Məhkəmə qərarları › İş №2-1(102)-2578/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2578/2024

19.12.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2578/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Xaçmaz Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati aktın (bələdiyyə qərarının) etibarsız hesab edilməsi; iddiaçıya məxsus torpaq sahəsinin sonradan başqa şəxsə satılması; torpaq sahələrinin üstüstə düşməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Xaçmaz Bələdiyyəsinə (üçüncü şəxs X12) qarşı “bələdiyyə qərarının etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 15 may 2024-cü il tarixli, 2-1(105)-216/2024 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin 18 fevral 2003-cü il tarixli, 02 nömrəli qərarına əsasən fərdi mağaza tikintisi məqsədilə bələdiyyənin ehtiyat fondundan Xaçmaz kəndinin (şəhərinin) ərazisindən 600 kv.m torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır.

2. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon torpaq şöbəsi tərəfindən iddiaçının adına 18 iyul 2003-cü il tarixli, JN-0008 KOD 30201004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir.

3. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı nın 11 avqust 2003-cü il tarixli, 164 nömrəli sərəncamına əsasən Xaçmaz bələdiyyəsinin 18 fevral 2003-cü il tarixli, 02 nömrəli qərarı ilə İddiaçı satılmış 600 kv.m torpaq sahəsində mağaza və ağır yük maşınlarının təmiri və servis sexlərinin tikintisinə icazə verilmişdir.

4. Bundan başqa, cavabdehin 28 fevral 2007-ci il tarixli, 02 nömrəli qərarı ilə bələdiyyənin alqı-satqı predmeti olan Xaçmaz Niyazoba yolunun sağ tərəfində yerləşən torpaq sahəsindən avtomobillərə texniki xidmət obyektinin tikintisi üçün 120 kv.m torpaq sahəsinin üçüncü şəxs X4 qərara alınmışdır.

5. Sözügedən 120 kv.m torpaq sahəsi üzərində üçüncü şəxs X8 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 27 fevral 2008-ci il tarixdə qeydiyyata alınaraq, MH seriyalı, ******* nömrəli, **********72 reyestr nömrəli çıxarış la rəsmiləşdirilmişdir.

6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 11 oktyabr 2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı Ərazi İdarəsi tərəfindən bələdiyyənin nümayəndəsinin iştirakı ilə mübahisəli 0,06 ha və 0,012 ha torpaq sahələrinin naturada sərhədlərinin müayinəsi aparılmış və müayinə zamanı X2 120 kv.m torpaq sahəsi ilə İddiaçı satılmış 600 kv.m torpaq sahələrinin koordinatlarının üst-üstə düşdüyü müəyyən edilmişdir. Daşınmaz əmlak üzərində hüququnun pozulması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

7. Bundan sonra, İddiaçı cavabdeh X10, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və digərlərinə qarşı mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, N-0008, KOD 30201004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında onun mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin 120 kv.m sahəsini zəbt etmiş X8 torpaq sahəsindən çıxarılması, torpaq sahəsi üzərində tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi, sahənin boşaldılması və ona qaytarılması, dövlət reyestrindən S.S.Mahmudovun adına verilmiş torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyatı barədə çıxarışın ləğv edilməsi və cavabdehlərdən maddi və mənəvi zərərin əvəzinin tutulub ona verilməsini xahiş etmişdir.

8. Xaçmaz rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(067)-245/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2020-ci il tarixli, 2(105)-439/2020 nömrəli qətnaməsi ilə iddiaçının apellyas iya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(067)-245/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2020-ci il tarixli, 2(102)-3609/2020 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin 2(105)-439/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiya məhkəməsi aşağı instansiya məhkəmələrinin iddianın təmin edilməməsinə dair hüquqi mövqeyi ilə razılaşaraq bildirmişdir ki, iddiaçı müvafiq torpaq sahəsinə dair cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş mülkiyyət hüququ barədə çıxarışın ləğvini xahiş etsə də, onun verilməsinə əsas olan Xaçmaz bələdiyyəsinin 28 fevral 2007-ci il tarixli, 02 nömrəli qərarını mübahisələndirməmişdir. Nə qədər ki, b ələdiyyənin həmin qərarı qüvvədədir, belə olan halda dövlət reyestrindən verilmiş çıxarışın özü ləğv edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X8 adına 120 kv.m. torpaq sahəsinin ayrılmasına dair Xaçmaz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarının, həmin qərar əsasında verilmiş xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, cavabdeh tərəfindən həmin sahədə aparılmış qanunsuz tikilinin sökülməsi və əvvəlki vəziyyətinə qaytarılmaqla onun əməli istifadəsinə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırı lmışdır ki, iddiaçı Xaçmaz Bələdiyyəsinin 18 fevral 2003-cü il tarixli, 02 saylı qərarı ilə ona satılmış 600 kv.m torpaq sahəsində tikinti işlərinə başlamış, bünövrə atmış, 8 kubik daşı hündürlüyü tikili inşa etmişdir. Qeyd edilən torpaq sahəsi ona qanuni əsaslarla verilməsinə baxmayaraq, cavabdeh bələdiyyə həmin sahəni müxtəlif qərarlar qəbul etməklə, 3 dəfə ayrı-ayrı şəxslərə satmışdır. İddiaçının bununla bağlı, məhkəməyə müraciəti ilə əlaqədar həmin qərarlar qanunsuz hesab edilməklə, onun hüquqları bərpa edilmişdir. Lakin, cavabdeh bələdiyyə yenə də qanunsuz hərəkətlərini davam etdirməklə, ona satılmış həmin torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə X10 120 kv.m torpaq sahəsi satmışdır. Torpaq sahəsi S.S.Mahmudova satılsa da, həmin torpaq sahəsinin ilkin xəritəs i verilməmişdir. İddiaçıya bu barədə məlumat yalnız həmin torpaq sahəsi üzərində hüququn qeydə alınması ilə bağlı cavabdeh DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur. S.S.Mahmudov ona satılmış 120 kv.m torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydə alındığını əsas gətirərək iddiaçıya məxsus torpaq sahəsini 20 kv.m ölçüdə zəbt edərək avtomobil təmiri sexinin tikintisini aparmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

13. Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddia ərizəsində göstərilən “cavabdeh bələdiyyə torpaq sahəsinin müxtəlif qərarlarla 3 dəfə ayrıayrı şəxslərə satılması olması və məhkəmə aktları əsasında həmin qərarların qanunsuz hesab edilərək onun hüquqlarının bərpa edilməsi barədə” Xaçmaz bələdiyyəsi ndə heç bir məhkəmə qərarı və ya hər hansı bir digər məlumat yoxdur. Hesab edir ki, iddia tələbi qanunsuzdur. Belə ki, X10 120 kv.m torpaq sahəsinin ayrılmasına dair Xaçmaz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarında həmin qərarın iddiaçıya 600 kv.m torpaq sahəsinin satılmasına dair bələdiyyənin xx.xx.2003-cü il tarixli, 02 saylı qərarına aidiyyəti olması barədə heç bir qeyd (cümlə) yoxdur. Belə ki, iddia ərizəsində göstərildiyi kimi iddiaçıya Xaçmaz Bələdiyyəsinin 18 fevral 2003-cü il tarixli qərarı ilə satılmış 600 kv.m torpaq sahəsinin mülkiyyət hüquqlarını təsdiqləyən JN-0008, KOD 30201004 nömrəli Dövlət Aktı 23 iyul 2003-cü il tarixdə verilmiş, S.Mahmudova isə xx.xx.2008-ci il tarixdə MH seriyalı, ******* saylı çıxarış verilmişdir. Belə olan halda, Mülki Məcəllənin 152 -ci maddəsində göstərildiyi kimi mülkiyyət hüquqları olan hər iki şəxsin onların özlərinə mənsub olduqları əmlaklarından istifadə etmək, sahiblik etmək və sərəncam verməkdə Xaçmaz Bələdiyyəsinə heç bir aidiyyəti yoxdur. İndiki halda hər iki mülkiyyətçi eyni hüquqa malik olduqları halda, birinə 20 il əvvəl, digərinə isə 4 ildən sonra qonşuluqdakı ərazidən torpaq sahəsi ayrılması haqqında verilmiş bələdiyyə qərarının ləğv edilməsi barədə heç birinin digərinə qarşı iddia qaldırmasını doğru hesab edilmir. Bundan əlavə, iddiaçı ilə S.Mahmudov arasında olmuş hazırkı torpaq sahəsinə görə mülki mübahisələrlə əlaqədar Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 avqust 2019-cu il tarixli, 2(067)245/2019 nömrəli qətnaməsi ilə iddiaçının tələbi təmin edilməmişdir.

14. Sumqayıt İnzibati Məhkəm əsinin 21 noyabr 2022-ci il tarixli, 2-1(118)3322/2022 nömrəli qərardadı ilə X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

15. Üçüncü şəxs iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, ona Xaçmaz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə satılmış 120 kv.m torpaq sahəsi xx.xx.2008-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Hesab edir ki, iddiaçının tələbində istinad etdiyi 600 kv.m torpaq sahəsinin 15 ildir ki, onun faktiki istifadəsində olan 120 kv.m torpaq sahəsi və orada inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. İddiaçı ilə onun torpaq sahəsi arasında 20-30 il bundan əvvəl qazılmış köhnə xəndək hal-hazırda da öz yerində mövcud olmaqdadır. 2019-cu ildən başlayaraq iddiaçının hazırkı məsələ ilə bağlı iddia sına Xaçmaz Rayon Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi və son olaraq xx.xx.2020-ci il tarixli, 2(102)-3609/2020 nömrəli qərarla Azərbaycan Respublikası Ali Məhkəməsində baxılaraq onun iddia tələbi təmin edilməmişdir. Ona görə də hesab edir ki, iddiaçının hazırkı tələbi rədd edilməlidir.

16. Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(118)803/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21 avqust 2023-cü il tarixli, 10/5922 nömrəli rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş müvafiq mütəxəssis rəyinə əsasən “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsi və üçüncü şəxsin mülkiyyətində olan Xaçmaz-Niyazabad yolunun sağ tərəfindən yerləşən 0,012 ha torpaq sahəsi qonşuluqda yerləşir və elektron xəritə məlumatlarına əsasən həmin sahələrin cizgiləri bütünlükdə üstüstə düşür.

17. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X8 adına Xaçmaz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

18. Sumqayıt İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2-1(118)803/2023 nömrəli qərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilmiş, Xaçmaz rayon X1 torpaq sahəsinin ayrılması haqqında xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.

19. Məhkəmə qərarı nı onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi uzun illər iddiaçının istifadəsində olmuş, cavabdeh bələdiyyə həmin torpaq sahəsinin başqa şəxsin istifadəsində olması ilə bağlı məlumatlı olduğu halda, əsassız olaraq həmin sahəyə dair üçüncü şəxsin adına qərar qəbul etmişdir. Bundan başqa, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/5922 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə üçüncü şəxsin xüsusi mülkiyyətində olan 120 kv.m torpaq sahəsinin koordinatlarının iddiaçının mülkiyyətində olan JN-0008 saylı, 30201004 saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı”nın koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu halın məlum olması iddiaçının mülkiyyət h üquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, bələdiyyə qərarlarından da göründüyü kimi inzibati orqan tərəfindən ilkin olaraq mübahisəli ərazidə İddiaçı torpaq sahəsi ayrılmışdır.

20. Üçüncü şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunması xahiş etmişdir.

21. Cavabdeh apellyasiya şikayəti verərək qərarın olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

22. İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Xaçmaz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2024-cü il tarixli, 2-1(105)-216/202 4 nömrəli qərarı (hakimlər H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və G.İ.Cabbarova) ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2-1(118)-803/2023 nömrəli qərarı dəyişdirilmiş, Xaçmaz Bələdiyyəsinin 28 fevral 2007-ci il tarixli, 02 nömrəli qərarı etibarsız hesab edilmişdir.

24. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, sözügedən torpaq sahəsinin qanunla müəyyən edilmiş qaydada iddiaçının mülkiyyətində olmasına baxmayaraq, bələdiyyənin 28 fevral 2007-ci il tarixli, 02 nömrəli qərarı ilə bələdiyyə fonduna daxil olmayan, iddiaçının xüsusi mülkiyyətində olan həmin 600 kv.m torpaq sahəsinin bir hissəsi – 120 kv.m hissəsinə sərəncam verilərək satılm ası qərara alınmışdır. Halbuki, bələdiyyələr yalnız öz mülkiyyətlərində olan torpaq sahələri üzərində sərəncam vermək səlahiyyətinə malikdirlər. Apellyasiya şikayətində ekspert rəyi ilə müəyyən edilən hallar mübahisələndirilsə də, cavabdehin özünün iddiaçıya ünvanladığı yuxarıda qeyd olunan 11 oktyabr 2018-ci il tarixli məktubunda DƏDRX-nin müvafiq ərazi idarəsi tərəfindən iddiaçı və üçüncü şəxsə məxsus mübahisəli 0,06 ha və 0,012 ha torpaq sahələrinin naturada sərhədlərinin müayinəsinin aparılması nəticəsində həmin torpaq sahələrinin koordinatlarının üst-üstə düşdüyünün müəyyən edildiyini bildirmiş və bu baxımdan, iddiaçıya daşınmaz əmlak üzərində hüququnun pozulması ilə bağlı məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Apellyasiya şikayətinin digər dəlili hazırkı iddianın iddia müddəti ötürülməklə verildiyi olmuşdur. Bununla bağlı, kollegiya qeyd edir ki, dəqiqləşmiş iddia tələbi inzibati aktın etibarsız sayılmasına dair iddia olduğundan növünə görə müəyyən etmə və ya tanınma haqqında iddiaya aiddir. İnzibati prosessual qanunvericilikdə isə inzibati aktın etibarsızlığının tanınmasa haqqında iddiaya dair xüsusi mümkünlük şərti olaraq iddia müddəti nəzərdə tutulmamışdır.

25. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda kassasiya şikayətləri verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri

26. Üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə görə, o, bələdiyyə orqanına müraciət edərək qeyri-yaşay ış sahəsinin inşa edilməsi üçün 120 kv.m torpaq sahəsinin ona satılmasını xahiş edərək bələdiyyənin hesabına pul ödəməklə həmin sahəni əldə etmişdir. Bələdiyyənin səlahiyyətli nümayəndəsi tərəfindən həmin torpaq sahəsi yerində ölçülərək ona təhkim edilmiş, daha sonra isə müvafiq çıxarış, plan və ölçü sənədi əldə etmişdir. İş materiallarında olan Xaçmaz Bələdiyyəsinin 18 fevral 2003-cü il tarixli, 02 saylı qərarının surətindən görünür ki, həmin qərarla Xaçmaz-Niyazabad yolunun sol tərəfi ərazisindən 600 kv.m torpaq sahəsinin iddiaçıya satılmasına icazə verilmişdir. Məhkəməyə təqdim etdiyi arxiv çıxarışından da aydın olur ki, arxiv sənədlərində İddiaçı XaçmazNiyazabad yolunun sol tərəfindən torpaq sahəsi ayrılmışdır. Bələdiyyə qərarında iddiaçıya satılan torpaq sahəsinin Xaçmaz-Niyazabad yol unun sol tərəfində yerləşdiyi göstərildiyi halda, iddiaçı yolun sağ tərəfində yerləşən torpaq sahəsinə iddia edir. Bundan əlavə, iddiaçının adına 13 mart 2003-cü il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, həmin akt DT və XK-nin Xaçmaz rayon şöbəsinin imzası və torpaq şöbəsinin möhürü ilə təsdiqlənməmişdir, həmçinin, iddiaçıya satılan torpaq sahəsinə dair DT və XK Xaçmaz rayon şöbəsinin müsbət rəyi xx.xx.2003-cü il tarixdə verildiyi halda, sahənin satılmasına dair Xaçmaz bələdiyyəsinin qərarı rəydən bir gün əvvəl - 18 fevral 2003-cü tarixdə qəbul edilmişdir. İddiaçının adına verilmiş JN-0008, KOD 30201004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının dövlət reyestrinə təhvil verilmiş kitablarda qeydiyyata alınıbalınmadığı da məlum deyildir. Qeyd edilənlərlə y anaşı, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının 21 avqust 2023-cü il tarixli ekspert rəyi ilə razı deyil. Belə ki, ekspert hər hansı araşdırma və yaxud tədqiqat aparmadan mütəxəssis rəyində göstərilənləri öz “rəy”inə köçürmüşdür. Digər tərəfdən, üçüncü şəxsin adına 120 kv.m torpaq sahəsinə dair müvafiq sənədlər hazırlanarkən iddiaçının mübahisəli 600 kv.m torpaq sahəsinə hüququ dövlət reyestrində qeydiyyata alınmış olsaydı, onun adına həmin ərazinin bir hissəsi olaraq 120 kv.m torpaq sahəsinə reyestrdən hər hansı bir çıxarış verilməzdi. Üçüncü şəxsə məxsus 120 kv.m torpaq sahəsinin yerləşdiyi ərazidə boş olan 600 kv.m torpaq sahəsi yoxdur, onun torpaq sahəsi iddiaçının torpaq sahəsindən əvvəldən mövcud olan xəndəklə təcrid olunmuşdur. Həmçinin məhkəmənin iddia müddəti ilə bağlı qeyd etdi kləri ilə də əsassızdır. İddiaçı bu torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olmasından 2018-ci ildən məlumatlı olmuşdur. Belə ki, Xaçmaz rayon Polis Şöbəsinin İB-nin baş müstəntiqi Hafiz Əliyevin 28 oktyabr 2020-ci il tarixli “cinayət işinin rədd edilməsi haqqında qərarında” İddiaçı izahat verərək bildirir ki, 2018-ci ilin mart ayından bilmişdir ki, onun mülkiyyətində olan torpaq sahəsində Sabir adlı şəxs tərəfindən tikinti işləri aparılır.Həmin vaxt aidiyyəti orqanlar müraciət etmiş, ona məlum olmuşdur ki, Sabir Mahmudovun çıxarışları vardır. Deməli, müddətin axımı artıq başlamışdır. Bundan sonra iddiaçı Xaçmaz rayon Məhkəməsində, Sumqayıt Apellyasiya Məhkəməsində və yekun olaraq Ali Məhkəmədə iddia qaldırmış və məhkəmə proseslərində iştirak etmişdir. Azərbaycan Respublikası Ali Məh kəməsinin 2(102)-3609/2020,xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçıya vəkili ilə birgə Sabir Mahmudovun adına olan qərarın mübahisələndirilməsi izah olunmuşdur. Belə olan təqdirdə, 1 aylıq iddia müddətinin axımı Xaçmaz rayon Polis Şöbəsinin İB-nin baş müstəntiqi Hafiz Əliyevin 28 oktyabr 2020-ci il tarixli “cinayət işinin rədd edilməsi haqqında qərarı qəbul edilən zaman iddiaçının verdiyi izahatdan, özünün qeyd etdiyi, yəni 2018-ci ilin mart ayından hesablanmalıdır. X8 adına verilmiş qərar qanunda göstərilən 1 ay müddət ərzində mübahisələndirməmiş, 4 il 6 aydan sonra mübahisələndirilmişdir. b) cavabdehin kassasiya şikayətinin dəlilləri

27. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, 2003-2015-ci illərə dair bələdiyyənin müvafiq sənədləri Dövlət Arxivinə təhvil verilməsi ilə bağlı ümumiyyətlə Xaçmaz bələdiyyəsində heç bir dəqiq məlumat olmaması barədə məhkəməyə məlumat vermələrinə baxmayaraq indiki halda iş materiallarında olan Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin 18 fevral 2003-cü il tarixli, 02 saylı qərarın surətindən görünür ki, ünvan 1 ünvanda yaşayan İddiaçı fərdi mağaza tikmək üçün satılmış 600 kv.m torpaq sahəsi Xaçmaz-Niyazabad yolunun sol tərəfi ərazisindən göstərilsə də, məhkəmə bu halı iddiaçının bilərəkdən ərizəsində sağ tərəfdən göstərdiyinə əhəmiyyət verməmişdir. Bundan əlavə işdə olan 13 mart 2003-cü il tarixli torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, həmin akt Xaçmaz bələdiyyəsinin 18 fevral 2003-cü il tarixli, 02 saylı qərarı ilə İddiaçı satılması nəzərdə tutulmuş 600 kv.m torpaq sahəsinə dair 20 il bundan əvvəlki bələdiyyənin s ədri X5, torpağı alan İddiaçı və guya DT və XK Xaçmaz rayon şöbəsinin müdiri X9 arasında bağlanmışdır. Lakin həmin aktda DT və XK Xaçmaz rayon şöbəsinin müdiri X6 imzası və torpaq şöbəsinin möhürü yoxdur. Bundan da əlavə iş materiallarında olan DT və XK Xaçmaz şöbəsinin müdiri A.M.Tağıyevin imzası ilə Xaçmaz bələdiyyəsinin sədri V.Məmmədova ünvanlanmış xx.xx.2003-cü il tarixli, 66 nömrəli məktubundan görünür ki, İddiaçı satılması nəzərdə tutulmuş 600 kv.m torpaq sahəsinin Xaçmaz bələdiyyəsinin torpaq sahələrinə aid olması və “Torpaqların alqı-satqısı haqqında” Əsasnaməyə uyğun olması barədə rəy verilmişdir. Həmin rəy DT və XK Xaçmaz rayon şöbəsinin müdiri tərəfindən Xaçmaz bələdiyyəsinə xx.xx.2003-cü il tarixdə göndərilmişdir. Bələdiyyənin qərarı isə torpaq şöbəsinin həmin rəyi alınmazdan bir gün əvvəl qəbul olunmuşdur. Bütün bu hallar İddiaçı adına verilmiş JN-0008, KOD 30201004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının həqiqiliyinə şübhə doğurur. Həmçinin iş materiallarından məlum deyildir ki, İddiaçı adına olan Dövlət Aktı DT və XK Xaçmaz rayon şöbəsi tərəfindən dövlət reyestrinə təhvil verilmiş kitablarda qeydiyyata alınıb ya alınmayıb, həmin torpaq sahəsinin koordinatları dövlət reyestrində torpaqların elektron kadastrı uçotu informasiya sistemində öz əksini tapıb ya tapmayıb. Məhkəmələr iddiaçının iddia tələbini təmin edərkən qərarlarında iş üzrə keçirilmiş tikinti-texniki ekspertizasının 21 avqust 2023-cü il tarixli, 10/5922 nömrəli rəyə istinad edirlər ki, həmin rəyə əsasən iddiaçının “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında ona ayrılmış 0.06 ha torpaq sahəsi və üçüncü şəxsin mülkiyyətində olan Xaçmaz-Niyazabad yolunun sağ tərəfindən yerləşən 0.012 ha torpaq sahəsi qonşuluqda yerləşir (?) və elektron xəritə məlumatlarına əsasən həmin sahələrin cizgiləri bütünlükdə üst-üstə düşür (?). Sual olunur əgər iddiaçının adına olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş 0.06 ha torpaq sahəsinin koordinatları dövlət reyestrində qeydiyyata alınmışdırsa, necə olur ki, sonradan həmin koordinatlar çərçivəsində üçüncü şəxsin adına torpaq sahəsinin bir hissəsinə (0.012 ha) yenidən çıxarış və plan ölçüsü sənədi verilir ? Hesab edilir ki, hazırkı mübahisənin kökündə duran amil ondan ibarətdir ki, iddiaçıya 600 kv.m torpaq sahəsinin satılması barədə Xaçmaz bələdiyyəsinin qərarında (arxiv məlumatlara əsasən) həmin torpaq s ahəsinin Xaçmaz-Niyazabad yolunun sol tərəfindən göstərildiyi halda, sonradan iddiaçının adına hazırlanmış sənədlərdə həmin torpaq sahəsinin Xaçmaz-Niyazabad yolunun sağ tərəfindən yerləşməsi göstərilmişdir. Xaçmaz rayonu Xaçmaz bələdiyyəsi 2003-cü il tarixdə iddiaçıya satılmış 600 kv.m torpaq sahəsinin bir hissəsini 2007-ci ildə bilərəkdən üçüncü şəxs X3, həmin torpaq sahələri ayrı-ayrı ərazilərdən satılmışdır. İşə baxmış apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin yuxarıda göstərilən dəlillərinə obyektiv qiymət verməyərək qərarında qeyd etmişdir ki, iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssis rəyi torpaqların üst-üstə düşməsini təsdiq edir, həmin rəy mötəbər sübut sayılmaqla məhkəmə araşdırmasının əhəmiyyəti baxımından kifayət edir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması ba rədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə

65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Et ibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə da ir tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə q ərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

31. Ap ellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətlərinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin fak tiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Hazırkı mübahisənin halları baxımından məhkəmələr tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, cavabdeh sözügedən torpaq sahəsinin qanunla müəyyən edilmiş qaydada iddiaçının mülkiyyətində olmasına baxmayaraq, bələdiyyənin 28 fevral 2007-ci il tarix li, 02 nömrəli qərarı ilə bələdiyyə fonduna daxil olmayan, iddiaçının xüsusi mülkiyyətində olan həmin 600 kv.m torpaq sahəsinin bir hissəsinin – 120 kv.m hissənin satılması qərara alınmışdır. Halbuki, bələdiyyələr yalnız öz mülkiyyətlərində olan torpaq sahələri üzərində sərəncam vermək səlahiyyətinə malikdirlər. Kollegiya bu zaman nəzərə alır ki, işdəki sənədlər və ekspert rəyi ilə üçüncü şəxsə ayrılmış 0,012 ha torpaq sahəsinin bütövlükdə iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi faktı öz təsdiqini tapmışdır.

35. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh və üçüncü şəxs tərfindən verilmiş kassasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. Yuxarıda göstərilənl ərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Xaçmaz Bələdiyyəsi və üçüncü şəxs X12 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2024-cü il tarixli, 2-1(105)-216/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar