Məhkəmə qərarları › İş №2-1(102)-2600/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2600/2023

29.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2600/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinin ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi, bağ sahəsinin elektrik xəttinin mühafizə zolağına düşməsi və müqavilənin mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən “1478” saylı, sahəsi 0,25 ha olan bağ sahəsinin X2 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2-1(103)-2107/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X1 və İstismarı Birliyi ilə X3 arasında bağlanmış bağın icarəyə verilməsi haqqında xx.xx.1990-cı il tarixli 15049 nömrəli müq aviləyə əsasən Ləhiş qəsəbəsində 0,25 hektarlıq 1478 nömrəli bağ sahəsi müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq Rafiq Əzimovun icarəsinə verilmişdir.

2. X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür və ünvan ünvanlanmış 03 may 2022-ci il tarixli 127 nömrəli məktubla müəyyən edilir ki, iddiaçı onun vərəsəsidir.

3. Bakı şəhəri Sabunçu rayonu Ləhiş qəsəbəsində yerləşən 1478 saylı bağ sahəsi Pirşağı yarımstansiyasından qidalanan “580№2” saylı 10 kv-lıq elektrik xəttinin mühafizə zonasında yerləşir. 4. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 01/02/12-13/C-285/8871 nömrəli arayışı ilə müəyyən olunur ki, 1478 nömrəli bağ sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmir və torpaq sahəsinin qeydiyyata alınmasına etiraz edilmir.

5. İddiaçı sözügedən bağ sahəsi üzər ində hüquqların dövlət qeydiyyatına alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla (bildiriş) imtina edərək bildirmişdir ki,, idarədə mövcud olan arxiv məlumatlarına əsasən iddiaçı tərəfindən təqdim edilən X1 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 15049 nömrəli müqavilə barədə məlumat aşkar olunmamışdır. Həmçinin, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin 225 kv.m hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləh iş qəsəbəsində yerləşən “1478” saylı, sahəsi 0,25 ha olan bağ sahəsinin X2 mülkiyyət hüququ ilə məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 və İstismarı Birliyi ilə mərhum atası arasında bağlanan xx.xx.1990-cı il tarixli, 15049 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 1478 saylı sahəsi 0, 25 ha olan torpaq sahəsi ona icarəyə verilmişdir. Atası xx.xx.2021-ci il tarixdə ölmüş, hazırda vərəsələrinin dairəsi müəyyən edilmişdir. Bakı şəhəri 39 saylı notariat ofisinin 03 may 2022-ci il tarixli 127 saylı məktubuna əsasən o, mərhum atasının hüquqi varisidir. Bu səbəbdən atasından miras qalmış bağ torpaq sahəsinin sənədləşd irilməsi və reyestr qeydiyyatına alınmasını xahiş etmiş, lakin cavabdeh imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bağ torpaq sahəsinin ayrılması torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasının müəyyən edilməsi ilə bağlı qəbul edilmiş Nazirlər Kabinetinin qərarından əvvəl verilmişdir. Bu səbəbdən cavabdehin verdiyi imtina əsaslı hesab oluna bilməz.

8. Cavabdehin yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

9. Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(112)-10364/2022 nömrəli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 1478 saylı, sahəsi 0,25 ha olan bağ torpaq sahəsinin X2 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın id diaçıya verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının atası vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağ sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün qanun üzrə vərəsə olan iddiaçının qanunvericiliyə əsasən qeyd edilən bağ sahəsinin üzərində vəfat etmiş atasının adına arayış tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ mövcuddur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının mərhum atasına qanuni əsaslarla bağ sahəsi məxsus olmasına baxmayaraq, bu haqda arayışın verilməsi barədə iddiaçının müraciətinin təmin edil məsindən imtina etmişdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) 14 iyun 2023-cü il tarixli, 21(103)-2107/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(112)-10364/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın t əmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 15049 nömrəli müqavilə xx.xx.1990-cı il tarixli olsa da, müqavilənin müddəti xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək müəyyən edilmişdir. Müqavilənin daha əvvəlki tarixə olması şübhə doğurur. Həmçinin, həmin müqavilənin müddəti bitmişdir.

16. Həmçinin elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin 225 kv.m hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Torpaq islahatı haqqında ” Azərbaycan Respublikası Qanunu: Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən o nların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 19. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007 -ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. 20. “Daşınmaz ə mlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamla r və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

21. Mülki Məcəllə (01.09. 2000-ci ilədək qüvvədə olmuş): Maddə

272. Əmlak kirayə müqaviləsi Əmlak kirayə müqaviləsinə görə kirayədar, əmlakı haqq ilə müvəqqəti istifadə üçün kirayəçiyə verməyi öz öhdəsinə götürür. Maddə

274. Əmlak kirayə müqaviləsinin müddəti Əmlak kirayə müqaviləsinin müddəti tərəflərin razılığı ilə, on ildən artıq olmayan müddətə müəyyən edilir. Dövlət, kooperativ və sair ictimai təşkilatlar arasında tikintilərin və ya qeyri-yaşayış binalarının kirayə müqaviləsinin müddəti beş ildən, avadanlığın və sair əm lakın kirayə müqaviləsinin müddəti isə bir ildən artıq olmamalıdır. Müqavilə bu maddədə göstərildiyindən daha uzun müddətə bağlandıqda, müvafiq olaraq on il, beş il və ya bir il müddətinə bağlanmış hesab olunur. Maddə

275. Qeyri-müəyyən müddətə bağlanan əmlak kirayə müqaviləsi Əmlak kirayə müqaviləsi müddət göstərilmədən bağlandıqda, bu Məcəllənin 274-cü maddəsi ilə müəyyən edilən müddətlər dairəsində, qeyri-müəyyən müddətə bağlanmış hesab olunur. Tərəflərdən hər biri, digər tərəfi: tikinti və qeyri-yaşayış binaları kirayəyə verildikdə — üç ay əvvəl, sair əmlak kirayəyə verildikdə isə — bir ay əvvəl bu barədə yazılı formada xəbərdar etməklə, istədiyi vaxt müqaviləni xitam etməyə haqlıdır. Maddə

276. Müqavilənin müddəti keçdikdən sonra əmlakdan istifadənin davam etdirilməsi Müqavilə müddəti keçdikdən sonra kirayədarın etirazı olmadan əmlakdan istifadə davam etdirildiyi halda müqavilə qeyri-müəyyən müddətə təzələnmiş hesab olunur. Bu qayda dövlət, kooperativ və sair ictimai təşkilatlar arasındakı müqavilələrə, habelə məişət burovuz müqavilələrinə tətbiq edilmir (16).

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almadan öl dükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti və zifəsinə görə araşdırmağa borcludur.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.

4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şik ayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq nor malarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlillər ini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Cavabdehin “elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin 225 kv.m hissəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi” ilə bağlı kassasiya dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istif adəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

30. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01/02/12-13/C-285/8871 nömrəli arayışla müəyyən olunur ki, bağ sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmir. Həmçinin "xxxx" ASC torpaq sahəsinin mülkiyyət hüququ üzrə qeydiyyata alınmasına etiraz etmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan səbəbdən hüquqların dövlət qeydiyyatından imtina oluna bilməz və cavabdehin bu kassasiya dəlili tamamilə əsassızdır.

31. Bundan əlavə məhkəmə kollegiyası cava bdehin kassasiya şikayətindəki “müqavilə xx.xx.1990-cı il tarixli olsa da, müddətinin xx.xx.1983-cü il tarixdən xx.xx.1993cü il tarixədək müəyyən edilməsi, əvvəlki tarixə olmasının şübhə doğurması və müqavilə müddətinin bitməsi” dəlilə münasibətdə qeyd edir ki, Ləhiş bağ massivi ünvanında yerləşən 1478 saylı, 0,25 ha bağ sahəsinin icarəyə verilməsi barədə müqavilənin müddətinin uzadılmasından imtina olunduğu, bununla bağlı aidiyyəti orqan tərəfindən hər hansı icraatın aparıldığı və müvafiq qərar qəbul edildiyi iş materialları ilə təsdiq olunmur. Cavabdeh tərəfindən də bunu təsdiq edən hər hansı sübut (xüsusilə də bağçılıq təsərrüfatlarına aid sənədlərin cavabdehə təhvil verildiyi nəzərə alındıqda) məhkəməyə təqdim olunmamışdır.

32. Həmçinin icarədar tərəfindən müqavilə şərtlərinin tam və y a qismən yerinə yetirilmədiyinə dair də iş materiallarında hər hansı sübut yoxdur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və hazırki qərarın 21-ci bəndində sadalanan qanunvericiliyin tələbi baxımından müqavilənin müddətinin bitməsindən sonra müqavilə tərəflərinin müddətin uzadılmasından imtinasını yaxud müddətin uzadılmasına hər hansı etirazını özündə əks etdirən hərəkətlərin edilməsi müəyyən olunmadığından və iddiaçı tərəfindən torpaq sahəsindən istifadə davam etdirildiyindən, həmin müqavilə qeyri-müəyyən müddətə təzələnmiş sayılır.

33. Sonda məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbi təmin edildiyindən cavabdeh inzibati orqan tərəfindən hazırki qərarın 22-ci bəndində sadalanan təlimatın tələbi bax ımından hüququn ölmüş şəxsə məxsus olması haqqında ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilməlidir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 21(103)-2107/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar