Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2597/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət mənzil fonduna daxil olan binanın dam örtüyünün əsaslı təmir olunması) 28.01.2026 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “dam örtüyünün əsaslı təmir olunması və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 13 may 2025-ci il tarixli, 21(103)-982/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən, sahəsi 74,8 kv.m olan qeyri-yaşayış sahəsi iddiaçının, ikinci mərtəbəsində yerləşən 33 nömrəli mənzil isə "xxxx" MMC-nin mülkiyyətindədir.
2. Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 9 saylı Mənzil-kommunal istismar sahəsinin əməkdaşları və 9-cu polis bölməsinin sahə inspektoru tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2021-ci il tarixli aktda qeyd edilmişdir ki, Əhməd Cavad küçəsi 24A ünvanında yerləşən 2 mərtəbəli binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin sahibi ola n iddiaçıdan xx.xx.2021-ci ildə 9 saylı MKİS-ə daxil olmuş şikayət ərizəsi ilə əlaqədar onun qeyri-yaşayış sahəsinə baxış keçirilmişdir. Baxış zamanı intensiv yağan yağış sularının dam örtüyündən ikinci mərtəbədəki yaşayış olmayan 33 nömrəli mənzilə, oradan da sözgedən qeyri-yaşayış sahəsinə fasiləsiz olaraq axıb töküldüyü, həmçinin iddiaçının icarəyə verdiyi təmirli qeyri-yaşayış sahəsinin tavanı və divarlarının yuxarı mərtəbədən axan yağış suları nəticəsində yararsız vəziyyətə düşüb maddi ziyan dəydiyi aşkar edilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək sözügedən binanın dam örtüyünün istifadəyə yararsız sahəsinin və ona məxsus qeyri-yaşayış sahəsinin ləkələnmiş divarının və tavanının əsaslı təmir olunmasını xahiş etmişdir.
4. Cavabdehin tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının müraciəti baxılması və cavab verilməsi üçün Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir.
5. Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının müraciəti ilə əlaqədar Ə.Cavad küçəsi 24A (İstiqlaliyyət küçəsi 47) ünvanına baxış keçirilmişdir. Baxış zamanı 9 saylı Mənzil-kommunal istismar sahəsi tərəfindən Əhməd Cavad küçəsi 24A ünvanındakı 2 mərtəbəli binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin sahibi olan iddiaçının şikayətinin xx.xx.2021-ci ildə təmin olunduğu bildirilmişdir. Belə ki, binanın dam örtüyü həmin vaxt şüşəli ruberoidlə cari təmir edilmişdir. Binanın dam örtüyünün əsaslı təmir olunması 2022-ci ilin ti tul siyahısına salınmışdır.
6. Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 9 saylı Mənzil-kommunal istismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Əhməd Cavad küçəsi 24A ünvanında yerləşən 2 mərtəbəli binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin sahibi olan iddiaçının şikayəti xx.xx.2021-ci ildə təmin olunmuşdur. Sakinin dam örtüyünə şüşəli ruberoid vurulmuşdur, əsaslı təmir olunması üçün 2021-2022ci ilin titul siyahısına salınmışdır və 2023-cü ilin titul siyahısına salınacaqdır.
7. Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Mənzil Kommunal Təsərüfat Departamentinə və "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, 1913-cü ildə inşa edilmiş İstiqlaliyyət küçəsi 47 ünvanında yerləşən 2 mərtəbəli bina, qır dam örtüyünün əsaslı təmiri üçün 2023-cü il ərzində əsaslı təmirə ehtiyacı olan yaşayış evlərinin titul siyahısına əlavə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Cavabdeh2, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Səbail rayon MənzilKommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 47 ünvanında yerləşən 33 nömrəli mənzilin tavanının üzərində quraşdırılmış dam örtüyünün istifadəyə yararsız sahəsinin, həmçinin ona məxsus qeyri-yaşayış sahəsinin ləkələnmiş divarının və tavanının əsaslı təmir olunması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC, "xxxx" MMC və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi iş üzrə üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 78 nömrəli sərəncamı ilə ünvan 4 ünvanındakı binanın sökülərək yerində 7 mərtəbəli ofis və otel binasının tikilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Odur ki, "xxxx" MMC binadakı bir çox yaşayış və qeyri-yaşayış sahələrini alıb öz mülkiyyətinə keçirib. Aldığı mənzillərdən biri də 33 nömrəli mənzildir. "xxxx" MMC Mənzil Məcəlləsinin 27 və 28-ci maddələrinin tələblərinin ziddinə olaraq, həmin mənzildə özbaşına yenidənqurma və yenidənplanlaşdırma işləri apar araq sanitariya, tikinti-texniki norma və qaydalarını kobul şəkildə pozmuşdur. Belə ki, o həmin mənzilin tavanının üzərində quraşdırılmış dam örtüyünün üç yerində uzunluğu 1,5 metr, eni 1 metr ölçüsündə olan sahələri uçurub dağıtmış, bunun nəticəsində tavanın zədələnmiş taxtaları 2018-ci ildən bəri intensiv yağan yağış və qar sularının təsirindən çürüyüb yararsız hala düşərək çöküb vanna forması aldığından, oraya çoxlu miqdarda su kütləsi yığılır. Bu yığılmış su kütləsi dam örtüyündən ikinci mərtəbədəki həmin mənzilə, oradan da fasiləsiz olaraq iddiaçının qeyri-yaşayış sahəsinə axıb tökülməkdədir. Bu səbəbdən iddiaçıya məxsus qeyri-yaşayış sahəsi, eləcə də daxilindəki qiymətli əşyalar yararsız hala düşüb xarab olmuşdur. Bunun qarşısı vaxtında alınmazsa iddiaçının da qeyri-yaşayış sahəsinin tavanı çürüyüb uçar, qısa elektrik qapanmasından yanğın, su basma və sair kimi bədbəxt hadisələr baş verə bilər. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə binanın mənzillərinin və qeyri-yaşayış sahələrinin və həmin binanın sökülməsi, həmin sahədə hər hansı inşaat işlərinin aparılması, ərazinin hasarlanması, binaya giriş-çıxışın məhdudlaşdırılması, kommunikasiya xətlərinin kəsilməsi, binanın bilvasitə yaxınlığına ağır texnikaların yerləşdirilməsi Bakı şəhər İcra Hakimiyyətinə, "xxxx" MMC-yə və digər şəxslərə qadağan edilib. Lakin buna baxmayaraq, "xxxx" MMC bütün bu kobud qanun pozuntularını törətməyə davam edir və bunu o məqsədlə edir ki, mülkiyyətində olan mənzildən aşağıda yerləşən qeyri-yaşayış sahələrini qəzalı vəziyyətə salsın, dəyərsizləşdirib həm in sahələri ələ keçirsin. Bu qəzalı vəziyyətin yaranmasında iddiaçının heç bir təqsirinin, məsuliyyətinin olmamasına baxmayaraq, məcburiyyət qarşısında qalıb onun qarşısını müvəqqəti olaraq almaq üçün 2018 və 2019-cu illərdə dam örtüyünün su buraxan yerlərinə öz vəsaiti hesabına ruberoid (tol) çəkdirmişdir. 2020-ci ildə yenə də su axıb töküldüyündən bu dəfə əraziyə xidmət göstərən 9 saylı Mənzil-kommunal istismar sahəsi həmin dam örtüyünün su buraxan hissələrinə ruberoid (tol) çəkdirmişdir. Lakin belə cari, yüngül, sadə təmir işləri ilə dam örtüyündən su axmasının qarşısını birdəfəlik almaq qeyri-mümkündür. Hazırkı qəzalı vəziyyətin qarşısını birdəfəlik olaraq almaq üçün, yalnız 33 nömrəli mənzilin tavanını əhatə edən dam örtüyünün təxminən 20 metr enində və 25 metr uzunluğundakı sahəsinə mühafizə örtüyü çəkilməlidir. Əgər bu mühafizə örtüyü çəkilməzsə, həmin tavan tezliklə uçub dağılacaqdır. Odur ki, dam örtüyündə təcili olaraq əsaslı təmir işləri görülüb, qəzalı vəziyyətin birdəfəlik aradan qaldırılması üçün cavabdehlərə və "xxxx" MMC-yə ərizə ilə müraciət etmiş, lakin nəticəsi olmamışdır. Halbuki, binanın bütün sakinləri kimi, iddiaçı da 30 ildən çoxdur ki, MKTB-nin balansında olan binanın saxlanılmasına, dam örtüyünün təmirinə xidmət haqqı olaraq həmin təşkilatın büdcəsinə ildə 44,88 manat ödəyir. Hazırkı iddia tələbi ilə bağlı iddiaçı ilk olaraq müraciət etdiyi Səbail rayon Məhkəməsi iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspert rəyi alındıqdan sonra cavabdehlərin inzibati orqanlar olduğunu nəzərə alaraq işin baxılmamış saxlanılması barədə qərarda d qəbul etmiş və iddiaçıya Bakı İnzibati Məhkəməsinə müraciət etməsini məsləhət görmüşdür. Ekspert rəyindən də görünür ki, dam örtüyünün bir hissəsinin istifadəyə yararsız olması və çökməsi səbəbindən yağış, qar suları 33 nömrəli mənzilə, oradan da iddiaçının qeyri-yaşayış sahəsinə axıb tökülməkdədir.
11. Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən təqdim edilmiş iddiaya qarşı etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 47 ünvanında yerləşən yaşayış binası Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla, həmin Birliyin 9 saylı Mənzil-kommunal istismar sahəsinin xidmət dairəsindədir. Binanın qorunub saxlanılması və idarəçiliyinin həyata keçirilməsi həmin təşkilat tərəfindən təmin edilir. Ona görə də, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti hazırkı inzibati iş üzrə cavabdeh qismində cəlb edilə bilməz.
12. Bakı İnzibati Məhkəməsinin (hakim: Tural Məlikov) 06 sentyabr 2024-cü il tarixli, 2-1(112)-317/2024 nömrəli qərardadı ilə iddia cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Cavabdeh2 və Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə münasibətdə mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, həmin inzibati orqanlar ilə iddiaçı arasında hər hansı inzibati mübahisə yaranmadığından, iddiaçı həmin cavabdehlər tərəfindən onun hansı hüquqlarının pozulduğunu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyini əsaslandıra bilməmişdir. Həmin qərardad iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
13. Bakı İnzibati Məhkəməsinin (hakim: Tural Məlikov) 06 sentyabr 2024-cü il tarixli, 2-1(112)-317/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, ünvan 6 ünvanında yerləşən və iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ləkələnmiş divarının və tavanının təmir olunması vəzifəsi cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi iddianın təmin olunmayan hissəsində gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 6 ünvanında yerləşən binanın dam örtüyünün təmir edilməsi ilə bağlı əsasın olması hazırkı halda öz təsdiqini tapmadığından iddia həmin hissədə təmin olunmamalıdır.
15. Həmin qərar iddianın təmin olunan hissəsində cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
16. İddia çı isə apellyasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Orxan İsmayılov) 13 may 2025ci il tarixli, 2-1(103)-982/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən – iddianın təmin olunmayan hissəsində ləğv edilmiş, ünvan 8, 33 nömrəli mənzilin tavanının üzərində quraşdırılmış dam örtüyünün istifadəyə yararsız sahəsinin əsaslı təmir olunması vəzifəsi cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilmiş, bi rinci instansiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmayan hissəsində birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehin məktublarından göründüyü kimi, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi bina, dövlət mənzil fonduna aid olmaqla tarixi memarlıq abidəsi kimi yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş, əsaslı təmir olunması üçün 2021-2022-ci ilin titul siyahısına salınmış və 2023-cü ilin titul siyahısına salınacaqdır. Cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Bakı şəhəri mənzil-kommunal təsərrüfatının idarəetmə sisteminin təkmilləşdirilməsi tədbi rləri haqqında” xx.xx.1999-cu il tarixli, 444 nömrəli sərəncamı əsasında Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı strukturunda şəhər üzrə mənzil-kommunal xidməti sahələri bazasında vahid idarəetmə orqanı kimi yaradılmışdır. Cavabdeh, əhalinin mənzil-kommunal xidmətlərinə tələbatın tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsini, balansında olan mənzil fondunun idarə olunmasını, istismarını, qorunmasını təşkil etmək, yaşayış sahəsindən istifadə, yaşayış evini və evətrafı ərazini saxlama qaydalarına vətəndaşlar tərəfindən əməl olunmasına nəzarət edilməsi, şəhər ərazisinin sanitariya qaydalarına uyğun olaraq təmizlənməsi, bərk məişət tullantılarının yığılması, daşınması, payız-qış mövsümündə şəhərdaxili yolların yağıntılardan təmizlənməsi, küçələrin yuyulmas ı, dezinfeksiya edilməsi, sahibsiz heyvanların sığınacaqlarda saxlanılmasının təmin edilməsi, struktur təşkilatların fəaliyyətinin əlaqələndirilməsi və onlara rəhbərlik edilməsi, şəhərin məhəllədaxili yollarının və səkilərin istismarı, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması, təsərrüfat sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələrin istismarı, şəhərin mənzilkommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 154 nömrəli sərəncamının 1 nömrəli əlavəsi ilə təsdiq edilmiş Mənzil-Kommunal Təsərrüfat Departamentinin Nizamnaməsinin 2.18-ci bəndinə əsasən, Departament əsaslı tikinti və təmir sahəsində Bakı şəhər İcra Hakimiyyəti və investorlar tərəfindən ona verilmiş səlahiyyətlər d airəsində abadlıq və tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmir işlərini həyata keçirir. Hazırkı halda Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 47, 33 nömrəli mənzilin tavanının üzərində quraşdırılmış dam örtüyünün yararsız hala düşməsi səbəbindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə zərər dəyməsi işdə olan sənədlərlə, fotoşəkillərlə öz təsdiqini tapır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/1479 nömrəli ekpert rəyindən də müəyyən edilir ki, ünvan 7 ünvanında yerləşən mənzilin üzərində quraşdırılmış dam örtüyünün bir hissəsi istifadəyə yararsız vəziyyətdədir, bu hal iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin divarlarının və tavanın yararsız hala gəlməsi ilə nəticələnir, dam örtüyü təmir edilmədən divarlarda və tavanda yaranmış qüsurların aradan qaldırılması ağlabatan deyil. Belə ki, iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsinin ləkələnmiş divarının və tavanının təmir olunacağı təqdirdə belə istifadəyə yararsız dam örtüyü səbəbindən eyni nəticə qaçılmazdır. Məhkəmə kollegiyası qeyd edir ki, binanın balanssaxlayıcısı cavabdeh inzibati orqan olduğundan və dövlət mənzil fonduna daxil olduğu üçün binanın qorunmasını təşkil etmək, abadlıq və tikinti, binanın əsaslı təmir işlərini həyata keçirmək də cavabdehin üzərinə düşür.
19. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və mübahisələndirilən hissədə iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİ RAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətinin əsasının mahiyyətcə onun iddiaya qarşı etirazının dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hall arda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərar ının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya insta nsiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Hazırkı iş üzrə kassasiya icraatının predmetini təşkil etməsi baxımından iddiaçının hüquqi marağı və məqsədi ona məxsus qeyri-yaşayış sahəsinin üst mərtəbəsində yerləşən, ünvan 8 ünvanında yerləşən 33 nömrəli mənzilin tavanının üzərində quraşdırılmış dam örtüyünün istifadəyə yararsız sahəsinin əsaslı təmir olunmasına nail olmaqdan ibarətdir.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətl əndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.
33. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxla nılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 may 2025-ci il tarixli, 21(103)-982/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.