Məhkəmə qərarları › İş №2-1(102)-2569/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2569/2024

25.10.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2569/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1961-cı il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati i ş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2358/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2023-cü il tarixdə ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmişdir.

2. Cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı işlərində (neftqaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar vəzifələri nəzərdə tutulub.

3. Mərkəzi Filiala təqdim edilən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli SD\76 nömrəli iddiaçıya dair arayışda adıçəkilən müəssisədə iddiaçının müxtəlif vəzifələrdə işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensatının hasilatı sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəşt li iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə, məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1986-cı ildən başlayaraq neft-qaz hasilatı sahəsində mühəndis olaraq çalışır və bu günədək bu sahədə fəaliyyətini davam etdirir. İş fəaliyyəti xüsusi rola malikdir və mahiyyəti neft-qaz sahələri üzrə X2nın idarə edilməsi vasitəsilə yeni neft və qaz yataqlarının müəyyən edilməsi, təmir-bərpa işlərinin aparılması, kommunikasiya, mürəkkəb kəşfiyyat və işlənmə işlərinin həyata keçirilməsi, sualtı araşdırmalar, daha dərin sularda neft və qaz ehtiyatlarının işlənməsini həyata keçirir. Dalğıclar təhlükəsiz şəkildə daha mürəkkəb vəziyyətləri və daha dərin sularda əməliyyatları idarə etmək üçün geniş imkanlara malikdirlər. Neft və qaz sənayesi sahəsində uzaqdan idarə olunan X2, dalğıclar üçün əlçatmaz əraz ilərə, daxil olmağa imkan verir. Hal-hazırda bu vasitələrsiz neft-qaz hasilatı sahəsində hər hansı iş aparılmır. Cavabdehin etirazları:

8. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının cavabdehə təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli SDY76 nömrəli arayışda adıçəkilən müəssisədə müxtəlif vəzifələrdə işlədiyi qeyd olunmuşdur. İddiaçının sözügedən arayışda istinad olunan işlədiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensatının hasilatı sahəsinə aid deyildir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı mövcud deyildir. Məhkəmə sorğularına cavab: 9. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, i ddiaçı halhazırda "xxxx" MMC-də X2 üzrə superintendent (dənizdə) vəzifəsində işləyir. İddiaçının neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə "xxxx" MMC-də və əmək kitabçasına uyğun digər şirkətlərdə iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir: -"xxxx" MMC (X2 üzrə sahə rəisi (superintendent)), vəzifə kodu: 2130100a-18494, vəzifə öhdəlikləri: X1 (ROV) hazırlanması, texniki xidmətinə nəzarət edilməsi və həmçinin personala təlim keçirilməsi. Layihələrə önhazırlıq və nəzarət, xx.xx.2022-xx.xx.2023 Cəmi: 2 ay; -"xxxx" MMC (X2 üzrə Supervayzer), vəzifə kodu: 2130100a-18494, vəzifə öhdəlikləri: X1 (ROV) hazırlanması, texniki xidmətinə nəzarət edilməsi və həmçinin personala təlim keçirilməsi. Layihələrə önhazırlıq və nəzarət, xx.xx.2017- xx.xx.20 22 Cəmi: 5 il, 7 ay, 13 gün; -"xxxx" Fərdi Firması (X2 üzrə Supervayzer), Vəzifə kodu: 2130100a-18494, vəzifə öhdəlikləri: X1 (ROV) hazırlanması, texniki xidmətinə nəzarət edilməsi və həmçinin personala təlim keçirilməsi. Layihələrə önhazırlıq və nəzarət, xx.xx.2011 -xx.xx.2017 Cəmi: 5 il, 6 ay, 12 gün; -“Azneft” İB (X2 Dəstəsinin elektronika üzrə rəis müavini), vəzifə kodu: 2130100a18494, vəzifə öhdəlikləri: X1 (ROV) hazırlanması, texniki xidmətinə nəzarət edilməsi və həmçinin personala təlim keçirilməsi. Layihələrə önhazırlıq və nəzarət, xx.xx.2003xx.xx.2006 Cəmi: 3 il, 4 ay, 23 gün; -«Kaspnefteflot» (Mexanika üzrə rəis müavini), vəzifə kodu: 2130100b— 17541, vəzifə öhdəlikləri: X1 (ROV) hazırlanması, texniki xidmətinə nəzarət edilməsi və həmçinin personala təlim keçirilməsi, xx.xx.1996- xx.xx.2003 Cəmi: 6 il, 10 ay, 15 gün; - «Kaspnefteflot» (Mühəndis 1-ci kateqoriya), vəzifə kodu: 2130100b-17541, vəzifə öhdəlikləri: X1 (ROV) hazırlanması, texniki xidməti və idarə olunması, xx.xx.1992xx.xx.1996 Cəmi: 4 il, 3 ay, 22 gün; - «Kaspnefteflot» (Elektronika şöbəsinin müdir müavini), vəzifə kodu: 2130100b24094, vəzifə öhdəlikləri: X1 (ROV) hazırlanması, texniki xidməti və idarə olunması, xx.xx.1988-xx.xx.1992 Cəmi 3 il, 10 ay, 5 gün; - Dərin dəniz dalğıc kompleksi, Yarımdalma üzən qazma qurğusu – PPBU «Şelğf3» (Elektronika şöbəsinin müdir müavini) vəzifə kodu: 2130100b-24094, vəzifə öhdəlikləri: Dərin dalğıc enişləri üçün avadanlıqların hazırlanması və texniki xidməti, xx.xx.1988xx.xx.1988 Cəmi 9 gün; - Dərin dəniz dalğıc kompleksi, Yarımdalma üzən qazma qurğusu – PPBU «Şelğf3» ( Baş mühəndis) vəzifə kodu: 2130100b-17541, vəzifə öhdəlikləri: Dərin dalğıc enişləri üçün avadanlıqların hazırlanması və texniki xidməti Cəmi: 4 ay, 13 gün; - Dərin dəniz dalğıc kompleksi, Yarımdalma üzən qazma qurğusu – PPBU «Şelf 3» (Mühəndis) vəzifə kodu: 2130301b-22177, vəzifə öhdəlikləri: Dərin dalğıc enişləri üçün avadanlıqların hazırlanması və texniki xidməti, xx.xx.1986- xx.xx.1987 Cəmi 1 il, 1 ay, 22 gün; - Xüsusi Konstruktor Bürosu (Mühəndis) vəzifə kodu: 2130301b-22177, vəzifə öhdəlikləri: Prototiplərin qurulması və sınaqdan keçirilməsi, avadanlığın kütləvi istehsala hazırlanması xx.xx.1986 - xx.xx.1986 Cəmi: 8 gün; - Xüsusi Konstruktor Bürosu (4-cü kateqoriya) vəzifə kodu: 1130000q-25062, vəzifə öhdəlikləri: Prototiplərin qurulması və sınaqdan keçirilməsi, avadanlığın kütləvi istehsala hazırlanması xx.xx.1985-xx.xx.1986 Cəmi: 9 ay, 9 gün; - Xüsusi Konstruktor Bürosu (3-cü kateqoriya radiotexnika, elektromexaniki və radiotexnika cihazlarının və elektroradioölçü cihazlarının sistemlərinin tənzimləyicisi) vəzifə kodu: 1130000q-25062, vəzifə öhdəlikləri: Prototiplərin qurulması və sınaqdan keçirilməsi, avadanlığın kütləvi istehsala hazırlanması xx.xx.1984-xx.xx.1985 Cəmi: 1 il, 1 ay, 7 gün; - Xüsusi Konstruktor Bürosu (Texnik) vəzifə kodu: 1130000q-23485, vəzifə öhdəlikləri: Prototiplərin qurulması və sınaqdan keçirilməsi, avadanlığın kütləvi istehsala hazırlanması xx.xx.1982 - xx.xx.1984 Cəmi: 2 il, 4 ay, 29 gün; - SSRİ-də hərbi xidmət xx.xx.1980 - xx.xx.1982 Cəmi: 2 il, 1 ay, 2 gün; - Xüsusi Konstruktor Bürosu (Layihəçi-konstruktor) vəzifə kodu: 23302000, vəzifə öhdəlikləri: Prototiplərin hazırlanması və sınaqlara hazırlanması xx.xx.1980 - xx.xx.1980 Cəmi: 3 ay, 27 gün; - Xüsusi Konstruktor Bürosu (Laborant) Vəzifə kodu: 1130000q-23157, vəzifə öhdəlikləri: Prototiplərin hazırlanması və sınaqlara hazırlanması xx.xx.1978 - xx.xx.1980 Cəmi: 1 il, 3 ay, 28 gün; Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1254/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element birlikdə mövc ud olmalıdır: a) iddiaçının azı 25 il sığorta stajının mövcud olması; b) iddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. c) iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.

12. İddiaçının 60 yaşının tamam olduğu tarixə (xx.xx.2021-ci il) ümumi stajının 25 ildən çox olması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 443.624,33 manat olmaqla qanunvericiliyə uyğun olaraq ona münasibətdə hesablanmış tələb olunan həddən (40.320,00 manat) çox olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

13. Cavabdehin imtina məktubunda, etirazında yeganə mübahisə etdiyi məsələ iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqu qu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında zərərli peşə kimi göstərilməməsi ilə bağlıdır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

15. İddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin ("xxxx" MMC-nin) arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olm ası konkret olaraq göstərilmişdir. Bundan əlavə, sözügedən arayışda ətraflı olaraq iddiaçının xüsusi stajı qeyd edilmiş, faktiki olaraq gördüyü işlər sadalanmış, həmçinin işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olması göstərilmişdir.

16. İşin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 60 yaşının tamam olduğu vaxta qədər ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir.

17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2358/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1254/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri Maddi hüquq normasının pozuntusuna dair dəlillər:

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tar ixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı işlərində (neftqaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar böyük ustalar vəzifələri nəzərdə tutulmuşdur.

22. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2022- ci il tarixli SD\76 nömrəli arayışda adıçəkilən müəssisədə müxtəlif vəzifələrdə i şlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının sözügedən arayışda istinad olunan işlədiyi sahə qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensatının hasilatı sahəsinə aid deyildir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı mövcud deyildir.

23. Göründüyü kimi iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyildir. Bu səbəbdən də həmin dövrlərin iddiaçının güzəştli iş stajına daxil edilməsi qanunvericiliyinin tələblərinə uyğun deyildir.

24. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən arayış Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən siyahıya uyğunlaşdırılmamışdır. Göstərilən səbəblərdən iddiaçının güzəştli stajı mövcud deyildir. Prosessual hüquq normasının pozuntusuna dair dəlillər:

25. Məhkəmə cavabdeh tərəfindən mübah isələndirilən dövrlərlə bağlı cavabdeh orqanın dəlillərini ətraflı araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

26. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində n əzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQ EYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsasları ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

32. İddiaçının tələb olunan yaş həddinə çatması, 25 ildən artıq ümumi iş stajına və tələb olunan pensiya kapitalına malik olduğu mübahisəsi zdir.

33. Cavabdeh tərəfindən mübahisələndirilən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına gəldikdə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən (SOCAR-DALĞİC MMC) arayış təqdim edilmiş, həmin arayışda iddiaçının icra etdiyi vəzifələr və həmin vəzifələrə uyğun kodlar göstərilmişdir.

34. Məhkəmə kollegiyası nəzərə alır ki, qüvvədə olan qanunvericilik ərizəçinin üzərinə qanunda nəzərdə tutulanlardan (əmək kitabçası, izahedici arayış) başqa hər hansı sənəd və məlumatı təqdim etmək öhdəliyi qoymur.

35. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onl arın həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

36. İddiaçının iş yerindən təqdim edilmiş arayışdakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

37. Beləliklə, inzibati orqan təqdim olunan məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, onları qəbul etməyə bilərdi.

38. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2358/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar