Məhkəmə qərarları › İş №2-1(102)-2591/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2591/2025

10.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2591/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənfəət vergisi, şərti rentabellik normasının tətbiq edilməsi əsası, yeni normanın qüvvəyə mindiyi vaxtdan əvvəlki dövr üzrə vergi yoxlamasının mümkünlüyü, borcun qaytarılması ilə bağlı vergi tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Kərimov S əyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2025-ci il tarixli, 2-1(103)-1375/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli, KY221801284 nömrəli çıxarışa əsasən yoxlanılan dövr xx.xx.2019xx.xx.2022-ci illəri əhatə etməklə İddiaçındə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. 2.“Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********176615 nömrəli Qərara əsasən İddiaçı 20192022-ci illər üzrə mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyində vergini ödəməkdən yayınmağa görə məsuliyyətə cəlb edilmişdir. 1) Mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin 55 nömrəli qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydaları”na əsasən (şərti rentabellik tətbiq edilməklə) 2019-cu il üzə 370547,32 manat mənfəətdən 74109,46 manat; 2020-ci il üzrə 2469327,15 manat mənfəətdən 693865,43 manat; 2021-ci il üzrə 3707625,62 manat mənfəətdən 741525,12 manat (ümumilikdə 1 509 500,01 manat) hesablanmış və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 754 750,01 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2) Ödəmə mənbəyində tutulan vergi üzrə yoxlama ilə aşkar edilmişdir ki, müəssisənin təsisçisi Ağayeva Çinarə Tofiq qızı və Sinan Duman tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində (xx.xx.2019xx.xx.2022) 1841857,35 manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun müəssisə tərəfindən 741497,70 manatı geri qaytarılmışdır....Yoxlama ilə müəssisə tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla f aizlər hesablanmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 22263,78 manat vergi məbləğinin 50 faizi miqdarında, 11131,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə: Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən “Sosial sığorta haqqında” qanunun 14-cü maddəsinin tələblərinə düzgün əməl edilməməsi səbəbindən səyyar vergi yoxlaması ilə 943,45 manat sosial sığorta haqqı üzrə artıq hesablama müəyyən edilmişdir. Artıq hesablanmış 943,45 manat sosial sığorta haqqı nəzərə alınmışdır. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec, 94583,7 manat ƏDV məbləğinin ödənilməsinə görə Vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 47291,86 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. 3) Əlavə dəyər vergisinin yoxlanılması üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş mal, iş və xidmətlərə görə bəyan edilmiş ƏDV-siz dövriyyə 49 607 321,21 manat, ƏDV məbləği 9 929 317,82 manat, elektron qaimə faktura və YGB üzrə əvəzləşdirilən ƏDV məbləği 7 700 555,89 man at olmuşdur. Səyyar vergi yoxlaması ilə VM-nin 159, 166 və 175-ci maddələrinin tələbləri gözlənilməklə, elektron qaimə-fakturalar, təqdim edilmiş forma 2-lər, İPC-lər, bank hesabına və ƏDV DH-na ödənişlər əsasında 2019-cu ildə büdcəyə hesablanmış ƏDV-nin 36833,52 manat azaldığı, 2020-ci ildə 17594,09 manat artıq hesablandığı, 2021-ci ildə 46829,34 manat azaldıldığı və 2020-ci ildə 22610,34 manat artıq hesablandığı, ümumilikdə 43458,43 manat ƏDV-nin azaldıldığı aşkar edilmiş və VM-nin 58.1-ci maddəsinə əsasən 116469,83 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçıMMC barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli **********176615 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. İddiaçı MMC faktiki olaraq inşaat, mexanik ve elektrik quraşdırma işləri ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyəti yoxdur. İddiaçı MMC-də 2013-cü ildən hal-hazırkı vaxta kimi MMC-in sahibkarlıq fəaliyyəti dövründə bir neçə dəfə səyyar vergi yoxlaması aparılmış və heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkar lanmamışdır. Axırıncı dəfə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəssisədə sonuncu mubasiləndirilən səyyar vergi yoxlaması aparılmışdır. Bu səyyar vergi yoxlaması sentyabr 2019-avqust 2022-ci illəri əhatə etmişdir. Vergi yoxlaması təqdim olunmuş ilkin mühasibat sənədləri, memorial-orderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Yoxlama zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmişdir. Lakin bütün yuxarıdakılara baxmayaraq xx.xx.2023-cü il tarixdə № **********163739 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş, bu aktın əsasında xx.xx.2023-cü il tarixli № **********176615 saylı Vergi ödəyicisinin vergi qanunvericil iyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmışdır. Yoxlama dövrünə 2019-2021-ci illər üçün 1.509.500 AZN mənfəət vergisi, 2019-2022-cü illər üçün 232.940 AZN əlavə dəyər vergisi, 20192022-ci illərə 22.264 AZN ödəmə mənbəyində tutulan vergi, ümumilikdə, 1.764.703,42 AZN və bütün bunlara müvafiq olaraq 929.643,59 AZN maliyyə sanksiyası hesablanmışdır. Əslində isə müəssisənin mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafiq olaraq araşdırıb nəzərdən keçirilsə, vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görünür. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəriciləri düzgün araşdırılmamış, faktiki göstəriciləri hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdi r. Müəssisəyə əlavə hesablanmış vergilərin əsasını təşkil edən vergitutma obyekti və qaydaları səyyar vergi yoxlaması ilə düzgün müəyyən edilmədiyindən müəssisəyə yoxlama aktı ilə əlavə vergilər vergi qanunvericiliyinə uyğun olmayaraq, qeyri-obyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin fəaliyyəti ilə əlaqədar və götürdüyü digər vergi öhdəlikləri üzrə vergilərin azadılması müəyyən edilməmişdir, çünki bu faktlar heç olmamışdır. İddiaçı MMC-də sentyabr 2019-avqust 2022-ci il tarixədək dövrü əhatə edən düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələri xx.xx.2023-ci il tarixli **********163739 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin səyyar vergi yoxlaması aktı qanunver iciliyin tələbləri kobud sürətdə pozulmaqla tərtib edildiyindən həmin aktın imzalanmasından imtina edilmişdir. Bütün bunlar göstərir ki, vergi ödəyicisi İddiaçı MMC-yə qarşı qərəzli mövqe tutulmuş, ona qarşı ədalətsiz və qeyri-qanuni vergilər hesablanmışdır. Heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Səyyar vergi yoxlaması aktından göründüyü kimi əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Yoxlamanın aparılma müddətinə də nəzər salsaq bunun prosessual qanun pozuntusu ilə aparılması halı mövcuddur, yəni göründüyü kimi 9 ay ərzində səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlaması hesablamaları elektron fayllarda olan məlumatlarla aparılmışdır. Bu məlumatlardan isə iddiaçının xəbəri yoxdur. Belə ki, bütün sənədlər vergi orqanına təqdim olunmuşdur. Əgər təqdim olunmazdırsa, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən akt tərtib olunmalıdır. Belə akt isə tərtib olunmamışdır. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə, vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına g örə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin vergi orqanın xx.xx.2023-cü il tarixli məsuliyyət qərarında bu maddənin tələbinə zidd olaraq vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, yəni vergilərin azaldılması vəziyyəti və bu pozuntuları təsdiq edən sənədlər və digər məlumatlar göstərilməmişdir. Vergi qanunvericiliyin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması vergi ödəyicisinə izah olunmamışdır. Qərar vergi qanunvericiliyinin tələblərinə zidd olaraq, çox səthi və formal formada hazırlanmışdır. Eyni zamanda, “İnzibati icraat haqqında” Qanunun 61-cimaddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılma lıdır. Əsaslandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Bu fakt vergi orqanı tərəfindən onun üzərinə qoyulmuş vəzifənin tələblərinə əməl olunmadığını təsdiq edir. Vergi Məcəlləsinin 24.0.2-cimaddəsinə görə vergi ödəyicilərinin hüquqlarını və qanunimənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Vergi orqanı tərəfindən yol verilmiş digər nöqsanlar nəzərə alınmasa belə qeyd olunan pozuntu faktı səyyar vergi yoxlamasının nəticələri ilə bağlı qəbul edilmiş məsuliyyət qərarının ləğv edilməsi üçün birbaşa əsasdır. Çünki Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddə nin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.

5. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********163089 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması keçirilmişdir (dövr: sentyabr 2019-avqust 2022). Yoxlama xx.xx.2022-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. (№ KY211801284; xx.xx.2022-ci il). Yoxlanılan dövrdə vergi ödəyicisi faktiki olaraq elektrik quraşdırma işləri ilə məşğul olmuşdur. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar, “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” bildiriş və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” cəmiyyətin rəhbəri Duman Sinana şəxsən təqdim o lunmuş, imza edərək qəbul etmiş və cəmiyyətin möhürü ilə təsdiq etmişdir. Bundan əlavə, səyyar vergi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2023-cü il tarixli **********163162 nömrəli Tələbnamə də cəmiyyətin rəhbəri Duman Sinana şəxsən təqdim olunmuş, xx.xx.2023-cü il tarixdə alınmasını öz imzası və cəmiyyətin möhürü ilə təsdiq etmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan və tələbnamədə qeyd olunan sənədlərin 15 iş günü müddətində vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə və ya vergi orqanına təqdim edilməsi tələb olunmuşdur.

6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3196/2024 saylı, 31 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2023-cü il tarixli № **********176615 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarın qismən 2019-cu il sentyabr- 2020-ci il dekabr üzrə 19.239,43 AZN ƏDV və buna müvafiq 9.619,72 AZN maliyyə sanksiyası, 2021-ci il yanvar- 2022-ci il avqust ayları üzrə 24.219 AZN ƏDV və buna müvafiq 12.109,50 AZN maliyyə sanksiyası hissələrində, cəmi 43.458,43 AZN ƏDV və müvafiq 21.729,22 AZN maliyyə sanksiyası istisna olmaqla ləğv edilməsi barədə qərar çıxarılması” kimi qəbul edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3196/2024 saylı, 31 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim X1) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsind ə qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********176615 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı yoxlanılan dövr üzrə (2019- 2021-ci illər) mənfəət vergisi və ona hesablanmış maliyyə sanksiyası; yoxlanılan dövr üzrə (2019-2022-ci illər) ödəmə mənbəyində tutulan vergi (muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi istisna olmaqla) və ona hesablanmış maliyyə sanksiyası; 2019-cu il üzrə ƏDV və ona hesablanmış maliyyə sanksiyası, eləcə də 2019-cu il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə maliyyə sanksiyası hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

8. İddianın təmin edilən hissəsi ilə əlaqədar olaraq birinci i nstansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı MMC üzrə (növbəti) səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar xx.xx.2022-ci il tarixli olmaqla yoxlama ilə əhatə olunan vergi dövrü sentyabr 2019 avqust 2022-ci ildir. Cavabdeh xx.xx.2020-ci ilə qədər olan dövr üzrə (2019-cu illər üzrə) hesablamanı aparmağa səlahiyyətli olmamışdır. Mənfəət vergisi ilə əlaqədar olaraq inzibati orqanın qərarına münasibətdə məhkəmə qeyd etmişdir ki, vergi yoxlaması zamanı vergi ödəyicilərindən müvafiq sənədlərin (xüsusilə F2 və material silgisi sərfiyyatı barədə sənəd) tələb olunmasında məqsəd vergi dövrü ərzində görülmüş işlərin (xidmətlərin) həcminin müəyyən edilməsi və həmin həcmə uyğun məbləğdə verginin hesablanmasıdır. Odur ki, vergi yoxlamasının məqsədləri nəzərə alınaraq vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlər yalnız forma tələbinə görə deyil, məzmununa əsasən qiymətləndirilməli və vergi məbləğinin hesablanması zamanı nəzərə alınmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş İPC-lər və alt sənədlərdə isə tərəflər arasında bağlanmış müqaviləyə əsasən MMC tərəfindən görülmüş işlərin həcmi, ödəniş tarixləri, ödəniş növü və ödəniş məbləği barədə məlumatlar detallı şəkildə əks olunmuşdur. Belə olan təqdirdə vergi orqanı tərəfindən həmin sənədlərin (İPC-lərin və alt sənədlərinin) nəzərə alınmaması və nəticədə vergi ödəyicisi tərəfindən görülmüş işlərin həcmini müəyyən etməyə əsas verən sənəd olmaması əsası ilə rentaberlik qaydasının tətbiq edilməsi ağalabatan deyil. Məhkəmə qeyd edir ki, necə adlandırılmasından asılı olmayaraq qeyd edilən İPC və onun alt sənədləri özündə əks etdir ən kontent baxımından vergi orqanı tərəfindən təcrübədə nəzərə alınan “Forma-2” adlanan sənədi tam olaraq əhatə edir.

9. Eyni zamanda cavabdehin nümayəndəsi izahatında müvafiq sənədlərin excel faylda təqdim olunduğu və şəxsin iradəsinə görə dəyişdirilə biləcəyi səbəbi ilə etibarlı hesab olunmadığını bildirsə də, “Vergi yoxlamasının keçirilməsi üçün zəruri sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli, **********163162 nömrəli Tələbnamədə zəruri sənədlərin məhz excel və ya PDF faylda təqdim olunması tələb olunmuşdur. Digər tərəfdən iddiaçı tərəfindən vergi orqanına təqdim olunan İPC-lər (eləcə də alt sənədləri) hüquqi şəxslərin rəhbərləri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Digər tərəfdən məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən iddiaçı ilə b ağlanmış müqavilələr üzrə İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2020-cı il tarixli müqavilə bağlanmış, tərəflər arasında həmin müqavilə üzrə xx.xx.2023-cü il tarixli şimlinədÖ“ məbləğlərin siyahısı”nə təsdiq edən sənəd məhkəməyə təqdim edilmişdir. Eyni zamanda məhkəmə sorğusuna cavab olaraq "xxxx" MMC və İddiaçı MMC arasında “X13” -1419/SC-0007 Müqavilə üzrə ödəniş sənədlərini “USB flash” yaddaş kartı vasitəsilə təqdim edilmişdir. Eyni zamanda "xxxx" MMC və İddiaçı MMC arasında 2331/SC-0004, 2331/SC-0009, 2348/SC-0008 və 2353/SC-0004 müqavilələri üzrə ödəniş sənədləri “USB flash” yaddaş kartı vasitəsilə təqdim edilmişdir. "xxxx" MMC və İddiaçı MMC arasında “X8” – 1398/SC-0039 müqaviləsi üzrə ödəniş sənədləri (X7) “USB flash” yaddaş kartı vasitəsilə təqdim edilmişdir. Beləliklə, qeyd e dilən həcmdə işlərin görülməsi və təhvil verilməsi ilə bağlı şübhə yeri qalmır. Qeyd edilənlər mənfəət vergisinin (eləcə də ona tətbiq edilmiş maliyyə sanksiyası) əsassız olmasını hesab etmək üçün yetərlidir.

10. Ödəmə mənbəyində tutulan vergiyə və ona hesablanan maliyyə sanksiyasına münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh nəzərə almamışdır ki, şəxsin təsisçisi olduğu hüquqi şəxsə investisiya qoyuluşu etdikdə (o cümlədən faizsiz borc verdikdə) bu əməliyyatdan birbaşa gəlir əldə etmir, yalnız biznesin nəticəsindən asılı olaraq əldə edəcəyi dividenddən ödəmə mənbəyində vergi ödəyir. Cavabdeh iddiaçının mənfəətini müəyyən etməmişdir. Belə ki, vergi orqanı iddiaçının müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs olmasını müəyyən etmədən təsisçisi olduğu hüquqi şə xslə arasında olan borcun faizlə verilməsi ehtimallarına əsaslanmaqla Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsinə əsasən mənfəətinin olduğu qənaətinə gəlmişdir. Lakin nəzərə almamışdır ki, faizsiz borc özlüyündə vergitutma məqsədləri üçün mal (iş, xidmət) hesab edilə bilməz. Digər tərəfdən, vergi orqanının əsaslandırması nöqteyi nəzərdən ödəmə mənbəyində verginin hesablanması üçün (i) borcun qaytarılması müəyyən edilməli və (ii) ödənilməli faizlər də eyni zamanda ödəyicinin xərci kimi nəzərə alınmalıdır. Lakin qeyd edilən hallar vergi orqanı tərəfindən nəzərə alınmamışdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan qərarın mənfəət vergisi və ödəmə mənbəyində vergi hissəsində qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

11. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vergi orqanı yoxlama aparılan dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən vergi tutulan əməliyyatın vaxtı ilə bağlı ödəyici tərəfindən yol verilmiş pozuntu nəticəsində (dövriyyənin aylar üzrə düzgün göstərilməməsi) əlavə vergi hesablamaqda, Vergi Məcəlləsinin 58.1-ci və 58.6-cı maddəsinə əsasən maliyyə sanksiyaları tətbiq etməkdə haqlı olmuşdur. Müvafiq normanın cavabdeh tərəfindən tətbiqi nəticəsində iddiaçının hüquq məsuliyyətinin yaranması şübhəsizdir (dövriyyənin (vergi tutulan əməliyyatın vaxtını) aylar üzrə düzgün göstərilməməsi), 2019-cu il üzrə aparılmış hesablama əsaslı olmaqla Vergi Məcəlləsinin 166.1-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına uyğun tətbiq edilmi şdir. Buna baxmayaraq cavabdeh 2019-cu il üzrə hesablamanı aparmağa səlahiyyətli olmamışdır (bax: bənd 29-34)

65. İddiaçınə münasibətdə 2020-2022-ci illər üzrə ƏDV vergisinin hesablanmasının əsası ödəyici tərəfindən Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq aparılmış ƏDV əvəzləşdirmələri üzrə bank hesabı və ya ƏDV Depozit Hesabından ödənişlərin aparılmadığına görə yaranmışdır. Belə olan təqdirdə 2020, 2021, 2022-ci illər üzrə İddiaçınə münasibətdə vergi orqanı tərəfindən hesablanmış ƏDV məbləğinin və tətbiq edilmiş maliyyə sanksiyalarının əsaslı olması işin mübahisəsiz halıdır. Odur ki, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********176615 nömrəli Qərarı həmin hissədə ləğv edilməməlidir. Digər tərəfdən iddiaçı muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi ilə bağlı hər hansı dəlillərini təqdim etməmişdir, odur ki, qərarın həmin hissədə ləğv edilməsini əsaslandırlan hallar müəyyən edilmir

12. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli 2-1(112)-3196/2024 nömrəli qərarının iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1375/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərarı ilə (hakimlər X2 /məruzəçi/, X3 və X4) apelyasiya şika yəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3196/2024 saylı, 31 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində Vergi Məcəlləsinin 16, 23 38, 42, 71-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, səyyar vergi yoxlaması ilə 1.509.500,01 manat mənfəət vergisinin büdcəyə az hesablandığı müəyyən edilmişdir. Vergi Məcəl ləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 1.509.500,01 manat vergi məbləğinin 50% miqdarında, yəni 754.750,01 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

17. Əlavə dəyər vergisi üzrə: Yoxlama dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş mal, iş və xidmətlərə görə bəyan edilmiş ƏDV-siz dövriyyə 49.607.321,21 manat, ƏDV məbləği 8.929.317,82 manat, elektron qaimə faktura və YGB üzrə əvəzləşdirilən ƏDV məbləği 7.700.555,89 manat olmuşdur. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 159-cü, 166-cı və 175-ci maddələrinin tələbləri gözlənilməklə, elektron qaiməfakturalar, təqdim edilmiş forma-2-lər, İPC-lər, bank hesabına və ƏDV DH-na ödənişlər əsasında 2019-cu ildə büdcəyə hesablanmış ƏDV-nin 36.833,52 manat azaldıldığı (40.649,85 manat az -3.816,33 manat artıq = 36.833,52 manat az), 2020-ci ildə 17.594,09 manat artıq hesablandığı (11.639,04 manat az – 29.233,13 manat artıq = 17.509,09 manat artıq), 2021-ci ildə 46.829,34 manat azaldıldığı (115.596,63 manat az – 68.767,29 manat artıq = 46.829,34 manat az) və 2022-ci ildə 22.610,34 manat artıq hesablandığı (65.054,11 manat az – 87.664,45 manat artıq = 22.610,34 manat artıq), ümumilikdə isə 43.458,43 manat ƏDV-nin azaldıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması nəticəsində hesablanmış ƏDV-lər əsasən Vergi Məcəlləsinin175-ci maddəsinə görə aparılmış ƏDV əvəzləşdirmələri üzrə bank hesabı və ya ƏDV DH-dan ödənişlərin aparılmadığına görə yaranmışdır. Belə ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əs asən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur.

18. Ödəmə mənbəyində tutulan vergi üzrə: Yoxlama zamanı müəyyən edilmişdir ki, müəssisənin təsisçisi Sinan Duman və X5 tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində (xx.xx.2019-xx.xx.2022) 1.841.857,35 manat olunan dövr ərzində (xx.xx.2019xx.xx.2022) 1.841.857,35 manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun müəssisə tərəfindən 741.497,70 manatı geri qaytarılmışdır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Yoxlama ilə müəssisə tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi (əsas: https:// www.cbar.az/page42/monetaryindicators#page-4) nəzərə alınmaqla faizlər hesablanmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə 22.263,78 manat ödəmə mənbəyində tutulan verginin dövlət büdcəsinə ödəməkdən yayındırıldığımüəyyən edilmişdir.

19. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə: Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən "Sosial sığorta haqqında" qanunun 14-cü maddəsinin tələblərinə düzgün əməl edilməməsi səbəbindən səyyar vergi yoxlaması ilə 943,45 manat sosial sığorta haqqı üzrə artıq hesablama müəyyən edilmişdir. Beləliklə, yoxlama zamanı vergi ödəyicisi tərəfindən 1.574.278,77 manat məbləğində vergilərin (o cümlədən: mənfəət vergisi üzr ə 1.509.500,01 manat az, əlavə dəyər vergisi üzrə 232.939,63 manat az, 189.481,20 manat artıq, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə 943,45 manat artıq, ödəmə mənbəyindən tutulan vergi üzrə 22.263,78 manat az hesablanma) dövlət büdcəsinə ödəməkdən yayındırıldığı müəyyən edilmişdir. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********163739 nömrəli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176615 nömrəli qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı e tirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

56. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənə dlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü v ə 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirl əri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticə ləri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin gö rülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.3-1. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergi lər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.5. Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyri-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. 67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. 67.7. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. 67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmla kının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. 67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 67.11. Qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər. 67.12. Şəxs fərdi istehlakına, o cümlədən əmlak alı nmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən müəyyənləşdirir. 67.13. Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəl irlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. 67.16. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsə dləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə. Maddə

85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi... 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının he sablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müd dətdə həyata keçirilir. Bu maddənin digər müddəalarından asılı olmayaraq, xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və ya xaricdə əldə olunan gəlirlər üzrə müvafiq məlumatlar daxil olduğu hallarda, kameral vergi yoxlamaları sorğu və ya məlumat daxil olduğu tarixdən, səyyar vergi yoxlamaları isə yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Maddə

166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.1-1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri üzrə ödənişlə (nağd və ya nağdsız) bağlı nəzarətkassa aparatı çekinin vurulduğu tarix; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələ blər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi xx.xx.2023-cü il tarixli № **********176615 saylı Vergi ödəyicisinin məs uliyyətə cəlb edilməsi barədə qərarın qismən 2019-cu il sentyabr- 2020-ci il dekabr üzrə 19.239,43 AZN ƏDV və buna müvafiq 9.619,72 AZN maliyyə sanksiyası, 2021-ci il yanvar- 2022-ci il avqust ayları üzrə 24.219 AZN ƏDV və buna müvafiq 12.109,50 AZN maliyyə sanksiyası hissələrində, cəmi 43.458,43 AZN ƏDV və müvafiq 21.729,22 AZN maliyyə sanksiyası istisna olmaqla ləğv edilməsi barədə qərar çıxarılmasına nail olmaqdır.

26. Birinci və apelyasiya instansiyası məhkəmələri iddiaçının iddia tələbini qismən əsaslı hesab edərək inzibati orqan tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********176615 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı yoxlanılan dövr üzrə (20192021-ci illər) mənfəət vergisi və ona hesablanmış maliyyə sanksiyası; yoxlanılan dövr üzrə (2019-2022-ci illər) ödəmə mənbəyində tutulan vergi (muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi istisna olmaqla) və ona hesablanmış maliyyə sanksiyası; 2019cu il üzrə ƏDV və ona hesablanmış maliyyə sanksiyası, eləcə də 2019-cu il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə maliyyə sanksiyası hissəsində ləğv edilməsi qənaətinə gəlmişlər.

27. Apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayan cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən aparılmış icraat qanuna müvafiq olduğundan və maliyyə sanksiyaları düzgün hesablandığından iddia tələbi əsaslı tələb kimi qiymətləndiril ə bilməz.

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməklə iddia tələbi təmin edilmiş hissədə qismən rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, hazırkı məhkəmə araşdırmasının premdeti xx.xx.2023-cü il tarixli **********176615 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərardır. Qeyd edilən qərar əsasında iddianın təmin edilməyən hissəsi iddiaçı tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası hazırkı vəz iyyətdə iddianın təmin edilən hissəsi ilə əlaqədar mövqe bildirəcəkdir.

30. Beləliklə, işə baxan məhkəmələr bu qənaətə gəlmişlər ki, xx.xx.2023-cü il tarixli **********176615 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar əsasında iddiaçıya yoxlanılan dövr üzrə (2019- 2021-ci illər) mənfəət vergisi və ona hesablanmış maliyyə sanksiyası; yoxlanılan dövr üzrə (20192022-ci illər) ödəmə mənbəyində tutulan vergi (muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi istisna olmaqla) və ona hesablanmış maliyyə sanksiyası; 2019-cu il üzrə ƏDV və ona hesablanmış maliyyə sanksiyası, eləcə də 2019-cu il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə maliyyə sa nksiyaları əsassız olaraq tətbiq edilmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi yoxlanılan dövr üzrə (2019-2021-ci illər) mənfəət vergisi və ona hesablanmış maliyyə sanksiyası; yoxlanılan dövr üzrə (2019-2022-ci illər) ödəmə mənbəyində tutulan vergi (muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi istisna olmaqla) və ona hesablanmış maliyyə sanksiyası düzgün nəticəyə gəlsə də, 2019-cu il üzrə ƏDV və ona hesablanmış maliyyə sanksiyası, eləcə də 2019-cu il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə maliyyə sanksiyalarına münasibətdə qanunvericiliyin normalarını düzgün tətbiq etməmişdir.

32. Gəlmiş olduğu nəticəni məhkəmə kollegiyası aşağıdakı kimi şərh edilməsini məqsədə müvafiq hesab edir. Mənfəət vergisi və ona hesablanmış maliyyə sanksiyası

33. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh hazırkı mübahisəyə münasibətdə şərti rentabellik norması tətbiq edərək özünün təyin etdiyi xərc məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Bu zaman cavabdeh həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VMnin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə söykənmişdir.

34. Vergi Məcəlləsinin tələbinə görə, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatl ardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad etməklə hesablamaq hüququ vardır. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. İnzibati orqan Vergi Məcəlləsinin 67.17-ci maddəsinə istinad edərək həmin Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq etmək hüququna əsaslanmışdır. Belə ki, 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə yeni məzmunda 67.17-ci maddə əlavə edilmişdir.

35. Lakin məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən normanın əlavə edilməsi inzibati orqanı 67.1-ci maddəsində göstərilən halları, yəni vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmamasın ı əsaslandırmaq vəzifəsinin olmadığı demək deyildir, yəni vergi orqanı hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin istinad olunan 67.1-ci maddəsinin yoxlama aparılan dövrdə qüvvədə olan redaksiyasının məzmunundan göründüyü kimi, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır.

36. Bundan başqa, Vergi Məcəlləsinin 67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin yoxlama dövründə qüvvədə olan redaksiyasına görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; fəaliyyət göstərilən ərazi. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüs usi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.

37. Vergi Məcəlləsinin istinad edilən həmin normalarından (67.2-ci, 67.3-cü və 67.4cü maddələrinin 2020-ci ildə qüvvədə olan redaksiyasından) göründüyü kimi, vergi ödəyicisi barədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini şərti rentabellik norması əsasında deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Qanunverici yuxarıda qeyd edilən qaydalar əsasında verginin müəyyən edilməsinin mümkün olmadığı hallarda, son zəruri tədbir qismində şərti rentabellik nor masının tətbiqini, yəni şərti vergi məbləğinin (20 faiz ticarət əlavəsi) hesablanması qaydasını nəzərdə tutmuşdur.

38. VM-nin 67-ci maddəsi bu məqsədlər baxımından təfsir olunmalıdır. İstinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Hazırkı mübahisəyə münasibətdə VM-in 67-ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin tələblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, yoxlama zamanı ümumiyyətlə həmin istiqamətdə hər hansı araşdırma aparılmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır.

39. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Halbuki, istinad olunan normaların tətbiqinə dair Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi vardır.

40. Odur ki, qeyd edilən hallar mənfəət vergisinin (eləcə də ona tətbiq edilmiş maliyyə sanksiyası) əsassız olmasını hesab etmək üçün yetərlidir. Ödəmə mənbəyində tutulan vergi və ona hesablanan maliyyə sanksiyası

41. Ödəmə mənbəyində tutulan vergiyə və ona hesablanan maliyyə sanksiyasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin təsisçisi olduğu hüquqi şəxsə investisiya qoyuluşu etdikdə (o cümlədən faizsiz borc verdikdə) bu əməliyyatdan birbaşa gəlir əldə etmir, yalnız biznesin nəticəsindən asılı olaraq əldə edəcəyi dividenddən ödəmə mənbəyində vergi ödəyir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının mənfəətini müəyyən etməmişdir. Belə ki, vergi orqanı iddiaçının müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs olmasını müəyyən etmədən təsisçisi olduğu hüquqi şəxslə arasında olan borcun faizlə verilməsi ehtimallarına əsaslanmaqla Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsinə əsasən mənfəətinin olduğu qənaətinə gəlmişdir. Lakin nəzərə almamışdır ki, faizsiz borc özlüyündə vergitutma məqsədləri üçün mal (iş, xidmət) hesab edilə bilməz. Digər tərəfdən, vergi orqanının əsaslandırması nöqteyi nəzərdən ödəmə mənbəyində verginin hesablanması üçün (i) borcun qaytarılması müəyyən edilməli və (ii) ödənilməli f aizlər də eyni zamanda ödəyicinin xərci kimi nəzərə alınmalıdır. Lakin qeyd edilən hallar, əsasən də borcun faizlə verilməsi vergi orqanı tərəfindən sübuta yetirilməmişdir.

43. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, on lar vergi ödəyicisinin xeyrinə şərh olunur.

44. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan qərarın mənfəət vergisi və ödəmə mənbəyində vergi hissəsində qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmədiyindən iddia bu hissədə əsaslıdır. 2019-cu il üzrə ƏDV və ona hesablanmış maliyyə sanksiyası, eləcə də 2019-cu il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə maliyyə sanksiyası

45. Məhkəmə kollegiyası iddia tələbini bu hissədə əsaslı hesab etmir və apellyasiya instansiya məhkəməsinin qərarının qeyd edilən hissədə ləğv edilməklə iddia tələbini bu hissədə rədd edilməsini məqsədə müvafiq hesab edir.

46. Belə ki, yoxlama dövründə ƏDV üzrə əlavə hesablama və tətbiq edilən maliyyə sanksiyası ödəyici tərəfindən təqdim edilən hesabatlarda həmin dövrlərdə Ve rgi Məcəlləsinin 166.1-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən vergi tutulan əməliyyatın vaxtı ilə bağlı yanlışlığa yol verilməsi olmuşdur. İddiaçı hesabatlarında əməliyyatın vaxtı ilə bağlı yol verilmiş yanlışlığı təkzib etməmişdir.

47. Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

48. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı yoxlama aparılan dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən vergi tutulan əməliyyatın vaxtı ilə bağlı ödəyici tərəfindən yol verilmiş pozuntu nəticəsində (dövriyyənin aylar üzrə düzgün göstərilməməsi) əlavə vergi hesablamaqda, Vergi Məcəlləsinin 58.1- ci və 58.6-cı maddəsinə əsasən maliyyə sanksiyaları tətbiq etməkdə haqlı olmuşdur.

49. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq normanın cavabdeh tərəfindən tətbiqi nəticəsində iddiaçının hüquq məsuliyyətinin yaranması şübhəsizdir (dövriyyənin (vergi tutulan əməliyyatın vaxtını) aylar üzrə düzgün göstərilməməsi), 2019-cu il üzrə aparılmış hesablama əsaslı olmaqla Vergi Məcəlləsinin 166.1-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına uyğun tətbiq edilmişdir.

50. Hazırkı vəziyyətə apellyasiya instansiya məhkəməsi iddianı 2019-cu il üzrə ƏDV və ona hesablanmış maliyyə sanksiyası, eləcə də 2019-cu il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə maliyyə sanksiyası ilə bağlı hissədə təmin edərkən qeyd etmişdir ki, cavabdeh 2019-cu il üzrə hesablamanı aparmağa səlahiyyətli olmamışdır. Başqa sözlə cavabdeh yoxlamadan qabaqkı müddət üçün sanksiya tətbiq edə bilməz.

51. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, 29 noyabr 2019-cu il tarixli 1704-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinin 85.4-cü maddəsinə yeni ikinci abzas əlavə edilmişdir. Həmin normada qeyd edilmişdir ki, bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci m addəsində göstərilən müddətdə həyata keçirilir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan səyyar vergi yoxlama keçiirlməsi barədə 05 oktyabr 2022-ci ildə qərar qəbul edən vaxt onun qərar qəbul edildiyi tarixdən əvvəlki 3 illik dövrü yoxlamaq səlahiyyəti olduğundan cavabdeh qərardan əvvəlki 3 illik dövr üzrə yoxlama keçirməkdə haqlı olmuşdur. Bundan başqa, yoxlama Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulan dövrü də keçməmişdir. Müvafiq olaraq mübahisələndirilən vergi məsuliyyətinə cəlb etmə haqqında qərarın bu əsasdan çıxış etməklə ləğvinə dair gəlinmiş nəticə də düzgün olmamışdır.

53. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən əsaslı olduğundan həmin şikayət qismən təmin edilməli, apellyasiya məhkəm əsinin qərarı qismən ləğv edilməklə, iddianın təmin olunan hissəsi qismən rədd edilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2025-ci il tarixli, 21(103)-1375/2025 saylı qərarı qismən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********176615 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuli yyətə cəlb edilməsi haqqında” Qərarı 2019-cu il üzrə ƏDV və ona hesablanmış maliyyə sanksiyası, eləcə də 2019-cu il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə maliyyə sanksiyasının ləğv edilməsi hissəsində ləğv edilsin. İddia həmin hissədə rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2025-ci il tarixli, 21(103)-1375/2025 saylı qərarı qalan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********176615 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı yoxlanılan dövr üzrə (2019-2021-ci il lər) mənfəət vergisi və ona hesablanmış maliyyə sanksiyası; yoxlanılan dövr üzrə (2019-2022-ci illər) ödəmə mənbəyində tutulan vergi (muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi istisna olmaqla) və ona hesablanmış maliyyə sanksiyası hissəsində dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar