Məhkəmə qərarları › İş №2-1(102)-2551/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2551/2024

25.10.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2551/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması; dağ-mədən işləri üzrə mühəndis, mexanik) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1957-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyası nın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1040/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.

2. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-17/1/2-Q-45639/2023 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.

3. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Dağ-mədən işləri bölməsinin (1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndinin (1.1.2) il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan rəhbərlər, mütəxəssislər, qulluqçular və fəhlələr (b) yarımbəndində şaxta rəisləri, onların müavinləri (köməkçiləri), yeraltı sahələrin texnikləri, keçiddə məşğul olan da ğ-mədən avadanlığının quraşdırıcıları markşeyder işlərində dağ-mədən fəhlələri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi Bakı Şəhər İcra Hakimiyyəti İnzibati Xidmət Obyektinin ona dair arayışında xx.xx.1985xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində sanitar texniki avadanlıqlarının elektrik mexaniki, xx.xx.1995-cı il tarixindən bu günədək isə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi Bakı Şəhər İcra Hakimiyyəti İnzibati Xidmət Obyektinin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş siyahıda nəzərdə tutulan dağ mədən işləri sahəsinə uyğun deyil. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və bu hüquq yarandığı vaxtdan müvafiq kompensasiya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ə mək kitabçasına görə onun sığorta (əmək) stajı 36 il 9 ay təşkil edir. Həmçinin, həmin sənəddən müəyyən edilmişdir ki, o, xx.xx.1984-cü ildən Bakı Şəhər İcra Hakimiyyətinin İnzibati-xidməti obyektində işləyir. Bu rejimli obyektdir və o, orada rabitə üzrə montyor qismində işə başlamışdır. Hazırda elektrik avadanlıqlarının təmiri və xidməti üzrə mühəndis vəzifəsində çalışır.

7. İşinin xüsusiyyəti ondan ibarətdir ki, o, növbəliliklə, səhər 8-dən axşam 8-dək, ya da axşam 8-dən səhər 8-dək işləyir. Hər dəfə işə başlamaq üçün xüsusi geyimdə lift vasitəsilə 50 metr yerin altına düşür. Orada isə yüksək elektrik gərginliyi, süni havalandırma və süni işıqlandırma şəraitində vəzifəsini icra edir. Beləliklə, onun əməyi ağır və zərərli işlə bağlıdır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx. xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" Siyahının 1.1.2 bəndinin "b" bölməsinin, 15-ci, 18-ci və 3-cü bəndlərinə nəzərdə tutulan vəzifəsinə uyğundur.

8. Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında" Qanununun 7 və 9.1-ci maddələrinə əsasən o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Onun qeyd edilən şəraitdəki iş stajı 12 il 6 aydan çox təşkil edir. Bu Qanunda nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd etdiyi halları nəzərə alaraq, güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün o, cavabdehə müraciət etmişdir.

9. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-17- 1/1-Q-10989/2023 nömrəli cavabı ilə ona müvafiq sənədlərin toplanıb baxılması üçün onlara təqdim olunmasını tövsiyə etmişdir. O, elə də etmiş və bütün zəruri sənədləri (iş yerindən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair arayış, əmək kitabçamın əsli və s.) cavabdehə təqdim etmişdir. Lakin, cavabdeh ona güzəştli şərtlərlə əmək pensiya təyinatından imtina haqqında xx.xx.2023-cü il tarixli 3-17-3/2-Q-45639/2023 nömrəli məktub göndərmişdir. İmtinanın əsas səbəbi kimi, guya Bakı Şəhər İcra Hakimiyyətinin İnzibati-xidmət Obyektində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə mühəndis vəzifəsindəki işi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verə n istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının Dağ-mədən işləri bölməsində nəzərdə tutulmaması göstərilir. Bu imtina ilə razı deyil və onu qeyri-qanuni hesab edir. İş yerindən verilmiş "Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair" arayışa əsasən o, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə mühəndis (xx.xx.1995hal hazırkı vaxtadək), sanitar texniki avadanlıqlarının elektrik mexaniki (xx.xx.1985xx.xx.1995) vəzifələrində işləmişdir. Həmin arayışda eyni zamanda qeyd olunmuşdur ki, həftə ərzində 36 saatlıq yeraltı şəraitdə (il ərzində 50%-dən çoxu) işləmişdir. Yəni xüsusi şəraitdə işlədiyi üçün ona qısaldılmış iş həftəsi müəyyən edilmişdir.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı il ə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 1.1.2-ci bəndinin "b" bölməsinin, 3-cü, 15-ci və 18-ci bəndlərinə əsasən onun güzəştli şərtlərlə əmək pensiyası almağa hüququ vardır. Beləliklə, hesab edir ki, qaldırdığı məsələnin həllində əsas amil kimi işinin zərərli şəraitdə olması nəzərə alınmalıdır, vəzifəsinin adı yoxdur. Hazırda onun 66 yaşı var. Bu günədək həmin obyektdə və həmin şəraitdə işləyir. Səhhətində bu ağır və zərərli iş şəraitinə görə problemlər yaranmaqdadır. Şəkər xəstəliyinə düçar olmuş, baş ağrıları və təzyiqin tez-tez dəyişməsi müşayiət olunur. Cavabdehin etirazı:

11. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Dağ-mədən işləri bölməsinin (1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndinin (1.1.2) il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan rəhbərlər, mütəxəssislər, qulluqçular və fəhlələr (b) yarımbəndində şaxta rəisləri, onların müavinləri (köməkçiləri), yeraltı sahələrin texnikləri, keçiddə məşğul olan dağ-mədən avadanlığının quraşdırıcıları markşeyder işlərində dağ-mədən fəh lələri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən Bakı Şəhər İcra Hakimiyyəti İnzibati Xidmət Obyektinin arayışında xx.xx.1985-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövr ərzində sanitar texniki avadanlıqlarının elektrik mexaniki, xx.xx.1995-cı il tarixdən bu günədək isə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi Bakı Şəhər İcra Hakimiyyəti İnzibati Xidmət Obyektinin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş siyahıda nəzərdə tutulan dağ mədən işləri sahəsinə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı mövcud deyildir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 1 75 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir.

13. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peş ə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Belə olan halda, İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmi şdir. Məhkəmə sorğusuna cavab:

14. Bakı şəhər İcra Hakimiyyəti İnzibati Xidmət Obyekti tərəfindən verilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli Əlavəyə uyğun olaraq tərtib edilmiş “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023cü il tarixli 3-52-11/2-28/2023 nömrəli arayışa əsasən, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) elektrik avadanlıqlarının təmiri və xidməti üzrə mühəndis (xx.xx.1995-xx.xx.2023), sanitar texniki avadanlıqlarının elektrik mexaniki (xx.xx.1985-xx.xx.1995) tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 37 il 5 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri ağır yeraltı şəraitli 36 saatlıq iş həftəsi əmək funksiyalarını yeraltı şəraitdə yerinə yetirir. 55 kVa-lıq drenaj nasosların təmiri, yeraltı çirkab suların mərkəzi kanalizasiya sisteminə vurulması, yeraltı sistemlərin təmiri, şaxtaların təmizlənməsi və təmiri ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 1 nömrəli siyahısı üzrə 1010100d25410, 1010100d-25455 bəndləri və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 1.1.2-ci bəndinin “b” bölməsinin 15-ci, 18-ci bənddə nəzərdə tutulan vəzifəsinə uyğundur. Arayışın qeyd hissəsində göstərilmişdir ki, həftə ərzində 36 saatlıq y eraltı şəraitdə (il ərzində iş vaxtının 50%-dən çoxu) işləmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8119/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki üç il üzrə ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməsi qərara alınmışdır.

16. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdehin mübahisələndirdiyi dövrlər məhkəmə tərəfindən araşdırılmış, iddiaçının müvafiq müəssisədə əmək fəaliyyəti ilə bağlı sorğu göndərilmiş və daxil olmuş cavab məktubuna və ona əlavə edilmiş sənə dlərə əsasən müəyyən edilmişdir ki, həqiqətən iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) elektrik avadanlıqlarının təmiri və xidməti üzrə mühəndis (xx.xx.1995-xx.xx.2023), sanitar texniki avadanlıqlarının elektrik mexaniki (xx.xx.1985-xx.xx.1995) tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 37 il 5 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri ağır yeraltı şəraitli 36 saatlıq iş həftəsi əmək funksiyalarını yeraltı şəraitdə yerinə yetirir. 55 kVa-lıq drenaj nasosların təmiri, yeraltı çirkab suların mərkəzi kanalizasiya sisteminə vurulması, yeraltı sistemlərin təmiri, şaxtaların təmizlənməsi və təmiri ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 1 nömrəli siyahısı üzrə 1010100d25410, 1010100d-25455 bəndləri və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 1.1.2-ci bəndinin “b” bölməsinin 15-ci, 18-ci bənddə nəzərdə tutulan vəzifələrə uyğundur. Həftə ərzində 36 saatlıq yeraltı şəraitdə (il ərzində iş vaxtının 50%dən çoxu) işləmişdir.

17. Bundan əlavə, iş materiallarına əlavə edilmiş iddiaçının əmək müqaviləsinə əsasən müəyyən edilmişdir ki, iddiaçı ağır zərərli iş şəraitində işlədiyinə görə onun əmək haqqına 102.46 manat məbləğində əlavə ödənilir.

18. Göründüyü kimi, iddiaçının ağır zərərli iş şəraitində, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq güzəştli şərt lərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə işləməsi onun işlədiyi müəssisə tərəfindən verilmiş arayışla təsdiq olunur.

19. İddiaçının iş yerindən verilmiş arayışlar onun güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir.

20. Belə ki, məhkəmə həmin arayışdakı məlumatları araşdırarkən müəyyən etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli, 320 saylı qərarına 1 №li Əlavə, “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısının 1-ci bəndinin “d” yarımbəndində “il ərzində (hesab lanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı şəraitdə iş görən idarələrin, partiyaların, kontorların və s. müəssisə və təşkilatların, onların filiallarının rəhbərləri, mütəxəssisləri” bölməsində nəzərdə tutulmuş peşələrin funksiyaları və ağırlıq dərəcələri iddiaçının işlədiyi peşələrin ağırlıq dərəcəsi və funksiyaları ilə eynilik təşkil edir.

21. Məhkəmə, həmçinin qeyd edir ki, hazırkı iddia üzrə mübahisə predmeti iddiaçıya xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi təşkil edir. 22. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olma yaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

23. Hazırkı işin hallarından müəyyən edilmişdir ki, iddiaçının həmin Qanuna əsasən pensiya hüququ yarandığı xx.xx.2014-cü il tarixə 12 il 6 aydan çox güzəştli iş stajı (xx.xx.1985-xx.xx.2014-cü il tari xədək) və 25 ildən çox ümumi (xx.xx.1979- xx.xx.1979, xx.xx.1981-xx.xx.1981, xx.xx.1981-xx.xx.1982, xx.xx.1982-xx.xx.1984, xx.xx.1984 – xx.xx.2014-cü il tarixədək) iş stajı olmuşdur.

24. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

25. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1040/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8119/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya inst ansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

28. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri Maddi hüquq normalarının pozulmasına dair dəlillər: 29. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Dağ-mədən işləri bölməsinin (1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndinin (1.1.2) il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan rəhbərlər, mütəxəssislər, qulluqçular və fəhlələr (b) yarımbəndində şaxta rəisləri, onların müavinləri (köməkçiləri), yeraltı sahələrin texnikləri, keçiddə məşğul olan dağ-mədən avadanlığının quraşdırıcıları markşeyder işlərində dağ-mədən fəhlələri vəzifələri nəzərdə tutulmuşdur.

30. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən Bakı Şəhər İcra Hakimiyyəti İnzibati Xidmət Obyektinin arayışında xx.xx.1985-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövr ərzində sanitar texniki avadanlıqlarının elektrik mexaniki, xx.xx.1995-cı il tarixdən bu günədək isə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur.

31. Göründüyü kimi iddiaçının işlədiyi Bakı Şəhər İcra Hakimiyyəti İnzibati Xidmət Obyektinin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş siyahıda nəzərdə tutulan dağ mədən işləri sahəsinə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı mövcud deyildir. Prosessual hüquq normalarının pozulmasına dair dəlillər:

32. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1 (103)-1040/2024 nömrəli qərarında məhkəmə kollegiyası tərəfindən bildir ilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi Bakı şəhər İcra Hakimiyyəti İnzibati-Xidmət Obyektinin Rəisi tərəfindən verilmiş arayışlar güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir.

33. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1 (103)-1040/2024 nömrəli qərarında məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd etmişdir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat vəzifə təlimatları tələb e dilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.

34. Məhkəmə kollegiyası tərəfindən əsassız olaraq müəssisə tərəfindən təqdim edilən arayış birmənalı sübut kimi qəbul edilmiş, iddiaçının işlədiyi sahə ilə müvafiq Siyahıda nəzərdə tutulan sahə arasında kəskin fərq olmasına baxmayaraq həmin sahələr eyniləşdirilmişdir.

35. Belə ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən Bakı Səhər İcra Hakimiyyəti İnzibati Xidmət Obyektinin arayışında xx.xx.1985-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövr ərzində sanitar texniki avadanlıqlarının elektrik mexaniki, xx.xx.1995-cı il tarixdən bu günədək isə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə mühəndi s vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin müəssisə tərəfindən təqdim edilən arayışlarda qeyd olunan kod, eyni zamanda məhkəmənin qərar qəbul edərkən istinad etdiyi kod dağ mədən işləri sahəsinə aid olmuşdur.

36. Göründüyü kimi iddiaçının işlədiyi Bakı Səhər İcra Hakimiyyəti İnzibati Xidmət Obyektinin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş siyahıda nəzərdə tutulan dağ mədən işləri sahəsinə uyğun deyil.

37. Lakin məhkəmə tərəfindən iddiaçının işlədiyi peşənin funksional vəzifənin eyniliyinin müəyyən edilməsi ilə bağlı iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə vəzifə təlimatları əldə edilməmiş, hər hansı araşdırma həyata keçirilməmiş, iddiaçının işlədiyi vəzifə ilə güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olan sahə (vəzifə) arasında uyğunsuzluq olmasına baxmayaraq, müəssisənin arayışına əsasən həmin vəzifələr əsassız olaraq eyniləşdirilmişdir.

38. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən ziddiyyətli məqamlarla bağlı araşdırılma aparılmamış, yalnız müəssisə tərəfindən təqdim edilən arayışı əsas götürərək iddia tələbini təmin etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmiş və etirazda aşağıdakılar qeyd edilmişdir.

40. Məhkəmə tərəfindən işin hüquqi və faktiki halları düzgün araşdırılmışdır. Qanuni və ədalətli məhkəmə qərarı qəbul edilmişdir. Hazırkı iş üzrə apellyasiya şikayətinin dəlilini cavabdehin imtina məktubu və etirazına uyğun olaraq iddiaçının güzəştli iş sta jına malik olmadığı təşkil edir. Həmin xüsusat Bakı İnzibati Məhkəməsində də araşdırılmışdır. Müəyyən edilmişdir ki, həqiqətən də iddiaçının sosial sığorta stajı 37 il 5 ay təşkil etmişdir və 12 il 6 aydan çox (xx.xx.1985-xx.xx.2014-cil tarixləri arasında) güzəştli iş stajı olmuşdur.

41. İddiaçının işlədiyi vəzifələr Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında” 1010100d-25410, 1010100d-25455 bəndləri və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarla təsdiq edilmiş Siyahının 1.1.2-ci bəndinin “b” bölməsinin 15-cİ, 18-ci bənddə nəzərdə tutulan vəzifələrə uyğundur. Məhkəmə də bu faktı təsdiq etmişdir. Bu barədə işlədiyim müəssisə tərəfindən də xx.xx.2024-cü il tarixli arayış verilmişdir və həmin arayış iddiaçının ağır zərərli iş şəraitində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədə işlədiyini təsdiq edir. TƏTBİQ EDİLƏN HÜQUQ

42. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilə n məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

43. Kassasiya şikayəti vaxtında verilmiş, form al baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

44. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

45. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

47. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudlu ğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

48. İddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” Arayışda və apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti İnzibati Xidmət Obyektinin rəisinin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Bakı şəhər İcra Hakimiyyəti İnzibati Xidmət Obyektində çalışmış İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə mühəndis, sanitar texniki avadanlıqlarının elektrik mexaniki işləmişdir (xx.xx.1985-xx.xx.2023). İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri ağır yeraltı şəraitli 36 saatlıq iş həftəsi əmək funksiyalarını yeraltı şəraitdə yerinə yetirir. 55 kv-luq drenaj nasosların təmiri, yeraltı çirkab suların mərkəzi kanalizasiya sisteminə vurulması, yeraltı sistemlərin təmiri, şaxtaların təmizlənməsi və təmirindən ibarətdir.

49. İddiaçının çalışdığı sahə və icra etdiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahında -

1. Dağ-mədən işləri. 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, me tropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər: b) il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan rəhbərlər, mütəxəssislər, qulluqçular və fəhlələr:...yeraltı sahələrin dağ-mədən işləri üzrə mühəndisləri və yeraltı sahələrin mexanikləri – nəzərdə tutulmuş sahə və vəzifələrə uyğundur.

50. Məhkəmə kollegiyası nəzərə alır ki, qüvvədə olan qanunvericilik ərizəçinin üzərinə qanunda nəzərdə tutulanlardan (əmək kitabçası, izahedici arayış) başqa hər hansı sənəd və məlumatı təqdim etmək öhdəliyi qoymur. 51.Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən tə qdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 52.İddiaçının iş yerindən təqdim edilmiş arayışdakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

53. Beləliklə, inzibati orqan təqdim olunan məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, onları qəbul etməyə bilərdi. 54.Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir. 55.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1040/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar