Məhkəmə qərarları › İş №2-1(102)-2598/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2598/2025

16.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2598/2025 16.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı bir icraatda birləşdirilmiş inzibati mübahisə üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarının ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı “bələdiyyənin İddiaçı2 torpaq sahəsi ayrılması barədə qərarının ləğv edilməsi”, İddiaçı2 cav abdeh Biləcəri Bələdiyyəsinə qarşı “İddiaçı1 torpaq sahəsi ayrılması barədə bələdiyyə qərarlarının etibarsız hesab edilməsi” barədə iddia tələblərinə dair bir icraatda birləşdirilmiş inzibati mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 may 2025-ci il tarixli, 2-1(103)-388/2025 nömrəli qərarından İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin 11 a nömrəli, xx.xx.2005-ci il tarixli qərarına əsasən İddiaçı1 Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin ərazisində 3000 kv metr torpaq sahəsi ayrılmışdır.

2. Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin 858 nömrəli, xx.xx.2005-ci il tarixli qərarına əsasən İddiaçı1 Biləcəri Bələdiyyəsinin ərazisində 3300 kv metr torpaq sahəsi ayrılmışdır.

3. Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi ilə İddiaçı1 arasında torpaq sahəsinin alqı-satqısına dair aktlar bağlanmış və sonuncu tərəfindən torpaq sahəsinin dəyəri ödənilmişdir.

4. Digər tərəfdən, Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin 828a nömrəli, xx.xx.2007-ci il tarixli qərarına əsasən İddiaçı2 Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin hüdudlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu torpaq sahəsinə bitişik 7350,0 kv metr torpaq sahəsi ayrılmışdır.

5. İddiaçı1 cavabdeh tərəfindən ona ayrılan torpaq sahəsi ilə İddiaçı2 ayrılan torpaq sahəsinin üst-üstə düşməsinə istinad edərək, sonuncu barəsində qəbul edilmiş qərarın ləğv edilməsi tələbi ilə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda torpaq sahələrinin üst-üstə düşməsini, lakin İddiaçı2 torpaq sahəsinin ayrılmasına dair qərarın ləğv edilməsinin mümkün olmadığını bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı1 Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı iddia qaldıraraq, cavabdehin xx.xx.2007-ci il tarixli 828/a saylı qərarının ləğv olunmasını xahiş etmişdir.

7. İddiaçı1 tələbini onunla əsaslandırmışdır ki, ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün cavabdehin xx.xx.2005-ci il tarixli 11a nömrəli qərarı ilə 3000 kv. metr və xx.xx.2005-ci il tarixli 858 nömrəli qərarı ilə 3300 kv metr torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlanmı ş, torpağın dəyəri tam həcmdə ödənilmişdir. Hal-hazırda da torpaq sahəsi onun tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunur. Lakin, Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli cavab məktubuna və Biləcəri Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən ona məlum olmuşdur ki, sonradan, ona məxsus həmin ərazi (Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1 ünvanında) Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 828/a nömrəli qərarı ilə İddiaçı2 ayrılmış 7350 kv.m torpaq sahəsi ilə üst-üstə düşür.

8. Digər tərəfdən, İddiaçı2 da Bakı İnzibati Məhkəməsində cavabdeh Biləcəri Bələdiyyəsinə qarşı iddia qaldıraraq, cavabdehin xx.xx.2005-ci il tarixli 11/a saylı və xx.xx.2005-ci il tarixli 858 saylı qərarlarının ləğv olunmasını xahiş etmişdir.

9. İddiaçı2 tələbin i onunla əsaslandırmışdır ki, mülkiyyətində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında 2,33912 ha ölçüdə torpaq sahəsinin üzərində tikilmiş qeyri-yaşayış sahələri vardır. Həmin torpaq sahəsinin üzərində onun tərəfindən qeyri-yaşayış obyektləri inşa edilib və o, qeyd edilən ərazidə 2007-ci ildən sahibkarlıq fəaliyyəti göstərir. Həmin torpaq sahəsinə bitişik ərazidə Biləcəri Bələdiyyəsi tərəfindən ona xx.xx.2007-ci il tarixli 828/a nömrəli qərara əsasən 7350 kv. m torpaq sahəsi ayrılmışdır. İddiaçı1 tərəfindən Biləcəri Bələdiyyəsinə qarşı iddia olunur ki, Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli və xx.xx.2005-ci il tarixli qərarları ilə ona ayrılmış 3000 kv.m və 3300 kv.m torpaq sahələri, həmin bələdiyyənin xx.xx.2007-ci il tarixli 828/a nömrəli qərarı ilə ona ayrılm ış eyni torpaq sahəsidir.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5247/2024 nömrəli qərardadı ilə İddiaçı2 Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair 2-1(112)-5247/2024 nömrəli inzibati işlə birləşdirilmişdir.

11. Cavabdeh iddiaya qarşı verdiyi yazılı etirazında işin hallarına istinad edərək bildirmişdir ki, İddiaçı1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli və xx.xx.2005-ci il tarixli qərarları ilə torpaq sahəsi ayrılmışdır. Bələdiyyədə aparılan araşdırma zamanı eyni torpa q sahəsinin Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli, 828/a nömrəli qərarla İddiaçı2 da ayrılması müəyyən edilmişdir. 2005-ci və 2007-ci illərdə torpaq sahələrinin ayrılması ilə bağlı qərarlar və digər sənədlər Dövlət Arxivinə təhvil verilmişdir. Eyni torpaq sahəsinin daha sonra başqa fiziki şəxsə hansı əsaslarla ayrılması barədə hər hansı məlumatın aşkar edilməsi isə mümkün olmamışdır. Hər iki torpaq sahəsi satıldığı gündən bugünədək İddiaçı1 qanuni sahibliyində və istifadəsindədir, o cümlədən İddiaçı1 tərəfindən hər iki torpaq sahəsi ilə bağlı vergilər tam həcmdə ödənilmişdir. Eyni zamanda, göstərilən torpaq sahəsinin İddiaçı2 satılması ilə bağlı, müqavilə və alqı-satqı aktı bağlanılmamış və torpağın dəyərinin ödənilməsi barədə sənədlər aşkar e dilməmişdir.

12. Məhkəmənin 05 mart 2024-cü il tarixli qərardadı ilə “Məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2024-cü il tarixli, 4/541-5/437 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ekspertizaya sənədlərin kserosurətlərinin təqdim olunması ilə əlaqədar imzaların çox zəif əks olunması, bununla da, hərf və cizgilərin başlanğıc və bitmə nöqtələrini izləməyin mümkün olmaması, imzaların cizgiləri ilə möhür əkslərinin cizgilərinin üst-üstə düşməsi səbəblərindən müəyyən bir qəti (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını tapıb qiymətləndirmək mümkün deyil. Odur ki, həmin imzalar tədqiqat üçün yararsızdır.

13. Bakı İnzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) 05 iyul 2024-cü il tarixli, 21(112)-3280/2024 nömrəli qərarı ilə İddiaçı1 iddia tələbi təmin edilmiş, cavabdeh Bakı şəhəri Binəqədi rayonu X1 Məmməd Kazım oğluna torpaq ayrılması barədə xx.xx.2007-ci il tarixli, 828/a nömrəli qərarının ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, cavabdeh Bakı şəhəri Binəqədi rayonu X4 Eldəniz Rizvan oğluna torpaq sahəsinin ayrılması barədə xx.xx.2005-ci il tarixli, 11/a saylı və xx.xx.2005-ci il tarixli, 858 saylı qərarlarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə İddiaçı2 iddiası təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı1 tərəfindən mübahisələndirilən Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 828/a saylı qərarı (inzibati aktı) qanuni inzibati akt xüsu siyyətinə malik deyildir. Belə ki, xx.xx.2007-ci il tarixli, 828/a saylı qərarla İddiaçı2 torpaq sahəsi ayrılanda həmin torpaq sahəsi artıq İddiaçı1 qanuni istifadəsində idi, İddiaçı1 həmin torpaq sahəsinin haqqını cavabdehə bank vasitəsilə ödəmişdi və torpaq sahəsinin İddiaçı1 ayrılması barədə cavabdehin qərarı mövcud idi, habelə cavabdeh ilə İddiaçı1 arasında akt imzalanmışdı. Eyni torpaq sahəsinin iki müxtəlif şəxsə ayrılması isə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmamışdır. Bundan əlavə, İddiaçı2 ayrılmış torpaq sahəsi ilə bağlı bələdiyyə qərarı mövcud olsa da, həmin torpaq sahəsinə dair İddiaçı2 tərəfindən torpağın dəyərinin ödənilməsinə dair sənədlər, habelə onunla cavabdeh arasında torpaqla bağlı imzalanmış akt nə cavabdehdə, nə iddiaçıda mövcud deyildir. Ba şqa sözlə, cavabdeh İddiaçı1 qanuni istifadəsində olan, ilkin olaraq həmin şəxsə ayrılmış, dəyəri ödənilmiş və barəsində akt tərtib edilmiş, yəni artıq bələdiyyə sərəncamında olmayan torpaq sahəsi barədə, səlahiyyətlərini aşaraq İddiaçı2 torpaq sahəsinin ayrılması barədə xx.xx.2007-ci il tarixli, 828/a saylı qərar qəbul etmişdir. Lakin nəticə etibarı ilə faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt qəbul etmişdir. Belə ki, torpaq sahəsi artıq başqa şəxsə - İddiaçı1 ayrıldığı və həmin şəxs tərəfindən dəyəri ödənildiyi, habelə faktiki istifadəsində olduğu üçün Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 828/a saylı qərarının icrası qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir, qeyd edilən qərar qanunsuz qərardır və bu səbəbdən də ləğv e dilməlidir.

15. İddiaçı2 apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, İddiaçı1 iddiasının rədd edilməsini, öz iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Apellyasiya icraatı zamanı İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehin xx.xx.2005-ci il tarixli 11/a saylı və xx.xx.2005-ci il tarixli 858 saylı qərarlarının etibarsız sayılmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və G.M.Abbasova) 06 may 2025-ci il tarixli, 21(103)-388/2025 nömrəli qərarı ilə İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112) -3280/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, İddiaçı1 iddia tələbi qismən təmin edilmiş, Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 828/a nömrəli qərarı İddiaçı2 adına 5192 kv.m torpaq sahəsinin sənədləşdirilməsi hissəsində ləğv edilmiş, qalan hissədə İddiaçı1 iddia tələbi təmin edilməmiş, İddiaçı2 Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11a nömrəli və xx.xx.2005-ci il tarixli 858 nömrəli qərarlarının etibarsız hesab edilməsi haqqında iddia tələbi təmin edilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, yerquruluşu sahəsində mütəxəssis tərəfindən Biləcəri Bələdiyyəsinin 2005-ci ildə iki qərarı ilə İddiaçı1 ayrılmış cəmi, 6300 (3000+3300) kv.m torpaq sahəsinin yerində faktiki ölçüsü 5192 (2435+2757) kv.m təşkil etməklə, bələdiyyənin xx.xx.2007-ci il tarixli 828/a nömrəli qərarı ilə digər İddiaçı2 adına sənədələşdirilməsi qərara alınan 7350 kv.m torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur ki, bu da onların bir-birinə münasibətdə bələdiyyəyə qarşı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olduqlarını ehtiva edir. Bundan əlavə, İddiaçı2 apellyasiya şikayətinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində qeyd olunan məhkəmə ekspertinin rəylərinə istinadən, İddiaçı2 barəsində bələdiyyə qərarında və onun ərizəsi üzərindəki imzaların sədr “İ.M.Xəlilov” tərəfindən icra edildiyinə, digər İddiaçı1 barəsində olan mübahisələndirilən qərarlarda və onun ərizəsindəki imzaların isə saxta olduğuna dair dəlilləri əsassı z hesab edilməlidir. Belə ki, mübahisələndirilən bələdiyyə qərarlarında sədr “İ.M.Xəlilov” sözü qarşısında qoyulmuş imzaların sonuncuya məxsus olması istər cavabdeh Biləcəri Bələdiyyəsinin özü, istərsə də AR ƏN X6 tərəfindən mübahisələndirilməmiş, həmin qərarlar ləğv edilməmişdir. Bundan əlavə, cavabdeh Biləcəri Bələdiyyəsinin hər iki iddiaçıya münasibətdə mübahisələndirilən qərarlarının hər biri bələdiyyənin dairəvi möhürü ilə də təsdiq olunmuşdur. Digər tərəfdən, mübahisələndirilən qərarların məzmunu və üzərindəki rekvizitlər, onların həqiqliyini müəyyən etməyə kifayət qədər imkan verir. Həmçinin, Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 828/a nömrəli qərarının mətnindən aydın görünür ki, həmin qərarla onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu əraziyə bitişik olan 7350 kv.m torpaq sahəsinin İddiaçı2 adına sənədləşdirilməsi qərara alınmışdır. İddiaçı2 sahibkarlıq fəaliyyəti göstərdiyi torpaq sahəsi və üzərində yerləşən obyekt isə - xx.xx.2008-ci il tarixdə Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş mülkiyyət şəhadətnaməsinə əsasən əvvəlcə İddiaçı1 atası Rizvan Yusubov tərəfindən öz adına özəlləşdirilmiş, daha sonra onun tərəfindən İddiaçı2 satılmış və sonuncu xx.xx.2008-ci il tarixdə həmin əmlaka mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmışdır. Belə olan halda, Biləcəri Bələdiyyəsi tərəfindən İddiaçı2 adına 7350 kv.m torpaq sahəsinin sənədləşdirilməsi barədə qərarın arxa tarixlə, yəni, xx.xx.2007-ci il tarixdə rəsmiləşdirildiyini görməmək mümkün deyil. Qeyd edilən bu halların doğruluğu, həm də işə əlavə olunmuş təhqiqat materi alları ilə müəyyən edilən hallarla da təsdiq olunur. Belə ki, işə əlavə olunmuş Binəqədi Rayon Prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında qeyd edilmişdir ki, M.X2 sədri Ehtibar Cabbarovun qanunsuz əməlləri barədə prokurorluğa müraciət etmiş və onun müraciəti üzrə aparılmış araşdırma zamanı X7 adında şəxs, izahatında aşağıdakıları göstərmişdir: “...O, Bakı ş., Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında “Rizvan” adlı (İddiaçı1 atası) şəxsin xüsusi mülkiyyətində olan 2,33912 ha ölçüdə torpaq sahəsini 2008-ci ildə “Nazim” (İddiaçı2 oğlu) ilə şərikli qaydada almış, formal olaraq alqı-satqı müqaviləsi “Nazim”in atası İddiaçı2la bağlanmışdır. Bundan sonra, o, “Nazim”lə birlikdə həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamış, bir müddət son ra isə həmin əraziyə bitişik olan ayrı-ayrı şəxslərin mülkiyyətindəki torpaq sahələrini və qeyri-yaşayış sahələrini icarəyə götürərək sahibkalıq fəaliyyətini genişləndirmişdir...” Apellyasiya mərhələsində məhkəmə kollegiyasının 07 noyabr 2024-cü il tarixdə keçirilən iclasında şahid qismində dindirilən X7 məhkəməyə verdiyi ifadəsində də həmçinin təsdiq etmişdir ki, -...“Nazim Möhsümovla” yer axtarırdılar. Bələdiyyənin sədri İlham Xəlilovun yanına getdilər....2 yer var idi. Biri boş torpaq idi, biri çıxarışlı idi. Çıxarış olan torpağı biz aldıq. Bu tərəfi isə satmadı. 2008-ci ilin mart ayı idi. Bir az keçəndən sonra biz dedik ki, o biri torpağı da satın bizə, satmadılar. Vergi gəlirdi, sənəd istəyirdi. İlham Xəlilov 2008-2009-cu ildə 2007-ci il tarixinə bir dənə sənəd verdi (Ona verilən su alları cavablandırılarkən E.Yaqubov qeyd etmişdir ki, İddiaçı2 adına torpağı 2008-ci ilin mart ayında almışlar. Bələdiyyəyə məxsus torpaqla bağlı danışıqlar 2009-cu ildə olub, lakin “Rizvan”la (İddiaçı1 atası) razılığa gələ bilmədilər, satmıram dedi. Bələdiyyə sədri onlara sənədi 2009-cu ildə 2007-ci ilin adına verdi....bələdiyyə sədri oraya gəlib, söhbət “Rizvaın”ın otağında olub. Rizvan dedi ki, satdığı torpağın qabağı onundur, satmır. Bələdiyyə sədri isə özü dedi ki, özü bilər, torpağı alıb verəcək...” Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh bələdiyyənin İddiaçı2 barəsində xx.xx.2007-ci il tarixli qərarı arxa tarixlə, 2007-ci ildə, sonradan qəbul olunmuşdur. Bununla yanayşı, xx.xx.2007ci il tarixdə qəbul olunan həmin qərar qəbul olunsa da, icra olunmamış vəziyyətdə qalmışdır. Yəni, əvvəlcədən, bələdiyyə ilə torpağın alqı-satqısı həyata keçirilməmiş, müvafiq alqı-satqı aktı tərtib olunmamış, satılmış torpaq sahəsinə görə dəyəri bələdiyyənin bank hesabına ödənilməmişdir. Başqa sözlə, torpağın alqı-satqısı baş verməmişdır. Beləliklə, cavabdeh bələdiyyənin xx.xx.2007-ci il tarixli 828/a saylı qərarı qəbul olunsa da, faktiki olaraq heç bir hüquqi nəticə doğurmamışdır ki, belə olan halda həmin qərar qeyd olunan faktiki səbəblər üzündən icrası mümkün olmayan qərar kimi öz-özlüyündə əhəmiyyətsizdir. İddiaçı E.X3 Biləcəri qəsəbəsi ərazisində 3000 kv. m torpaq sahəsi ayrılmasına dair xx.xx.2005-ci il tarixli 11a nömrəli və 3300 kv.m torpaq sahəsi ayrılması haqqında xx.xx.2005-ci il tarixli 858 nömrəli qərarlarına dair məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin qərarlar daha əvvəl, 2005-ci ildə qəbul olunmuş və hər ikisinin icrasından irəli gələn bütün zəruri hərəkətlər yerinə yetirilərək, İddiaçı1 ilə Biləcəri Bələdiyyəsi arasında alqı-satqı aktları bağlanmış, alıcı torpağın dəyərini əvvəlcədən ödənmiş və ödəmə qəbzləri (xx.xx.2005-ci il tarixli 04 N-li ödəniş qəbzi üzrə 33600000 manat, xx.xx.2005-ci il tarixli 59 N-li ödəmə qəbzi üzrə 36960000 manat) ona verilmiş, torpaq onun qanuni sahibliyində və istifadəsində olmuş, bələdiyyə tərəfindən İddiaçı1 həmin torpaq sahələrinin vergi ödəyicisi kimi tanınınmış və tam həcmdə vergilər onun tərəfindən ödənilmişdir (Bələdiyyənin 19 iyul 2023-cü il tarixli 04/633 saylı arayışı və birinci instansiya məhkəməsinə ünvanlanmış 01./79 saylı 04 mart 2024-cü il tarixli məktubu ilə təsdiq olunur). Başqa sözlə, Biləcəri Bələdiyyəsinin, İddiaçı2 tərəfindən etibarsızlığı mübahisələndirilən həmin qərarları artıq icra olunmuşdur. Bundan əlavə, cavabdeh bələdiyyə tərəfindən həmin torpaq sahələri torpaq qanunvericiliyinin tələblərinə müvafiq olan səlahiyyəti çərçivəsində, həm də kimə ünvanlandığı məlum olan rəsmi sənəd formasında, yəni qərar formasında verilmişdir. Yəni, cavabdeh bələdiyyənin İddiaçı1 barəsində qərarlarının etibarsız sayılması üçün “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində göstərilən əsasların mövcudluğu müəyyən edilmir. Biləcəri Bələdiyyəsinin mübahisələndirilən qərarları ilə İddiaçı1 məxsus faktiki sahələri 2435,0 kv.m və 2757,0 kv.m (cəmi, 5192 kv m) təşkil edən və vahid elektron kadastr məlumatlarına əsasən bütövlükdə, həmin sahənin İddiaçı2 müraciət etdiyi ərazi ilə üst-üstə dü şən torpaq sahəsinin “X9” Şirkətinə aid “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşdiyinin qeyd edilməsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, adıçəkilən “Kontrakt” ərazisinin rəyə əlavə olunmuş plan-sxemində konkret olaraq Biləcəri Bələdiyyəsinin mübahisələndirilən qərarları ilə ayrılan torpaq sahəsinin yerləşdiyi yer müəyyən deyil. Həmçinin, həmin rəyin özündə qeyd olunur ki, göstərilən sahənin hər hansı dövlət təsisatının balansında olması barədə bazada məlumat yoxdur. Əlavə olaraq, “X9” Şirkəti tərəfindən bələdiyyə qərarları mübahisələndirilməmişdir. Bundan əlavə, həmin ərazidə hər tərəfdə qeyri-yaşayış sahələrinin fəaliyyət göstərdiyi müəyyən olunur və ən azından, mübahisəli torpaq sahəsinə bitişik olan 2,33912 ha ölçüdə torpaq sahəsi və onun üzərində yerləşən obyekt artıq 2008-ci ildə əvvəlcə iddiaçı E.Yusbovun atası Rizvan Yusubovun adına mülkiyyət hüququ ilə qeydə alınmış, sonuncu tərəfindən satıldıqdan sonra isə İddiaçı2 adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən edilən hallarla, cavabdeh tərəfindən sonradan qəbul edilmiş xx.xx.2007-ci il tarixli 828/a saylı İddiaçı2 barəsində qərarın qanunsuz olduğu və İddiaçı1 hüquqlarını pozduğu, xx.xx.2005-ci il tarixli 11a nömrəli və xx.xx.2005-ci il tarixli 858 nömrəli qərarların isə əsaslı olduğu sübuta yetirilir. Dolayısı ilə İddiaçı2 dəqiqləşdirilmiş iddia ərizəsinin və apellyasiya şikayətinin cavabdeh bələdiyyənin İddiaçı1 barəsində olan qərarlarının qanunsuz və saxta olduğunu mübahisələndirən dəlillərinin əsassız olduğu öz təsdiqini tapır.

19. İddiaç ı2 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, İddiaçı1 iddiasının rədd edilməsi, öz iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

20. İddiaçı2 kassasiya şikayətində işin hallarına və iddia ərizəsindəki dəlillərə istinad etmiş, əlavə olaraq bildirmişdir ki, İddiaçı1 barəsində qəbul edilmiş inzibati aktlardakı imzaların bələdiyyə sədri – İ.Xəlilova məxsus olmaması ilə bağlı işin halları hərtərəfli araşdırılmamış, iş üzrə keçirilmiş ekspert və mütəxəssis rəylərinin nəticələri düzgün qiymətləndirilməmiş, məhkəmə tərəfindən əsassız olaraq özəl ekspertizalardan mütəxəssis rəyi alınmışdır. Bundan əlavə, məhkəmə mübahisələndirilən qərarlardakı imzaların mötəbə rliyinin cavabdeh və X6 tərəfindən mübahisələndirilmədiyini qeyd etsə də, sonuncu məhkəmə icraatına cəlb edilməmiş, habelə həmin qurumdan müvafiq cavablar alınmamışdır. Lakin X6 tərəfindən kassatorun sorğusuna verilən cavabda qərarların və həmin qərarların qəbul edilməsinin əsası olan iclas protokollarının təqdim edilmədiyi bildirilmişdir. Bundan əlavə, məhkəmə tərəfindən İddiaçı1 təqdim etdiyi ödəniş qəbzlərinə əsasən pul vəsaitinin bələdiyyə büdcəsinə daxil olub-olmaması ilə bağlı araşdırma aparılmamışdır. Həmçinin, məhkəmə nəzərə almamışdır ki, İddiaçı1 barəsində qəbul edilmiş inzibati aktlar (2005-ci il tarixli) Dövlət Arxivinə 2023-cü ildə, 2007-ci il tarixli bələdiyyə qərarı isə 2019-cu ildə Dövlət Arxivinə təqdim edilmişdir. Bu isə ona dəlalət edir ki, həmin qərarlar sonradan qəbul edilmişdir. Məhkəmə bələdiyyə qərarlarının qeydiyyatı ilə bağlı məsələni də araşdırmamış, torpaq sahəsinin ayrılması zamanı müvafiq orqanlardan rəylərin alınıb-alınmadığı, iclasın keçirilib-keçirilmədiyi də aydınlaşdırılmamışdır. Sonuncu olaraq, mübahisəli ərazidə yerləşən tikililər kassator tərəfindən inşa edilmiş və ayrı-ayrı şəxslərə icarəyə verilmişdir. Lakin bu hallara da məhkəmə tərəfindən qiymət verilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı1 kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Ka ssasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 9 8.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı qismən, iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmış və bunun nəticəsində iş üzrə düzgün qərar qəbul etmişdir. Odur ki, apell yasiya instansiyası məhkəməsinin qərarının (mübahisələndirilən hissədə) ləğvi üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla belə, məhkəmə kollegiyası kassatorun dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

29. İlk növbədə, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, cavabdeh həm İddiaçı1, həm də İddiaçı2 torpaq sahəsinin ayrılmasına dair inzibati aktlar qəbul etmişdir.

30. Hazırkı iş üzrə İddiaçı1 və İddiaçı2 qarşılıqlı surətdə cavabdehin torpaq sahəsinin ayrılması barədə qəbul etdiyi qərarları mübahisələndirirlər (İddiaçı1 qərarın ləğvini, İddiaçı2 isə qərarların etibarsız hesab edilməsini xahiş etmişdir).

31. Qeyd edilməlidir ki, İddiaçı1, eləcə də İddiaçı2 eyni torpaq sahəsinə iddialı olması həm tərəflər arasında mübahisələndirilmir, həm də işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəfindən İddiaçı1 ayrılmış torpaq sahəsinin sonradan İddiaçı2 ayrılması bildirilmiş, habelə apellyasiya icraatında əldə edilən ekspert və mütəxəssis rəyləri ilə torpaq sahələrinin üst-üstə düşdüyü təsdiqlənmişdir.

32. İddiaçı1 ona məxsus olan torpaq sahəsinin sonradan İddiaçı2 ayrılmasını iddia edərək, sonuncu barədə qəbul edilmiş qərarı müba hisələndirmiş, İddiaçı2 isə İddiaçı1 barəsində qəbul edilmiş qərarlardakı imzanın bələdiyyə sədrinə məxsus olmamasına istinadən, sonuncu barəsində qəbul edilmiş qərarların - inzibati aktların etibarsız sayılmasını xahiş etmişdir.

33. İddiaçı2 cavabdeh bələdiyyənin İddiaçı1 barəsində xx.xx.2005-ci il tarixli 11/a saylı və xx.xx.2005-ci il tarixli 858 saylı qərarlarının etibarsız sayılması - həmin qərardakı imzaların bələdiyyə sədri tərəfindən icra edilməməsinə dair dəlilləri ilə əlaqədar qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində inzibati aktın etibarsızlığının əsasları təsbit edilmişdir: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunverici liyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt.

34. İddiaçı2 İddiaçı1 barəsində qəbul edilmiş aktlardakı imzaların bələdiyyə sədri tərəfindən icra edilmədiyinə, dolayısı ilə cavabdeh bələdiyyənin sonuncu barəsində qəbul etdiyi aktların mövcud və mötəbər olmaması, son nəticədə etibarsız olması hallarından çıxış etsə də qeyd olunmalıdır ki, inzibati aktdakı imzanın inzibati aktı qəbul etmək səlahiyyəti olmayan şəxs tərəfindən icra edilməsi ilə bağlı hal öz-özlüyündə (digər sübu tlar olmadığı, yalnız inzibati aktın səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmaması halına istinad etməklə) inzibati aktın etibarsız hesab edilməsi üçün yetərli əsas sayıla bilməz. Nəzərə alınmalıdır ki, inzibati aktın etibarsız sayılması üçün “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində sadalanan əsaslardan biri olmalıdır.

35. Belə ki, inzibati akt - dövlət idarəetməsində hakimiyyət səlahiyyətlərinin birbaşa təzahürüdür. İnzibati akt sadəcə bir sənəd deyil, dövlətin “publik hakimiyyət” imtiyazından istifadə edərək fərdin hüquqi sferasında konkret dəyişiklik yaratmaq iradəsidir.

36. Başqa sözlə, inzibati akt inzibati orqanın iradə ifadəsinin əks olunduğu hüquqi nəticəyə yönəlir. Tənzimləyici məzmun o deməkdir ki, inzibati orqanın hərəkəti sadəcə, məlumatlandırma və ya tövsiyə x arakteri daşımır. Əksinə, subyektiv hüquq və vəzifələri bilavasitə müəyyən edir, dəyişdirir və ya ləğv edir. Bu baxımdan, inzibati aktı “hakimiyyət sərəncamı” kimi xarakterizə etmək mümkündür. Burada əsas meyar inzibati orqanın iradə ifadəsinin xaricə yönələn subyektiv hüquqi statusa təsir göstərməsidir. Bir qayda olaraq inzibati aktlar yazılı formada olmalı və müəyyən edilmiş qaydalara riayət olunmaqla qəbul edilməlidir. İnzibati aktlara münasibətdə “yazılı forma” tələbi xüsusən inzibati orqanın iradə ifadəsinin müəyyənləşdirilməsi baxımından önəm kəsb edir. Bununla, inzibati orqanın iradəsini, yəni inzibati aktın əsaslandığı faktiki və hüquqi səbəbləri, eləcə də yaradılan hüquqi nəticələri aydınlaşdırmaq mümkün olur.

37. Bu baxımdan, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktda imza ilə bağlı forma tələbinin icrasında yol verilmiş pozuntu, inzibati orqanın həmin inzibati aktın yaratdığı hüquqi nəticələrdəki iradəsini birmənalı istisna edən amil kimi nəzərə alınmamalıdır.

38. Bu, o halda baş verə bilər ki, inzibati aktın özünü qəbul edən inzibati orqan tərəfindən həmin inzibati aktın onun iradə ifadəsini əks etdirməməsi bəyan edilsin.

39. Əgər inzibati orqan bu halda (imza ilə bağlı pozuntuya yol verilməsi halında) inzibati aktın mövcud olmasına və onun nəticələrini tanımasına istinad edirsə, bu halda bu vəziyyət inzibati orqanın iradəsinin ratifikasiyası kimi qəbul edilməlidir.

40. Başqa sözlə, “İnzibati aktdakı imzanın onu icra etmiş şəxsə məxsus olmaması müəyyən edilsə də, aktı qəbul etmiş inzibati orqan həmin aktın öz iradəsinin ifadəsi olduğunu və hüquqi nət icələr doğurduğunu inkar etmirsə, inzibati akt digər forma üzrə tələblərə cavab verirsə, inzibati aktların arxivində aşkar edilirsə, həmin inzibati aktın icrasından irəli gələn digər hərəkətlər icra edilirsə, başqa sözlə, hüquqi nəticə yaradırsa, yalnız imza ilə bağlı pozuntu, inzibati aktın mövcudluğunu istisna etmir və “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində nəzərdə tutulmuş etibarsızlıq əsaslarına aid edilə bilməz, lakin inzibati aktın qəbul edilmə formasının pozulması kimi qiymətləndirilə bilər və bu, digər müstəvilərdə intizam, yaxud cinayət hüquqi məsuliyyətə səbəb ola bilər.

41. Bundan əlavə, maraqlı şəxs inzibati orqan tərəfindən qəbul edilmiş rəsmi aktın zahiri əlamətlərinə əsaslanaraq onun qanuniliyinə etimad göstərir və həmin akt əsasında davranışını formalaşdırır. O dur ki, sonradan aşkar edilən həmin aktdakı daxili və ya formal qüsurlar ona qarşı istifadə edilə bilməz. Belə ki, barəsində inzibati akt qəbul edilən şəxs, aktdakı imzasının saxta olub-olmadığını yoxlamaq imkanına praktik olaraq malik olmur və onun bu imzanı yoxlamaqla bağlı qanuni öhdəliyi də yoxdur. Bu səbəbdən, inzibati orqanın daxili təşkilati və ya intizam xarakterli pozuntularının nəticələrinin maraqlı şəxsə yüklənməsi etimadın qorunması və hüquqi müəyyənlik prinsiplərinə zidd olardı (etimadın qorunmasına istinadın yolverilmədiyi hallar istisna olmaqla).

42. Yuxarıda qeyd edilənlərin hazırkı işə tətbiqində məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı2, İddiaçı1 barəsində qəbul edilmiş qərarlardakı imzaların saxtalaşdırıldığına istinad etsə də, imzaların bələdiyyə sədrinə məxsus olmamas ı ilə bağlı dəlillərin mötəbərliliyi apellyasiya instansiyası məhkəməsinin araşdırması ilə təsdiqini tapmamışdır. Hərçənd ki, kassator bu istiqamətdə apellyasiya instansiyası məhkəməsinin araşdırmasını natamam hesab etsə də, hətta ekspert rəylərinin düzgün qiymətləndirilmədiyinə istinad etsə də, nəzərə alınmalıdır ki, imzaların bələdiyyə sədrinə məxsus olmaması apellyasiya instansiyası məhkəməsinin araşdırması ilə təsdiqini tapmış olsaydı belə, bu hal vəziyyəti kassatorun xeyrinə dəyişməzdi. Belə ki, mübahisələndirilən inzibati aktlara münasibətdə İddiaçı1 tərəfindən etimadın qorunmasına istinad edilməsini istisna edən halların mövcudluğu iş materialları ilə təsdiqlənmir.

43. Beləliklə, hazırkı iş üzrə İddiaçı1 barəsində qəbul edilmiş qərarların etibarsızlığına dair “İnzibati icraat haqq ında” Qanunun 65-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, həmin inzibati aktların qəbul edildiyi və mövcudluğu cavabdeh tərəfindən təsdiqləndiyindən, habelə həmin qərarlar cavabdeh tərəfindən Dövlət Arxivinə təhvil verildiyindən, başqa sözlə, həmin qərarlar cavabdehin iradə ifadəsini təzahür etdirdiyindən İddiaçı2 iddiası əsaslı hesab edilə bilməz.

44. Bununla da, İddiaçı1 barəsində qəbul edilmiş qərarlar hüquqi qüvvəli olmaqla hüquqi nəticə yaratdığından, İddiaçı2 barəsində olan bələdiyyə qərarı İddiaçı1 barəsində qəbul edilmiş qərarlardan sonra qəbul edildiyindən, bu hal cavabdeh bələdiyyə tərəfindən etiraf edildiyindən, torpaq sahələri də üst-üstə düşdüyündən, cavabdeh bələdiyyə İddiaçı1 ayırdığı torpaq sahəsini sonradan İddiaçı2 ayırmaqda haqlı olmamış və sonuncu barəsində qanunsuz qərar qəbul etmişdir.

45. Məhkəmə kollegiyası kassatorun pul vəsaitinin bələdiyyə büdcəsinə daxil olubolmaması ilə bağlı araşdırma aparılmaması ilə bağlı qeyd edir ki, bu hal cavabdeh tərəfindən mübahisələndirilmir və cavabdeh bu halı iddia tələbinə etirazda təsdiqləmişdir.

46. Məhkəmə kollegiyası kassatorun İddiaçı1 barəsində qəbul edilmiş inzibati aktların (2005-ci il tarixli) 2023-cü ildə Dövlət Arxivinə təqdim edilməsi, 2007-ci il tarixli bələdiyyə qərarının isə 2019-cu ildə Dövlət Arxivinə təqdim edilməsinə dair işin hallarına qiymət verilməməsi ilə bağlı dəlilləri ilə əlaqədar qeyd edir ki, bu hal mübahisələndirilən qərarların mövcud olmamasına və hüquqi nəticə yaratmamasına dəlalət etmir. Cavabdehin təşkilati məsələlərlə bağlı davranışlarının nəticəsi İddiaçı1 ziyanına şərh edilə bilməz. Bu mövqe, cavabdehin qərarlarının bələdiyyələrin qeydiyyat kitabında əks edilibedilməməsi ilə bağlı araşdırmanın aparılmalı olmasına dair kassatorun dəlillərinə də aid edilməlidir.

47. Kassatorun mübahisəli ərazidə yerləşən tikililərin onun tərəfindən inşa edilməsi və ayrı-ayrı şəxslərə icarəyə verilməsi ilə bağlı dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, bu hal öz təsdiqini tapsa da, torpaq sahəsinin İddiaçı1 ayrılmadığını təsdiq etmir. Bir daha qeyd olunur ki, torpaq sahəsinin ayrılması cavabdeh tərəfindən mübahisələndirilmir. Tərəflər arasında bu məsələ ilə bağlı mübahisə isə mülki icraat qaydasında həll edilməlidir.

48. Sonuncu olaraq, torpaq sahəsinin ayrılması zamanı müvafiq orqanlardan rəylərin alınıb-alınmadığı, iclasın keçirilib-keçirilməməsi ilə bağlı işin hall arının araşdırılması ilə bağlı dəlillər isə X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 19 noyabr tarixli qərarındakı hüquqi mövqeyə əsasən əsassızdır.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı İddiaçı2 kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən, məhkə mə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 may 2025-ci il tarixli, 21(103)-388/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar