Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2586/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni məlumat vərəqinin göndərilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “yeni məlumat vərəqinin tərtib edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2025-ci il tarixli, 2-1(103)-1890/2025 nömrəli qərarından iddi açı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının daxili işlər orqanlarında mübahisələndirilməyən xidmət müddəti – təqvimi 27 il 2 ay 20 gün, imtiyazlı hesablama ilə 33 il 3 ay 7 gün təşkil edir.
2. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)10221/2016 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əzizbəyov rayon Polis İdarəsində xidmətdə olduğu 27 il 2 ay 20 gündən 20 il 1 ay 12 günün (xx.xx.1986-xx.xx.2006) Bakı şəhəri Pirallahı rayonu Çilov adasında işləməsi (xidmət etməsi) faktının müəyyən edilməsi qət edilmiş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-321/201 8 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3983/2020 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-321/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-6979/2020 nömrəli qərardadı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-10221/2016 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmiş və ərizəçiyə müvafiq iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir.
5. İdd iaçı cavabdehə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-10221/2016 nömrəli qətnaməsinə istinadən Cilov adasında xidmət etdiyinə görə vəzifə maaşının 65%-i məbləğində əlavə göstərilməklə yeni məlumat vərəqinin tərtib olunmasını xahiş etmişdir.
6. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, işlədiyi dövrdə iddiaçının Cilov adasına xidmətə həqiqətən ezam olunması ilə bağlı heç bir əmrin olmadığı və şəxsi vərəqədə bununla bağlı hər hansı bir qeydiyyatın aparılmadığı nəzərə alınaraq, ona məsafəyə görə vəzifə maaşının 65%-i məbləğində əlavənin hesablanması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsi ndə icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun barəsində yeni məlumat vərəqinin tərtib olunub Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına göndərilməsi, həmçinin yeni məlumat vərəqində dənizdə işlədiyi müddətə görə vəzifə maaşının 65%-i məbləğində əlavənin göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (27 il 2 ay 20 gün) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əzizbəyov (hazırkı Xəzər) RPİ-də xidmət etmişdir. Həmin xidmət müddətinin 20 il 1 ay 12 gününü isə (xx.xx.1986 - xx.xx.2006) Cilov adasında xidmət aparmışdır. xx.xx.2006-cı il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli qərarının 4-cü bəndinə əsasən, dənizdə işlədiyi müddətdə hər ay ona vəzifə maaşının 65%-i məbləğində əlavə ödənilməli və bu məbləğ sonda onun pensiya təyin olunarkən tərtib edilmiş məlumat vərəqində öz əksini tapmalı idi. Lakin həmin məbləğ nə işlədiyi 20 ildən artıq müddətdə iddi açıya ödənilməmiş, nə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunarkən nəzərə alınmamışdır. İddiaçı xx.xx.2016-cı il tarixdə Xəzər RPİ-yə ərizə ilə müraciət edərək, xidmət etdiyi 25 il müddətin 20 ilini yerin quru səthindən 68 km məsafədə yerləşən Cilov adasında xidmət aparması ilə bağlı ona müvafiq arayışın verilməsini xahiş etmişdir. Xəzər RPİ-nin xx.xx.2016-cı il tarixli cavab məktubunda qeyd edilmişdir ki, DİN-in Q36-011-15 nömrəli qərarının tələblərinə əsasən Xəzər RPİ-nin arxivində olan sənədlər məhv edildiyindən, onun neft daşlarında xidmət aparması ilə bağlı müvafiq arayışın verilməsi qeyri-mümkündür. Beləliklə də, ağır və zərərli əmək şəraitində 20 ilə yaxın müddətdə işləməsinə baxmayaraq, konstitusion sosial təminat hüququ pozulmuş, pensiya təyin edilən za man əlavələrdən məhrum edilmişdir. Bu səbəbdən də xidmət etdiyi 25 il müddətin 20 ilini yerin quru səthindən 68 km məsafədə yerləşən Cilov adasında xidmət aparması ilə bağlı hüquqi əhəmiyyət kəsb edən faktın müəyyən edilməsi üçün 2016-cı ildə məhkəməyə müraciət edilmişdir. Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-10221/2016 nömrəli qətnaməsi ilə ərizəsi təmin edilmiş və onun daxili işlər orqanlarında xidmət müddətinin 20 il 1 ay 12 gününü (xx.xx.1986 - xx.xx.2006) Cilov adasında işləməsi faktı müəyyən edilərək məhkəmə tərəfindən təsdiq edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-321/2018 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Belə ki, həmin iş üzrə məhkəmə araşdırması zamanı həm şahid ifadələri, həm də “Azneft” İs tehsalat Birliyinin 28 may Neft və Qazçıxarma İdarəsinin Mənzil-Kommunal Təsərrüfatı tərəfindən verilmiş arayışla onun Cilov adasında yaşadığı və işlədiyi təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçının ümumi xidmət müddətinin 20 il 1 ay 12 gününü (xx.xx.1986 xx.xx.2006) Cilov adasında xidmət apardığı öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
9. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz edilərək, iddianın təmin olunmaması xahiş edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim: Səlma Salahova) 11 dekabr 2024-cü il tarixli, 2-1(112)-10305/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Cilov adasında xidmət etdiyini, buna görə də Azərbaycan Respu blikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli qərarının 4-cü bəndinə əsasən, dənizdə işlədiyi müddətdə hər ay ona vəzifə maaşının 65%-i məbləğində əlavə ödənilməli olduğunu və bu məbləğin sonda ona pensiya təyin olunarkən tərtib edilmiş məlumat vərəqində nəzərə alınmalı olduğunu əsas gətirərək, həmin əlavə nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib olunması-nı xahiş edir. Lakin işdə iddiaçının Cilov adasına ezam olunması ilə bağlı əmrlər mövcud deyil və onun həmin ərazidə xidməti sübut olunmur. İddiaçının istinad etdiyi həmin dövrdə Cilov adasında xidmət etdiyi barədə ilkin məhkəmə qətnaməsi də hüquqi qüvvəsini itirmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)10221/2016 nömrə li qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Bundan əlavə, iddiaçının Cilov adasında xidmət etdiyi müəyyən edilsə belə, onun hazırkı məzmunda tələbi təmin edilə bilməz. Çünki, iddiaçıya Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçi kimi əmək haqqına əlavənin ödənilməməsi işin mübahisəsiz halıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı nəzərə alınmaqla məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı dəniz şəraitində işləyən işçi kimi, əmək haqqına əlavə almamış, həmin əlavə məcburi dövlət sosial sığortasına cəlb olunmamışdır, deməli, həmin məbləğ iddiaçıya pensiya təyin edilərkən də nəzə rə alına bilməz. Bu isə, iddiaçı barəsində tərtib edilmiş məlumat vərəqinə hazırkı məzmunda dəyişiklik olunmasını istisna edir. Belə olan halda, cavabdehin imtinası əsaslı olmuşdur.
12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Günel Abbasova və Elvin Əliyev) 07 may 2025-ci il tarixli, 2-1(103)-1890/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onla rın ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; Maddə 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; Maddə 1.0.5 (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada). təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensas iyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifə yə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli qərarı
4. Xəzər dənizində yerləşən obyektlərdə çalış an işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilsin: sahillə quru yol əlaqəsi olduqda - 1,4 quru yol əlaqəsi olmadıqda və sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə: 0,5 km-ə qədər - 1,5 0,5 km-dən 70 km-ə qədər 1,65 70- km-dən artıq 1,75
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizl ik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi v ə xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndiril miş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarı 3. “Əmək pensiyalar ı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kol legiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mə zahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Xəzər dənizində yerləşən Cilov adasında xidmət etdiyi müddət ərzində hər ay ona ödənilməli olan vəzifə maaşının 65%-i məbləğində əlavə göstərilməklə yeni məlumat vərəqəsinin Dövl ət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına göndərilməsinə və nəticədə həmin məbləğ nəzərə alınmaqla ona təyin olunmuş pensiyanın yenidən hesablanmasına nail olmaqdan ibarətdir.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən ol unmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.
32. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2025 -ci il tarixli, 21(103)-1890/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.