Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2593/2025 22.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fiziki şəxslər tərəfindən bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naz irliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 may 2025-ci il tarixli, 2-1(103)-515/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə "xxxx" MTK arasında 19 aprel 2022-ci il tarixli 0173 №-li payçı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, MTK ünvan 1 ünvanda tikilməkdə olan yaşayış kompleksinin 4-cü binasında, 13-cü mərtəbə, 7 №-li, 3 otaqlı mənzili tikib payşıya təhvil verməyi, payçı isə mənzili qəbul edib bütün ödənişləri etməyi öhdəs inə götürüb. Mənzilin ümumi dəyəri 150084 manat (ƏDV daxil) müəyyən edilib. İlkin olaraq 46044 manat ödənilməli, qalan 104.800 manat isə müqaviləyə əlavə olunan cədvələ uyğun ödənilməlidir.
2. Müqavilənin 2.7-ci bəndinə görə payçı ödənişlərin əsas və ƏDV-yə aid hissələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirəcəkdir.
3. İddiaçı son ödənişi xx.xx.2023-cü il tarixdə 15.000 manat məbləğində həyata keçirmələ mənzilin dəyətini tam ödəmişdir.
4. İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edərək mənzilə görə ödənilmiş ƏDV-nin geri qaytarılmasını xahiş etmişdir.
5. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2023-cü il tarixli, **********572200 saylı qərarı ilə yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina etmiş, imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasının 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç.241 ünvanında yerləşən “AVANT Park” yaşayış kompleksinin 4-cü binasında, 4-cü blok, 13-cü mərtəbə, 7 №-li, üç otaqlı olan mənzilə görə iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASCnin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəl irlər Baş İdarəsinin üzərinə qoyulması və xx.xx.2023-cü il tarixində qəbul edilmiş, **********572200 saylı imtina qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı ərizəsini işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq əsaslandırmış və hesab etmişdir ki, cavabdehin qərarı əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.
8. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixli elektron ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş və ərizəyə 0173 nömrəli müqavilə və bank mədaxil qəbzləri əlavə edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, onun tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Bu da “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. Bununla da onun müraciəti üzrə “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilm əsi haqqında” xx.xx.2023-cü il tarixində qəbul edilmiş **********572200 nömrəli qərar qəbul edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəməsinin 6 avqust 2024-cü il tarixli, 2-1(112)-8128/2024 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi təmin edilərək cavabdehin xx.xx.2023-cü il tarixində qəbul edilmiş, **********572200 saylı qərarı ləğv edilmiş və ünvan 3 ünvanında yerləşən “AVANT Park” yaşayış Kompleksinin 4-cü binasında, 4-cü blok, 13-cü mərtəbə, 7 №-li, üç otaqlı olan mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lok al Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması öhdəliyi cavabdehə həvalə edilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, “yaşayış sahəsinə ödənişin qəsdən fərqli qaydada həyata keçirilməsi iddiaçıya münasibətdə hər hansı əlverişli şərait yaratmır. Qeyd edilən dövrdə ƏDV məbləğinin əsas vəsaitdən ayrı ödənilməsi üçün texniki imkanların mövcud olmasına da cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən üçüncü şəxs "xxxx" MTK tərəfindən həmin ƏDV məbləği ilə bağlı hesabat təqdim etməsi və depozit hesabına köçürülmüş olması ilə bağlı da hər hansı şübhə və mübahisə yoxdur. Odur ki, iddiaçının yaşayış sahəsinə görə ödənişi müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürməsi fo rmal xəta olaraq qəbul edilməli və iddiaçının hüquqların həyata keçirilməsinə mane olan hal kimi dəyərləndirilməməlidir.”
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 may 2025-ci il tarixli, 21(103)-515/2025 nömrəli qərarı ilə (hakimlər - K.Əkbərov /sədrlik edən və məruzəçi/, N.Nəbizadə və M.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 6 avqust 2024-cü il tarixli qərarı ləğv edilərək iddia təmin edilməmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən aşağıdakıları qeyd etmişdir: - ƏDV-nin geri qaytarılm ası üçün fiziki şəxslər alınmış yaşayış sahəsi üzrə ödənişlərin həyata keçirilməsi zamanı yuxarıda qeyd edilən tələblərə uyğun şəkildə ödənişləri həyata keçirməlidirlər. Yəni, yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının ("xxxx" MTK-nın) bank hesabına, ƏDV məbləğini isə satıcının ("xxxx" MTKnın) ƏDV depozit hesabına ödəməli olduğu halda, İddiaçı tərəfindən yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Beləliklə, yaşayış sahələrinə görə İddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılma sı Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. - İddiaçı tərəfindən ödənişlərin həyata keçirildiyi dövrdə Qaydaların qüvvəyə minməsinə baxmayaraq, qeyd olunan əməliyyatın həyata keçirilməsi üçün portaldan istifadə edilməsinə ehtiyac yox idi. Portal yalnız vətəndaşın müraciətinin elektron qaydada qeydiyyata alınması, yəni bu sahədə asanlaşdırılmanın təmin edilməsi üçün yaradılmış informasiya sistemidir. Həmçinin, "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış payçı müqavilələrində həqiqətən də ƏDV-nin ayrıca ödənilməsi şərti və bunun üçün "xxxx" MTK-nın ƏDV depozit hesabı qeyd edilmədiyi müəyyən olunur. Odur ki, göstərilən səbəblərdən, yəni MTK-nın alıcıya (hazırkı iddiaçıya) verginin depozitə ödənilməsi üçün depozit hesabı verməməsi, ƏDV məbləğinin ayrıca depozit hesaba ö dənilməli olması izah edilməməsi ilə əlaqədar iddiaçı ona zərər dəydiyini hesab edirsə, bu barədə müvafiq qaydada məhkəmədə iddia qaldıra bilər.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayətinin dəlilləri aşağıdakı kimi olmuşdur: - "xxxx" MTK Qayda qəbul edilməzdən çox əvvəl nağdsız, şəffaf dövriyyə ilə çalışmış və hal-hazıradək də vergi ödənişlərində şəffaflığı şəxsən özü təmin etmişdir. Müvafiq dövrlərə dair ƏDV vergi bəyannamələri və cavabdehin səyyar vergi yoxlama aktı ilə hər hansı ƏDV öhdəliynin olmaması məhkəməyə aydın olduğu halda təbii ki, alıcı vət əndaşın, iddiaçının müvafiq hərəkətləri müəyyən edilmiş formal qaydalara uyğun olmaya bilər ki, bu da formal tələbdir. Həmin abzasda məhkəmə satıcı MTK-nın ƏDV məbləğini İddiaçıdan aldığını və satıcıdan birbaşa dövlətə keçməsini etiraf etməsinə baxmayaraq, ƏDV-nin başqa hesaba ödənilməməsini formal tələb kimi qəbul etməməklə ziddiyyətli bir hal yaratmışdır. - Sözügedən Qaydanın 5.1.2-ci bəndinə əsasən “alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir” tələbi formal tələbdir. Qaydanın məzmununda sadəcə 5.3-cü bənd üzrə vergi orqanına nəzərdə tutulmuş 90 gün müddətindən artıq olmayan müddətdə müraciət olunması tələb olunmaqdadır. Bu o deməkdir ki, digər müddəalar imperativ xa rakter daşımır, sadəcə normativ-hüquqi aktın formal tələbidir. - Məhkəmə Qaydanın tələblərinə görə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsini, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətinin təşkil edilib, edilməməsini, həmçinin Dövlət Vergi Xidmətinin operator vəzifəsini tam düzgün icra edib-etməməsini, proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasının və idarə edilməsinin, alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat ba zasına ötürülməsi öhdəliyinin araşdırmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Vergi Məcəlləsi: Maddə
165. Verginin sıfır (0) dərəcəsi ilə tutulması 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyriyaşayış sahələrini aldıqda, ƏDV-nin qayta rılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə yeni məzmunda 165.6-cı maddə əlavə edilmişdir. 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1305) ilə 165.6-cı maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.
18. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyriyaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmə si üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçə rək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqda n sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə.
19. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahi sə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı t am olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İlk növbədə qeyd edilməlidir ki, hazırkı mübahisəyə dair iş üzrə iddiaçı tələbində həmçinin cavabdehin xx.xx.2023-cü il tarixli, **********572200 saylı “Yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarının ləğv olunmasını xahiş etsə də, həqiqətdə iddiaçının hüquqi marağı və məqsədi əldə etdiyi yaşayış sahəsinə görə nağdsız qaydada satıcının bank hesabına ödədiyi 150844 manatın ƏDV məbləğinin 30 faizinin ona qaytarılması barədə cavabdeh tərəfindən qərarın (əlverişli inzibati aktın) qəbul edilməsinə nail olmaqdan ibarətdir.
24. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2022-ci ildə bağlanmış müqavilə əsasında iddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küç.241 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 4-cü binasında, 4-cü blok, 13-cü mərtəbə, 7 №-li, 3 otaqlı olan mənzili almış və bu mənzilə görə ƏDV daxil 150.844 manat məbləğində pul vəsaitlərini MTK-nın hesabına mədaxil edilmişdir. İddiaçı tərəfindən ödənilən mənzilin dəyəri (ƏDV daxil) "xxxx" MTK-nın bank hesabına köçürülmüş və son ödəniş xx.xx.2023cü il tarixdə 15.000 manat məbləğində həyata keçirilmişdir.
25. İddia tələbinin maddi-hüquqi əsasları ilə bağlı qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir.
26. Göründüyü kimi, istinad edilən norma fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti il ə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir.
27. Bundan sonra, həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
28. Sözügedə n Qaydanın 5-ci bəndində təsbit edilmiş şərtlərdən göründüyü kimi bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün aşağıdakı şərtlər müəyyən edilib:
1. Yaşayış və qeyri-yaşayış sahələrinin alıcıya təqdim edilməsi;
2. Alıcının yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada ödəməsi;
3. Alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilməsi;
4. Yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini tam ödəməsi;
5. Yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan k eçərək elektron kabinetini yaratması və Qaydada nəzərdə tutulmuş sənədləri portala göndərməsi.
29. Alıcı tərəfindən Qaydalarla müəyyən edilmiş şərtlərə uyğun nağdsız ödəmələrin edilməsi, buna imkan verən sistemin mövcudluğunu tələb edir. Buna görə də Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanında, Qaydanın tətbiqini təmin etmək üçün təşkilati-institusional və texniki tədbirlərin görülməsi nəzərdə tutulmuş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliy i yanında Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına təmin etsin.
30. Qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsi ilə tətbiq olunan “nağdsız qaydada ödənilmiş ƏDV-nin bir hissəsinin (30%-nin) alıcıya qaytarılması” mexanizminin əsas hədəflərindən biri nağdsız hesablaşmaların stimullaşdırılmasından ibarətdir. Belə ki, tikinti bazarında ödənişlərin uzun müddət nağd şəkildə aparılması təcrübəsi geniş yayılmışdı və bu da dövriyyənin şəffaflığının, habelə dövlət büdcəsinə daxilolmaların azalması kimi risklər yaradırdı. Bu baxımdan ƏDV-nin bir hissəsinin qaytarılması, alıcıları nağdsız (bank vasitəsilə) ödənişə həvəsləndirmə m exanizmidir. Həmçinin ƏDV-nin qaytarılması qaydaları, alıcının maraqlarının qorunması və istehlakçı nəzarətinin gücləndirilməsi məqsədinə xidmət edir. ƏDV-nin qaytarılması alıcını aktiv tərəfə çevirir, çünki yalnız rəsmi müqavilə və nağdsız ödənişlə ƏDV-nin 30%-ni geri ala bilir. Bu, alıcıları satıcıdan rəsmi əməliyyat tələb etməyə vadar edir və dolayı yolla satıcını vergidən yayınmamağa məcbur edir.
31. Həmçinin qeyd olunmalıdır ki, nağdsız qaydada ödənilmiş ƏDV-nin 30%-nin alıcıya qaytarılması qaydasının normativ əsasları ikipilləli tənzimlənib. Birinci olaraq Vergi Məcəlləsinin 165.6-cı maddəsində ƏDV-nin 30%-nin alıcıya qaytarılması ümumi prinsip kimi müəyyən edilib (bu maddə əvvəl birinci və ikinci cümlələrdən ibarət olub və 2020-ci il 01 yanvar tarixdən qüvvəyə minib), lakin bunun şə rtlərinin və qaydasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq ediləcəyi qeyd edilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə sözügedən Qayda təsdiq edilib. Ümumiyyətlə, Vergi Məcəlləsinin 165.6-cı maddəsində bəhs olunan “nağdsız qaydada ödənilmiş ƏDV-nin bir hissəsinin (30%-nin) alıcıya qaytarılması”, qanunla əsaslandırma və icra hakimiyyətinin aktı ilə konkretləşdirmə modelinə uyğun məzmunda tənzimləmədir.
32. Buna görə də Vergi Məcəlləsinin 165.6-ci maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən sözügedən Qayda qüvvəyə mindiyi 2022-ci ilin mayın 25-i tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş, ödənişi nağdsız qayd ada tam həyata keçirmiş və ya ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin qaytarılmasının mümkünlüyü barədə sual yaranır. Çünki yuxarıda qeyd olunduğu kimi Qaydalarla müəyyən edilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin yaradılması üçün tədbirlər məhz 2022-ci il 25 may tarixli Fərmanın icrası qaydasında həyata keçirilmiş, portal xx.xx.2022-ci il tarixdən istifadəyə verilmiş, portalın istifadəyə verilməsi barədə mətbuatda xx.xx.2022-ci il tarixdə saytda rəsmi açıqlama verilmişdir. Həmin vaxta qədər Vergi Məcəlləsinin 165.6-cı maddəsinin əlçatan dərəcədə anlaşılan dispozisiya şərtinə (ödənişin nağdsız qaydada aparılmasına) əməl etməklə, əslində bu qaydanın hədəflərinə mövcud vasitələrlə xidmət etmiş alıcıların mənafelərinin qorunması tələb olunur.
33. Məhz bu na görə Qaydanın 6-cı bəndində keçid müddəaları nəzərdə tutulmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövr ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qəbul edilməsinin mənzil alan şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir.
34. Qaydanın 6.1-ci maddəsindən göründüyü kimi keçid müddəalarının tətbiq edildiyi iki kateqoriyadan olan alıcılar nəzərdə tutulmuşdur:
1. Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirm iş şəxslər; 2.. Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılar.
35. Keçid müddəaları 1-ci kateqoriyadan olan şəxslərə bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq, bu Qayda qüvvəyə mindiyi tarixdən sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdiyi halda ƏDV-nin 30 faizinin qaytarılmasını müəyyən edir. 36. 2-ci kateqoriyadan olan şəxslərin də bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq ƏDV-nin 30 faizini almaq h üququ təsbit edilib. Lakin 2-ci kateqoriyadan olan alıcıların (yəni, Qayda qüvvəyə mindiyi tarixədək əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcıların) bu Qayda qüvvəyə mindiyi tarixdən sonra ƏDV-ni depozit hesabına ödəməkdən azad edən norma yoxdur.
37. Alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı xx.xx.2022-ci il tarixdən yaranmışdır. İddiaçı tərəfindən aparılmış sonuncu ödəniş portalın istifadəyə verilməsindən sonrakı vaxta təsadüf edir, başqa sözlə, mübahisəsiz olaraq texniki imkanın mövcud olmasına baxmayaraq, ödəniş Qaydanın 5.1.2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun həyata keçirilməmişdir.
38. Beləliklə, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, yaşayış sahələrinə görə iddiaçı tərəfindən aparılmış ödə nişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil və iddiaçının tələbinin təmin olunması üçün istinad olunan qanunvericiliyin dispozisiya şərtləri də ödənilmiş olmur.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 may 2025-ci il tarixli, 21(103)-515/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.