da fibroz toxuma ilə birləşməsi nəticəsində aktiv və passiv hərəkətin mümkün olmaması deməkdir. Bu vəziyyət funksional cəhətdən son dərəcə ağır hal hesab olunur və şəxsin sərbəst hərəkət imkanını kəskin məhdudlaşdırır.

40. Bundan başqa, hazırkı halda, iddiaçıda diz oynaqlarının tam hərəkətsizliyinin, ankilozun aşkar edilməsinə dair iş materiallarında tibbi sənədlər (rentgenoloji, MRT və ya digər instrumental müayinələrin nəticələri) yoxdur, göndərişdə qeyd olunan diaqnozlar isə onda ankilozun müşahidə edildiyini təsdiq etmir.

41. Nəticə etibarilə, iddiaçıda diz oynağının artroz və qonartroz diaqnozlarının mövcudluğu, tibbi baxımdan ağırlaşmış forma olsa belə, ankiloz diaqnozu ilə eyniləşdirilə bilməz və “Əlilliyin müəyyən olunması meyarları” nın 13.4.38-ci bəndi üzrə orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə müddətsiz əlillik təyin edilməsinə hüquqi əsas yaratmır.

42. Qeyd edilənlərdən başqa, F00153174UUH nömrəli tibbi göndərişdən göründüyü kimi, iddiaçıda çoxsaylı xəstəliklər mövcud olmaqla, yuxarıda adıçəkilən diaqnozlardan əlavə, əsas diaqnozun ağırlaşması olaraq R26.8 kodlu (yerişin pozulması, əl ağacı ilə gəzməsi), həmçinin yanaşı xəstəliklər kimi müvafiq şəkər xəstəlikləri - İ7 9.2 kodlu (ətrafların periferik angiopatiyası), E11 kodlu (şəkərli diabet) qeyd edilmişdir.

43. Apellyasiya məhkəməsi tərəfindən bu xəstəliklərlə də bağlı heç bir araşdırma aparılmamışdır.

44. Beləliklə, sadalananlara əsasən kollegiya hesab edir ki, işə təkrar baxılarkən apellyasiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilməli və ekspert qarşısında iddiaçıda onun barəsində tərtib edilmiş F00153174UUH nömrəli göndərişdə qeyd edilən əsas diaqnoz və onun ağırlaşmalarının, habelə yanaşı xəstəlik kimi müvafiq şəkər xəstəliklərinin aşkar edilib-edilmədiyi, aşkar edilən müvafiq xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları” nın müvafiq bəndlərinin tələblərinə əsasən iddiaçıda hansı qiymətləndirmə meyarına uyğun oldu ğu ilə bağlı suallar qoyulmalı, ekspertiza tədqiqatının nəticəsindən asılı olaraq iddia tələbinə hüquqi qiymət verilməli, zərurət yarandığı halda, iddiaçıya tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım edilməlidir.

45. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla təkrar apellyasiya baxışına göndərilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2 025-ci il tarixli, 2-1(104)-242/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar