Məhkəmə qərarları › İş №2-1(102)-2580/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2580/2025

09.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2580/2025 09.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşların yalnız bir dəfə mənzillə təmin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “ güzəştli şərtlərlə mənzillə təmin edilmə” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2025-ci il tarixli, 2-1(103)-1485/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2002-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi səbəbi ilə ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir.

2. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 98 nömrəli, xx.xx.2012-ci il tarixli sərəncamına əsasən, Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa edilmiş S.Orucov küçəsində yerləşən 81 mənzilli 15 B nömrəli yaşayış binasından X1 - 2-ci qrup Qarabağ müharibəsinin əlili, 5 nəfər ailə tərkibi ilə (özü, hə yat yoldaşı İddiaçı, qızı X2, qızı X3, oğlu X4) 2 otaqlı, sahəsi 44,52 kv.m olan 61 saylı mənzil verilməsi qərara alınmışdır.

3. İddiaçı və ailə üzvləri həmin vaxtdan qeyd olunan mənzildə yaşayır və mənzil iddiaçının arvadının mülkiyyətindədir.

4. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 110 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamına əsasən, İddiaçı İİ qrup Qarabağ əlili kimi 5 nəfər ailə tərkibi ilə (özü, arvadı, qızları və oğlu) yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilmiş və yaşayış yeri üzrə mənzil növbəsinə dayanan Qarabağ əlillərinin siyahısına salınmışdır.

5. İddiaçı xx.xx.2012-ci il tarixdə onlara ayrılmış mənzilin sahəsinin adambaşı mənzil normasından az olduğunu əsas gətirərək yeni mənzillə təmin olunmasını xahiş etmiş, cavabdeh isə bildirmişdir ki, iddiaçıya ailə üzvlərinin sayı nəzərə alınmaqla əvvəlki qanunvericiliklə müəyyən edilmiş normaya uyğun ölçüdə bir dəfə mənzil verildiyindən, ona yenidən yaşayış sahəsi ayrılması mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yeni mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır və İİ dərəcə Qarabağ müharibəsi əlilidir (müddətsiz). 2001-ci ildə ailə qurmuşdur, üç övladı var. xx.xx.2004-cü il tarixdən ailəsi ilə birlikdə Qaradağ Rayon İcra Hakimiyyətində mənzil növbəsinə durmuş, xx.x x.2010-cu ildə dövlət tərəfindən ünvan 1 ünvanında, 2 otaqlı, yaşayış sahəsi 44.52 kv.metr olan mənzillə təmin olunmuşdur. Mənzilə dair Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2012-ci il tarixli, 98 nömrəli sərəncam verilmişdir. Lakin ailə üzvlərinin sayına görə ona verilən mənzilin sahəsi çox azdır. Bununla bağlı xx.xx.2020-ci il tarixdə Qaradağ Rayon İcra Hakimiyyətində 110 nömrəli sərəncama əsasən mənzilə ehtiyacı olan İİ qrup Qarabağ əlili kimi beş nəfər ailə üzvləri ilə birlikdə mənzil növbəsinə qəbul edilmişdir. Lakin hazırkı vaxtadək yeni mənzillə təmin olunmamışdır. Yeni mənzillə təmin olunması ilə bağlı cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir.

8. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı 2010-cu il tarixdə ünvan 2 ünvanında yerləşə n mənzillə təmin olunmuşdur və hal-hazırda da həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. İddiaçı təkrarən eyni imtiyaza görə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 110 saylı sərəncamına əsasən 2-ci qrup Qarabağ müharibəsi əlili kimi 5 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. İmtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövl üyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 20202023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir.

9. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobıl AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sos ial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 26-cı bəndinə əsasən, yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənz il şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilirdi. Bəzi xroniki xəstəliklərin ağır formalarını keçirən vətəndaşlar üçün, habelə gördükləri işin şəraitinə və xarakterinə görə belə sahə alması lazım olan vətəndaşlar üçün əlavə mənzil sahəsi artırıla bilər, yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər, o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun. Göründüyü kimi, adambaşı normadan artıq ölçüdə yaşayış sahəsi ancaq o halda verilə bilər ki, həmin mənzil bir otaqdan ibarət olsun. Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüqu qlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Belə olan halda, ailə tərkibi 5 nəfərdən ibarət olan və normaya uyğun ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş vətəndaşa əlavə mənzilin verilməsi əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: T.R.Məlikov) 24 oktyabr 2024-cü il tarixli, 21(112)-9404/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının ümumi sahəsi 35,48 kv.metrdən az olmamaqla, qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydalara müvafiq olaraq mənzillə təmin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına, yəni yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə təqdim etdikləri ərizələri əsasında, həmin orqan tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarına əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azə rbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə müəyyən olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Hazırkı işin hallarına əsasən isə iddiaçıya 5 nəfər ailə tərkibi ilə birlikdə rayon icra hakimiyyətinin 2012-ci il tarixli sərəncamı əsasında yaşayış sahəsi 44.52 kv.metr olan 2 otaqlı 61 saylı mənzil ayrılmışdır ki, iddiaçının faktiki olaraq ailə üzvləri ilə birlikdə yaşadığı mənzildə hər bir ailə üzvünə düşən sahə, ayrılma normasından (16 kv.metrdən) azdır. Belə olan halda, iddiaçının hər bir ailə üzvünün sayına görə düşən sahə, mövcud ayrılma normasına uyğun nəzərə alındıqda ona ümumi sahəsi 35,48 kv.metrdən az olmayan ( (5x16 kv.m) - 44,52 kv.m.) mənzil verilməlidir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və O.N.İsmayılov) 14 may 2025-ci il tarixli, 21(103)-1485/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9404/2024 saylı 24 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi və hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin ol unmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını işin hallarında, iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Cavabdeh bildirmişdir ki, iddiaçının mənzil təminatı Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 26-cı bəndinə uyğun olaraq həyata keçirilmişdir. Cavabdeh inzibati orqan olaraq, inzibati icraatın əsas şərtlərinə və bərabərlik prinsipinə əməl etmiş, iddiaçının mənzil təminatı artıq bir dəfə həyata keçirilmişdir. İddiaçı mə nzil sahəsinin yaxşılaşdırılmasını tələb etməli olduğu halda, yeni mənzilin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə

48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla ba şqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 28 fevral 2025-ci il tarixli 146-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 mart 2025-ci il, “Azərbaycan” qəzeti, 11 mart 2025-ci il, № 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 219) ilə 48.1-ci maddəyə “gənclərə” sözündən sonra “, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara” sözləri əlavə edilmişdir. Maddə

50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasl arı 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələr də yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ü mumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə

51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilə n əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.2-1. Bu Məcəllənin 48.1-ci maddəsində nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər. 28 fevral 2025-ci il tarixli 146-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 mart 2025-ci il, “Azərbaycan” qəzeti, 11 mart 2025-ci il, № 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 219) ilə 51.2-ci maddənin ikinci cümləsində “digər kateqoriyaya aid” sözləri “kateqoriyadan olan digər” sözləri ilə əvəz edilmişdi r və həmin cümləyə “həmin vətəndaş” sözlərindən sonra “bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla,” sözləri əlavə edilmişdir. 28 fevral 2025-ci il tarixli 146-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 mart 2025-ci il, “Azərbaycan” qəzeti, 11 mart 2025-ci il, № 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 219) ilə yeni məzmunda 51.2-1-ci maddə əlavə edilmişdir. 19. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu: M a d d ə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: … 1.0.6. sosial müdafiəyə ehtiyacı olan gənclər – valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək olan, əlilliyi olan, iş yeri və (və y a) qazancı olmayan və məcburi köçkün gənclər; Maddə

4. Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri 4.0. Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır: … 4.0.17. sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərin sosial, mənzil, təhsil problemlərinin həlli və asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi; Maddə 6-1. Sosial müdafiəyə ehtiyacı olan və risk qrupunda olan gənclər Dövlət sosial müdafiəyə ehtiyacı olan gənclərin yaradıcılıq potensialının inkişafı, iş yeri və layiqli həyat səviyyəsinin təmin edilməsi üçün imkanlar yaradır, sosial dəstəyin müvafiq modellərini tətbiq edir, habelə risk qrupunda olan gənclərin sosial adaptasiyası üçün tədbirlər həyata keçirir. 20. “Azərbaycan Respubli kasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2030-cu illər ərzində mərhələlərlə mənzi l və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

2. Yerli icra hakimiyyəti orqanları: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər; 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsinlər və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyinin təklifləri əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) bölgüsünün layihəsində, 2022–2030-cu illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) nəzərdə tutulmasını təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 4.1. bu Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə hər növbəti ilin birinci ayında Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apel lyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxla nılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının arvadına Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 26-cı bəndinə uyğun olaraq (adambaşına 8 kv.mdən az olmamaqla) Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli sərəncamına əsasən 5 nəfər ailə tərkibi ilə (hazırkı iddiaçı da daxil olmaqla və bütün ailə üzvləri nəzərə alınmaqla) 2 otaqlı, sahəsi 44,52 kv.m olan mənzil verilmişdir.

26. Daha sonra iddiaçı özü yenidən mənzil uçotuna alınmış, mənzil növbəsinə qəbul edilmiş və yaşayış yeri üzrə mənzil növbəsinə dayanan Qarabağ əlillərinin siyahısına salınmışdır. Hazırda iddiaçı ailəsinə verilmiş mənzilin sahəsindən narazıdır və İİ qrup Qarabağ əlili kimi daha geniş sahəli mənzillə təmin olunmasını xahiş edir. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahələrinin verilməsi

27. Kollegiya ilk növbədə, sosial kirayə müqaviləsi əsasında yaşayış sahələrinin verilməsi məsələsinə münasibətdə hazırda qüvvədə olan qanunvericiliyin müəyyən etdiyi qaydalara aydı nlıq gətirilməsini zəruri hesab edir. Qanunvericiliyin yuxarıda sadalanan müddəalarından göründüyü kimi, yaşayış sahələrinə ehtiyacı olan hesab edilən şəxslərin dairəsi Mənzil Məcəlləsi ilə yanaşı, həm də “Gənclər siyasəti haqqında” Qanunla və Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə müəyyən olunmuşdur. Buna görə, sözügedən şəxslər 3 (üç) kateqoriyadan ibarətdir – 1) Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlar, 2) “Gənclər siyasəti haqqında” Qanuna uyğun olaraq sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclər və 3) Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamında sadalanan kateqoriyadan olan digər vətəndaşlar.

28. Birinci qrupa aid olan şəxslə rin yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları, onların uçota alınması və mənzillə təmin edilməsi qaydaları Mənzil Məcəlləsi ilə müəyyənləşdirilir. İkinci qrupa münasibətdə yaşayış sahələrinin verilməsi məsələsi həm Mənzil Məcəlləsinin, həm də “Gənclər siyasəti haqqında” Qanunun müvafiq normaları birgə nəzərə alınmaqla həll edilməlidir. Üçüncü qrup şəxslər qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar hesab edilməklə onların dairəsi Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə müəyyən olunmuşdur (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, şəhid ailələri və Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hər bi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər).

29. Üçüncü qrup şəxslərə münasibətdə Mənzil Məcəlləsinin müəyyən etdiyi xüsusi bir məhdudiyyət də mövcuddur. Onlar, xüsusi statuslarından irəli gələn hala istinadla sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər. Müvafiq olaraq həmin şəxslər artıq bir dəfə xüsusi statuslarından irəli gələn əsasla qanunvericiliyə uyğun olaraq mənzillə təmin edilmişlərsə, yenidən eyni əsasla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına və mənzillə təmin edilə bilməzlər. Bununla yanaşı, həmin məhdudiyyət, yalnız xüsusi statuslarından irəli gələn eyni əsaslarla yenid ən mənzil tələb etmək hüququnu istisna edir. Yəni 3-cü qrupa daxil olan şəxslər xüsusi statuslarından irəli gələn əsasla əvvəllər bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qisimdə uçota alınmaqla mənzillə təmin edilmiş olsalar da, onlar sonradan Mənzil Məcəlləsində müəyyən edilmiş müvafiq əsasların yaranması halına istinadla həmin Məcəllədə müəyyən edilmiş ümumi əsaslarla yenidən uçota alına və müəyyən edilmiş qaydada mənzillə təmin edilə bilərlər. Hazırkı işə münasibətdə kollegiyanın mövqeyi

30. Məhkəmələrin iş üzrə qəbul etdikləri qərarın nəticəsi olaraq, iddiaçının xüsusi statusu nəzərə alınmaqla faktiki olaraq eyni əsasla ikinci dəfə mənzillə təmin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

31. Baxılan məsələyə münasibətdə kollegiya qeyd edir ki, yuxarıda da göstərildiyi kimi, 28 fevral 2025-ci il tarixli 146-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş tənzimləmə ondan ibarət olmuşdur ki, xüsusi statuslarından irəli gələn hala istinadla sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaq mümkündür.

32. İddiaçının sözügedən qanunvericilik tənzimləmələrindən əvvəl yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alındığı işin mübahisələndirilməyən halını təşkil edir. Bununla yanaşı, kollegiya hesab edir ki, 28 fevral 2025-ci il tarixli 146-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu qəbul edilən tarixədək mübahisəli məsələyə münasibətdə mövcud olan qanunvericilik normalarının sistematik və teleloji təfsiri belə nəticəyə gəlməyə əsas ve rir ki, xüsusi statuslarından irəli gələn əsasla qanunvericiliyə uyğun olaraq artıq bir dəfə mənzillə təmin edilmiş şəxs, yenidən eyni əsasla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına və mənzillə təmin edilə bilməz. Məhkəmə kollegiyası bu barədə mövqeyini aşağıdakılarla izah edir.

33. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə görə, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir.

34. Sosial hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra özünəməxsus səciyyəvi xüsusiyyətlər mövcuddur və bu hal, onların özəl hüquqi təbiətini Konstitusiyada təsbit olunmuş digər ş əxsi, iqtisadi, siyasi və mədəni hüquqlardan fərqləndirir. Sosial təminat hüququnun xüsusi hüquqi təbiəti isə ilk növbədə ondan irəli gəlir ki, Konstitusiyada eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəli və bəzən hətta ondan asılıdır. Qeyd olunan xüsusiyyət, həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə, həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal həddi çərçivəsində təmin edilməsi öhdəliyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda sadalanan müddəaları sosial dövlət p rinsipinə uyğun olaraq dövlətin üzərinə müəyyən pozitiv öhdəliklər qoyur. Hər nə qədər sosial hüquqların təmin edilməsi dövlətin maddi imkanlarından birbaşa asılı olsa da, dövlətin ən azı minimum səviyyədə bu hüquqları təmin etmək vəzifəsi də var. Bundan başqa, dövlət büdcə sabitliyinin və uzunmüddətli maliyyə dayanıqlılığının qorunması maraqlarından çıxış etməklə özünün bu pozitiv öhdəliklərinin yerinə yetirilməsində müəyyən mülahizə səlahiyyətinə malik olmaqla yanaşı, həm də həmin səlahiyyətlərini hüquqi dövlətin hamılıqda qəbul edilmiş prinsiplərinə uyğun həyata keçirmək öhdəliyi daşıyır.

35. Dövlətin müharibə əlillərinə əvəzsiz mənzil verməsi də Azərbaycan Respublikasının sosial dövlət kimi üzərinə götürdüyü konstitusion vəzifələrin mühüm təzahürlərindən biridir. Müharibə əlilləri dö vlətin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıqlarını itirmiş, cəmiyyətin xüsusi sosial müdafiəyə ehtiyacı olan təbəqəsini təşkil edirlər. Bu baxımdan onların mənzillə təmin olunması sosial ədalətin bərpasına və layiqli həyat şəraitinin yaradılmasına xidmət edir. Dövlət tərəfindən mənzil verilməsi bu şəxslərin ən əsas sosial ehtiyaclarından birini aradan qaldırmaqla onların maddi və psixoloji vəziyyətinin yaxşılaşmasına, cəmiyyətə daha rahat inteqrasiyasına şərait yaradır. Bu tədbir eyni zamanda, müharibə əlillərinin sosial asılılıq riskini azaldır və onların həyat keyfiyyətini yüksəldir. Müharibə əlillərinin mənzil təminatı dövlətin həmin xidmətlərə verdiyi real və maddi dəyərin ifadəsidir və dövlət-vətəndaş münasibətlərində etimadın möhkə mlənməsinə səbəb olur. Nəticə etibarilə, dövlətin müharibə əlillərinə mənzil verməsi sadəcə sosial güzəşt deyil, sosial dövlət prinsipindən irəli gələn hüquqi, sosial və mənəvi vəzifədir. Bu tədbir müharibə əlillərinin layiqli həyat səviyyəsinin təmin olunmasına, sosial bərabərliyin bərpasına və dövlətin sosial mahiyyətinin real şəkildə həyata keçirilməsinə xidmət edir.

36. Məlumdur ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli Sərəncamı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya q uruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin (ailələrin) və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə qəbul edilmişdir.

37. Həmin Sərəncamın 1.1-ci bəndi 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil təminatı ilə bağlı məsələni tənzimləyir.

38. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan və tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 110 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamına əsasən, iddiaçı İİ qrup Qarabağ əlili kimi 5 nəfər ailə tərkibi ilə (özü, arvadı, qızları və oğlu) yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilmiş və yaşayış yeri üzrə mənzil növbəsinə dayanan Qarabağ əlillərinin siyahısına salınmışdır.

39. Bundan başqa, iddiaçının arvadı 2012-ci ildə yerli icra hakimiyyətinin sərəncamı ilə həmin vaxt qüvvədə olan normalara uyğun mənzillə təmin edilmiş, həmin sərəncamda iddiaçı da ailə üzvü kimi göstərilmiş və veriləcək mənzilin sahəsi hesablanarkən o da daxil olmaqla bütün ailə üzvləri nəzərə alınmışdır. Başqa sözlə, bundan öncə iddiaçının arvadı xüsusi status una görə mənzillə təmin edilərkən iddiaçının özü də onun ailə üzvü olduğundan, eləcə də tərəflər hazırda da ailə münasibətlərində olduğundan dövlət tərəfindən artıq bir dəfə mənzillə təmin edilmiş sayılır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı tələbi onun təkrarən eyni əsasla Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli Sərəncamından irəli gələrək yeni mənzil istəmək, yaxud əvvəlki mənzilin dəyişdirilməsini tələb etmək anlamına gəlir ki, yuxarıda sadalanan normaların tələbinə görə onun bu hüququ istisna olunur.

40. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, sosial dövlət anlayışı dövlətin təkcə hüquq yaradan və nəzarət edən mexanizm olmadığını, eyni zamanda, cəmiyyətin zəif və həssas qrupları qarşısında pozitiv öhdəliklər daşıdığını if adə edir. Bununla yanaşı, bu öhdəliklər dövlətin sosial imkanları, iqtisadi resursları, xüsusən də fərdi və ictimai maraqların tarazlaşdırılması əsasında həyata keçirilir.

41. Aydındır ki, müharibə əlilləri cəmiyyətdə sosial müdafiəyə ehtiyac duyan təbəqəni təşkil edirlər. Dövlətin onlara mənzil verməsi, “sosial kompensasiya” və “ədalətin bərpası” ideyasına əsaslanır. Yəni, müharibə nəticəsində yaranmış obyektiv bərabərsizlik dövlət tərəfindən sosial mexanizmlər vasitəsilə aradan qaldırılır. Lakin bu kompensasiyanın məqsədi şəxsi üstün mövqeyə çıxarmaq deyil, onu normal sosial həyat şəraitinə qaytarmaqdır.

42. Dövlət bir dəfə müharibə əlilinə mənzil verdikdə, bu, onun sosial vəzifəsini icra etməsi kimi qiymətləndirilməlidir. Çünki dövlətin öhdəliyi məhdud resurslar çərçivəsində bütün ehtiy acı olan şəxslərin minimum sosial rifahını təmin etməkdən ibarətdir. Mənzil hüququ bu kontekstdə mütləq hüquq deyil, sosial ehtiyacın mövcudluğu ilə şərtlənən hüquqdur. Ehtiyac aradan qalxdıqda, dövlətin həmin ehtiyacın təmin edilməsinə yönəlmiş sosial müdaxiləsinin də hüquqi əsası qalmır.

43. Nəzərə almaq lazımdır ki, mənzillə təmin edilmə məsələsinə münasibətdə sosial ədalət prinsipi resursların həmişə bərabər paylanmasını deyil, daha çox ədalətli paylanmasını tələb edir. Bu isə o deməkdir ki, əgər bir müharibə əlili artıq dövlət tərəfindən mənzillə təmin edilmişdirsə, onun eyni əsasla yenidən mənzil almaq iddiası digər, hələ də yaşayış şəraitini yaxşılaşdırmağa ehtiyacı olan, lakin mənzillə təmin edilməmiş müharibə əlillərinin hüquqlarının məhdudlaşdırılması hesabına reallaşa bilər.

44. Nəzərə alınmalıdır ki, dövlət büdcəsi və sosial proqramlar məhdud xarakter daşıyır və onların səmərəli istifadəsi dövlətin sosial siyasətinin əsas şərtlərindən biridir. Eyni şəxsə, yaxud onun ailə üzvünə eyni əsasla təkrar mənzil verilməsi sosial siyasətin məqsədlərini zəiflədir və dövlətin digər vətəndaşlar qarşısında daşıdığı sosial vəzifələrin icrasını çətinləşdirir. Bu səbəbdən, sosial dövlət öz vəzifələrini fərdi üstünlüklər yaratmaqla deyil, ümumi ictimai rifahı qorumaqla yerinə yetirir. Mənzil Məcəlləsində baş vermiş yuxarıda sadalanan sonrakı dəyişikliklər də bu qənaəti təsdiq edir.

45. Bu baxımdan, müharibə əlilinə bir dəfə mənzil verilməsi onun müvafiq sərəncamdan irəli gələn mənzil hüququndan “məhrum edilməsi” kimi deyil, dövlətin həmin şəxslə bağlı sosial öhdəliyini artıq icra etməsi kimi dəyərləndirilməlidir. Hüquqi baxımdan burada hüququn ləğvi yox, hüququn məqsədinə çatması mövcuddur. Dövlət sosial dövlət kimi öz vəzifəsini yerinə yetirmiş olur və bu yanaşma sosial ədalət, bərabərlik və dövlət resurslarının rasional istifadəsi prinsipləri ilə tam uzlaşır.

46. Nəticə etibarilə, əgər müharibə əlilinə dövlət tərəfindən əvvəllər artıq bu status nəzərə alınmaqla mənzil verilmişdirsə, bu o deməkdir ki, həmin şəxsin statusu ilə əlaqəli mənzilə olan əsas sosial ehtiyacı dövlət tərəfindən təmin edilmişdir. Belə olan halda, ona eyni əsasla və eyni statusa görə ikinci dəfə mənzil verilməsi qanunvericinin güddüyü məqsədlərə uyğun gəlmir. Çünki bu Sərəncam mənzil təminatını imtiyaz kimi deyil, sosial zərurətdən irəli gələn yardım mexanizmi kimi nəzərdə tutur. Müharibə əl ilinə bir dəfə mənzil verilməsi onun həmin hüququnun artıq reallaşdırılması kimi qiymətləndirilməlidir. Hüququn məqsədi mənzilə ehtiyacın aradan qaldırılmasıdır və bu məqsəd artıq həyata keçirilmişdirsə, hüququn yenidən tətbiqi üçün hüquqi və sosial əsas qalmır. Əks yanaşma, dövlət vəsaitlərinin səmərəsiz xərclənməsinə və sosial ədalət prinsipinin pozulmasına gətirib çıxara bilər. Bundan başqa, eyni statusa malik olub hələ də mənzil almamış müharibə əlillərinin mövcudluğu şəraitində bir şəxsə təkrar mənzil verilməsi bərabərlik prinsipinə zidd olar. Dövlətin sosial siyasəti bütün müharibə əlilləri arasında ədalətli bölgünü təmin etməyə yönəlmişdir və bu baxımdan prioritet mənzilə hələ də real ehtiyacı olan şəxslərə verilməlidir.

47. Odur ki, iddiaçının arvadına icra hakimiyyəti tərəfindən mənzil verilərkən iddiaçı da ailə üzvü kimi nəzərə alındığından, icra hakimiyyəti tərəfindən mənzil ayrılan vaxt qüvvədə olan normaların tələblərinə riayət edildiyindən, başqa sözlə, iddiaçı artıq güzəştli kateqoriyaya aid şəxsin ailə üzvü kimi bir dəfə dövlət tərəfindən eyni statusdan irəli gələn əsasla mənzillə təmin edildiyindən, onun Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli Sərəncamından irəli gələrək eyni əsasla yeni mənzillə təmin edilməsini, yaxud mənzil sahəsinin genişləndirilməsini tələb etmək hüququ istisna olunur. Bununla yanaşı, məhkəmə kollegiyası izah edir ki, iddiaçı Mənzil Məcəlləsində müəyyən edilmiş müvafiq əsasların yaranması halına istinadla, həmin Məcəllədə müəyyən edilmiş ümumi əsaslarla yenidən uçota alına və müəyyən edilmiş qaydada mənzill ə təmin edilə bilər.

48. Kollegiya onu da bildirir ki, əlil olan şəxsin xüsusi statusundan irəli gələn əsasla mənzil təminatı məsələsini həll edərkən müvafiq icra hakimiyyəti orqanları təkcə şəxsin həmin statusda olma faktına deyil, eyni zamanda yoxlanılmalı elementlər sırasında şəxsin və ya ailə üzvünün əvvəllər eyni əsaslarla mənzillə təmin olunub-olunmaması hallarına da qiymət verməli, nəticə etibarilə belə yoxlama şəxsin (və ya ailə üzvünün) real vəziyyətdə eyni statusdan irəli gələn əsasla təkrar mənzillə təmin olunması və ya mənzil uçotuna götürülməsinin mümkünlüyünü istisna edən qanunvericinin güddüyü məqsədə xidmət etməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 4 may 2025-ci il tarixli, 21(103)-1485/2025 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar