Məhkəmə qərarları › İş №2-1(102)-2587/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2587/2024

30.10.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2587/2024 30.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ləğv edilmiş inzibati akt, vergi borcunun hesablanma qaydası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarlarının ləğv olunması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1170/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh inzibati orqan tərəfindən Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2021-ci ilin mənfəət vergisi üzrə 200890,19 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli qərar qəbul edilərək vergi ödəy icisinə göndərilmişdir.

2. İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə cavabdehə müraciət etmiş, xx.xx.2022-ci il tarixli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərarına əsasən “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli qərar 170.748,28 manat hissəsində ləğv edilmiş, 30.141,91 manat hissədə dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə yenidən kameral vergi yoxlamasının keçirilməsinin təmin edilməsi qərara alınmışdır.

3. Qeyd olunanlara əsasən vergi ödəyicisinə 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin 145.457,92 manat hissəsi azaldılaraq və 30.141,91 manat əlavə vergi məbləği hesablanaraq xx.xx.2022-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilməklə vergi ödəyicisinə göndərilmişdir.

4. Eyni zamanda vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin sentyabr ayı üçün əlavə dəyər vergisi üzrə 27.990,84 manat vergi məbləği hesablanaraq, xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar vergi ödəyicisinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarlarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsində qeyd edilmişdir ki, mübahisənin predmetini cavabdehin 2021-ci il üzrə mənfəət vergisi üzrə 2021-ci il ərzində 30141,91 manat əlavə hes ablama və 2021-ci ilin sentyabr ayı üzrə 27990,84 manat əlavə hesablama təşkil edir. 2021-ci ilin mənfəət vergisinə dair- cavabdeh qeyd olunan hesablamaları apararkən iddiaçının ilk olaraq yuxarı vergi orqanına etdiyi şikayətdə əks olunanlara istinad etmişdir. Belə ki, iddiaçı digər vergi orqanı, DVX-nin idxal-ixrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin keçirdiyi operativ vergi nəzarəti tədbiri nəticəsində cəmiyyətə əsassız olaraq 42.895,13 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərar Bakı İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli 2-1(112)-3290/2022 saylı qərarı ilə ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-652/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Cavabdehin kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1 (102)1180/2023 saylı qərarı ilə təmin edilməyərək qərar qüvvəsini almışdır. Yuxarı vergi orqanı isə həmin ləğv olunan iş üzrə iddiaçının nümayəndəsinin izahatında əks etdirilən rəqəmə istinad etmişdir. Halbuki, həmin rəqəm hər hansı sənədlərlə təsdiqini tapmasa da, yuxarı vergi orqanı heç bir əsas olmadan həmin hissədə hesablamanı qüvvədə saxlamışdır. Ərizəyə əlavə edilən satış sənədlərindən (kassa çekləri, e-qaimə məlumatı) göründüyü kimi, iddiaçının bəyannamələrdə əks etdirdiyi gəlir və xərc məbləğləri uçot sənədlərində əksini tapır. Belə ki, 2021-ci il ərzində Cəmiyyətin e-qaimə üzrə topdan satışdan gəliri291739,54 manat, kassa ilə pərakəndə satışdan gəliri- 291311,94 manat, ümumilikdə gəliri 583051,50 manat təşkil etmişdir. Əlavə olunan 2021-ci ilin mart-dekabr ayları üzrə kassa çıxarışlarından göründüyü kimi, Cəmiyyətin pərakəndə qaydada satışı aşağıdakı qaydada olmuşdur: 04/2021- 103299,29 / 1,18 = 87541,77 manat, 05/2021 - 117281,35 / 1,18 = 99390,97 manat, 06/2021 - 27215,47/1,18 = 23063,96 manat, 09/2021 - 7284,05 /1,18 = 6172,92 manat, 10/2021 - 8667,93 /1,18 = 7345,70 manat, 11/2021 -80000,0 / 1,18 = 67796,61 manat. Ümumilikdə, 291311,94 manat. Hazırki mübahisə üzrə iddiaçının xərcləri cavabdeh tərəfindən də mübahisələndirilmir. Buna baxmayaraq cavabdehin 2021-ci il üzrə xərclərinin tərkibi qeyd edilir. Təqdim olunan malların maya dəyəri -413512,47 manat, əmək haqqı xərcləri - 11111,72 manat, sosial sığorta haqları - 2362,60 manat, İcarə haqqı - 16212,0 manat, Bank xidməti üzrə xərclər - 1414,7 manat, ödənilmiş sığorta haqları 50,9 manat, Digər xərcl ər - 542,55 manat, ümumilikdə, xərclər 445206,94 manat təşkil etmişdir. İddiaçı tərəfindən qeyd olunanlara uyğun mənfəət vergisi bəyannaməsi təqdim olunmuşdur. 2021-ci ilin sentyabr ayı üzrə ƏDV hesablanmasına dair cavabdeh tərəfindən təqdim edilən uyğunsuzluq məktubunda iddiaçının guya 632820,06 manat məbləğində mal idxal etdiyi qeyd olunmuşdur. Halbuki, qeyd olunan rəqəm gömrük orqanları tərəfindən müəyyən olunan statistik dəyərdir. İddiaçının idxal etdiyi malların maya dəyəri 413512,47 manat təşkil edir və təqdim edilən mənfəət vergisi bəyannaməsində də bu göstərici qəbul edilmişdir. Cavabdeh isə statistik dəyər üzərinə operativ vergi nəzarəti tədbiri nəticəsində əks olunan rəqəmləri tətbiq etməklə yekunda əsassız hesablama aparmışdır. Göründüyü kimi, iddiaçıya hesablanmış hər iki hesab lamanın əsasları operativ vergi nəzarəti tədbiri zamanı statistik dəyərlə qeyd olunan rəqəmlərdir ki, həmin tədbirin nəticələri də artıq ləğv olunmuşdur.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, araşdırma zamanı baza məlumatları əsasında 2021-ci il dövrü ərzində 647525.30 manat xərc (elektron qaimə faktura məlumatları əsasında və idxal əsasında) müəyyən edilmişdir ki, 2021-ci il üzrə təqdim edilən mənfəət vergisi bəyannaməsinin xərclər sətirlərində 1568194.16 manat xərc məbləği göstərilmiş, ilin əvvəlinə 0.00 manat və sonuna isə 24935.59 manat mal qalığının olması nəzərə almaqla 945604.45 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri ola n sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********415000 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il MV bəyannaməsi üzrə 200819,19 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar göndərilmişdir. Vergi ödəyicisinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli şikayət məktubları əsasında Dövlət Vergi Xidmətinin İnzibati ş ikayətlərə baxılması baş idarəsinin xx.xx.2022-ci il tarixli “inzibati şikayətin qismən təmin edilməsi haqqında” qərarına əsasən cəmiyyətin fəaliyyətinin araşdırılması zamanı 2021-ci il ərzində invoys dəyəri 337.215,32 manat, idxal rüsumu 69.888,86 manat, ödənilmiş aksizin dəyərinin 0,21 manat, digər rüsum və vergilər 5 270,0 manat olmaqla, ümumilikdə faktiki maya dəyəri 412 374,39 manat məbləğində idxal əməliyyatının aparıldığı, e-qaimə əsasında 16.715,45 manat məbləğində iş və xidmətlərin (Müddətli qeyri-yaşayış daşınmaz əmlakın haqqı, yardımçı-texniki xidmətlər, fərdi qəza və xəstəlik sığortası üzrə xidmətlər və sair) əldə edildiyi müəyyən edilmişdir. 2021-ci il üzrə nəzarət kassa aparatının göstəricilərinin 443.321,85 manat məbləğində və elektron qaimə- faktura ilə satılan malların d əyərinin 290.439,21 manat məbləğində, ümumilikdə 2021-ci il üzrə vergiyə cəlb edilən dövriyyənin 733.761,06 manat məbləğində olduğunu nəzərə alaraq, Cəmiyyətin şikayətinin qismən təmin edilməli olduğu qənaətinə gəlinmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisinə 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin 145.457.92 manat hissəsi azaldılaraq və 30141,91 manat əlavə vergi məbləği hesablanaraq xx.xx.2022-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilməklə vergi ödəyicisinə göndərilmişdir. 2021-ci ilin sentyabr ayının əlavə dəyər vergisi bəyannaməsi üzrə vergi ödəyicisi xx.xx.2021-ci il tarixdən vergi orqanında qeydiyyata alınmış və Operativ vergi nəzarəti tədbirlərinə qədər (xx.xx.2021-ci il) 6 32.820,06 manat dəyərində mallar idxal edilmiş, elektron qaimə faktura və elektron alış aktı əsasında mallar alınmamış, cəmi mədaxil edilmiş malların dəyəri 632.820,06 manat təşkil etmişdir. Keçirilmiş Operativ vergi nəzarəti tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixə təsərrüfat obyektində 45 932,6 manat dəyərində mal qalığı və tərtib edilmiş aktlara əsasən ticarət əlavəsinin 10% olduğu müəyyən edilmişdir. Operativ vergi nəzarəti tədbirlərinin sonuna 45.932,6 manat mal qalığının olduğunu nəzərə alaraq, araşdırma nəticəsində təqdim edilmiş malların maya dəyərinin 586.887,46 manat, ticarət əlavəsi nəzərə alınmaqla xx.xx.2021-ci il tarixə 645.576,21 manat dövriyyə olmalı halda, uçot-baza məlumatlarına əsasən qeyd olunan dövr üzrə dövriyyənin 490.071,52 manat olması 155.504,69 manat dövriy yə kənarlaşma yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin sentyabr ayı üçün əlavə dəyər vergisi üzrə 27990.84 manat vergi məbləği hesablanaraq, 05.01,2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar vergi ödəyicisinə göndərilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 22 sentyab r 2023-cü il tarixli, 2-1(112)-5891/2023 nömrəli qərarı ilə (hakim X1) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barədə xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarları ləğv edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hal hazırkı mübahisənin predmetini2021-ci il üzrə mənfəət vergisi üzrə 30141,91 manat əlavə vergi hesablaması və 2021-ci ilin sentyabr ayı üzrə 27990,84 manat əlavə vergi hesablaması təşkil edir. İddiaçıdan halhazırda 12 dekabr 2022-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” və 05 yanvar 2023-cü i l tarixli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarları əsasında əlavə hesablanmış vergilərin ödənilməsi tələb olunur. İddiaya dair cavabdehin etirazından müəyyən olunur ki, iddiaçının hazırda mübahisələndirdiyi qərarları ilə ondan ödənilməsi tələb olunan əlavə vergilərin hesablanmasına əsas – operativ vergi nəzarətinin nəticələri olmuşdur. Halbuki, operativ vergi nəzarətinin nəticəsi olaraq qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar ləğv olunmuşdur.

10. Daha sonra qeyd edilmişdir ki, məhkəmə araşdırılması zamanı Dövlət Vergi Xidmətinin X4 üzrə Nəzarət Baş İdarəsinin keçirdiyi operativ vergi nəzarəti tədbiri nəticəsində iddiaçı barəsində maliyyə sanksiyası tətbiq edilmiş və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edildiyi müəyyən edilmişdir. İnzibati orqanın həmin qərarı Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-3290/2022 saylı qərarı ilə ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-652/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Cavabdehin kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2023- cü il tarixli 2-1(102)-1180/2023 saylı qərarı ilə təmin edilməyərək qərar qüvvəsini almışdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində ki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 2-1(103)-1170/2024 nömrəli qərarı ilə (hakimlər X2 (məruzəçi), X3 və X5) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37, 67-ci maddələrinə istinad edilərək qeyd edilir ki, apely asiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

16. Belə ki, hazırkı iş üzrə cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya 2021-ci ilin sentyabr ayı üçün əlavə dəyər vergisi üzrə 27.990,84 manat vergi məbləği hesablanması mübahisə predmeti olduğu halda, məhkəmələrin tamam başqa qərar və predmet üzrə olan iş üzrə qəbul edilmiş qərarı nəzərə alaraq cavabdehin hesablamalarının əsassız olması qənaətinə gəlməsi anlaşılmazdır. Məhkəmə qeyd edilən hesablama ilə bağlı araşdırma aparmaq əvəzinə başqa bir iş və mübahisə predmeti üzrə qəbul edilmiş qərarı hazırki iş üzrə sübut kimi qəbul edərək işini bitirmiş hesab etmişdir. Halbuki məhkəmələr tərəfindən tərəflərin təqdim edilmiş sübutları, eləcə də özünün təşəbbüsü ilə əldə edilmiş sübutlar üzrə obyektiv araşdırma aparmalı olduğu halda bunu etməmişdir. Cavabdeh tərəfindən işin halları ilə bağlı bütün sənədlər həm birinci instansiyaya, həm də apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsinə baxmayaraq həm birinci instansiya məhkəməsi, həm də onun qərarını olduğu kimi qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə hər hansı qiymət verməyərək iş üzrə obyektiv araşdırma aparmayaraq yanlış qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, ve rgi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə

37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun g əlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxl aması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir.... 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablam anın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə

50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqa nı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, ha belə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifə li şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxslə ri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39–49cu maddələrinin müddəaları tətbiq edilir. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədə r hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həd dində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin tə min edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. X10 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfində n hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. İş materialları ilə müəyyən edilir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarlarının ləğv olunmasına yönəlmişdir.

27. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab etsə də, cavabdeh məhkəmələrin gəlmiş olduğu nəticəni qanuna uyğun olmayan nəticə hesab edir. Bildirilir ki, inzibati orqan tərəfindən qəbul edilmiş qərarlar qanunamüvafiq qəbul edilmiş, bu zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir.

28. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, hazırkı iş üzrə mübahisə predmeti olan, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarlar qanuni sayıla bilməz.

29. Belə ki, cavabdehin iddia ərizəsinə verdiyi etirazdan, eləcə də hazırkı kassasiya şikayətinin mətnindən aydın olur ki, cavabdehin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərarlarının qəbul edilməsində əsas xx.xx.2021-ci il tarixli qərar olmuşdur.

30. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3290/2022 saylı qərarı ilə müəyyən edilir ki, inzibati orqanın xx.xx.2021-ci il tarixli qərarı məhkəmə tərəfindən ləğv edilmiş, həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli 2-1(103)-652/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Eyni zamanda cavabdeh inzibati orqan apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərarını kassasiya instansiya məhkəməsində mübahisələndirsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-1 (102)-1180/2023 saylı qərarı ilə şikayət təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qərarı də yişdirilmədən saxlanılmışdır.

31. Beləliklə, göründüyü kimi cavabdehin qəbul etdiyi xx.xx.2022-ci il və xx.xx.2023cü il tarixli qərarlarının əsasında ləğv edilmiş xx.xx.2021-ci il tarixli qərar dayandığından həmin qərarlar qanuni sayıla bilməz.

32. Kassasiya şikayətində xüsusi vurğulanan hallardan biri xx.xx.2021-ci il tarixli qərarın iş üzrə hazırkı cavabdeh tərəfindən deyil, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin qərarı olması ilə bağlıdır.

33. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, əvvəla Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi də Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kimi Dövlət Vergi Xidmətinin strukturundan biridir. Digər tərəfdən isə xx.xx.2021-ci il tarixli q ərarın cavabdeh tərəfindən deyil, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilməsi həmin qərarın ləğv edilmiş olması ilə bağlı həqiqəti aradan qaldırmır.

34. İnzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən yalnız qüvvədə olan inzibati akt onun tərəfləri üçün müəyyən hüquqi nəticələr doğurur. Yuxarıda da qeyd edildiyi kimi xx.xx.2021-ci il tarixli inzibati orqan tərəfindən qəbul edilmiş qərar məhkəmə tərəfindən ləğv edildiyindən heç bir hüquqi nəticə doğurmamaqla yanaşı hər hansı başqa inzibati aktın qəbul edilməsi üçün də əsas ola bilməz.

35. Beləliklə, məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 21(103)-1170/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar