Məhkəmə qərarları › İş №2-1(102)-2564/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2564/2024

26.11.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2564/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: hüquqmüəyyənedici sənəd etibarsız hesab edildiyindən həmin sənəd əsasında daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış əvvəlki qeydiyyatın bərpa edilməsi, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi, həmin mənzilə iddiaçının mülkiyyət hüququ reyestrdə qeydiyyata alınmaqla (qeydiyyat bərpa edilməklə) bu barədə müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 2-1(103)-1134/2024 nömrəli qərarından üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-225/2021 nömrəli qətnaməsinə əsasən etibarsız hesab edilmiş xx.xx.2005-ci il tarixli, 4Ə-510 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov küçəsi, ev 28, 36 saylı mənzilə dair X1 adına verilmiş çıxarışın ləğv edilməsi, həmin mənzilə hüquqlarının qeydiyyata alınması və buna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, e-2-1(112)-8378/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov küçəsi, ev 28, 36 saylı mənzilə dair X1 adına aparılmış qeydiyyatın (çıxarışın) ləğv edilməsi, həmin mənzilə dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qey diyyata alınmaqla (qeydiyyat bərpa edilməklə), hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 2-1(103)-1134/2024 nömrəli qərarı ilə üçüncü şəxs X1 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Məhkəmələr gəldikləri nəticəni onunla əsaslandırmışlar ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-225/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış və xx.xx.2005-ci il tarixdə Bakı şəhəri 16 saylı Notariat Kontorunda 4Ə-510 reyestr nömrəsi ilə təsdiq edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov küçəsi 28 saylı evin 36 saylı mənzilinə dair bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-225/2021 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş və onun əsasında verilmiş icra vərəqəsi icra olunmuşdur. Etibarsız hesab edilən həmin bağışlama müqaviləsi bağlanmazdan əvvəlki vəziyyət isə ondan ibarət olmuşdur ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, 034433 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mənzilin mülkiyyətçisi hazırkı iddiaçı olmuşdur.

5. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cı maddəsinin imperativ tələblərindən isə görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları – daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə də, qanunvericiliyin qeyd olunan tələbləri və işin tədqiq olunan sübutlarla müəyyən edilən halları baxımından, cavabdeh tərəfindən iddiaçının ərizəsi üzrə mübahisəli mənzilə dair üçüncü şəxsin adına aparılmış reyestr qeydiyyatının ləğv edilməsini və onun əvvəlki mülkiyyət hüququnun bərpa edilərək qeydiyyat aparılıb ona çıxarış verilməsindən imtina olunması qanunsuz olmuş, qanunla qorunan hüquqlarını pozmuşdur.

6. Üçüncü şəxs X2 mahiyyətcə apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş edərək qeyd etmişdir ki, onun mülkiyyət hüququnun qeydiyyatı notarial qaydada təsdiqlənmiş mülki hüquqi əqd əsasında qanuna müvafiq əmələ gəlib. Ona aid çıxarışın ləğvi də əqdin etibarsızlığına dair mülki iddianın davamıdır və belə tələb mülki məhkəmə icraatı qaydasında irəli sürülə bilərdi. Bu baxımdan həmin hissədə iddia qeyri-m ümkün sayılmalıdır. Mübahisəli mənzilin mülkiyyət hüququ ilə ona məxsus olması barədə adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış mülki məhkəmə icraatı qaydasında ləğv edilməmişdir. Bu səbəbdən də iddiaçının həmin mənzilə mülkiyyət hüququ qeydə alına bilməz. Odur ki, həmin hissədə iddia rədd edilməlidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin t əcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud mə hkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində hüquq müvafiq hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Hə min hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüquqa dair reyestrdə aparılmış dövlət qeydiyyatı isə müvafiq hüququn dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış isə, reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və ona bağlıdır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edildikdə, geri çağırıldıqda, dəyişdirildikdə və ya etibarsız sayıldıqda onun əsasında daşınmaz əmlak üzərində hüquqa dair reyestrdə aparılmış dövlət qeydiyyatının ləğv edilməsi ilk növbədə həmin qeydiyyatı aparan inzibati orqanın xidməti vəzifəsinə aiddir. İnzibati orqan xidməti vəzifəsini icra etmədiyi təqdirdə isə, inzibati məhkəmə qərarı ilə həmin orqanın üzərinə bu barədə müvafiq öhdəlik qoyulur (Bununla bağlı bax: Azər baycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)57/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-59/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 21(102)-814/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1012/2024 nömrəli, xx.xx.2024cü il tarixli 2-1(102)-1046/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1276/2024 nömrəli qərarları).

11. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrar landığına, eləcə də üçüncü şəxs kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

12. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olun muş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

13. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 21(103)-1134/2024 nömrəli qərarından üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar