Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2568/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı iş üzrə QƏRARDADİ Açar sözlər: göndərişdə qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 may 2025-ci il tarixli, 2-1(103)-1666/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin əlilliyin verilməsindən imtina olunması barədə qərarının ləğv edilməsi və ona əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx xxx 1963-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, onda olan xəstəliklər üçüncü dərəcəli əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, müraciətin təmin olunmasından imtina etmişdir. Başqa sözlə, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, onun əsas xəstəlik diaqnozu beyin infarktıdır.
3. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının xx.x x.2023-cü il tarixli qərarında aşağıdakılar göstərilmişdir: İddiaçı (FİN-xxxxxxx), 2 saylı TSEK-in həkim-eksperti tərəfindən əyani müayinə olundu. Müəyyən olundu ki, Xəzər rayon sakini İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin N00153214PZK saylı göndərişi əsasında xx.xx.2023-ci il tarixində qiymətləndirilmiş, qeydiyyatda olduğu bölgə üzrə ərazi TSEK-ə yaxınlaşması məsləhət görülmüşdür. Obyektiv müayinə zamanı xəstədə aşağıdakı əlamətlər aşkar edildi: Dəri və dərialtı toxumalar: dərinin rəngi adi rəngdədir, limfa vəziləri: böyüməyib. Sümük əzələ sistemi: parez qeyd olunmur, bel nahiyəsində ağrılar qeyd olunur, əzələlər gərgindir; oturaq vəziyyətdən çətinliklə durur. Tənəffüs sistemi: vezikulyar tənəffüs eşidilir. T/S 18-dir. Ürəkdamar sistemi: Ürəyin tonları karlaşmışdır. A/T170/90, n əbzi 75 ritmikdir. Həzm sistemi: Qarını yumşaq, ağrısızdır. Qaraciyər və dalaq əllənmir. Defekasiya normaldır. Sidik və cinsiyyət sistemi: Diurez normaldır. Status localis: Özünü 2021-ci ildən xəstə hesab edir. Həmin ildə işemik insult keçirib. Yanaşı olaraq bel-oma radikulopatiyası qeyd olunur. Halhazırda xəstə bel nahiyəsində kəskin ağrılardan, yerişin çətinləşməsindən şikayətlənir. Obyektiv müayinədə ətraflarda parez, atrofiya qeyd olunmur; xəstə oturaq vəziyyətdən çətinliklə durur. Tibbi sənədlərin araşdırılması və obyektiv müayinə zamanı xəstəyə tibbi ekspertiza üçün vacib olan aşağıdakı diaqnoz təyin edilir. Əsas diaqnoz: İ69.3. Keçirilmiş işemik insultun qalıq əlamətləri. Yanaşı: M54.1 Bel-oma radikulopatiyas, Yanaşı: M51.4 L3L4, L4-L5, L5-S1 fəqərəarası disk yırtığı, Ağırlaşma: R26.2 Yerişin pozulması, Yanaşı: 111 Hipertoniya xəstəliyi. Qeyd olunanlara əsasən cavabdeh hesab edir ki, iddiaçının diaqnozu əlillik təyininə əsas olmadığindan, iddia rədd edilməlidir.
4. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) 06 noyabr 2024-cü il tarixli, 21(112)-7510/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə olunmuşdur.
5. Birinci instansiya məhkəməsinin əsaslandırması: 5.1. İddiaçının tibbi göndərişində İ69.3, R26, G81.1 diaqnozuna uyğun əsas xəstəlik, onun ağırlaşmalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə tə sdiq edilmiş əlilliyin meyarlarında qeyd olunan qiymətləndirmələr üzrə hansılarının iddiaçıda mövcud olduğu, hansılarının olmadığı, həmin diaqnozlardan hansılarının iddiaçıya əlillik təyinatına əsas verməməsi müəyyən olunmamışdır. İddiaçının əyani müayinəsi zamanı ekspert komissiyası nəticəyə gələrkən xəstəliyi ilə əlaqədar onu müvafiq ixtisaslaşmış müəssisə və ya laborator müayinəyə göndərməmiş, belə müayinələrin nəticələrinə istinad etməmiş, yalnız komissiyanın özündə xəstənin obyektiv müayinəsinə və tibbi sənədlərin araşdırılmasına əsasən diaqnoz təyin etmiş, eyni zamanda alınmış nəticənin hansı xüsusiyyətlərinə və meyarlarına görə əlillik təyinatına əsas vermədiyi barədə hüquqi və faktiki cəhətdən əsaslandırma təqdim etməmişdir. Məhkəmə ekspertizası zamanı isə ekspertlər bel nahiyəsind ə ağrı, keçirilmiş beyin infarktının bəzi qalıq əlamətləri, oynaqlarda hərəkət məhdudluğu, oturaq vəziyyətdən çətinliklə durması kimi əlamətlər də nəzərə alınmaqla, iddiaçıda “Beyin infarktının nəticələri, baş beynin sağ yarımkürəsində keçirilmiş işemik insultun qalıq əlamətləri. Ağırlaşma: spastik hemiplegiya, sol tərəfli hemiparez (əzələ gücü 3 baldır), hərəkətin və yerişin pozulması. Yanaşı xəstəliklər: L3-L4, L4-L5, L5-S1 fəqərəarası disk yırtıqları, radikulyar sindrom, ürək çatmamazlığı olmadan, hipertoniya xəstəliyi İİ-İİİ mərhələ” diaqnozunun olduğu, diaqnozun iddiaçının stasionarda müalicə zamanı kliniki, laborator-instrumental müayinələrin nəticəsində müəyyən olunduğu qənaətinə gəlmişlər. 5.2. Beləliklə, iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemi ndə yerləşdirilmiş xx.xx.2023-cü il tarixli, N00153214PZK nömrəli Forma 088 arayışında qeyd olunan xəstəliklərlə (əsas diaqnoz və ağırlaşma) iddiaçının hazırkı sağlamlıq vəziyyətinin eyni olduğu məhkəmə icraatı gedişində əldə edilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. İddiaçının xx.xx.2023-cü il tarixli, N00153214PZK nömrəli tibbi göndərişdəki xəstəliklərin təsnifat kodları “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən əlillik təyinatına əsas verən xəstəliklərin təsnifatında əsas diaqnoz və qiymətləndirmə onun əlillik təyinatına əsas verir.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrl ik edən və məruzəçi/, N.X.Nəbizadə və M.N.Tağızadə) 01 may 2025-ci il tarixli, 21(103)-1666/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyab r tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
11. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks ol unmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkə mə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
12. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
13. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
14. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 20 23-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardad(lar)da (xx.xx.2024-cü il tarixli 2-1(102)-1940/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən müvafiq əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaq və işin konkret halı nəzərə alınmaqla, onun vəziyyətinə mütənasib olmayacaqdır. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir.
15. Həmçinin, iddiaç ıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından, şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə d air qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən, şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaq nozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
16. Hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli, N00153214PZK nömrəli tibbi göndərişdəki xəstəliyin, həqiqətən də, iddiaçıda mövcud olması və həmin diaqnozun ona əlillik təyininə əsas olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı (iş materiallarında olan xəstəxana tərəfindən verilmiş arayışlar, ekspert rəyi və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə) öz təsdiqini tapmışdır.
17. Hazırkı iş üzrə iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilmiş xx.xx.2023-cü il tarixli, N00153214PZK nömrəli Forma 088 arayışında qeyd olunan xəstəliklərlə (əsas diaqnoz və ağırlaşma) iddiaçının hazırkı sağlamlıq vəziyyətinin eyni olduğu məhkəmə icraatı gedişində əldə edilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. İddiaçının xx.xx.2023- cü il tarixli, N00153214PZK nömrəli tibbi göndərişdəki xəstəliklərin təsnifat kodları “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən əlillik təyinatına əsas verən xəstəliklərin təsnifatında əsas diaqnoz və qiymətləndirməyə uyğun olmaqla, onun əlillik təyinatına əsas verir.
18. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
19. Kollegiya həmçin in qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
20. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyət cə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
22. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 may 2025-ci il tarixli, 21(103)-1666/2025 nömrəli qərarından cavab deh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.